Neftçala Suvarma İdarəsinin rəisi pul, xahiş keçməyəndə, məhkəmə ilə hədələyir..- Sənin yerin bayır deyil, Bayıldır, Elçin Əsədov
15-09-2021, 19:30
1 216

Neftçala Suvarma İdarəsinin rəisi pul, xahiş keçməyəndə, məhkəmə ilə hədələyir..- Sənin yerin bayır deyil, Bayıldır, Elçin Əsədov

“Neftçalada icra başçılarının “rüşvət dəftəri”ndə 1-ci yerdə Elçin Əsədovun adı olub”  başlıqlı ötən yazımızdan sonra telefon zəngləri, dostların xahişləri, görüş təklifləri  və s bizim iş  rejimimizi əməlli-başlı pozub. 
Nə qədər demək olar ki, fasiləsiz telefon zənglərini, xahiş- minnətləri  saxlayın, təkliflərinizi dayandırın, biz pul götürmürük. Bizim başlıca istəyimiz mövcud problemlərin aradan qaldırılmasıdır. Yazı silməklə, xahiş-minnətlə problem həll olunmur. Bizim  amalımız dövlətə və dövlətçiliyə xidmət etməkdir. 
Yazdıqlarımızda zərrə  qədər qərəz, qeyri-obyektivlik hiss etsəniz, buyurun mövqeynizi bildirin, biz də işıqlandıraq. 
Əvəzində siz nə edirsiniz ? 
Dostlarla bizi üz-göz edirsiniz, iş vaxtımızı alırsınız, minnətçi salırsınız, pul təklif edirsiniz və...
Yazıda adı keçən  “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin  Neftçala  Suvarma Sistemləri  İdarəsinin rəisi Elçin Ataş oğlu Əsədov  deyir ki, xahiş edirəm eşitmirlər, pul verirəm götürmürlər, bəs nə edim, məcburam məhkəməyə verim...
Cənab  Elçin Əsədov ! Məhkəməyə müraciət etmək sizin hüququnuzdur. Ancaq nəyi məhkəməyə verəcəksiniz ? 
Biz  Ulu Öndərdən  sitat gətiririk: “ Meliorasiya və su təsərrüfatı bizim sərvətimizdir və bu sərvətdən  SƏMƏRƏLİ  istifadə etməliyik”. Və deyirik ki,  Neftçala  Suvarma Sistemləri  İdarəsinin rəisi Elçin Əsədov  sudan səmərəli istifadə etmir, israfçılıq edir, suyu fermerlrə satır, sudan milyonlar qazanır. 
Bəlkə, düz demirik ? 
Buyur ver məhkəməyə. Dövlət başçısı özü deyir ki, dözülməz haldır ki, ölkəmizdə su itkisi 40-50 faizdir. Deməli, Elçin Əsədov kimi idarə rəisləri suyu oğurlayıb ki, 40-50 faiz  su yoxa çıxıb. Bəs bu boyda suyun pulları hara gedib ? 
Biz yazırıq ki, Elçin Əsədov neçə illərdir ki, idarənin balansında olan  texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satır və bu yolla yüz minlər qazanır. 
Bəlkə, yalan yazırıq, cənab rəis ? 
Babat  yoxlama-təftiş olsa bunun hamısı üzə çıxacaq. Həm də sizə nə yoxlama, nə təftiş, atalar demişkən, görünən kəndə nə bələdçi. 
Elçin Əsədov,  keçirdiyiniz  tenderləri niyə həmişə eyni şirkətlər  udur ? 
Həmin şirkətlərin  göstəriciləri tenderin şərtlərinə uyğundurmu ? 
Əlbəttə, yox. Bəs niyə elə şirkətləri  qalib elan edirsən ? 
Çünki sənə “otkat”  verirlər. 
Buna görə, bizi məhkəməyə vermək istəyirsən ? 
Buyur, ver. 
Biz  yazırıq ki, Elçin Əsədov  dövlətin ayırdığı vəsaiti təyinatına görə  deyil, öz maddi maraqlarına uyğun sərf edir.  
Biz yazırıq ki,  Neftçalada gəlib-gedən icra başçılarının “rüşvət dəftəri”ndə həmişə 1-ci yerdə Elçin Əsədovun adı olub. 
Bəlkə, elə deyil, yoldaş Əsədov ? 
Bəs  sevimli icra başçın  İsmayıl Vəliyev  niyə həbsxana həyatı  yaşayır ? 
Sənin rayondakı idarə və müəssisə  rəhbərlərindən yığıb rayonun icra başçısı İsmayıl Vəliyevə  verdiyin pullara görə. 
Sənin adının 1-ci yerdə olduğu  “rüşvət dəftəri”  lazımi orqanlarda var. İnanmırsan ver məhkəməyə.  
Biz yazırıq ki, Elçin Əsədov  fermerlərin idarə ilə bağladığı müqaviləni bir kənara tullayıb, dövlət rüsumundan əlavə  xeyli miqdarda pul tələb edir, torpaq sahələrini əkmək istəyən rayon sakinləri ərazilərini suvarmaq üçün mütləq Elçin müəllimin “bığlarını”  yağlamalıdır. 
Biz  yazırıq ki, Neftçala Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq şəxsi ciblərə gedir.
Bunlardan əlavə kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının da pulunu mənimsəyirsən.  
Dövlət yeni su kanallarının çəkilməsi üçün milyonlar ayırır. O pullar hara gedir, Əsədov ? 
Neftçaladakı balıq göllərinə  suyu havayı, müftə verirsən, cənab Əsədov ?  
Bakıda  və Neftçalada möhtəşəm villaların var ? Babandan qalıb ? 
Neftçala sakinləri yazır ki, Elçin Əsədov rüsumdan əlavə  hər hektara 200 manat pul tələb edir, bu isə  camaatı  dövlətdən narazı salır. 
Hazırda həbsxana həyatı yaşayan keçmiş icra başçısı İsmayıl Vəliyev o boyda cinayətləri tək etməmişdi. Sən və sənin kimilərlə etmişdi. Niyə o həbsxanada, sizlər  bayırda olmalısınız ? 
Sizin yeriniz  bayır deyil, Bayıldır, yoldaş Əsədov. 
Get, ver bizi məhkəməyə. Elə bilirsən bununla yığdıqlarını, daha dəqiq desək oğurladıqlarını qoruya biləcəksən ? Ayy hayy, Əsədov.

P.S Bəzi "jurnalistlər" sənə deyib ki, pulunu ver sənə mirzəlik edək. Gündəlik Bakıya cavab yazaq. Niyə pul vermədin? niyə yazdırmadın? Biləsən ki, həmin sən deyən yazarların özləri də sənin kimidir.

Oxşar xəbərlər

Neftçalada icra başçılarının “rüşvət dəftəri”ndə 1-ci yerdə Elçin Əsədovun adı olub- SUVARMA İDARƏSİNİN RƏİSİNDƏ MİLYONLAR HARADANDIR ?
Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
“Şəhidlərin ailəsi bizdən dayanmamağı xahiş edir, təsəvvür edirsiniz?"
İdarə rəisi vəfat etdi
Bir gündə eyni idarədən 4 tender alan "Tender kralı"nın şirkətini kim himayə edir?
“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?
"İtkilərimiz Ermənistanınkından xeyli azıdr" - İlham Əliyev
Neftçalada Vətən müharibəsi iştirakçısına problem yaradanlar kimlərdir - GİLEY
Qax rayon Suvarma Sistemləri İdarəsində ƏHMƏDZADƏ AB-HAVASI... - FAKT
Bir gündə 1.5 milyon manat: Pulla “suvarılan” şoran torpaqlar...
Sudan milyonlar qazanan Rafiq Aslanov, Cahan Məmmədovlar-   Su aydınlıq deyil,  sizlikdir, cənablar
Əhmədzadənin “Sevinc”i yarımçıq qaldı - “Meliorasiya”nın tenderi ləğv olundu
Gənc başçı camaatı müdafiə etdi, amma QANUNLARI POZDU... - Neftçalada NƏ BAŞ VERİR?
Gənc icra başçısı baş redaktoru cərimələtdi
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
Suyun qiyməti niyə artırıldı? - “Azərsu”dan AÇIQLAMA
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
Suvarma pullarını yeyən daha bir AKULA... - Büdcə pullarının izi ilə...
FETO-çu  Zakir Quliyevin həbsi qaçılmazdır- Su və Meliorasiyanın sədr müavini Zakir Quliyev milyonları mənimsəyib.
“Babək-CK” MMC niyə belə matah olub... - ŞÜBHƏ...
Keçmiş başçının oğlu icra hakimiyyətində birinci müavin oldu - Neftçalada
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Nazirlik işsiz vətəndaşa sahiblənmir - GİLEY
Bərdənin icra başçısının “qara kassa”sı Sərdar Əhmədov- BAŞÇI VİDADİ İSAYEVLƏ SƏRDAR ƏHMƏDOVUN “İŞBİRLİYİ”…
Ucarda icra başçısı varmı-yoxmu: BİLİNMİR... - GİLEY
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
Sabirabadda məmur özbaşınalığı - Suyu necə satırlar?
Nazirin Xəzər ATS-də baş verənlərdən xəbəri VARMI?
Neftçaladakı içməli su probleminin həll olunacağı vaxt açıqlandı