Sahibkar  Xətainin icra başçısı  Rafiq  Quliyevdən  360 min  manatını istəyir…- Başçı həbs olunur ?
6-09-2021, 12:30
857

Sahibkar Xətainin icra başçısı Rafiq Quliyevdən 360 min manatını istəyir…- Başçı həbs olunur ?

Şəhərsalma və Arxitektura Komitəsi Xətaidə qanunsuz tikililərə görə cinayət işi qaldırıb..

Xətainin icra başçısı Rafiq Quliyevlə bağlı mətbuatda nə qədər rəngarəng  şikayətlər oxumaq olar. 
Bu adamdan hər cürə, hər sortda, hər çeşiddə şikayət eşidirik. 
Biri yazır ki, icra başçısı Rafiq Quliyev  Xətai rayonunun parklarını qoyun-quzu otarmaq üçün örüşə çevirib..
Bu adama başa salan yoxdur ki, bura sənin üçün dərə-təpə deyil, ölkənin paytaxtıdır. 
Əgər qoyun-quzu  saxlamağa bu qədər marağın varsa,  icra başçısı postundan istefa ver, get, kəndlərin birində nə qədər istəyirsən qoyun-quzu saxla, fermer təsərrüfatı qur, istəyirsən tütək çal...
Biri yazır ki, icra başçısının “moyka”larının şırıltısından evimizdə  yata bilmirik...
Ay icra başçısı, sən cənab Prezidentin paytaxtın ən böyük rayonlarından birində nümayəndəsisən. Sən hara, moyka hara ? Başına iş qəhətdir? 
Həm də sənə kim icazə verib ki, öz qazancın üçün  əhalinin rahatlığını pozursan, gecə-gündüz şırıldadırsan suyu  sağa-sola. Bu suyun pulunu kim ödəyir ? 
Biri yazır ki, icra başçısı rayonun ərazisində o qədər xırda ticarət obyektləri qurub ki, adam yeriməyə  səki də tapmır...
Cənab Rafiq Quliyev, sən yenidən Bakını 90-cı illərə qaytarmaq istəyirsən ? Küçədə siqaret, tum, corab satanlardan tərpənmək olmurdu..
Sözün qısası, keçəl başda dəlləklik öyrənən kimi, Rafiq Quliyev  Xətai rayonunda, köhnə hamamda təzə eksperiment keçirir. 
Hələ bunlar harasıdır. 
Biri yazır ki, Rafiq Quliyev  360 min manat pulumu vermir. 
Bəli, məlumdur ki,  Bakının bir çox ərazilərində aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar bir sıra tikililər sökülüb. Prezidentin fərmanına əsasən mülk sahiblərinə qanuni təzminat ödənilib. Lakin bəzi mülk sahibləri və iş adamları hələ də təzminatlarını ala bilmir. 
Sahibkar yazır ki, dörd ildir ki, 1.5 milyon manat dəyərində olan zavoduma hesablanmış  360 min manat təzminatı ala bilmirəm, icra hakimiyyətinin rəhbər şəxsləri məni  aldadırlar: “ Bakı şəhəri, Babək prospekti 2210 ünvanında yerləşən və mənim mülkiyyətimdə olan 1200 kv.m qeyri-yaşayış sahəsinə Azərbaycan Prezidentinin 26.12.2017-ci il tarixli fərmanına əsasən sökülən tikili üçün 360 min manat təzminat almalıyam. 
Lakin bu günə kimi Xətai rayonunun  icra başçısı Rafiq Quluyev bununla bağlı heç bir addım atmır”. 
Bir sözlə, Xətainin icra başçısı Rafiq Quliyev  rayonda bildiyini edir. 
İndi də bəlli olub ki, Rafiq Quliyev gözünü yumaraq qanunsuz tikililərə icazə verib. 
Düzdür, Rafiq Quliyev boş yerə gözünü yuman deyil, mütləq qarşılığı olmalıdır.
Amma  Rafiq Quliyev  bir güllə ilə 2 dovşan vurmağ  bacarır. 
Həm gözünü yumur, həm əvəzini alır, həm də heç bir qanuni sənəd-filan vermədən, iş adamlarına deyir ki,  gedin tikin. 
Soruşanda ki, bəs sonrası nə olacaq, deyir ki, Allah kərimdir. 
Bəli, indi  Şəhərsalma və Arxitektura Komitəsinin..
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hazırda Xətai rayonunda yoxlamalar aparır və qanunsuz tikililərə görə, sahibkarlara  cinayət işi qaldırırlar. 
Sahibkarlar  isə deyir ki, icra başçısı Rafiq Quliyev icazə verib. Rafiq Quliyev isə deyir ki, mən heç bir sənəd verməmişəm, sadəcə gözümü yummuşam. 
Bir sözlə, Rafiq Quliyev rayonda hər gün bir oyundan çıxır.


Oxşar xəbərlər

Xətainin icra başçısı Rafiq Quliyev yaşıllıqları məhv edib özünə obyektlər tikdirir...-  Bu işdə ona ən çox dəstək verən “Şəhərsalmakomitəsi”nin “Ərazi Mərkəzi”nin sədri Ramin Abdullayevdir...
İsmayıllının icra başçısı 40 min manatlıq qoyun aldı, çobanlar isə sürünü satdı - İDDİA
Razim Məmmədovun  “davamçısı” Rafiq Quliyev - Cənab başçı, həbs olunan 7  başçını göz önünə gətir
Xətai icra başçısının mərkəzdə otlayan qoyunları-VİDEO
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
Rafiq Quliyev Prezidentin gördüyü işləri ÖZ ADINA ÇIXIR? - İLGİNC FAKT
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Fərdi təsərrüfatlardan qoyun-quzu oğurlayan şəxslər saxlanılıblar - FOTO
İcra başçısından yeni təyinat
Sabiq icra başçısının vəziyyəti ağırlaşdı
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
Tovuzun MƏMMƏDLİ GÜNLƏRİ... - GİLEY
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
“MOYKA”lar gün ərzində nə qədər SU sərf edir?- “Azərsu”, Nəsimi Rayon İcra Hakimiyyəti hara baxır ?
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Salyan Şəhər icra başçısı Sevindik Hətəmov Qarabağ qazisinə: Get kimə istəyirsən şikayət et - VİDEO
Azərbaycanda icra başçısı məhkəməyə verildi
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri - Tamada, zootexnik, ofisiant...
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi
Binəqədinin icra başçısı sınaq qarşısında: - "Ayrılan pulları hara xərcləyirsən?"
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
Qarabağ Qazisi kimi vəzifəyə gətirilsə də... - İndi əsl OLİQARXDIR...