“Meliorasiya” ASC-nin sədr müavini Rafiq Aslanovun 10 milyonluq gəmisi niyə batdı ?- ASLANOV HƏBS OLUNA BİLƏR…
6-09-2021, 15:56
220

“Meliorasiya” ASC-nin sədr müavini Rafiq Aslanovun 10 milyonluq gəmisi niyə batdı ?- ASLANOV HƏBS OLUNA BİLƏR…

Rafiq Aslanovun oğlu Afiq Aslanovun Londondakı mənzilləri 


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr  müavini Rafiq Aslanov  barəsində yeni, təbtəzə, necə deyərlər, xoruz səsi eşitməmiş, yəni hələ çoxunun bilmədiyi, eşitmədiyi    xəbəri  eşidərkən, 2 müdrik fikir beynimdə dolaşdı. 
Birincisi, müdriklər  deyib ki,  gec-tez  SU SƏNƏYİ SUDA SINAR. 
İkincisi, ELƏ BİL DƏRYADA GƏMİSİ BATIB, yəni rusca desək, budto korabli potonuli.  
Niyəsini izah edəcəm. 
Deməli, Rafiq Aslanov 1984-cü ildən bu günədək, yəni 38 ildir, sənək su daşıyan kimi, evinə su, daha doğrusu, sudan gələn milyonları daşıyır. Və sonda daşıdığı milyonların içində bir gün boğulmalı idi. 
Rafiqin  daşıdığı  milyonlara  şübhəniz  varsa, diqqətli olun. 
Bəli, Rafiq Aslanov  yüzlərlə  sahibkarın, fermerin süni balıq göllərinə  su verir və milyonlar qazanır. Yazıq kəndli isə bağını suvarmağa  su tapmır. Sonra da Rafiq Aslanov kimilər cənab Prezidentə yalan, saxta məlumatlar verir ki, guya  suyun 40-50 faizi itkiyə gedir. 
Bəzi məmurlar  Allaha şər atıb, sel, daşqın, tufan, qasırğa, zəlzələ adı ilə dövlət büdcəsindən milyonları silən kimi, Rafiq Aslanov da  “su itkisi”  adı ilə milyonlarla  dövlət vəsaitini mənimsəyib.  
Sudan milyonlar qazanan Rafiq Aslanovun oğlu  Afiq Aslanovun  təkcə avtomobil kolleksiyasına baxanda adamı dəhşət bürüyür. 
Əgər su itibsə, bəs dəyəri milyonlar olan  bu avtomobillər hansı pulla alınıb ? 
Əgər su buxarlanıb, göyə çəkilibsə, bəs, Rafiq Aslanovun Londona qədər uzanan biznes şəbəkəsini hansı hesaba yazaq ? 
Ataların bir sözü də var. Deyir hamam suyundan özünə dost tutur. 
Rafiq Aslanov isə suyun hesabına bütün qohum-ərəbasını vəzifələrə  doldurub, onları milyonçuya çevirib. 
Bəli,  Rafiq Aslanovun bacısı oğlu  İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir. 
İlqar Əliyev üçün qanun anlayışı yoxdur, kim çox pul verirsə, suyu ona verir və deyir ki, pulun yoxdursa, canın çıxsın. 
Yeri gəlmişkən, onu da qeyd edək ki, Rafiq Aslanov ASC sədrinin sıradan bir müavini deyil, MALİYYƏ məsələləri üzrə müavinidir. Bəli, MALİYYƏ.  
Təsəvvür edirsiniz, Rafiq Aslanov özü bir yana, hətta bacısı oğlu İlqar Əliyev dövlət vəsaiti hesabına, özünə təzə kabinet, 40 min manata mebel, hətta işdə hamam düzəltdirir, istirahət otağı-filan, sauna-zad, inanmayanlara yoxlamada olanlardan öyrənməyi tövsiyə edirik.
Bir faktı deməsək olmaz. Rafiq Aslanovun bacısı oğlu dövlətə məxsus, dəyəri 1 milyon olan kranı yararsız kimi sənədləşdirib satır və pulları cibinə qoyur. 
Görün, bacısı oğlu belə harınlayıbsa, indi dayısının 100 milyonlarını təsəvvür edin. 
Bəli,  Rafiq Aslanovun paytaxtda-Nəsib Bəy Yusifbəyli küçəsi 100 ünvanda-yüksəkmərtəbəli yeni binasının dəyəri  bir neçə milyondur. 
Qubanın Qəçrəş kəndindəki  böyük istirahət mərkəzinin dəyəri isə ölçüyə gəlməzdir. 
Bəlkə, bu adamın Türkiyədəki  biznesindən, otellərindən danışaq.  
Bəlkə, Qarabağda müharibə gedən günlərdə  Rafiq Aslanovun oğlu Afiq Aslanova Londonda aldığı milyonluq mənzildən danışaq. 
Təsəvvür edirsiniz, Füzulidə gənc oğlanlar döyüşür, şəhid olur, can verir, Rafiq isə həmin günlərdə Londonda öz oğulbalasına mənzil alıb hədiyyə edir. 
Bunları saymaqla qurtaran deyil. Ona görə də, keçək yuxarıda qeyd etdiyimiz “xoruz səsi eşitməyən”  xəbərə. 
Bəli, əbəs yerə demədik ki, su sənəyi suda sınar, yaxud  dəryada gəmi məsələsi…
Deməli, sudan milyonlar qazanan və doymaq bilməyən Rafiq Aslanov yuxuda da milyonlar qazanmaq üçün planlar cızır, xəyallar qurur, yeni daha yüksək vəzifələr tutmaq üçün çalışır. 
Necə deyərlər, uzaq gəmilərin kapitanları yeni-yeni torpaqlar  tutmaq üçün okeanlara üz tutan kimi…
Rafiq Aslanov da 38 ildir yığdıqlarını  10 milyonluq  gəmiyə  yükləyib səfərə çıxmaq, Azərsuyun sahillərinə yan almaq  istəyib. Amma  Rafiq Aslanovun xəzinə dolu gəmisi dəryada batıb. İt də gedib, ip də gedib. 
İndi Rafiq Aslanov kimi görürsə deyir ki, evim yıxılıb, dəryada gəmim batıb. 
Bu adama deyən lazımdır ki, sən bu az ağılınla  dəryada gəmi sürmək istəyirsən, ay zavallı. 
Böyük gəmiləri böyük kapitanlar idarə edir. Səninki gölməçələrdir, get tilovunu salla…
Rafiq Aslanovun  gəmisini kimlər batırıb ? -Çox əcəb ediblər, sən bu pulları haradan qazanmışdın sualına cavab isə növbəti yazının mövzusudur. 
P.S.  Dostları deyir ki, Rafiq  son vaxtlar  “Dəryada gəmim qaldı, sona bülbüllər”  mahnısına təkrar-təkrar qulaq asır. Qulaq asmaqla yanaşı orda-burda kimlərinsə adını hallandırır. Daha bilmir ki, ağızdan çıxan hər bir sözün mahiyyətinə varmaq lazımdır.
Olmayan, başın sağ olsun, Rafiq müəllim.


