Rafiq Aslanovun  “kitab”  şantajı...-  Rafiq Aslanov meliorasiyanın son 30 illik tarixini öz adına  bağlayır...
14-09-2021, 22:49
227

Rafiq Aslanovun “kitab” şantajı...- Rafiq Aslanov meliorasiyanın son 30 illik tarixini öz adına bağlayır...

Guya Rafiq Aslanov olmasa, su-meliorasiya çökə bilər..

Dünyada hər cürə sabotaj, şantaj metodları eşitmişik. Ancaq  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini  Rafiq Aslanovun şantajı barədə eşidəndə düzü çox təəccübləndik. Özü də başqa nə iləsə yox, məhz kitabla şantaj etmək. 
Bu adam  əməlli-başlı arxiv materialları toplayıb, üzərində işləyib, korrektələr edib, kimlərisə iqnor edib və sonda  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC )  son onilliklər tarixi barədə şanlı  “dastan” yaradıb. Dastanın da qəhrəmanı kim olsa yaxşıdır ?
Bəli, adam barəsində başqaları yazar, tərif edər. Rafiq Aslanov isə utanıb-qızarmadan  ASC-nin son 30 ildə gördüyü müsbət işləri öz adına çıxır, digər rəhbər şəxsləri isə “arxa plana”  keçirir. Belə demək mümkündürsə, sənədli-sübutlu, “dokumentalnı”  film yaradır. 
Məlumat üçün bildirək ki, Rafiq Aslanov 1984-1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib, 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb və 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.
Yəni Rafiq Aslanov ömrünün  38  ilini Meliorasiyaya həsr edib. Əslində meliorasiyaya  deyil, öz cibinə, öz ailəsinə, oğluna həsr edib. 
Adamın özünü ailəsinə, övladlarına həsr etməsi əslində pis cəhət deyil. Amma xalqdan, dövlətdən oğurladıqları hesabına yox də. 
Bəli, Rafiq Aslanov hazırladığı cild-cild kitabları az qalır adamların gözünə soxa. Ki, baxın görün, mən son 20-30 ildə meliorasiya  sistemində nə qədər işlər görmüşəm. 
Bu adam keçmiş sədri Əhməd Əhmədzadənin və digər xidməti olan şəxslərin heç quru adını da çəkmir. Və hər yerdə deyir ki, Əhməd Əhmədzadənin zamanında da ASC-nin bütün yükü mənim çiynimdə idi, guya qalanları papağını günə yandırırmış. 
Ay səni, Rafiq Aslanov. Deməli, deyirsən ki, özünü  meliorasiyaya həsr etmisən. Yaxşı, əgər özünü  vicdanla ASC-yə həsr etmisənsə, bəs Londondakı evlər, mülklər, qurduğun biznes  nəyin hesabına yaranıb. 
Bəs, Türkiyədəki otelləri hansı pulla almısan ? 
Bəs, oğlunun bahalı avtomobil kolleksiyası nəyin hesabınadır ? 
Avtomobillərin  nömrələri də  ASLANOV soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb. 
Yaxşı, paytaxtda-Nəsib Bəy Yusifbəyli küçəsi 100 ünvanda-yüksəkmərtəbəli, dəyəri milyonlar olan binanı necə  almısan ? 
Bəs,  Qubanın Qəçrəş kəndində böyük istirahət mərkəzini və daha nələri hansı pulla tikdirmisən ? 
Siyahını uzatmaq olar ee, ehtiyac görmürük. 
Bəli, Rafiq Aslanov indi də dilini dinc saxlamır. 
Deyir ki, ASC-nin təzə rəhbəri  bu sahəyə nabələd adamdır, mənim təcrübəmdən istifadə edir, bütün işləri yuxarılar mənə etibar edib. 
Bir sözlə, Rafiq Aslanov öz  personasını əməlli-başlı reklam edir. Guya ki, meliorasiya sistemində ən vacib adamdır və onsuz  bu sistem çökə bilər. 
Hətta , arada, Ömər Xəyyamdan da sitat gətirir:
Mənsiz də dünyanın işi, daha doğrusu, ASC-nin işi keçərmi ? 
Vay səni, Rafiq Aslanov. 
Hələ arada Rafiq Aslanov yaxınlarına yekə-yekə deyir ki, məni də həbs etmək istəyirdilər, “kitablarımı”  görəndən sonra  qədir-qiymətimi bildilər. Adam özündən bu qədərmi  razı olarmış...
Gundelik-Bakı olaraq biz də Rafiq Aslanovun əlimizdə olan “kitabları”  ilə bağlı növbəti sayımızdan başlayaraq “hissə”lər  dərc edəcəyik. Qoy, xalq və ən əsası yuxarılar Rafiq Aslanovu daha yaxından tanısın. Hazır ol, Rafiq Aslanov.

