Bərdənin icra başçısının “qara kassa”sı Sərdar Əhmədov- BAŞÇI VİDADİ İSAYEVLƏ SƏRDAR ƏHMƏDOVUN “İŞBİRLİYİ”…
7-09-2021, 21:00
438

Bərdənin icra başçısının “qara kassa”sı Sərdar Əhmədov- BAŞÇI VİDADİ İSAYEVLƏ SƏRDAR ƏHMƏDOVUN “İŞBİRLİYİ”…

Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri Sərdar Əhmədov fermerlərə su satır 

Cənab Əhmədov səhərdən axşamadək rəqəmləri üfürüb şişirdir...




Məlumdur ki, ölkə başçısı İlham Əliyev cənabları iqtisadiyyatımızın neftdən asılılığını azaltmaq üçün dəfələrlə  aqrar sektorun inkişaf etdirilməsi ilə bağlı çağırışlar edib. 
Cənab Prezident təkcə çağırışlar etməyib, həm də bu sahənin inkişafı üçün  kifayət qədər  dövlət vəsaiti ayırıb. 
Çox təəssüf ki, bəzi məmurlar Prezidentin  tapşırıqlarını qulaqardına  vurur. 
Belə məmurlardan biri də  Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri Sərdar Əhmədovdur. 
Belə məmurlara  vaxtında  qulağının dibini göstərmək lazımdır ki, öz yerlərini bilsinlər. 
İlk öncə onu qeyd edək ki, Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri Sərdar Əhmədov rayonda icra başçısı Vidadi İsayevin “qara kassa”sı kimi tanınır. Nə üçün ? 
Məlumdur ki, icra başçılarının çoxu rayondakı idarə və müəssisə rəhbərlərini “aylığa”  otuzdurub. 
Bəli, təhsil, mədəniyyət şöbələrinin, xəstəxanaların  və digər  idarələrin müdirləri hər ay cənab başçıya 5-10 min civarında, bəzən daha çox “aylıq”  verirlər. 
Bu pulların yığılması məsələsinə cənab Sərdar Əhmədov baxır. 
Yuxarıda əbəs yerə qeyd etmədik ki, ölkə başçısı aqrar sektorun inkişafına xüsusi önəm verir. 
Və aqrar sektor deyəndə ilk ağıla gələn su olur. Çünki nə qədər əkib-becərsən də su olmasa sonda bütün zəhmət və qoyulan vəsait hədər gedir. 
Təəssüf ki, suyun mənbəyində dayanan Sərdar Əhmədov dövlət vəsaiti hesabına  başa gələn suyu vətəndaşlara, fermerlərə, sahibkarlara şişirdilmiş baha qiymətlərlə satır. 
Təsəvvür edirsiniz, fermerlər, sahibkarlar öz əkin sahələrini suvarmaq üçün ilin əvvəlində Sərdar Əhmədovla, yəni Suvarma idarəsi ilə müqavilə bağlasa da cənab rəis  müqavilə şərtlərinə əməl etmir.  
Çünki  neçə illərdir ki,  Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov suvarma mövsümünü əsl alver predmetinə çevirir və bu da fermerləri  çətin durumda qoyur, becərilən məhsul məhv olur. 
Məlumdur ki, dövlətimiz  meliorasiya sahəsinə külli miqdarda  vəsait  ayırır. Təəssüf ki, bu vəsait öz təyinatı üzrə istifadə olunmur və Sərdar  Əhmədovun  cibinə gedir.  
Bu adam qurumun balansında olan texnikanı və avadanlıqları öz dədəsinin malı kimi qonşu rayonlara satır, icarəyə verir. 
Bəli, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov qurumun balansında olan texnikanı yerli, eləcə də qonşu rayonlardakı sahibkarlara, fermerlərə icarəyə verir və bunun nəticəsində rayonda böyük problemlər yaradır. 
Məlumat üçün onu da qeyd edək ki, Bərdənin əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, həmçinin onun üzərində olan elektrik nasos stansiyaları, 2 su anbarı, Tərtər kanalı və subartezian quyularıdır. İdarə ümumilikdə 53949 hektar sahəyə xidmət edir. Rayondakı suvarma kompleksi, kanal və drenaj şəbəkələri, nəhəng qurğuların əsas hissəsi bərbad vəziyyətdədir. Hidrotexniki qurğuların və beton kanalların cari və əsaslı təmiri aşağı səviyyədə aparılır. Sərdar Əhmədov  təmir-bərpa, yenidənqurma tədbirləri adı altında büdcə vəsaitlərini  mənimsəyir. 
Nəticədə Bərdə ərazisindəki kanalları vaxtında lildən təmizləmir və ətraf əraziləri su basır. 
Digər tərəfdən transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət  vəsaiti  Sərdar Əhmədovun cibinə axır. 
Sərdar Əhmədovdan soruşan lazımdır ki, aldığın məvaciblə Bərdədə və Bakıdakı mənzillərini necə almısan ? 
Bir sözlə, Sərdar Əhmədov  sərf olunan cüzi məbləği kağız üzərində üfürərək dəfələrlə şişirdir və öz maxinasiyaları ilə cinayət əməllərinə yol verir. 
Yəqin ki, yaxın zamanlarda Sərdar Əhmədovun cibində gəzdirdiyi  “aylıq siyahı”sı   müvafiq dövlət qurumlarının əlinə keçəcək. Onda Sərdar Əhmədovun başına nə keçirəcəklər ? 
Bu artıq bizlik məsələ deyil…


