Ömürlük xəstələr qalıb Səhiyyə Nazirliyinin, TƏBİB-in və Zaur Əliyevin əlində- Ramin Bayramlıdan nümunə götür, Zaur Əliyev
23-09-2021, 15:29
860

Ömürlük xəstələr qalıb Səhiyyə Nazirliyinin, TƏBİB-in və Zaur Əliyevin əlində- Ramin Bayramlıdan nümunə götür, Zaur Əliyev

İcbari Tibbi Sığorta Agentliyinin sədri  Zaur Əliyev 7 ildə heç bir iş görə bilmədi 


70 il yaşadığımız  sovet  dönəmində təhsil,  səhiyyə pulsuz idi. Yəni o dönəmdə  özəl təhsil, şəxsi xəstəxana-filan yox idi. Hər cürə xərci dövlət özü  ödəyirdi. 
Düzdür, kimsə həkimə 5-10 manat şirinlik verə bilərdi, amma  vətəndaşın müalicəsi pulsuz başa gəlirdi. 
Müstəqillik  dönəmində  günbəgün artan  özəl xəstəxanalar, klinikalar vətəndaşlar üçün müəyyən problemlər yaradırlar. Yəni özəl xəstəxanalar lap xəstə yıxılıb ölsə də pulsuz bir ağrıkəsici də vurmaz. 
Bəs onda imkansız insanlar neyləsin ? 
Biz hələ qiyməti 5-10 min manat olan cərrahi əməliyyatlardan danışımırıq. 
Bütün bunların qarşısını almaq, daha doğrusu, problemi həll etmək üçün 2007-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyi yaradıldı. Uzun müddət qurum fəaliyyətsiz qaldı. Və nəhayət 2016-cı ildə  agentlik fəaliyyətə başladı. 
 Prezidentin  sərəncamı ilə  2017-ci ildə  Zaur Əliyev İcbari Tibbi Sığorta Agentliyi  İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Qurumun əsas işi nədir ? 
Agentlik  Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. 
Yəni  yuxarıda qeyd etdiyimiz kimi vətəndaşların tibbi müalicə-müayinə xərclərini qarşılamaq. 
İndi görək, cənab Zaur Əliyev bu işlərin öhdəsindən necə gəlir ? 
Ümumiyyətlə, öhdəsindən gələ bilirmi ? 
Heç kimə sirr deyil ki, nəinki böyüklərin, hətta uşaqlarının tibb müayindən keçməsi, müalicəsi üçün lazım olan vəsait  ölkə vətəndaşlarının cibinə uyğun deyil. 
Hətta əlil olan insanlar, şəkər, böyrək xəstələri dövlətin nəzərdə tutduğu dərmanları ala bimirlər. Hansı ki, həmin dərmanlar olmasa, xəstələrin yaşaması mümkün deyil. Bu o deməkdir ki, vətəndaş ayaqlarını uzadıb ölməlidir.  
Zaur Əliyev  neçə illərdir ki, bu quruma rəhbərlik edir. Ancaq bu illər ərzində o iclaslar keçirməkdən başqa bir iş görməyib. 
Təsəvvüvr edirsiniz,  2002-ci ildə Bakı şəhəri Uroloji  xəstəxanada  əməliyyat olunaraq  böyrəyinin biri çıxarılmış və həmən vaxtdan da “Şəkərsiz diabet”  diaqnozu  ilə Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata götürülmüş  2-ci qrup əlil  olan  vətəndaş dərmanlarını ala bilmir. Bu adamı rəsmi dövlət qeydiyyatına götürüblər. 
Bu adam hər ay pulsuz dərman almalıdır. Bu xəstələr hər ay dövlət aprteklərinə gedərək  dava-dalaşla, əsəbiliklə dava-dərmanlarını güclə alırlar. 
Bəzən dava-dalaş da köməyə çatmır. Yazıq xəstə günlərlə müxtəlif dövlət orqanlarına, səhiyyə idarələrinə zəng vurmalı və öz haqqını tələb etməlidir. Ki, bəlkə 1-2 qutu dərman ala bilsin. 
Yaxud apteklərdə xəstələrə deyirlər ki, bu ayın dərmanı gələn  ay gələcək. Hansı ki, həmin dərmanları özəl apteklərdə  satdırırlar. 
İndi isə Allah qoymasa, təzə problem  çıxıb ortaya. 
Belə ki, xəstə Səhiyyə Nazirliyinə zəng vurub dərman tələb edir.
Səhiyyə Nazirliyindən xəstəyə bildirirlər ki, bu məsələ bizim səlahiyyətimizdən alınıb, TƏBİB-ə zəng edin. 
Yazıq xəstə günlərlə zəng edib güclə TƏBİB-ə düşə bilir. Və xəstəyə deyirlər ki, bu məsələ bizlik deyil, İctimai Tibbi Sığorta Agentliyinə zəng edin.  
Beləcə xəstələr qalır  müxtəlif qurumların arasında. 
Hətta təkrar-təkrar zəng edən xəstələrin  telefon nömrələrini İctimai Tibbi Sığorta Agentliyinin işçiləri bloka atır ki, zəng olmasın.
Bax,  Zaur Əliyevin  rəhbərlik etdiyi agentliyin fəaliyyəti, əslində fəaliyyətsizliyi budur. 
Cənab  Zaur Əliyev ! 
Neçə ildir agentliyin rəhbərisən ? 
Bu müddət sənə bəs etmədi ? 
TƏBİB-in rəhbəri Ramin Bayramlıdan  nümunə götür də. 
Adam gördü ki, işinin  öhdəsindən gələ bilmir,  adam balası kimi istefa ərizəsi yazaraq vəzifədən uzaqlaşdı. 
Nə qədər gec deyil, bu addımı at və yazıq xəstələrin canı səndən qurtarsın.


