İcra başçısı Qarabağ qazisinə 150 manata küçə süpürməyi təklif edir..- HƏBS növbəsi Rafil Hüseynovdadır...
25-08-2021, 22:00
1 654

İcra başçısı Qarabağ qazisinə 150 manata küçə süpürməyi təklif edir..- HƏBS növbəsi Rafil Hüseynovdadır...

Övladına tərbiyə verə bilməyən ata necə rayonun icra başçısı ola bilər ? 

Rafil Hüseynov, oğlun vətəndaşı necə aparıbsa, səni də eləcə aparacaqlar...


Hələ dövrü-qədimdən kəndin, elin-obanın rəhbəri sayılıb-seçilən, hörmətli, sözün həqiqi mənasında ağsaqqal adamlar olardı. 
Əslində bunu əlahəzrət məntiq də tələb edir. Axı, öz ailəsinə, öz övladına tərbiyə verə bilməyən adam, hansı haqla, hansı üzlə kəndi, el-obanı, rayonu idarə edə bilər ?
Adama deyərlər ki, birinci, get, öz ailəni, öz övladlarını idarə eləməyi öyrən, sonra rayonu idarə etrməyə çalış. 
100-150 minlik rayonu idarə etmək bəzilərinə elə asan gəlir ki…
Çünki bəzi adamlar üçün idarəetmə deyəndə ancaq rüşvət yığmaq, rayonun bütün təsərrüfatlarını minib-çapmaq, az vaxtda milyonlara sahib olmaq, dövlətin ayırdığı vəsaiti donuz kimi basıb yemək, bir sözlə, çapovulçuluq etmək başa düşülür. 
Əslində isə rəhbər şəxs cəmiyyətə nümunə, örnək  olmalıdır. Ki, digərləri də ondan nəticə çıxartsın. 
Təəsssüf ki, indi haqqında bəhs edəcəyimiz şəxs – yəni Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynov yaxşı nümunələrdən deyil, əksinə gənc nəsil üçün  çox pis nümunədir. 
Birincisi, yuxarıda qeyd etdik ki, rayonu, hətta balaca kəndi idarə etmək üçün öncə öz ailəni idarə etməyi bacar, öz övladlarına təlim-tərbiyə ver. 
Az qala  bütün ölkəyə məlumdur ki,  icra başçısının polis zabiti olan oğlu Şəhriyar Hüseynzadə daxili işlər orqanlarından necə rüsvayçılıqla qovuldu.    
Vətəndaşın qapısını zorla açan, order-filan olmadan zorla, həm də şalvarsız-tumançaq aparan, sənin polis zabiti olan oğlundur, cənab başçı Rafil  Hüseynov. Heç buna görə, utanıb xəcalət çəkdinmi..? 
Oğlun avtosalona hücum edib, qoçuluq edir, buna görə utanıb qızardınmı ?
Hər şeyi bir kənara qoyaq, axı sən mənəvi məsuliyyət daşıyırsan ? 
Sən böyük bir  rayonda dövləti təmsil edirsən. 
Oğlun  polis zabiti ola-ola gecə barlarında lüt qızlarla şəkil çəkdirib  sosial şəbəkələrdə paylaşır. Bu nəinki dövləti təmsil  edən şəxsə, heç küçə uşağına yaraşan hal deyil. 
Zabit oğlunun əməllərini qoyaq bir kənara, keçək öz əməllərinə. 
Media, qələm əhli nə yazırsa, utanıb-qızarmadan deyirsən ki, mənə şər-böhtan atırlar. 
Cənab Rafil Hüseynov ! 
Sənin Ağcabədi sakini olan şəhidin statusunu ləğv etdirmək üçün utanıb-qızarmadan dövlət qurumlarına müraciət etməyini bütün ölkə bilir. Bunu yazmaq şər-böhtandlr ?   
Şər-böhtan bilirsən nədir ? 
Canını vətən uğrunda qurban verən şəxsi ləkələmək, ən ağır şər-böhtandır.
Bunu biz yox, sən etmisən. 
Sahibkar qadından rüşvət istəyən biz deyilik, cənab başçı. Aç medianı oxu, yazırlar ki, sahibkar qadından rüşvət istəmisən, o da verməyib. Sonra onu döydürmüsən. Bu şər-böhtandır ? 
Oğlun  vətəndaşı şalvarsız sürüyür, sən də qadını döydürürsən. 
Deməli, ata-bala eyni yolun yolçularısınız və oğlunuz da sizin tökdüklərinizi yığışdırıb. 
Cənab Rafil Hüseynov, Masallı rayonundakı ticarət obyektlərindən, Ağcabədidə fermalarından yazmaq  şər böhtandır ? 
Novxanıdakı dəyəri milyon olan  villanı hansı pulla tikdirmisən ? 
Villadakı təkcə hovuzların, ağacların qiyməti sənin  1 illik maaşından çoxdur.
Bunu yazmaq böhtandır ? 
Bəlkə, sənin inanmağın üçün Novxanıdakı villanın içindən  reportaj hazırlayaq, onda başa düşəsən…
Bəlkə, Ağcabədidən olan Qarabağ qazisi, Elçin Verdiyevdən yazaq. 
Qazi  qaldığı evin kirayə pulunu verə bilmir, ona görə, sizdən iş istəyirb. 
Siz isə Qarabağ qazisinə 150 manat maaşa küçə süpürməyi təklif etmisiniz. 
Cənab Rafil Hüseynov ! Qarabağ qazisinə küçə süpürməyi təklif edənləri süpürməyin vaxtı çatıb. Darıxma, gələcəklər. Və oğlun vətəndaşı apardığı kimi səni də aparacaqlar.