Oxşar xəbərlər

Vidadi İsayev həbs olunacağını düşünüb daha çox varlanmaq istəyir
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
Bərdənin icra başçısı bağçalara ayrılan ərzaqları satdırır? — Bağça müdiri DANIŞDI
Bərdə Vidadi İsayevə, icra başçısı da Bərdəyə düşmən kimi baxır - hakimiyyətin seçim anı...
İdarə rəisi vəfat etdi
İcra başçısı baxça müdiri ilə ərzaq maxinasiyası edir?- ŞOK FAKTLAR
Vidadi İsayevin yaxın adamının həbs səbəbi: Bərdə başçısı təşvişdə...
Məşhur muğam ifaçısı koronavirusdan öldü - FOTO
Vidadi İsayevə görə Prezidentə çağırış – Bərdə sakinləri icra başçısının zülmündən cana doyub
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
Üç aydır şəhidlərə başdaşı yoxdur, Vidadi İsayevdən laqeydlik – Video
Gəncədə sevgilisini öldürüb zibilliyə atan tələbədən XƏBƏR VAR
Azərbaycanda vəzifəli şəxs dünyasını dəyişdi
“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?
Əli Həsənovun qardaşı da işdən çıxarıldı
Bərdə şəhərində BİABIRÇILIQ: Bayraqlar təhqir olundu – VİDEOFAKT
Türkmənistanda varis planı işə düşdü - Berdiməhəmmədov oğlunu yüksək posta gətirdi
Zaqatalanın icra başçısı ilə bağlı ŞOK İDDİA - NARAZILIQ VAR!
Goranboyda nələr baş verir? - İDDİA
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
“Babək-CK” MMC niyə belə matah olub... - ŞÜBHƏ...
“Azərişıq” DTX-nın saxladığı məmura vəzifə verdi – Vilyam işi…
Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar
Rəcəb Babaşovun rəis qudası İŞDƏN ÇIXARILDI
Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT
Qax rayon Suvarma Sistemləri İdarəsində ƏHMƏDZADƏ AB-HAVASI... - FAKT
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
Sərdar Ortaçla Mustafa Ceceli Bakıya gəlir
Sabirabadda məmur özbaşınalığı - Suyu necə satırlar?