Vergi Xidməti  “Veysəloğlu”  şirkətinə niyə  2 milyon manat maliyyə sanksiyası tətbiq edib ?- Veysəloğlunun maliyyə müdiri Nüsrət müəllim hansı ölkəyə qaçmaq istəyir ?
24-08-2021, 06:57
1 794

Vergi Xidməti “Veysəloğlu” şirkətinə niyə 2 milyon manat maliyyə sanksiyası tətbiq edib ?- Veysəloğlunun maliyyə müdiri Nüsrət müəllim hansı ölkəyə qaçmaq istəyir ?

“Veysəloğlu”nun marketlərində pik vaxtı  5 kassadan 2-si işləyir..

Sənin marketlərində dəniz məhsullarının vaxtı 2-3 gün deyil, 2-3 ayı keçir, cənab Talıbov 


Bəlkə də “ Veysəloğlu” Şirkətlər Qrupu ilə bağlı Gundelik-Baku olaraq təkrar-təkrar  yazmağımız şirkətin prezidenti Aydın Talıbovu barəmizdə müxtəlif  gümanlara, fərziyyələrə yönəldir. 
Cənab Talıbov! 
Məşhur məsəldə deyilir ki, sən pis əməlindən əl çəkmirsənsə, mən nə üçün yaxşı əməlimdən əl çəkməliyəm. Ona görə də, biləsən ki, siz öz işinizdə müsbətə doğru dönüş yaratmayınca bizim yazılar da davam edəcək. 
Axı, özünüz də deyirsiniz ki, 2015-ci ildən sonra  qərar verdik ki, qapalılıqdan çıxmalıyıq, çünki istəyirik bizim haqqımızda yanlış yox, doğru məlumatlar verilsin.
Çox gözəl. 
Bəs nə üçün  2015-ci ilə kimi qapalı idiniz ? 
2015-dən sonra nə baş verdi ?
Deyirsiniz ki, istəyirik ki, haqqımızda yanlış məlumat verilməsin. Yenə çox gözəl. Bunun üçün sizin fəaliyyətiniz şəffaf olmalıdır ki, haqqınızda  yanlış deyil, doğru məlumatlar yazılsın. 
Siz özünüz deyirsiniz ki, hazırda 17 min işçimiz var. 
Niyə cəmiyyətə demirsiniz ki, bu işçiləri  10 saat işlədirsiniz. 
Niyə demirsiniz ki, bu işçilər  kağız üzərində nə qədər, real olaraq nə qədər maaş alır. 
Niyə demirsiniz ki, “qara mühasib”liyə görə, təkcə  əmək haqlarından nə qədər gizlədib vergidən yayınırsınız ? 
Niyə demirsiniz ki, Veysəloğluna məxsus “Ulduz” fabrikində istehsal olunan şokoladın içindən qurd çıxıb ? 
Cənab Talıbov !
Niyə prezidenti olduğunuz şirkətə məxsus marketlərdə satılan məhsulların iki qiyməti olur: Biri vitrindəki qiymət, biri də kassada hesablanan qiymət. Bunların arasındakı fərqi bilirsən ? 
Niyə marketlərinizdə satılan dəniz məhsullarının, balıqların  istifadə müddəti keçsə də müştəriləri zəhərləyirsiniz. 
Buyurun sizə məxsus Araz marketlərində məhsulların istifadə müddətinə baxın və nəticə çıxardın. 
Bunlar yalandırmı ? 
Deyirsiniz ki, təkcə  “Araz”  və  “Oba”nın ikisinin bir yerdə birgünlük müştəri sayı 640 min nəfərə çatır. 
Bu 640 min müştərinin neçəsinin, neçə faizinin  narazı olduğunu  bilmək üçün niyə adı sorğu keçirmirsiniz ? 
Cənab Talıbov !
Bütün dünya  koronavirus  bəlası ilə mübarizə aparır. 
Amma sənin prezidenti olduğun marketlərdə əhalinin pik vaxtı  5-6 kassadan cəmi 2-si, ən yaxşı halda 3-ü işləyir. Bu isə birbaşa xəstəliyin yayılması deməkdir. 
Ancaq qayda belədir ki, 1 kassada  5 nəfər varsa, avtomatik digər kassa işə düşməlidir. 
Bəs bu qaydaları niyə pozursunuz ? Həm də pandemiya  vaxtı. 
Özünüz deyirsiniz ki,  Veysəloğlunun  müxtəlif şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçib. Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları. 
Bəs niyə bu günədək  bircə dəfə də olsun Əmək Müfəttişliyi şirkətdə əmək qanunvericiliyinin pozulması ilə bağlı monitorinq keçirməyib. Əmək müqavilələrinin olub-olmaması ilə maraqlanmayıb. Niyə ? 
Ötən il  Dövlət Vergi Xidməti Veysəloğlu Şirkətlər Qrupuna nə az, nə çox – 2 milyon manat maliyyə sanksiyası tətbiq etmişdi. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilirdi. 
Bunun axırı nə oldu, cənab Talıbov ?
Bunu da Gundelik-Baku  edib ? 
Deyirsən, bunu  yazmayaq ?
Biz sizin barənizdə nə yazırıq ki ? 
Yazdıqlarımız problemlərin cüzi bir  hissəsidir ee...
Bu sualları istədiyimiz qədər uzada bilərik ee...sonsuzluğa qədər.  
Yaxşı, bütün bunları qoyduq bir kənara.
Bəs, şirkətinizin  maliyyə müdiri  Nüsrət  müəllimin əməllərini hara yazaq, cənab Aydın Talıbov ?
Maliyyə bosu Nüsrət müəllim olan şirkətin halı uzaqdan bəllidir. 
Sizin  sağ əliniz  olan Nüsrət müəllim  dəyəri 100 milyonlarla ölçülən obyektlərini, otel və istirahət mərkəzlərini  hansı pulla əldə edib ?
Maliyyə bosunuz  Veysəloğludan nə qədər maaş alır ? 
Bəlkə, dövlət sirridir demirsiniz..
Bəlkə, Nüsrət müəllimin , aylıq 20 min manat məvacibinə aydınlıq gətirsiniz. Nüsrət müəllim, həmin maaşdan nə qədər  vergi verir ? 
Nüsrət müəllimin  “28”dəki  dəyəri 50 milyon olan otelində olmusunuzmu, Aydın Talıbov ?
Bəlkə, Amburandakı, dəyəri 80 milyon olan obyektində olmusunuz ? 
Nüsrət müəllim bu obyektlərini və villalarını banka qoyub, pul götürüb nə etmək istəyir ? 
Heç maliyyə müdirinizdən soruşmusunuzmu, hansı ölkəyə qaçmaq istəyir ? 
Nə qədər ki, bu suallara aydınlıq gətirməmisiniz, biz də veysəloğlu barədə yazıları davam edəcəyik. 
Bildinmi, cənab Veysəlinoğlu !


Oxşar xəbərlər

“Veysəloğlu”nun maliyyə müdiri Nüsrət müəllim otel və istirahət mərkəzlərini niyə banka girov qoyub?
“Veysəloğlu”nun sahibi  Aydın Talıbov vergidən yayınır ?- QURUMLAR NİYƏ SUSUR ?
''Veysəloğlu”nun toz basmış  vitrinləri...- Şirkətin   sahibi  Aydın Talıbov  kimdir ?
“Veysəloğlu”nun   marketlərində  DOLLAR  xırdalayırlar ?- Şirkəti  MÜDDƏTİ KEÇƏN məhsullara görə məhkəməyə verdilər.
Dövlət vergi Xidmdəti və Qida Agentliyi niyə "Veysəloğlu"da yoxlama aparmır ?-Bu şirkətin arxasında hansı yüksəkçinli məmur dayanır ?
Məzən olsun, Veysəloğlu – 1 ədəd narın qiyməti 1m 35 qəpik
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
“Veysəloğlu”nun bu məhsul kifli çıxdı - FOTOLAR
"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir... - FOTOFAKT
“Veysəloğlu” və “Oba” vergidən necə yayınır... – 72 saatlıq qul əməyinə etiraz
Veysəloğlunun  “Oba”sında qiymət  fırıldağı- Vitrindəki  qiymətlə kassada hesablanan məbləğ arasındakı fərq kimin cibinə gedir ?
“Veysəloğlu” şirkətində yeyinti aşkarlanıb - TƏFƏRRÜAT
Azay Quliyev 2005-də Şirvanda necə deputat oldu ?- Millət vəkili niyə 3-cü dəfə Şirvandan Binəqədiyə “köçdü” ?
"Veysəloğlu"da "Heyvagülü" havası: Şirkətlər Qrupu dövlət və istehlakçı marağını "unudub"-ARAŞDIRMA
“Yanlış olmaqdansa, yalnız olmaq doğru” – Röya + FOTO
"Veysəloğlu”nun idxal etdiyi toyuq qiyməsi yararsız çıxdı
"Azsığorta"nın sədri dəyişib
Azərbaycan  Dəmir Yolunun  “kölgə”  1-ci müavini Əlirza Süleymanov- Əlirza Süleymanovun oğlunun Slovakiyada biznesi
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
"Azərsun”, “Veysəloğlu” kimi monopolist şirkətlər qiymətləri hər gün artırırlar - Bəs bu duruma hökümət niyə səssiz qalır?..
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
“Bədənini cəllad kimi kəsib, 8 saat narkozda saxlayıb...“ - Aynişandan sərt İTTİHAM
"Karqo Şamil"lə bağlı Prezidentə müraciət olundu - MƏTN
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
"Veysəloğlu” şirkəti antiinhisar qanunvericiliyini POZUB
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? – Villalar, maşınlar, Türkiyə biznesi…
Əli Həsənov şirkətlərini niyə ləğv etdi? - İLGİNC İDDİA
“Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?” - Azərbaycan Prezidenti
190 manat birdəfəlik yardım nə vaxt və neçə ay veriləcək? - RƏSMİ AÇIQLAMA