Ziraat Bank çirkli pulların yuyulması ilə məşğuldur- Avni Dəmirçinin başının üstündə həmişə FETÖ-nün portreti olur
8-09-2021, 22:30
737

Ziraat Bank çirkli pulların yuyulması ilə məşğuldur- Avni Dəmirçinin başının üstündə həmişə FETÖ-nün portreti olur

Ziraat bank  Türkiyənin ölkəmizdəki səfirliyinin tədbirlərini “baykot” edir...



Rusların maraqlı bir sözü var: Bir az, yəni yarımçıq  hamiləlik olmur.
Doğrudan da, yarımçıq  hamiləlik kimi, yarımçıq həqiqət də olmur. 
Nə üçün zamanın  sınağından çıxmış bu fikirləri yada saldıq ? 
Söhbət  Ziraat Bankdan düşəndə istər-istəməz adamın gözünün önünə  türk düşməni Fətullah Gülən ( FETÖ ) gəlir. 
FETÖ, yəni Fetullahın Terror  Örgütü ( təşkilatı ) dünyanın bir çox ölkələrində şəbəkə quraraq qardaş Tükiyədə siyasi çevriliş edib  hakimiyyətə gəlmək istəyirdilər. 
Sözün qısası, FETÖ Azərbaycanda da gizli bir şəbəkə yaratmışdı. Bu şəbəkə dövlət qurumlarında, mediada, bank sistemində özünə əməlli-başlı  yer edə bilmişdi. 
Bəli, bank sistemini əbəs yerə demədik. Belə banklardan biri də Ziraat Bankdır.
Bu mövzuya keçməzdən öncə bir vacib məsələni vurğulamaq istəyirik. 
Azərbaycanda FETÖ yanlıları xeyli təmizlənsə də, hələ də fəaliyyət göstərənlər var. Yazının girişində “yarımçıq hamiləlik, yarımçıq həqiqət” sözlərini əbəs yerə demədik. 
Fətullah Gülən məsələsinə tam son qoyulmalı, onların izləri ölkəmizdən silinməlidir. 
Yoxsa, Ziraat Banklar, onun sahibləri  Avni Dəmirçi kimiləri hələ uzun illər ölkəmizdə ziyanlı fəaliyyətlərini davam etdirəcəklər. 
Sözün qısası,  Ziraat Bank kimi təsisatların əsas məqsədi çirkli pulların yuyulması, leqallaşdırılması, ofşor zonalara külli miqdarda  pulların köçürülməsidir. Kim deyə bilər ki, sabah, o birisi gün bu pullar nəyə və hara xərclənəcək?
Ziraatbankın keçmişi və bu günü ilə bağlı  onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan  bölməsi 2014-cü ildə  fəaliyyətə başlayıb. 
Bank, Elman  Rüstəmovun  30 dekabr 2014-cü il tarixində verdiyi 255 saylı lisenziya əsasında fəaliyyət  göstərir. 
Bəli, Mərkəzi Bankın  rəhbəri Elman Rüstəmovun  məsuliyyətsizliyi ucbatından Ziraat kimi banklar bildiyini edir. 
Bankda əsasən  radikal dini meyilli əməkdaşlar çalışır. 
Avni Dəmirçi özü  fanatik dərəcədə FETÖ-çudur. Bankın rəhbərliyi hətta Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin rəsmi tədbirlərinə  dəvət olunsalar da, tədbiri “baykot” edirlər. 
Bankın əməkdaşlarını tez-tez  Sumqayıt şəhərində “saqqallılar”ın tədbirlərində  görmək olar. 
Hətta  44 günlük Qarabağ müharibəsindən sonra Avni Dəmirçi  Şuşada bankın filialını da  açmaq eşqinə düşmüşdü. Ancaq ağzından elə vurdular ki…
Düzdür, Avni Dəmirçi  hazırda rotasiya qaydası ilə öz görəvini  başqa şəxsə ötürüb. Amma yenə də gizlinə çəkilərək Ziraat Bank-a “patron”luq edir. 
Ümid edirik ki, müvafiq  dövlət qurumları  Ziraat Bankın və FETÖ-çü  Avni Dəmirçinin  fəaliyyətinə son qoyacaq.


Oxşar xəbərlər

“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
“Ziraat Bank”ın  rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti  son illər niyə zəifləyib ?
“FETÖ-nün  banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.-   “Ziraat Bank”da nələr baş verir ?
Ziraatbankda nələr baş verir ?-Bankın sabiq direktoru AVNİ DƏMİRÇİ ölkədən qaçmaq istəyirmiş..
“Ziraat Bank”ın  siyasi maxinasiyaları...- Fətullahın əsabələri yenə toparlanır...
“Ziraat Bank Azərbaycan” Türkiyə vətəndaşını - MƏHKƏMƏYƏ VERDİ
Ziraatbankda yoxlamalar başlanıldı...-  FETO-çu  Avni Dəmirçi həbs oluna bilər
Ziraat Bankda  yoxlamalar davam edir...- AVNİ DƏMİRÇİ ölkədən qaçmağa hazırlaşır ?
''Ziraat Bank Azərbaycan''nın sabiq rəhbəri Avni Dəmirçi HƏBS olunmalıdır- Fətullah  Gülənin bankı  bağlana bilər…
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
Türkiyənin dövlət qəzeti Əli Həsənovu "FETÖ"çü adlandırdı
Rəhbəri Avni Dəmirci olan Ziraatbank Azərbaycanda bir FETO kabusu dolaşır...- Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
Fətullah Gülən Avni Dəmirçini HƏBSDƏN qoruya bildi-  Ziraat bankın “boss”u dövlətə buynuz göstərir…
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia
Türkiyə güc strukturlarından 323 min FETÖ-çu qovuldu
Fətullah Gülənin qardaşı oğlu saxlanıldı - FOTO
“ZİRAAT BANK”DA QANUNSUZ HESAB PULU ALINIR – EKSPERTDƏN ŞƏRH
2 min FETÖ-çu Yunanıstana qaçıb
Türkiyədə 4 FETO-çu həbs edildi
Türkiyədə FETÖ əməliyyatı: 17 şübhəli saxlanıldı
Fətullah Gülənlə bağlı Qafqaz Universiteti  bağlandı …-   Bəs  MADO  niyə bağlanmır ?
Fətullah Gülənin qadın qohumu tutuldu - FOTO
Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır
"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA
“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu”
Türk ordusundan 20 min FETO-çu qovulub
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Mübariz Mənsimovun məhkəməsi təxirə salındı
Yunanıstana qaçmaq istəyən FETÖ-çular saxlanıldı
Türkiyədə FETÖ əməliyyatı - 41 nəfər həbs edildi