“TOPAZ”ın inhisarçılığına SON qoyulmalıdır- “Topaz”  öz  qiymətləri niyə süni qaldırır, öz agentlərini incidir
21-09-2021, 18:34
244

“TOPAZ”ın inhisarçılığına SON qoyulmalıdır- “Topaz” öz qiymətləri niyə süni qaldırır, öz agentlərini incidir

“TOPAZ”ın inhisarçılığına SON qoyulmalıdır …
“Topaz”  öz  qiymətləri niyə süni qaldırır, öz agentlərini incidir
Mərc oyunlarından söhbət düşəndə yaşlı nəsil həmişə başını bulayır və bu oyunlara çox pis baxır. 
Biz mərc oyunlarını təbliğ və təşviq etmək fikrindən xeyli uzağıq. Ancaq gəlin nəzərə alaq ki, uzun illər yaşadığımız  sovet dövründə də  qanuni şəkildə lotereya oyunları var idi. 
Adam var idi ki, 1 “paçka”, yəni 100 lotereyanı birdən alırdı və..1 manat da udmurdu. Amma bəxti gətirənlər də var idi ki, 1 lotereya alaraq  bahalı avtomobil udurdu. 
Biz bütün bunların hamısının canlı şahidi olmuşuq. 
Yəni mərc oyunları  dünyamızın reallığıdır. Bunun qarşısını alsan, gizli formaya keçəcək, yaxud insanlarımız belə oyunlarda iştirak etmək üçün yaxın Gürcüstana üz tutacaq. 
Bir daha deyirik ki, biz mərc oyunlarını təbliğ etmirik və bu oyunların yaratdığı fəsadları, problemləri də yaxşı bilirik. 
Bu gün orta məktəblərin, ali məktəblərin yaxınlığında gizli fəaliyyət göstərən  qumarxanalardan da xəbərimiz var. Belə qumarxanalar  yeniyetmələri, gəncləri məhv edir, onları dərsdən ayırır, hətta bəzən belə oyunlar oğurluqla, intiharla  nəticələnir.  Ancaq nə etməli ki, mərc oyunları günümüzün reallığıdır. 
Deməli, yeganə düzgün yol mərc oyunlarına qanuni icazə vermək və bu sahəyə dövlət nəzarətini gücləndirmək. 
Bəli, bu sahəyə dövlət nəzarəti mütləq olmalıdır. 
Təsəvvür edirsiniz,  18 yaşından aşağı gənclərin mərc oyunlarında iştirakı qanunla qadağandır. Amma  buna nəzarət olunurmu ? 
Əlbəttə, yox. Bir müqayisə aparaq. Qanunla azyaşlıların matrketlərdən, köşklərdən siqaret almasına icazə verilmir. Amma gedin müşahidə edin, görün bu qanuna əməl edilirmi ? 
Bax, mərc oyunları sektorunda da vəziyyət belədir. 
Nə isə zəlzələdən, yaxud vəlvələdən mərc oyunlarına Azərbaycanda çox uzun sürən müzakirələrdən sonra icazə verildi. 
Və bunun üçün 19 yanvar  2010-cu il tarixdə Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə Azerinteltek” QSC  təsis edilib.
Bu QSC-də uzun müddət söz sahibi “TOPAZ” brendinin sahibi  “Turkcell” şirkəti olub. “Topaz”ın səhmlərinin 51 faizi “Turkcell” şirkətinə, 24,5 “Baltech Investment LLC” şirkətinə, qalan 24,5 faizi isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.
Sonradan  “Turkcell” öz payını satışa çıxardıqdan sonra “Topaz”ın 51 faizlik səhmi məhz “Baltech Investment LLC”-yə  satıb, yəni onun payı 51 + 24, 5 = 75, 5  faiz olub. 
Yəni hazırda  Topaz-dakı umumi payın 75, 5  faizi  “Baltech İnvestment” LLC-yə məxsusdur. Bu şirkətin sahibi kimdir, nəçidir, bu barədə dəqiq heç nə deyə bilmərik. 
Bircə onu dəqiq deyə bilərik ki, 51 faizi almaq üçün  Türkcell-ə  19,5 milyon avro ödəyən “Baltech Investment LLC” əslində ilk olaraq Türkiyədə qurulub və bu gün Topaz-ın real sahibidir. 
Mediada bu barədə müxtəlif versiyalar, fərziyyələr irəli sürülür. Bizim məqsədimiz fərziyyələrə, gümanlara deyil, konkret faktlara əsaslanmaqdır. 
Bəli, pis-yaxşı bu gün Azərbaycanda mərc oyunları fəaliyyət göstərir, bu oyunlarla bağlı qanunvericilik var. Düzdür, problemlər də kifayət qədərdir. 
Məsələn, Topaz-ın idarəetməsi  Türkcell-də olanda agentlər, yəni oyunçular, müştərilər  bu dərəcədə narazılıq, şikayət etmirdi. 
Ancaq  bu gün təkcə müştərilər  deyil, həm də Topaz-ın məntəqə sahibləri də ciddi narazılıq edirlər. 
Belə ki, Topaz-ın köhnə məntəqələri  bağlanılır, yeniləri üçün şıdırğı  alver gedir. 
Məntəqə sahiblərinin dediyinə görə, pul qoyub, “Topaz” məntəqəsi açanlar indi zorla işindən uzaqlaşdırılır, onlara heç bir açıqlama verilmədən məntəqələri bağlanılır. Obyekt sahibləri deyir ki, “Azərinteltek” QSC-nın məsul şəxsləri heç bir səbəb gətirmədən onlara  məxsus “Topaz”ın fəaliyyətini dayandırıblar. Və məntəqə sahiblərinə heç nə demirlər. Sadəcə məntəqəyə gəlib terminalı bağlayırlar. Məntəqə sahibləri isə deyir ki, məntəqəni açmağa, avadanlıqlar almağa  50-60 min manat xərcləmişəm, indi heç olmasa 40 min manat kompensasiya versinlər. 
Məntəqə sahibləri “Topaz”ın hərərkətlərindən az qala qan ağlayırlar. Onlar bildirir ki, hər obyektdən heç olmasa, 4-5 nəfər evinə çörək pulu aparırdı, 7-8  ildir bu sahədə işləyirik. 
Bəs görəsən, nə baş verib ki, Topaz  öz işçilərinə qarşı belə hərəkət edir. Axı, bunun bir səbəbi olmalıdır. 
Axı, bu adamlar məntəqə kirayələyib,  terminal alıb, balansa pul qoyublar, lazımi əşyalar alınıb və s. 
Necə yəni durun basın bayıra...Belə özbaşınalıq olar ?
Vətəndaşa quruca məlumat vermək olar dəə..
Görək, Allah qoymasa, bu suallara  “Azərinteltek” QSC-nın məsul şəxsi Cavidan Məcidov nə cavab verir:
Biz  qarşılıqlı müqavilə bağlayırıq və bu sənəd qanunvericiliklə tənzimlənir. Burada qeyd olunan 30.12.3-cü bəndimizə əsasən, hansısa məntəqənin fəaliyyətinə heç bir səbəb gətirilmədən xitam vermək hüqumuz var. 
Bərəkallah. HEÇ BİR SƏBƏB GƏTİRMƏDƏN XİTAM VERMƏK  HÜQUQUMUZ  VAR. 
Belə hüquq  sənin başına...gəlsin. 
Bəs  məntəqələri ləğv edib yeni məntəqələr açırsınız..
Həmin  yeni məntəqələrin sahibləri xeyli miqdarda pul ödəyirlər. O pullar kimlərin cibinə gedir ? 
Əvvəl mərc oyunlarında  bir kupon 1 manat idisə, indi niyə  3 manata qaldırmısınız ? 
Yaxşı, bunları yazaq sizin olmayan vicdanınıza. 
Bəs mətbuatın suallarını, sorğularını niyə cavablandırmırsınız ? 
Əvvəl mətbuatda, idman saytlarında Topaz-ın əmsalları yayımlanırdı. İndi bunu da qadağan etmisiniz. 
Sözün kəsəsi. Bütün dünyada inhisarçılıq  qadağan edilib. 
Və təcili “Topaz”-ın inhisarçılığına son qoyulmalıdır.