P.S  Rafil Hüseynov deyirlər ki, əmin oğlu Malik Su İdarəsinin müdiridir. Deyilənə görə bahalı matorları satır. Biznesiniz mübarək qoca Rafil.

Oxşar xəbərlər

Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR
Ağcabədinin icra başçısı Rafil Hüseynov Qarabağ şəhidinin statusunu ləğv  etdirmək istəyir-  Şəhidin həyat yoldaşı  dövlət qurumlarından kömək istəyir
Qadın  sahibkarı  10 min manata görə döydürən icra başçısı…  - Rafil  Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
Rafil Hüseynov, sənin oğlundan yazmaq şər-böhtandır ?-   Həbs olunan Alimpaşa səni gözləyir  Rafil Hüseynov
Ağcabədinin icra başçısı Rafil Hüseynov şəhid abidələrini də  saxta  tenderə çıxarıb...- Lələtəpə MMC  saxta tenderin qalibi olub...
Vəsf  zamanı  deyil, Rafil Hüseynov- İcra başçısı özünə “sevgi məktubları”  yazdırır...
İcra başçısı Rafil  Hüseynovun  ŞƏRƏF  davası… -  Şəhidin dul arvadı sənin qızından, gəlinindən əskik deyil !
Kəlbəcərin  “mantyor”  icra başçıları- Bəs  sən nəyin uğrunda vuruşmusan, Azər  Qocayev ?
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
İsmayıllıda məmur özbaşınalığı PİK HƏDDƏ ÇATIB... - NARAZILIQ!
Biləsuvarda başçının həbsi heç nəyi dəyişməyib... - Köhnə hamam, köhnə tas...
Ağstafada  KÖHNƏ HAMAM, TƏZƏ TAS və təzə icra başçısı Seymur Orucov...- Seymur Orucov 25 yaşında qaynatasının NARXOZ-unda necə prorektor olub?
Əziz Əzizovla  Rafil Hüseynovun ''İŞBİRLİYİ''- Quda olan icra başçıları həbs oluna bilər..
“Qatil polisin”  icra başçısı olan  atası Rafil Hüseynov  reketlik edir ?-VİDEOFAKTLAR
Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?
Deputat icra başçılarını tənqid etdi
Kəlbəcərli iş adamı Kəlbəcərin icra başçısını biabır  etdi…- Görəsən, icra başçısı  Azər Qocayev niyə susur ?
Ağstafanın yeni icra başçısı Seymur Orucovun OLİQARXİYASI...- HƏBS olunan başçılar dərs olmadı ?
Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
Həbs olunan icra başçısı Ceyhun Cəfərov  “ziyanın bir hissəsini ödəyib”  azadlığa çıxmaq istəyir ?-   Deyəsən yeznə-qayın,  Vidadi Zeynalov-Ceyhun Cəfərov və Əli Abbasov Avropaya səyahətə gedəcəklər...
Korrektor  Rafil Hüseynov necə icra başçısı oldu?- Avtoş, adam öldürən oğul   necə  “ofser”- polis zabiti oldu ?
"Rafil Hüseynov bizi şantaj edir..." - Mehdiyevin kadrından Prezidentə şikayət...
Ağcabədinin icra başçısı Rafil Hüseynovun həbsi an məsələsidir...- ŞOK FAKTLAR
İdarə rəisi minaya düşdü: vəziyyəti ağırdır - FOTO
Cəlilabadın Həbs Olunan İcra Başçısı Maşlıq Kənd Tam Orta Məktəbin Həyətini Kimə Və Neçiyə Satıb? - FOTO
Nərimanova  yeni icra başçısı gətirilir - Kimə nə lazımdır verəcəm, rayonu əldən vermək olmaz
Sirvan Şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov işçisinin əxlaqsız təkliflərinə niyə susur?-VİDEOFAKT
Həbs olunan icra başçılarının sayı 10 olacaq... - Bu icra başçılarının da həbsi gözlənilir
Suraxanının icra başçısı Əziz Əzizov da həbs olunur ?- Suraxanının icra başçısı Əziz Əzizovun milyonluq evləri,avtomobilləri, üzüm sahələri, fermaları, araq sexləri ..
Zaqatalanın da, daha iki rayonun da başçısı dəyişəcək... - "Ağsaqqal"ın ardından KİMLƏR GEDİR?