Ziya Məmmədovun “Azbentonit”i, “Fortis”i...- Sabiq nazir  ölkədə “zəlzələ” törətmək istəyir ?
16-09-2021, 19:52
1 066

Ziya Məmmədovun “Azbentonit”i, “Fortis”i...- Sabiq nazir ölkədə “zəlzələ” törətmək istəyir ?

Nazirin zavodu niyə tez-tez adını dəyişir, gah “Azbentonit, gah “Fortis Group”, olur, gah da...

Küldən  fərqlənməyən sementdən tikilən binalar bir gün vətəndaşların başına uça bilər..



Çox uzaq tarix deyil, cəmi bir neçə il əvvəl, konkret desək, 19 may 2015-ci il tarixdə səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında dəhşətli  yanğın hadisəsi  baş verdi. 
Hadisə nəticəsində 15 nəfər öldü, 64 nəfər isə yaralandı. Vətəndaşlara milyonlarla ziyan dəydi. Ən dəhşətlisi isə odur ki, ölən və yaralananlar arasında körpələr və uşaqlar da var idi. 
Bu miqyasda  yanğının səbəbi nə idi ? 
Yanğının başlanmasına və bu miqyasda olmasının səbəbi binanın üzərinə çəkilmiş ucuz və tez alışıb  yanan penoplas üzlüklər olub. 
Düzdür, hadisədən sonra EHTİYATSIZLIQ  səbəbi ilə cinayət işi açıldı, hətta həbs olunanlar da oldu. 
Hansı ehtiyatsızlıqdan danışırsınız, cənablar ? 
Hansısa məmurların tamahı ucbatından bina alışıb yandı və insanlar diri-diri yanaraq dünyalarını dəyişdilər. Bu məmurlara dərs olmadı. 
Kiminsə həbs olunması ilə nəsə dəyişdimi ?
Yanğında alışıb yanan körpələr qayıtdımı ?  
Yaxud bir neçə il əvvəl bina uçdu və fəhlələr həlak oldu. Bəzi deputatlarımız dedi ki, fəhlələr şəhid oldu. 
Hansı şəhidlikdən danışırsınız, ay geri zəkalılar ? 
Bina keyfiyyətsiz  sement səbəbindən uçmuşdu. Məgər fəhlələr Qarabağda döyüşürdü ki, şəhid olalar ? 
Bu dəhşətli olayları  nə üçün yada saldıq ? 
Çünki bu cinayətkar əməllər bu gün də davam edir. 
Söhbət sabiq nəqliyyat naziri  Ziya Məmmədova məxsus olduğu deyilən “Azbentonit”dən gedir. 
Məlumat üçün qeyd edək ki, Ziya Məmmədovun ailə biznesinin cəmləşdiyi “Garant Holding”in  törəmə müəssisəsi olan “Azbentonit” bir neçə dəfə adını dəyişib, sonuncu dəfə “Fortis Group” adlanıb. İnşaat materialları istehsalçısı olan  “Azbentonit” MMC 2004-cü ildə Abşeron rayonunda istismara verilib. 
Müəssisənin açılışnda  cənab Prezidentimiz İlham Əliyev də iştirak edib.  Və açılışda  qeyd olundu ki, əsas məqsəd respublikamızın mineral qeyri-filiz xammal yataqlarının kəşfiyyatını, öyrənilməsini, texnoloji qiymətləndirilməsini həyata keçirmək, sənaye əhəmiyyəti olan yataqların xammalları əsasında müxtəlif təyinatlı materialların istehsalını təşkil etməkdən ibarətdir. 
Zavod özünün reklamında qeyd edir ki, guya zavodun kifayət qədər universal mərkəzi-sınaq LABORATORİYASI var. Və zavod yüksək keyfiyyətli bentonit  tozu və müxtəlif markalı portland sementi istehsal edəcək. 
Doğrudanmı, Ziya Məmmədovun zavodu yüksək keyfiyyətli inşaat  materialları istehsal edir ? 
Yazının girişində yanan binanı, uçan binanı əbəs yerə misal gətirmədik. 
Xaırladaq ki, zavodun  borclarına görə, bir neçə dəfə Ziya Məmmədovun oğlu Anar Məmmədov barəsində məhkəmə işi olub, hətta həbsi gündəmdə olub. Yəni bu zavod başı qalmaqallı müəssisədir. 
Ziya Məmmədov, görəsən  zavodlarının adını nə üçün tez-tez dəyişir ? 
Məqsəd izi itirmək, keyfiyyətsiz  sement istehsalçısı kimi ad çıxaran obyeketlərin adını dəyişməklə guya diqqəti yayındırmaqdır. 
Ziya Məmmədov başa düşmür ki, eşşəyin adını dəyişib zürafə qoymaqla heç nə dəyişmir. 
Bəli, Ziya Məmmədov sanki bilərəkdən ölkə üçün problem yaradır. Keyfiyyətsiz  sementlə tikilən binalar nəinki zəlzələyə-filana dözmür, hətta durduğu yerdə çökə bilər. Yuxarıdakı misalda olan kimi. Yaxşı bina keyfiyyətsiz  sement ucbatından çökərsə, insanlar həlak olarsa, bunun cavabını kim verəcək, ay Ziya Məmmədov?
Öz müsahibəndə deyirsən ki, oturmuşam evimdə, namazımı qılıram, Quran oxuyuram. 
Ay adam, Quran oxuyan kəs pul qazanmaq üçün insanların faciəsinə səbəb ola bilməz axı. 
Bəlkə, başqa məqsədin var,  cənab Ziya Məmmədov ? 
Bəlkə, ölkədə  məqsədli şəkildə narazılıq yaratmaq  istəyirsən ?
Bəlkə, “Bəlkə də qaytardılar...”  sevdasına düşmüsən ? 
Ziya Məmmədov bu zavodun təkcə tez-tez adını dəyişmir ee. Həm də işşiləri tez-tez qanunsuz işdən uzaqlaşdırır. Çünki  müəssisədə baş verən  cinayət əməllərinin bayıra çıxmasından yaman qorxur. Bəli, Ziya Məmmədovun şəxsi göstərişi ilə  “Fortis Group”  son vaxtlar 100-dən artıq işçini  QANUNSUZ  olaraq işdən uzaqlaşdırıb. Zavodu ancaq Ziya Məmmədovun yaxın qohumları idarə edir. İşçilərin çoxu da sabiq nazirin qohum-əqrabasıdır. 
Bir daha müvafiq orqanların nəzərinə çatdırırıq ki, adı “Azbentonit”dir, “Fortis”dir nədirsə, bu zavodun istehsal etdiyi sement, sanki adicə küldür, yapışqanlığı yoxdur. 
Bəs hanı  sənin  laboratoriyan, ay Ziya ? 
Bu sementlə tikilən binaları uçmaq təhlükəsi gözləyir. Sonra  deməyin ki, demədiniz. 
Bir daha deyirik ki, Ziya Məmmədov kimi bəzi məmurların ölkəmizi hər mənada Suriyaya çevirmək planları hələ də qalır.


