Samir Şərifovun “qara kassası” Təbriz Həsənov kimdir ?- Baş Maliyyə İdarəsinin rəisi niyə HƏBS OLUNMUR?
20-09-2021, 23:05
1 141

Samir Şərifovun “qara kassası” Təbriz Həsənov kimdir ?- Baş Maliyyə İdarəsinin rəisi niyə HƏBS OLUNMUR?

Samir Şərifovun “qara işlərinin avtoru” Təbriz kimdir ?

 Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənovun qara əməlləri...


Öncə onu xüsusi olaraq qeyd edək ki, 2006-cı ilin aprel ayından bu günədək Azərbaycan Respublikasının maliyyə naziri olan Samir Şərifovun  həqiqi kimliyi barədə tarix öz sözünü deyəcək. Və onun əməlləri bir gün ifşa olunacaq. 
İndiki mövzumuz isə  Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Həsənov Təbriz Oruc oğlu barəsindədir.  
Onu da qeyd edək ki, Təbriz Həsənov uzun müddət bu idarənin rəis müavini olub və 2016-cı ildən bu  idarənin rəisidir. 
Təbriz Həsənovun  vəzifəsinin “razmer”ini və əlində olan səlahiyyətlərin miqyasını təsəvvür etmək üçün Baş İdarənin funksiyalarına nəzər salaq. 
Baş İdarənin rəis müavini   Atalıyev Yavər Vətən oğludur. 
Baş İdarənin digər rəis müavini -büdcə sektorunun müdiri: Cəlilova Şəfəq Xəlil qızıdır. 
İdarənin struktur bölmələri :
İnzibati təsərrüfat sektorunun müdiri: Məhərrəmov Məhəmməd Qurban oğludur. 
Xüsusi işlər və kadr üzrə baş məsləhətçi: Əhmədov Azad Əhmədkamal oğludur. 
Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadı təhlil sektorunun müdiri : Ələkbərov Mahir Məhəmməd oğludur. 
Xəzinə əməliyyatlarının uçotu və hesabatı sektorunun müdiri: Qurbanova Rüxsarə Məmməd qızıdır.
Xəzinə əməliyyatları sektorunun müdiri: Əhmədov Emil Seyfəddin oğludur. 

İndi görək, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin fəaliyyəti nədən ibarətdir:
Baş İdarə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində ərazi struktur bölməsidir.
Bakı şəhəri üzrə maliyyə, büdcə, mühasibat uçotu və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazrlanmasında səlahiyyətləri daxilində iştirak edir;

Dövlət büdcəsinin Bakı Şəhəri üzrə yerli xərclərinin layihəsinin qanunvericiliyə uyğun hazırlanması və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını təmin edir;
Qanunvericiliklə müəyyən olumuş qaydada dövlət büdcəsinin Bakı Şəhəri üzrə yerli xərclərinin icrasını təsdiq olunmuş rüblük bölgü əsasında təmin edir;
Büdcə sistemi, vergi, dövlət xəzinədarlığı sahəsində Baş İdarənin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənmənin həyata keçirilməsində səlahiyyətləri daxilində iştirak edir;
Bakı Şəhəri Üzrə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflərin hazırlanmasında müvafiq qaydada iştirak edir;
Baş idarənin nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə Bakı şəhərinin yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirir;
qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Bəli, indi gördünüzmü, söhbət hansısa  bir adi idarədən getmir, əlində az qala bir nazirliyin, dövlət komitəsinin səlahiyyətləri olan qurumdan söhbət gedir. 
Görəsən, Samir Şərifov bu  boyda səlahiyyətləri əlində cəmləşdirən Təbriz Həsənovun ala gözlərinəmi aşiq olub?
Əsla, yox. Samir Şərifov ala gözlərə-zada aşiq olan deyil. 
Samir Şərifov  paytaxtın “baş finansist”inin qara əməllərinə heyran olub. 
Bəli, unutmayaq ki, söhbət maliyyədən gedəndə bunun böyük bir hissəsi paytaxt Bakının, daha doğrusu, Təbriz Həsənovun payına  düşür. 
Təsəvvür edirsiniz, Bakıdakı yüzlərlə, minlərlə irili-xırdalı idarələrin, müəssisələrin  maliyyə hesabatları, büdcələri Təbrizin əlinin altından gəlib keçir.
Yəni Təbriz  pul dənizinin içində yelkən açıb. 
Bu gün Bakıda Təbrizin mülkləri, mənzilləri, obyektləri, riyaziyyatçılar demiş N qədərdir. Hələ xaricdəki biznesini demirik. 
Ümumiyyətlə, nazir Samir Şərifov öz “qara layihə”lərinin hamısını  Təbrizin əli ilə həyata keçirir. Yəni Təbriz Həsənov nazir Samir Şərifovla bağlı əməlli-başlı informasiya mənbəyidir. 
Ona görə də, Təbriz Həsənov  dar dairələrdə  deyir ki, Samir Şərifov məni işdən çıxarmaz, bəlkə də...çıxara bilməz.
Hətta bu uzun illər ərzində Təbriz  Həsənov əməlli-başlı “qarğa dilini” də öyrənib və kefinin kök vaxtlarında öz-özünə “Vermərəm ha..”, “ Sən bildiklərini mən də bilirəm haa..”, “Açaram haa..” deyərək elə bil dilinin altında nəsə zikr edir. 
Təbriz Həsənov üçün Bakının nəinki prospektləri, küçələri, hətta adi səkiləri də gəlir mənbəyidir. Bir binanı neçə dəfə  qaşımaq olar, ay Təbriz müəllim ? 
Bir səkini neçə dəfə söküb-tikmək olar ?
Bir köhnə binanı neçə dəfə üzləmək, aqlay çəkmək olar, cənab Həsənov ? 
Hər dəfə dövlətin büdcəsindən milyonlar silinir. 
Sözün qısası, Samir - Təbriz cütlüyünü də sabiq vergilər naziri  Fazil Məmmədovun  aqibəti gözləyir. 
Yeri gəlmişkən,  bir neçə gün öncə  Fazilin ölkədən çıxışına  stop  qoydular. 
Sağ əli Samir Şərifovun başına.

