Geriyə baxma, qoca- Kresloda QOCALAN İCRA BAŞÇISI RAFİL HÜSEYNOV HƏBSXANANIN KANDARINDA…
6-09-2021, 14:39
863

Geriyə baxma, qoca- Kresloda QOCALAN İCRA BAŞÇISI RAFİL HÜSEYNOV HƏBSXANANIN KANDARINDA…

Geriyə baxma, qoca ( Rafil Hüseynov ) 

Öz əməllərini korrektə edə bilməyən korrektor-icra başçısı

Adam qocalanda üzünə nur gələr, Rafil Hüseynovun isə əməlləri üzünə çıxır  


Tanınmış yazıçılarımızdan birinin məşhur povesti belə adlanır : Geriyə baxma, qoca...
Bunu nə üçün yada saldım ?
İnsan dönüb geri baxanda keçdiyi həyat yolu, etdiyi pis-yaxşı əməllər  gəlib gözünün önündən keçir. 
Görəsən, Masallının sabiq, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynov  dönüb geri baxsa, nələr görəcək ? 
Görəcək ki, hansısa  rayon qəzetində korrektordur. Amma ixtisasca korrektor olan adam öz əməllərini ömür  boyu korrektə edə bilmədi. 
Əgər öz əməllərini korrektə edə bilsəydi ölkədə rüsvay olan oğul böyütməzdi. Oğul da ki, nə oğul. 
Bəli, cənab başçı  dönüb geri baxanda  polis zabiti olan oğlu  Şəhriyar Hüseynzadənin   vətəndaşı şalvarsız, tumançaq evindən apardığını görəcək. 
İçki düşgünü olan həmin oğul  avtoşluq edərək  neçə nəfərin həyatını məhv edib, amma atasının hesabına sükan arxasında başqasının olduğunu pulla sübut edərək “sudan quru çıxıb”, hətta savadı olmasa da polis orqanlarına işə düzəlib, bunu biz demirik aaa bütün saytlar yazır.
Rafil  Hüseynov  dönüb geri baxanda Qarabağ şəhidinin statusunu ləğv etmək üçün nələr etdiyini görəcək. 
Şəhid atasına kəllə atmağını görəcək, sahibkar qadını döydürməsi yadına düşəcək. 
Yəni Rafil Hüseynov dönüb geri baxanda ancaq qara əməllər görəcək. 
Deyirəm ki, Allah insana belə ömür bəxş eləməsin. Yaman dərddir, Rafil müəllim. 
Dönüb geri baxanda görəsən ki, Qarabağ qazisi səndən dolanmaq üçün iş istəyir, sənsə ona 150 manat maaşla süpürgəçilik  təklif edirsən. 
Bu məqamda yadıma illər öncə baş vermiş bir ağır hadisə düşür. 
Deməli, illər öncə 1-ci Qarabağ savaşında qazi olanların iş məsələsi müzakirə olunanda, o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri  Əli Nağıyev demişdi ki, Sumqayıtda 5-10 ayaqqabı təmizləyən “budka” qoyaq və qazilər işləsin. 
Rafil Hüseynov da belə məmurlardandır. 
Rafil  Hüseynov dönüb geri baxanda görəcək ki, Lələtəpə MMC təsis edib şəhidlərin abidələri üçün ayrılmış pulları tenderdə udur. Dünyada bundan ağır nə ola bilər, Rafil Hüseynov ?
Masallıda qəbristanlığı sökdürüb yerində obyektlər tikdirnməyin də gözlərinin önündən keçəcək, Rafil Hüseynov.
Düşünmürsən ki, haqqını yediyin, qəbrlərini sökdüyün, qanını pulla batırdığın insanlar bir gün o dünyada yaxandan yapışıb, sənin əlinə süpürgə verəcəklər ki, əməllərini təmizlə. 
Amma sənin əməllərini təmizləməyə, süpürməyə heç bir “kommunxoz”un da imkanı yetməz. 
Bütün bunları bilə-bilə hələ də kreslodan əl çəkmirsən, cənab başçı. 
Artıq nəinki mənəvi, hətta fiziki cəhətdən də tükənmisən, bitmisən, yapışmısan kresloya, ay adam. 
Hətta indiki şəkillərini də paylaşmağa utanırsan və gənclik şəkillərini yerləşdirirsən, rəsmi xəbərlərə. 
Əslində insan qocalanda üzünə nur gələr, sənin isə əməllərin üzünə çıxır, ona görə də, güzgüdə də özünə baxmağa çəkinirsən. 
Cənab Rafil Hüseynov, nə qədər gec deyil, çəkil yapışdığın kreslodan, onsuz da gəliblər, qapını döyürlər. 
Atalar demişkən, ya zəlzələdən, ya da vəlvələdən. 
Hazırlaş, getməyin zamanı çatdı, qoca Rafil. 
Kreslonu burax, adam...




Oxşar xəbərlər

Korrektor  Rafil Hüseynov necə icra başçısı oldu?- Avtoş, adam öldürən oğul   necə  “ofser”- polis zabiti oldu ?
Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR
Rafil Hüseynov, sənin oğlundan yazmaq şər-böhtandır ?-   Həbs olunan Alimpaşa səni gözləyir  Rafil Hüseynov
Ağcabədinin icra başçısı Rafil Hüseynov Qarabağ şəhidinin statusunu ləğv  etdirmək istəyir-  Şəhidin həyat yoldaşı  dövlət qurumlarından kömək istəyir
Ağcabədinin icra başçısı Rafil Hüseynovun həbsi an məsələsidir...- ŞOK FAKTLAR
Qadın  sahibkarı  10 min manata görə döydürən icra başçısı…  - Rafil  Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
Vətəndaşı evindən çılpaq çıxaran polisin maraqlı HOBBİSİ
İcra başçısı Qarabağ qazisinə 150 manata küçə süpürməyi təklif edir..- HƏBS növbəsi Rafil Hüseynovdadır...
Vəsf  zamanı  deyil, Rafil Hüseynov- İcra başçısı özünə “sevgi məktubları”  yazdırır...
“Qatil polisin”  icra başçısı olan  atası Rafil Hüseynov  reketlik edir ?-VİDEOFAKTLAR
Əziz Əzizovla  Rafil Hüseynovun ''İŞBİRLİYİ''- Quda olan icra başçıları həbs oluna bilər..
Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
İcra başçısı Rafil  Hüseynovun  ŞƏRƏF  davası… -  Şəhidin dul arvadı sənin qızından, gəlinindən əskik deyil !
Ağcabədinin icra başçısı Rafil Hüseynov şəhid abidələrini də  saxta  tenderə çıxarıb...- Lələtəpə MMC  saxta tenderin qalibi olub...
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
"Rafil Hüseynov bizi şantaj edir..." - Mehdiyevin kadrından Prezidentə şikayət...
İcra başçısı olan  keçmiş  tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
Mingəçevirdə oğul ananı öldürdü
Masallının qohum icra başçıları...- Rafil Hüseynov və Şahin Məmmədovun “işbirliyi”.
Ağcabədidə tenderləri KİMLƏR UDUR? - İLGİNC FAKTLAR
Ermənilər Ağrı dağına baxanda bu mənzərəni görəcək
“İcra başçısı 200 nəfərin kartını mənimsəyib” — VİDEO
Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri - Tamada, zootexnik, ofisiant...
Yevlaxın sabiq icra başçısının işi məhkəməyə göndərildi
Ermənistanda dəhşətli hadisə: Atasını partlatmaq istəyən oğul özü öldü
“Ata icra başçısıdır, korrupsiya ilə məşğuldur, oğul da DİN-də işləyir…” — AÇIQLAMA
Daha 7 qazimiz sağalaraq Vətənə geri döndü - FOTOLAR
Həbs edilən sabiq icra başçısının məhkəməsinin vaxtı bilindi
Xocavənd polis şöbəsi Hadrutda yerləşdirildi
Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM