Dəmir Yolu QSC sədrinin 1-ci müavini Əlirza Süleymanovun “epoxa”sı bitir...-  Danişyanla Əlirza Süleymanov necə “qohum”dur ?
20-09-2021, 07:30
1 283

Dəmir Yolu QSC sədrinin 1-ci müavini Əlirza Süleymanovun “epoxa”sı bitir...- Danişyanla Əlirza Süleymanov necə “qohum”dur ?

Nizami Süleymanovun  qardaşı  Əlirza Süleymanovun Rəsul Quliyevlə “rels biznesi” 

Bu adamın ömür yoluna, karyerasına nəzər salanda bir söz yada düşür:  Nikolayı taxtda  görüb, Lenini qundaxda.  
Söhbət  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti  sədrinin birinci müavini Əlirza Süleymanovdan  gedir.
Bəli, bu adam  1990-cı ildən başlayaraq vaqon depolarına nəzarət edib. 
Diqqət  edin, 1990-cı ildən. SSRİ adlı dövlət çökmək üzrədir, nəzarət itib, kimin əli kimin cibindən çıxır bilinmir. Bax, Əlirza Süleymanova  belə məqamda ölkədəki dəmir yolu relslərini  tapşırdılar. 
Əlirza Süleymanov təzə relsləri köhnə adı ilə “spisat” edərək varlanmağa başladı. 
Hələ bu harasıdır ?
Əlirza müəllim “metal biznesinin çiçəklənən”  vaxtında sanki  okeana  düşmüşdü. Başqaları 5-10 kiloqram metal axtaranda Əlirza müəllim bir gecədə bir vaqonu “udurdu” və pulunu mənimsəyirdi. 
Onun bu bacarığını görən  Ziya Məmmədov...
Bəli  Ziya Məmmədov  1996-cı ildə  Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olan kimi səhəri günü Əlirza Süleymanovu  özünə müavin təyin etdi. 
Çünki Ziya Məmmədov yaxşı bilirdi ki, dəmir yolu relslərini satmaq üçün Əlirza ən yaxşı kadrdır.
Əlirza Süleymanov da Ziya Məmmədova borclu qalmadı. Əlirza Süleymanov yaxın dostu, o zamankı spiker  Rəsul Quliyevin təklifini Ziya Məmmədova çatdırdı. 
Bəli, Naxçıvana gedən dəmir yolu relslərinin doğranıb satılması və milyonların qazanılması ideyası Rəsul Quliyevlə  Əlirza Süleymanova məxsus idi. 
Qısa vaxtda Əlirza Süleymanov milyonçuya çevrildi. Həmin pullarla oğlu üçün Slovakiyada biznes qurdu. 
Hətta həmin dövrdə Əlirza müəllimin həbsi də gündəmdə olub. Amma canını qurtara bildi. 
Bəli, Əlirza Süleymanov  1996- 2002-ci  illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi  Ziya Məmmədovun,  2004- 2015-ci illərdə isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif  Əsgərovun müavini olmuşdur. 
2015-ci ildən bu günədək isə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun 1-ci müavinidir. 
Sədrlər dəyişir, gedən gedir, gələn gəlir, Əlirza Süleymanov isə yerindən tərpənmir. 
Bu illər ərzində dəmir yolu sistemində nələr baş verib ? 
Və bu illər ərzində  Əlirza Süleymanovun səsi niyə çıxmayıb ? 
Bəli,  Ziya Məmmədovun, Arif Əsgərovun  dövründə Rusiyadan köhnə vaqonları rəngləyib təzə adı ilə Azərbaycana gətirəndə, milyonlar qazananda niyə səsini çıxartmırdın, Əlirza müəllim ?
Köhnə vaqonları  doğrayıb 1 tonunu 160 manata satıb, kağızda 75 manat göstərəndə  niyə danışmırdın, cənab Süleymanov ?
Dəmir yol sistemində  görülən işlərin qiymətini 2 dəfə şişirdib  milyonları mənimsəyirdiniz. 
Bütün bu  cinayətlər törənəndə sən harada idin, cənab müavin ? 
Elə bilirsən sən yaxanı qırağa çəkə biləcəksən, sən məsuliyyətdən kənarda qala biləcəksən ? 
Bütün bunları qoyaq bir kənara, bəs, Danişyanla çəkdirdiyin qol-boyun şəkilləri harada  gizlədin ?
Yuxarıda qeyd etdik ki, oğlunun adına Slovakiyada biznes qurmusan. Onu başa düşdük, oğlundur. Bəs Danişyanla necə qohum olmusan ? 
Bunu sənə çox yaxın olan elə adamlar təsdiq edir, Əlirza müəllim, tərpənməyə yer qalmır. 
Azərbaycandan mənimsədiyin milyonları Danişyan necə idarə edir ? 
Mərhum qardaşın  Nizami Süleymanovun adından istiafdə edərək, nələr etmirdin ? 
Suallar çoxdur, Əlirza Süleymanov. 
Amma unutma ki, sənin epoxan artıq başa çatır. 
Ancaq bu səni məsuliyyətdən qurtarmır.


Oxşar xəbərlər

Azərbaycan  Dəmir Yolunun  “kölgə”  1-ci müavini Əlirza Süleymanov- Əlirza Süleymanovun oğlunun Slovakiyada biznesi
Qarabağ Azərbaycana aiddir – İranın nüfuzlu din xadimi
Vəkillər Kollegiyası dövlət orqanlarına vəkillik edir? - NARAZILIQ!
Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü Prezident İlham Əliyevə məktub göndərib
Ziya Məmmədovun  Rəsul Quliyevlə  “dəmir yolu”  biznesi- Ramiz Mehdiyev onu həbsdən necə xilas etdi ?
İranın Hərbi Dəniz Qüvvələrinə 188 ədəd PUA verildi
Prezidentdən AZAL, ADY və Bakı Metropoliteni ilə bağlı SƏRƏNCAM
Qonşu ölkə sərt karantin rejiminə keçdi
“Qəbələyə çəkilən dəmir yolu xətti hazırdır” - Cavid Qurbanov
Oğlu tərəfindən öldürülən Nofəl Süleymanovun son görüntüləri - Video
Qarabağ qazisinə qarşı məhkəmə - vəkil özbaşınalığı davam edir
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Metal qəbuletmə məntəqələri oğurluq məmulatlar qəbul edir- Yeniyetmələr arasında kabel kəsənlər, kondisioner oğurlayanlar var
Bu gün Heydər Əliyevin ANIM GÜNÜDÜR
Gələn il Azərbaycanda 30 minə yaxın iş yeri açılacaq
İranda prezident seçkiləridir - Qutudan kim çıxacaq?
Azərbaycanda partiya sədri həbsxanada vəfat etdi
Paytaxtın məşhur bazarı köçürülür
Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
Bakıda yeni tunel istifadəyə verildi
İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı
Dəmir yolu Vağzalının və Qəbələ birxətli dəmir yolunun açılışı oldu
140 illik Horadiz-Ağbənd dəmir yolu bərpa olunur - Video
ADY Sumqayıtdakı qəzanın səbəbini açıqladı
10 yaşlı Nərminin qətlinin gizli məqamları – VİDEO
Tanınmış azərbaycanlı musiqiçi vəfat etdi
Prezident Rəşad Nəbiyevə daha bir VƏZİFƏ VERDİ
Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttində hərəkət cədvəli yenilənəcək
“Şuşaya dəmir yolu çəkiləcək” - İlham Əliyev
Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovdan XƏBƏR VAR