Oxşar xəbərlər

Ramin Bayramlı və Zaur Əliyev COVID-19 peyvəndinin ikinci dozasını vurdurdu
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Ramin Bayramlının səlahiyyətləri departament rəhbərinə verildi  - Rəsmi
Təcili tibbi yardıma müraciət edənlərin sayı 82 faiz artıb
Sədr Ramin Bayramlı və müşavirinin istefa ərizəsini TƏSDİQLƏDİ
İcbari tibbi sığortaya daxil olan analizlər özəl xəstəxanalarda verilə bilərmi? - AÇIQLAMA
TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ
Hesablama Palatası İcbari Tibbi Sığortada yoxlamalara BAŞLADI - RƏSMİ
Bu laborator analizləri pulsuz verə bilərsiniz
“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”
Prezident qanunu təsdiqlədi: Yanvarın 1-dən...
Bu xidmətlər özəl klinikalarda ödənişsiz olacaq
Diş düzəltdirmək icbari tibbi sığortaya daxil deyil
DİQQƏT! Bu xəstəliyi olanlar pulsuz müalicə oluna bilər - SİYAHI
Azərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ
TƏBİB-in sədr əvəzi kollektivə təqdim edildi
İcbari Tibbi Sığorta üzrə büdcəyə 112 milyon manat yığılıb
Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur
Zakir Həsənov agentliyin sədrini təltif etdi
Tibb işçilərinə, könüllülərə müddətli əlavə və mükafat ödənilib
Tibbi sığortanın bilinməyənləri – Daha heç kim xəstə “oğurlamayacaq”
İcbari tibbi sığorta haqları bu qaydada alınacaq
Hesablama Palatası Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb
İctimai nəqliyyat polis və hərbçilər üçün pulsuz olsun - Deputatdan TƏKLİF
Baş nazirdən QƏRAR - komissiya yaradıldı
Yanvarın 1-dən maaşlardan bu qaydada pul tutulacaq – Detallı izah
İLGİNC İDDİA: Ramin Bayramlının qələmini qıran Zaur Əliyev imiş... - səhiyyədəki “yeniçərilər”in didişməsi...
Deputatlar parlamentdə TƏBİB-i tənqid etdilər
Yanvarın 1-dən bu şəhər və rayonlarda icbari tibbi sığorta tətbiq ediləcək
Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