Oxşar xəbərlər

Azərbaycanda mərc oyunları QANUNDAN KƏNARDIR... - İLGİNC
Topaz müflis olub? - GƏLİŞMƏ
Azərbaycanda  TOPAZ  kabusu dolaşır...-TOPAZA KİM NƏZARƏT EDİR?
"1xBet“ bukmeyker kontorunu hansı məmur himayə edir?
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual!
Bakı sakininə qarşı qeyri-adi soyğunçuluq - “Topaz” kuponu zorla əlindən alınıb
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? – Villalar, maşınlar, Türkiyə biznesi…
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? – Villalar, maşınlar, Türkiyə biznesi…
Qanunsuz idman mərc oyunları oynayanlara xəbərdarlıq
“İnsanların cibinə girirlər” - Taksi xidmətləri qiyməti niyə qaldırır?
"Özəl kanallarımız harda mənəviyyatı pozuq adamlar varsa, onları efirə çıxarır və..."
“Taksi qalmaqalı”nın SÜRPRİZ NƏTİCƏSİ: - Şirkətlər qiyməti niyə qaldırır?
Ağsuda silsilə oğurluqlar edən şəxslər saxlanılıb
Mərc oyunlarının təşkil olunduğu çayxana aşkarlandı
Türkiyədə Ermənistandan idarə edilən şəbəkə TUTULDU
“Apteklərimiz ermənilərdən daha təhlükəlidir“ - Xalq artisti
“Mostbet” bukmeyker saytı insanların cibinə necə girir?- Araşdırma
“Lotereya oynayıb, Bakıda ev aldım" - Xalq artisti
“Azərbaycan üçün Aİ maraqlı deyil və mən bunu başa düşürəm”
Yaponiya şokda: Paralimpiya Oyunları ərəfəsində yoluxma kəskin artdı
“İt döyüşlərinə görə 30-40 min dollardan mərcə girirlər”
İngiltərə Premyer Liqasının oyunları 90 dəqiqədən az oynanıla bilər
Türkiyənin 16 fenomeni barəsində araşdırma başladı
Bakıdakı oyunlara neçə nəfər azarkeş buraxılacaq? - RƏSMİ
Prezidentdən rüşvətxor məmurlara xəbərdarlıq: “Buna son qoyulmalıdır”
"Azərsun”, “Veysəloğlu” kimi monopolist şirkətlər qiymətləri hər gün artırırlar - Bəs bu duruma hökümət niyə səssiz qalır?..
Azad Rəhimov  “Nizami”  Kino Mərkəzində prezentasiya keçirməyə hazırlaşır?- Ramiz Mehdiyevin başına gələnlər Rəhimova dərs olmayıb ?
Erməni nazir SSRİ dağılmamış Azərbaycanın müstəqilliyini tanımışdı - Sensasion fakt (VİDEO)