“Azərsu”nun idarə rəisi  İlqar  Tağıyevin 10 milyonluq villası, bahalı saat və avtomobil kolleksiyası- O da HƏBS oluna bilər…
24-08-2021, 12:30
3 084

“Azərsu”nun idarə rəisi İlqar Tağıyevin 10 milyonluq villası, bahalı saat və avtomobil kolleksiyası- O da HƏBS oluna bilər…

“Azərsu”nun idarə rəisi  İlqar  Tağıyev sosial şəbəkədə dombalaq aşır 

Səlim Müslümov həbs olundu, bəs  Rauf  Tağıyev ? 


Devin canı şüşədə olan kimi bütün qurumların da canı, pulu, malı Təchizat İdarəsində olur. Yəni qurumdakı milyonluq maxinasiyalar, “summa”ların şişirdilməsi, “otkat” əməliyyatları Təchizat idarəsində həyata keçirilir. 
Bu idarədə milyonlar  dövr edir. 
“Azərsu”  ASC kimi strateji bir qurumun Təchizat İdarəsinin rəisi olan İlqar Tağıyev isə  sosial şəbəkələrdə “dombalaq”  aşır,  videolar çəkdirib paylaşır, kimlərəsə özünü karateçi kimi göstərir. 
Təsəvvür edirsiniz, o boyda idarənin rəisi özünü necə yüngül  aparır. 
Özünü necə aparmasını  qoyaq İlqar Tağıyevin özəl dünyasına. 
Bəs, İlqar Tağıyevin nümayiş etdirdiyi  çox bahalı saat kolleksiyalarını, bahalı avtomobilləri kimin  hesabına yazaq?
Sən dövlətdən konkret məbləğdə əmək haqqı alırsan. Bəs, kolleksiyaları hansı pulla əldə etmisən ? 
Əlbəttə, Azərsu-dan oğurladığın  dövlət vəsaitlərinin hesabına. Bahalı aksesuarlarının dəyəri neçə on milərlə dollardır.   
Lətifəsi səndən uzaq olsun, arpa çox olanda məmurlar da şıllaq atır. 
Yaxşı kolleksiyanı da harasa yazdıq.
Bəs Patamdartda  milyonçular məhəlləsində dəyəri  10 milyon dollar olan villanı kimin hesabına  yazaq ?
Bu günlərdə  villandakı xırda təmirə 300 min dollar xərcləmisən. Onu kimin ayağına yazaq ? 
Özün və həyat yoldaşın Xatirə xanım bir gündə neçə avtomobil dəyişirsiniz ? 
Bunlar kimin pulları ilə alınıb ? 
Bəlkə, atan Rauf  Tağıyevin  pulları ilə ?
Məlumat üçün qeyd edək ki, İlqar Tağıyev hazırda həbsxana həyatı yaşayan sabiq nazir Səlim Müslümovun sağ əli  Rauf  Tağıyevin oğludur. 
Rauf Tağıyev  uzun illər Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Dövlət Xidmətinin rəis  mavini və rəisi vəzifələrini icra edib. 
Əslində bu gün Səlim Müslümovla bərabər  Rauf Tağıyev də həbsdə olmalı idi. Amma bu gün nazirlikdən mənimsədiyi milyonların hesabına özü və oğlu İlqar Tağıyev əsl baron həyatı  yaşayır. 
Düzdür, ata-oğul neçə ildir ki, küsülüdürlər. Küsülü olmağın da səbəbi maraqlıdır, sadəcə, publika üçün deyil. 
Əslində İlqar Tağıyevin mühüm vəzifə tutmasında atası rol oynayıb. 
Düzdür, İlqar Tağıyevin karyerasında Xatirə xanımın da rolu az deyil, əslində  İlqara komanda verən də həyat yoldaşıdır. 
İlqar Tağıyevin xeyli sayda zərərli vərdişləri də var, şəraba çox meyllidir. 
İstər-istəməz sual doğur. 
Görəsən, bütün sadaladıqlarımızı  özündə daşıyan bir adam necə və hansı yolla  strateji bir qurumda İdarə rəisi vəzifəsində kreslonu  zəbt edib ? 
Bu artıq bizim səlahiyyətimizdə olan məsələ deyil.
Qoy bu barədə səlahiyyət sahibləri düşünsün.


Növbəti yazımızda İlqar Tağıyevin Badamdarda yerləşən 5 mərtəbəli imarəti barədə geniş araşdırmamız olacaq.

Oxşar xəbərlər

İlqar Əliyev vəzifəsindən azad edildi
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
Bakıda polis polkovniki qətlə yetirildi
Ucar sakinindən məmura İTTİHAM - Müraciət...
“Azərsu”da bu vəzifəli şəxslər həbs oluna bilər: SİYAHI
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Həbsdə olan sabiq rəis məhkəməyə gətirilib - Yenilənib
İlqar Məmmədova da 190 manat verilib? - AÇIQLAMA
Şəhid İlqar Verdiyevin atası vəfat edib
Milli Qəhrəman İlqar Mirzəyevin oğlu məsul vəzifəyə təyin olundu
SOCAR və AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?
İtkin düşdüyü deyilən hərbçidən XƏBƏR VAR - VİDEO
Cavanşirin  Tağıyevin qəbir biznesi kürəkəninə verildi.. -Yolçəkən Aqibətin oğlu Bakı ŞİH-də hansı vəzifədə işləyir ?
Həbs olunduğu deyilən Səlim Müslümovun bahalı silah mağazası - FOTO
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı artırıldı
Gəncə aeroportunun polis rəisi vəzifəsindən azad olundu
“Azərsu”nun SƏDRİ postu uğrunda Rafiq Aslanov və Zakir Quliyevin MÜBARİZƏSİ
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Rəisi Həbs Oluna Bilər-Görünəni Budur…
Neftçaladakı  50 saylı Yol idarəsinin müdiri MİLYONÇU Füzuli Babayevin və oğlu Ruslanın avtomobil kolleksiyası...
Dövlət qurumu Qorxmaz Hüseynovu məhkəməyə verdi - Çəkişmənin kökündə nə dayanır?
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu
Şirvanın “arendator”  icra başçısı  İlqar Abbasov- İndi də  “karantin vergisi”  yığırsan, Adam ?
Özünü güllələyən polis rəisinin FOTOSU
Generalın şikayəti təmin edilməyib
Sirvan Şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov işçisinin əxlaqsız təkliflərinə niyə susur?-VİDEOFAKT
Səlim Müslümovun “kuruq”u: Onu həbsxana yoldaşı audit edirmiş…
Minik və yük avtomobilləri toqquşdu, ata və oğul öldü
Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı