Neftçalada icra başçılarının “rüşvət dəftəri”ndə 1-ci yerdə Elçin Əsədovun adı olub- SUVARMA İDARƏSİNİN RƏİSİNDƏ MİLYONLAR HARADANDIR ?
10-09-2021, 11:19
1 124

Neftçalada icra başçılarının “rüşvət dəftəri”ndə 1-ci yerdə Elçin Əsədovun adı olub- SUVARMA İDARƏSİNİN RƏİSİNDƏ MİLYONLAR HARADANDIR ?

Ulu Öndər  Heydər Əliyev deyirdi ki, meliorasiya və su təsərrüfatı bizim sərvətimizdir və bu sərvətdən  SƏMƏRƏLİ  istifadə etməliyik. 
Mərhum Prezident bir cümlədə 2 mühüm məsələyə toxunub.
Birincisi, suyun milli sərvət olması barədə fikrini bildirib. 
Görəsən, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin  Neftçala  Suvarma Sistemləri  İdarəsinin rəisi Elçin Ataş oğlu Əsədov başa düşmür ki, milli sərvəti dağıtmazlar, talan etməzlər. 
İkincisi, Ulu Öndər bildirb ki, sudan səmərəli istifadə edərlər. 
Elçin Əsədov isə sudan nəinki səmərəli istifadə edir, əksinə başını açıb  fermerlərə, sahibkarlara su sataraq milyonlar qazanır. 
Təsadüfi deyil ki, Neftçalada gəlib-gedən icra başçılarının “rüşvət dəftəri”ndə həmişə 1-ci yerdə Elçin Əsədovun adı olub. 
Elçin Əsədov neçə illərdir ki, idarənin balansında olan  texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satır və bu yolla yüz minlər qazanır. 
Elçin Əsədov eyni zamanda idarənin keçirdiyi tenderləri “sataraq”  tenderlərdən külli miqdarda “otkat” alır  və dövlətin ayırdığı vəsaiti  təyinatı üzrə deyil, şəxsi  maraqları üçün istifadə edir. 
Elçin Əsədov  fermerlərin idarə ilə bağladığı müqaviləni bir kənara tullayıb, dövlət rüsumundan əlavə  xeyli miqdarda pul tələb edir. Torpaq sahələrini əkmək istəyən rayon sakinləri ərazilərini suvarmaq üçün mütləq Elçin müəllimin maraqlarını nəzərə almalıdır. 
Yəni Elçin Əsədovun özünün müəyyən etdiyi “su rüsumları” var. Bu “rüsum” ödənilməsə heç kimə su verilmir. 
Elçin Əsədov  köhnə avadanlıqları, nasosları “kraska”layaraq təzə adı ilə sənədləşdirir və milyonları mənimsəyir. Və su kanallarını təmizləmədiyi üçün su itkisi Prezident İlham Əliyevin dediyi kimi 40-50 faizə çatır. Buna görə də əkin sahələrində ciddi problem yaranır. 
Bunlardan əlavə cənab rəis kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının da pulunu mənimsəyir. 
Dövlət yeni su kanalalrının çəkilməsi üçün milyonlar ayırır. Ancaq Elçin Əsədovdan soruşan yoxdur ki, bu pullar hara xərclənib ? 
Elçin Əsədov  kimiləri  başa  düşmür ki, milli təhlükəsizliyin əsas elementlərindən biri də ərzaq təhlükəsizliyidir. Əgər  əkin sahələri normal su ilə təmin olunmursa, biz hansı ərzaq təhlükəsizliyindən danışa bilərik.  
Elçin Əsədov həm də qohum-əqrəbasını dövlət qurumuna  dolduraraq özünün korrupsiya əməllərinə münbit şərait yaradır. 
Neftçala Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq şəxsi ciblərə gedir.
Rayon sakinləri Elçin Əsədovun əlindən beziblər. Vətəndaşlar konkret olaraq  müxtəlif orqanlara yazır ki, Elçin Əsədov idarəyə  ayrılan tonlarla yanacağı  kənar adamlara sataraq  milyonlar qazanır. 
Və Elçin Əsədov  qazandığı milyonların hesabına Bakıda və Neftçalada möhtəşəm villalara sahibdir.
Vətəndaşlar  bildirir ki, Elçin Əsədov rüsumdan əlavə  hər hektara 200 manat pul tələb edir, bu isə  camaatı  dövlətdən narazı salır. 
Məlumdur ki,  Neftçala rayonu ölkənin balıqla təminatında əsas yerlərdən birini tutur. Yəni bu çox vacib ərzaq məhsulunun yetişdirilməsi və insanlarımızın süfrələrinə çatdırılması üçün çalışırlar. Yetişdirilən balığın böyük əksəriyyət hissəsi isə süni gölməçələrdə yetişdirilir. Sahibkarlar gölməçələrə kiçik balıqları buraxırlar. Təbii ki, balıqları suya buraxmaq üçün gölməçələrə su vurulmalıdır.
Lakin Elçin Əsədov  istədiyi “summa”nı almasa  buna razılıq vermir. 
Beləcə, Prezidentimizin dediyi aqrar sektorun inkişafı məsələsi nəticə vermir. 
Çünki Elçin Əsədovlar üçün Prezidentin tapşırığı deyil, öz cibləri və maraqları daha önəmlidir. 
Bir sözlə, Neftçalada Elçin Əsədovun zülmü ərşə  dirənib. 
Görəsən, dövlət orqanları bunu görmür ?