Oxşar xəbərlər

“Akkord”la Ziya Məmmədovun şirkəti arasında məhkəmə qalmaqalı
Türkiyədə dəhşətli QƏZA: 9 nəfər öldü, 30 nəfər yaralandı - FOTOLAR
Məktəbdə FACİƏ: Yanğında 18 nəfər öldü
Bakıda 18 mərtəbəli binada yanğın oldu
Abşeronun Masazır  qəsəbəsində məktəb tikilir, ancaq Təhsil İdarəsinin xəbəri yoxdur…-  Görəsən, FHN, Abşeron rayon icra hakimiyyəti hara baxır ?
SON DƏQİQƏ!Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər və xeyli sayda yaralı var
Moskvada xəstəxanada yanğın oldu
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
İraqda COVID xəstələri üçün olan xəstəxanada yanğın - 30 nəfər öldü
Yasamalda yaşayış binasında yanğın baş verdi
Binədə hündürmərtəbəli binada yanğın - VİDEO
Qocalar evində yanğın olub, ölən var
Bakıda avtobus kabusu: Əgər qapılar blok olsa...
Ukraynada qocalar evində yanğın: 15 nəfər öldü
Türkiyədə kənddə yanğın oldu - 50 ev yandı
Bakıda yaşayış binasında yanğın baş verib
Xırdalanda yaşayış binasında partlayış - 14 nəfər təxliyə olundu
Rusiyada yanğın - 5 nəfər öldü
ABŞ-da silahlı insident - Ölən və yaralananlar var
Bakıda yataqxanada baş verən yanğın söndürüldü - YENİLƏNİB-1
54 COVID-19 xəstəsinin öldüyü xəstəxanada YANĞIN - Səhiyyə naziri İSTEFA VERDİ
İndoneziyada zəlzələ: ölən və yaralananlar var
Türkiyədə daha bir meşədə yanğın oldu
Taylandda yanan bina çökdü - 3 nəfər öldü
İtaliyada 250-dən çox bölgədə meşə yanğınları baş verib - VİDEO
Hosteldə güclü yanğın: Səkkiz nəfər həlak olub - VİDEO
Bakıda yataqxanada yanğın oldu
Moskvada yaşayış binasında partlayış
Bakıda xəstəxanada yanğın (VİDEO)
Bakı-Sumqayıt yolunda tıxacın səbəbi məlum oldu