Oxşar xəbərlər

Rafiq Aslanov 39 ildir SU-dan doymur...-  ASC-nin yeni sədri Zaur Mikayılov hara baxır ?
"Cənab Aslanov qüsl edib təmizlənəcək" - Dünənki çıxışdan sonra
Prezident deyir ki, su itkiləri 40-50 faizə çatır…- Su itmir, milyonlarla vəsait Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyasına xərclənir…
Sudan milyonlar qazanan Rafiq Aslanov, Cahan Məmmədovlar-   Su aydınlıq deyil,  sizlikdir, cənablar
Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT
Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri  Zaur Mikayılov  nəyi gözləyir ?- Niyə Zakir Quliyevlərdən, Rafiq Aslanovlardan ASC-ni təmizləmir ?
“Azərsu”nun SƏDRİ postu uğrunda Rafiq Aslanov və Zakir Quliyevin MÜBARİZƏSİ
Talanan Azərbaycan: Əhmədzadənin müavini ərəb şeyxlərindən də varlıdır... - Fotofakt
Meliorasiya və Su Təsərrüfatı ASC-nin pulu Londona axırmış - FOTOLAR
Suvarma pullarını yeyən daha bir AKULA... - Büdcə pullarının izi ilə...
Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır?
Meliorasiyada YENİ PROBLEM: İlqar Əliyev “at oynadır” - NARAZILIQ!
Yeni sədr kollektivə təqdim edildi - Əhmədzadə də qatıldı
Azərbaycanlı məmur oğluna Londonda 1 milyona ev aldı (FOTO/İDDİA) Yenilənib
BDU-nun tanınmış müəllimi vəfat etdi - FOTO
Prezident Rafiq Nəsirova ev hədiyyə etdi - FOTO
Rafiq Hüseynov bu gün erməni güləşçiylə qarşılaşacaq
Rafiq Tağının anası dünyasını dəyişdi
Siyasi baxışları Vüsal Aslanovu daha haralara apara bilər…? - İTTİHAM
Rəmişin ölüm xəbəri yayıldı, həyat yoldaşı təkzib etdi
Göygöldə ŞÜBHƏLİ TENDERLƏR... - Büdcə pulları belə xırıd edilir...
İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var
Kəşfiyyatçımızın 88 gün sonra şəhid xəbəri gəldi - FOTO
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Başqa qurumdan rüşvət üstə çıxarılanları Əhmədzadə vəzifəyə təyin edir
Zaqatalanın da, daha iki rayonun da başçısı dəyişəcək... - "Ağsaqqal"ın ardından KİMLƏR GEDİR?
48 yaşlı kişi sirkə turşusundan zəhərlənib öldü
Razim Məmmədovun  “davamçısı” Rafiq Quliyev - Cənab başçı, həbs olunan 7  başçını göz önünə gətir
Şabranda avtoş bələdiyyə sədri həm də QOÇULUQ EDİRMİŞ... - TƏFƏRRÜAT
Keçmiş nazirin şirkəti MƏHKƏMƏYƏ VERİLDİ