Növbəti sayımızda istintaqda dili dodağı topuq vuran Elçin Əsədovun İsmayıl Vəliyevlə maxinasiyalarından bəhs edəcəyik. Bizi izləyin.

Oxşar xəbərlər

Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
İdarə rəisi vəfat etdi
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
Sudan milyonlar qazanan Rafiq Aslanov, Cahan Məmmədovlar-   Su aydınlıq deyil,  sizlikdir, cənablar
Ticarətçi Heydər Əsədov hara, Dəniz Akademiyası hara ?- Keçmiş  nazir niyə həbs olunmur ?
Ürəyindən yaralanan qazimiz Bakıya gətirilib
Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
Suyun qiyməti niyə artırıldı? - “Azərsu”dan AÇIQLAMA
Vətən Müharibəsinin qəhrəmanı Elçin: Mənim anam vətənimdir...
Elçin Hüseynov 32 kq arıqlayıb belə oldu - Foto
Bakı Nəqliyyat Agentliyində KÜRSÜ QOVĞASI... - "Vüsal Kərimlinin yerinə müavini Elçin Mustafayev təyin ediləcək..."
İlham Əliyev bu qurumları sərt tənqid etdi: “Vicdansızcasına istifadə edirdilər...”
Qax rayon Suvarma Sistemləri İdarəsində ƏHMƏDZADƏ AB-HAVASI... - FAKT
Şəhidin yeni doğulan qızının adını Şuşa qoydular
“Harop”larla iki saat ərzində ermənilərin 14 tankını məhv etdik” - Elçin Quliyev
Oqtаy Əsədov plenar iclasa niyə qatılmır? - AÇIQLAMA
“Babək-CK” MMC niyə belə matah olub... - ŞÜBHƏ...
Rafael Cəbrayılovun arxasında Oqtay Əsədov DAYANIR... - İDDİA
Bərdənin icra başçısının “qara kassa”sı Sərdar Əhmədov- BAŞÇI VİDADİ İSAYEVLƏ SƏRDAR ƏHMƏDOVUN “İŞBİRLİYİ”…
İcra başçısı sahibkarlara Qurbanlıq üçün cöngə aldırır – İmişlidə
“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?
Rafiq Aslanov 39 ildir SU-dan doymur...-  ASC-nin yeni sədri Zaur Mikayılov hara baxır ?
Sabiq deputata qarşı dələduzluq: Armatur biznesinə başlayıbmış
Əhməd Əhmədzadə sevimli “Sevinc-96”sına bu dəfə 30 milyon manat ayırdı - Hacı Qurban kimdir?
FETO-çu  Zakir Quliyevin həbsi qaçılmazdır- Su və Meliorasiyanın sədr müavini Zakir Quliyev milyonları mənimsəyib.
Bir gündə eyni idarədən 4 tender alan "Tender kralı"nın şirkətini kim himayə edir?
Əhmədzadəyə qarşı gizli ittifaq: - Zakir Quliyevin faciə karxanasından FETO əlaqələrinədək
Prezidentdən daha bir SƏRƏNCAM
5 yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən igid - VİDEO
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender