Kəmaləddin Qafarovun deputat mandatının alınması və həbsi qaçılmazdır- DEPUTATIN FƏALİYYƏTİ ARAŞDIRILIR...
24-08-2021, 11:00
404

Kəmaləddin Qafarovun deputat mandatının alınması və həbsi qaçılmazdır- DEPUTATIN FƏALİYYƏTİ ARAŞDIRILIR...

Spiker  Sahibə Qafarovanın  dediyi “səs yazısı”  çoxdur və hamısı zamanını  gözləyir…

Kim qarantiya verir ki, Kəmaləddin Qafarovun səs yazısı yoxdur…



Ötən ay  V və VI çağırış Milli Məclisin  Xaçmazdan olan üzvü Eldəniz Səlimovun polisi döyməsi, nəticədə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilməsi  və deputat  toxunulmazlığının ləğv olunması bir çox  deputatlar arasında ciddi  təşviş və təlaş yaratmışdı. 
Belə deputatlardan biri də  Binəqədidən  deputat seçilən Kəmaləddin Qafarov idi. 
Bu təşviş və təlaş  barədə bir az sonra. 
Bəli, deputat Eldəniz Səlimovun həbsindən sonra  cəmiyyətdə, o cümlədən  sosial şəbəkədə parlamentin buraxılması və  növbədənkənar   seçkilərin keçirilməsi barədə  təkliflər səsləndirildi. Və bu təklifi ən çox aqressiv qarşılayanlardan biri, bəlkə də birincisi Kəmaləddin Qafarov idi. 
Dayaz savada malik olan bu adam aqressiv şəkildə bildirirdi ki, bu təklif parlamentə qarşı böhtandır, iftiradır, parlament buraxılmamalıdır və s. 
Əlbəttə, parlamentin buraxılması təklifini verənləri Kəmaləddin Qafarov kimi topa-gülləyə tutmaq lazım deyildi. Biz demirik ki, bu dəqiqə parlament buraxılsın. Bəlkə buna heç ehtiyac da yoxdur. 
Amma görəsən niyə, Kəmaləddin Qafarov kimilər  bu təklifi  süngü ilə qarşıladılar. 
Çünki Kəmaləddin Qafarov kimilər bilir ki, növbəti dəfə onların parlamentə  düşməsi, inəyin kosmosa uçması kimi bir məsələdir. Yəni artıq dövlətimizdə başqa proseslər gedir. Daha Eldənizlərdən, Kəmaləddinlərdən  deputat olmayacaq. 
İkinci vacib məsələ odur ki, sabiq deputat Eldəniz Səlimovun məsələsi parıamentdə müzakirə olunarkən spiker Sahibə Qafarova bir söz dedi: “ Ortada səs yazısı var. 10 dəqiqəlik səs”. 
Bu sözlər Kəmaləddin Qafarov kimilərinin el sözü ilə desək kürkünə  birə saldı. 
Kim qarantiya verə bilər ki, Kəmaləddin Qafarovun səs yazısı yoxdur. 
Bəli, hörmətli Sahibə Qafarovanın  dediyi səs yazıları çoxdur və hamısı zamanını  gözləyir. 
İndi aydın oldumu Kəmaləddin Qafarov kimi deputat biznesmenlər  niyə təlaş və təşviş keçirir. 
Digər vacib məsələyə toxdunaq. Koronavirus pandemiyası ilə bağlı bir neçə xəstəxananın baş həkiminin həbsi Kəmaləddin  Qafarovun həbsini zəruri edib. 
Çünki dövlətin həmin  xəstəxanalara ayırdığı milyonları  Kəmaləddin Qafarovun şirkətləri  tenderdə udub. 
Bəli, dövlətin  karonavirus xəstələrinə təmənnasız  ayırdığı  milyonlar Kəmaləddin kimi biznesmen  deputatların cibinə gedir. 
Bütün ölkə bilir ki, Kəmaləddin Qafarov Milli Onkologiya Mərkəzində ( MOM ) direktor müavinidir. Və ölümlə çarpışan onkoloji xəstələrin hesabına bu adam milyonlar qazanır. Hətta Kəmaləddin Qafarovu səhiyyəmizin  “qara yarası”, “onkoloji şişi” adlandıranlar da az deyil. 
İndi məlum olur ki, bu adam hətta karonavirusdan da milyonlar qazanır. Bu adamın  “AzəriMed” MMC Şirkəti dövlətin  səhiyyə sahəsinə ayırdığı milyonları “udur”. 
Bu deputat  biznesmenin  təkcə şirkətlərinin siyahısı adamı dəhşətə gətirir: 
  “AzəriMed” MMC,
 “AzəriMed MNK” MMC
 “Kanon” MMC,
 “Mega Pharmacy” MMC,
 “Azeri Med MNK” MMC,
 “Versal” MMC,
 “Versal Palace” MMC
 “Naturalist” firması,
 “AvestaFarm” MMC,
 Cardinal Health şirkəti
 “Ruslan AZ” MMC
 Zəfəran Hospital
 Zəfəran Apteklər şəbəkəsi
 Siyəzən Broyler