P.S Görəsən Samir Şərifovun mülkləri kimin adinadır? Çox maraqlı sualdır, elə deyilmi Təbriz müəllim. Bu haqda sonra...



Oxşar xəbərlər

Mirqafar Seyidovun vəzifəsini o icra edəcək
Rəşad Behbudov Baş İdarənin rəislərini bir-bir  “yola salır”- MN Tibb Baş İdarəsinin rəisi olacaq şəxs bunu mütləq nəzərə almalıdır
Samir Şərifov araşdırma başlatdı: “Azərxalça” təftiş edilir
Vilayət Eyvazov rəis müavinini İŞDƏN ÇIXARDI
Nazir Sumqayıta yeni rəis müavini TƏYİN ETDİ
Sumqayıtın polis rəisinin müavini İŞDƏN ÇIXARILDI
Elnur Kələntərova polkovnik rütbəsi verildi
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi - FOTO
Baş prokurordan kadr dəyişikliyi: Fərid Nağıyevə yeni vəzifə verildi
Təbrizə giriş-çıxış bağlanıb
MN Tibb Baş İdarəsinin rəisi  Rəşad Behbudovdur yoxsa Elxan İbrahimov?
Vilayət Eyvazov polis mayoruna yeni vəzifə verdi
Rəis müavini və atası eyni gündə koronavirusdan vəfat etdi
Ərazi Maliyyə Mərkəzinə yeni rəis təyin edildi
Vətən müharibəsinin şəhidi İkinci Fəxri xiyabanda dəfn olunacaq
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
Xalq artistinin oğluna nazirlikdə yeni VƏZİFƏ VERİLDİ - FOTO
Masallıda Maliyyə Naziri Samir Şərifovun rəğbətini qazanan  "mütəxəssis"- Azər Abdullayev nə işlə məşğuldur ?
Nazir Samir Ələkbərovu yüksək vəzifəyə təyin ETDİ
Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – SON DƏQİQƏ
Nazir Vəliyevi rəis müavini TƏYİN ETDİ - ƏMR
İcra başçısı həbs olunan rayonda YENİ TƏYİNAT
Bu gün 70 yaşı tamam olan general təqaüdə göndəriləcək
Eldar Həsənov DTX-nin hospitalına köçürüldü
Nazir Əli Həsənovun oğlunu işdən çıxardı
Vilayət Eyvazov onu rəis müavini təyin etdi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
Xankəndi Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil edilib
İcra Hakimiyyətindən şəhid polkovnikin barelyefi ilə bağlı AÇIQLAMA: - “Təbrizlə əlaqə saxlayacağıq”
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..