P.S Rafiq müəllim domino oyununda neçə xal var bilirsən? Bilmirsənsə naparnikin olan dostundan soruş.

Oxşar xəbərlər

Prezident deyir ki, su itkiləri 40-50 faizə çatır…- Su itmir, milyonlarla vəsait Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyasına xərclənir…
"Cənab Aslanov qüsl edib təmizlənəcək" - Dünənki çıxışdan sonra
Rafiq Aslanov 39 ildir SU-dan doymur...-  ASC-nin yeni sədri Zaur Mikayılov hara baxır ?
Sudan milyonlar qazanan Rafiq Aslanov, Cahan Məmmədovlar-   Su aydınlıq deyil,  sizlikdir, cənablar
“Meliorasiya” ASC-nin sədr müavini Rafiq Aslanovun 10 milyonluq gəmisi niyə batdı ?- ASLANOV HƏBS OLUNA BİLƏR…
“Azərsu”nun SƏDRİ postu uğrunda Rafiq Aslanov və Zakir Quliyevin MÜBARİZƏSİ
Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Yeni sədr kollektivə təqdim edildi - Əhmədzadə də qatıldı
Meliorasiya və Su Təsərrüfatı ASC-nin pulu Londona axırmış - FOTOLAR
Əhmədzadəyə bunu heç bağışlamaq olmaz... - VİDEO
Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır?
Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri  Zaur Mikayılov  nəyi gözləyir ?- Niyə Zakir Quliyevlərdən, Rafiq Aslanovlardan ASC-ni təmizləmir ?
Talanan Azərbaycan: Əhmədzadənin müavini ərəb şeyxlərindən də varlıdır... - Fotofakt
Zaqatalanın da, daha iki rayonun da başçısı dəyişəcək... - "Ağsaqqal"ın ardından KİMLƏR GEDİR?
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi
Rafiq Quliyev Prezidentin gördüyü işləri ÖZ ADINA ÇIXIR? - İLGİNC FAKT
Meliorasiyada YENİ PROBLEM: İlqar Əliyev “at oynadır” - NARAZILIQ!
Prezident Əhməd Əhmədzadəni İŞDƏN ÇIXARDI
Əhməd Əhmədzadə yüksək vəzifəyə təyin olundu
Meliorasiyanın yeni rəhbəri kimdir? - DOSYE
Azərbaycanlı məmur oğluna Londonda 1 milyona ev aldı (FOTO/İDDİA) Yenilənib
Əhmədzadə haqda ittihamlar Türtkiyə mediasında... - VİDEO
Əhmədzadə keçmiş icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı – FOTO
Məmur uşaqlarının şirkəti BÖHRANLA ÜZ-ÜZƏ... - İLGİNC
Suvarma pullarını yeyən daha bir AKULA... - Büdcə pullarının izi ilə...
Rafiq Hüseynov bu gün erməni güləşçiylə qarşılaşacaq
Prezident Rafiq Nəsirova ev hədiyyə etdi - FOTO
Başqa qurumdan rüşvət üstə çıxarılanları Əhmədzadə vəzifəyə təyin edir
Xətainin icra başçısı Rafiq Quliyev yaşıllıqları məhv edib özünə obyektlər tikdirir...-  Bu işdə ona ən çox dəstək verən “Şəhərsalmakomitəsi”nin “Ərazi Mərkəzi”nin sədri Ramin Abdullayevdir...