Bütün dünyada həmkarların funksiyası İŞÇİ-lərin maraq və mənafeyini qorumaqdır

Səttar Mehbalıyevin işi isə özünün şəxsi maraqlarını güdməkdir  

Əli Həsənovun qudası  Möhbalıyev sanatoriyaların, pansionatların ərazisini sataraq binalar tikdirib 



Bütün dünyada həmkarlar təşkilatının funksiyası obrazlı desək  fəhlə sinifinin hüquqlarını qorumaqdır. 
Əlbəttə söhbət sinifi  mübarizədən getmir. Söhbət işçi və sahibkar arasında yaranan  problemləri çözmək, işçilərin sosial hüquqlarını qorumaqdır. Yəni dünyada həmkarların yeganə işi  işçilərin  MARAQ  və MƏNAFE-lərini güdməkdir. 
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası”nın  (AHİK) sədri  Səttar  Möhbalıyevin işi isə ÖZ MARAQ və MƏNAFE-lərini güdməkdir. 
Bu adam  1991-ci ildə  Prezident   Ayaz Mütəllibovun vaxtında  hansısa yolla  Respublika Həmkarlar  Komitəsinin sədri olub. İndi hər yerdə yazdırır ki, guya demokratik seçki yolu ilə  sədr seçilib. 
Ay Möhbalıyev, 1991-ci ildə sən hansı demokratik seçkidən danışırsan ? 
Sən 30 ildir  fəhlələrin, işçilərin  hesabına özünə  topdağıtmaz imperiya qurmusan.   
Sənin bu imperiyan  isə  ölkə vətəndaşlarından üst-üstə 50 milyondan çox üzvlük haqqı yığır. Üstəlik hər il dövlət büdcəsindən DSMF vasitəsilə Mehbalıyevə  on milyonlarla pul ayrılır. 
Bu milyonlar  hara gedir, cənab  “Prafkom” ? 
Möhbalıyev  bu milyonların hesabına qohum-əqrəbasını cənnətə “komandirovka”ya  göndərib. 
Möhbalıyev  işçilərdən  zorla yığılan milyonların hesabına ölkənin müxtəlif yerlərində villalar ucaldıb. 
Mehbalıyev heç vaxt müxtəlif sahələr üzrə müstəqil həmkarlar təşkilatının yaranmasına imkan verməyib. 
Bu işdə Möhbalıyevin  “krışası”-damı  Ramiz Mehdiyev və qudası Əli Həsənov olub. 

Bu adam hər ay  dövlət orqanlarında və özəl təşkialtlarda çalışan  yüz minlərlə işçinin qazancından zorla “FAİZ” alır. Ancaq bu günədək işdən qanunsuz qovulan, haqqı tapdanan  bircə nəfər də işçinin hüququnu qorumayıb. 
Səttar  Möhbalıyev  qudası Əli Həsənovun gizli planlarında həmişə baş rolda olub. 
Özündən çox razı olan bu adam hələ sovet dövründən qalan  sanatoriyaların, pansionatların ərazisini tikinti maqnatlarına satıb, özü də  binalar  tikdirir. 
Bu adam 30 ildir Həmkarları  zəbt, işğal edib. Bu adamın 30 illik fəaliyyəti mütləq yoxlanlımalı, qanunsuz mənimsədiyi sərvət  müsadirə olunmalı, özü isə layiq olduğu cəzanı almalıdır. 
Nəhayət bu özündən çox razı, müştəbeh, orda-burda ağzına gələni danışan adam yerini bilməlidir. 
Mehbalıyev həmkarlar konfederasiyasını ailə podratına çevirib. 
Səttar Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. 
Səttar Möhbalıyevin xanımı Türkiyədə  250 min dollarlıq şirkət  təsis edib. 
Haradandır bu paralar, cənab Mehbalıyev ? 
Möhbalıyevin ailəsinə məxsus gözəllik salonları, gimnastika zalları görəsən hansı pulla yaranıb ? 
Bu adam 30 ildir həmkarları, 20 ildir parlamenti zəbt edib. 
Möhbalıyev  “Kurort” Səhmdar Cəmiyyəti adı altında milyonlarla sərvəti əlinə keçirib. 
Səttar Möhbalıyev  hər il “putyovka”  biznesindən milyonlar qazanır. 
AHİK-in “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalarına putyovka almaq üçün mütləq  Möhbalıyevə  “töycü”  verməlisən. 
Təsəvvür edirsiniz  işdən qovulan, işini itirən şəxsləri ancaq media  müdafiə edir. Bu medianın deyil, birbaşa Möhbalıyevin işidir. 
Möhbalıyev bircə dəfə də olsun 20 ildir  oturduğu Milli Məclisdə kiminsə pozulan hüququnu müdafiə etməyib. 
Bəlkə, Möhbalıyev 100 minlərlə müəllimin, on minlərlə neftçinin hüququnu müdafiə edib ? 
Bəs onda niyə  onlardan milyonlarla üzvlük  haqqı yığırsan, ay Möhbalıyev ? 
Onu da qeyd edək ki, Möhbalıyev  qudası Əli Həsənovla tikinti biznesinə də böyük kapital qoyub. Və ən əsası tikilən binalar  həmkarlara  məxsus obyektlərin ərazisində inşa edilir. 
Bəli, Səttar  Möhbalıyevin  30 illik hökmranlığına son qoyulmalıdır. Unutmaq lazım deyil ki, Səttar Möhbalıyev həbsxanada  olan icra başçılarından daha çox korrupsiya əməllərinin sahibidir.

P.S Növbəti sayımızda Yasamal rayonundakı binaların arasında tikilən klinikadan bəhs olunacaq.