Bu adam öz MOM-unda onkoloji xəstələrin diri-diri dərisini soyur. 
Kəmaləddin Qafarov onkoloji xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alır . Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, sonra...Bu adam onkoloji  xəstələrdən qazandığı milyonların hesabına  binalar tikir. Bəli, dərmandan, xəstələrdən qazandığı milyonları yönəldir  bina tikintisinə. Bu adama məxsus  “VERSAL PALACE” MTK   Ağ Şəhərdə binalar tikir
Sözün qısası, Kəmaləddin Qafarov kimi “qara yara”nı kəsib atmağın, deputat mandatından məhrum edib, həbsə atmağın zamanı çoxdan çatıb.


Oxşar xəbərlər

Eldəniz Səlimov apellyasiya şikayətini geri götürdü - YENİLƏNİB
Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi - YENİLƏNİB
“Eldəniz Səlimov həbsxanada da deputat maaşı alacaq” – Keçmiş MSK üzvü
Eldəniz Səlimov apellyasiya şikayəti verdi
Eldəniz Səlimov 8 nəfərlik kamerada saxlanılır
Milli Məclis: "Eldəniz Səlimova deputat maaşı veriləcək"
Milli Məclisdə Eldəniz Səlimovun məsələsi müzakirə olunur - YENİLƏNİB
Deputat yarım milyonluq tender uddu - Kəmaləddin Qafarovun "Azeri Med"i büdcə vəsaitlərini necə "əridir"?
Milli Məclis bu tarixdə polisi döyən deputatın məsələsinə baxacaq
ŞOK! Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra HƏBS EDİLƏCƏK
"Deputat olmaq böyük şərəfdir" - Sahibə Qafarova
Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirildi
Sahibə Qafarovadan polisi döyən deputatla bağlı SƏRƏNCAM
Meyvə-tərəvəzçi, üzümçü və...onkoloq deputat Kəmaləddin Qafarov-ONKOLOGİYANIN BƏDXASSƏLİ “ŞİŞİ”
Spikerdən Eldəniz Səlimovla bağlı AÇIQLAMA
Hippokrat andı sənə qənim olsun, Kəmaləddin Qafarov...-  İki baş həkim həbs olundu, Kəmaləddin Qafarov niyə həbs olunmur ?
İntizam komissiyası polisi döyən deputatla bağlı QƏRAR VERDİ- YENİLƏNİB
Bu gün Milli Məclis Eldəniz Səlimovun məsələsinə baxacaq
Eldəniz Səlimovun Kiprə apardığı qazax qızı
Kəmaləddin Qafarovu əsas müzakirə obyekti edən nəhəng şəbəkə: - Deputat niyə susur?
Milli Məclisin “bəd xassəli”  deputatı Kəmaləddin Qafarov...-  O milyonları xəstə insanların cibinə girməklə qazanır...
Bu gün Milli Məclisdə tək məsələ müzakirə olunacaq
Milli Məclis Eldəniz Səlimovun məsələsini müzakirə edir - YENİLƏNİB
Millət vəkili Baş Prokurorluq tərəfindən SAXLANILDI
Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub?
Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərov vəfat etdi
Məhkəmə Eldəniz Səlimovla bağlı qərar verdi - YENİLƏNİB
Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər
Ağaclara qənim kəsilən atanın deputat oğlu polisi döyər..- Deputatı  atası kəsən ağacların ahı  tutdu...
Parlamentin növbədənkənar sessiyası keçiriləcək