Ülvi Quliyev özünü “Burda mənəm, Bağdadda kor xəlifə” kimi aparır- Deputatın  “Dönüş”  şirkəti Səbaildə sakinlərin evlərini başlarına uçurdur
24-09-2021, 12:08
599

Ülvi Quliyev özünü “Burda mənəm, Bağdadda kor xəlifə” kimi aparır- Deputatın “Dönüş” şirkəti Səbaildə sakinlərin evlərini başlarına uçurdur

Yazıçı Anarın “ 5 mərtəbəli evin 6-cı mərtəbəsi” romanı və Ülvi Quliyev…




Azərbaycanda  düşük bir fikir formalaşıb. Kimi bir vəzifəyə təyin edirlərsə, o dəqiqə tutuquşu kimi başlayırlar ki, bəs bilirsinizmi filankəs ZİYALI ailədəndir, nə bilim atası professordur, babası guya “obrazovonski” olub və s. 
Bir deyən yoxdur ki, ən rüşvətxor nazirimiz Əbülfəz Qarayevin nəsli professor olub, bunun məsələyə nə dəxli var. 
Yaxud  hazırda həbsxanada olan sabiq nazir Səlim Müslümov akademik idi. 
Bu siyahını kifayət qədər uzatmaq da olar. 
Bunu nə üçün yada salırıq ? 
Söhbət  deputat-biznesmen  Ülvi Quliyevdən düşəndə o dəqiqə  adamın az qala gözünə soxurlar ki, atası ziyalı, professor olub. Nə olsun olub. Bu adamda bir ziyalılıq əlaməti varmı ? 
Ziyalılıq bir yana qalsın. Barı ədalət nişanəsi varmı ? 
Ziyalı olan, adam olan kəs kiminsə evini başına uçurdarmı ?
Kiminsə evini yıxarmı ? 
Kiminsə qanuni mülkünü əlindən alarmı ? 
Bu adam hələ başa düşmür ki, hətta  orta əsrlərdə mülkiyyət toxunulmaz idi. İndi XXI əsrdir, ay professor oğlu. 
Cənab İlham Əliyev birinci dəfə prezident seçiləndə ilk sözü bu oldu: Biz mağara psixologiyası, feodal təfəkkürü ilə heç nəyə nail ola bilmərik. 
Başa düşdünmü, cənab biznesmen deputat ?
Sən ölkənin ali qanununa da hörmət etmirsən. Sənə başa salan olmayıb ki, deputatın biznes fəaliyyəti ilə məşğul olması qadağandır. 
Amma sən uzun illər dərman biznesi ilə milyonlar qazandın. Millətə hansı dərmanları satmağın da bəllidir. 
İndi də camaatın evlərini başına uçurmaqla məşğulsan. 
Sənin bir sahibin yoxdur ki, sənə başa sala ki, belə olmaz, adam. 
Oğlun Orxan Quluzadənin Londondakı mənzillərini, bahalı avtomobil kolleksiyasını kasıb camaatın gözünə soxursan, dinmirik. 
4 dəfə deputat olursan, dinmirik. 
İndi də camaatın  qanuni mənzillərini əlindən alırsan, satmayanların başına uçurdursan. 
Sanki özünə qoçu dəstəsi düzəltmisən, hədə-qorxu gəlirsən insanlara. 
Bəli, Ülvi Quliyevə məxsus olan  “Dönüş -1”  MMC tikinti şirkəti  Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 42, mənzil 19 və 16-da yaşayan sakinləri intihar həddinə çatdırıb.
Ümumiyyətlə, son bir neçə ildə  pilot layihə-filan adı altında  vətəndaşlara məxsus evləri alıb yerində bahalı binalar ucaltmaq  az qala dəb halını alıb. 
Təsəvvür edirsiniz, sakinləri öz qanuni evlərindən zorla çıxardırlar. Bəli, əvvəlcə  real bazar qiymətlərinə uyğun olmayan “summa” təklif edirlər, vətəndaşlar razı olmayanda hədə-qorxu, yaxud məhkəmə yolu ilə ev sahiblərini “razı olmağa” məcbur edirlər. Bəli, məhz məcbur edirlər. 
Kimlər ki, şirkətin şərtləri ilə razılaşmır və axıradək dirəniş göstərir, onların başına olmazın oyunlarını açırlar ki, ev  sahibləri  öz qanuni evlərini tərk etsinlər. 
Məsələn, mənzilin sağını-solunu sökür, guya təsadüfən  hasarını uçurdur, qazıntı işləri zamanı guya bilmədən qazını, suyunu kəsir, işığını  söndürür və mənzil sahibini seçim etməyə məcbur edir. 
Bəli,  deputatın şirkəti  rəsmi olaraq  onun  yaxın qohumu Quliyev İlkin Bəxtiyar oğlunun adınadır. 
Bu tikinti şirkəti 4 -cü ildir ki, yuxarıda  qeyd etdiyimiz ünvanda  sakinlərə maddi və mənəvi zülm edir. 
Şirkətin zülm etdiyi Həvva adlı  şəxs hazırda ölüm həddindədir. 
“Dönüş-1” şirkəti  Səbaildəki məhəlləni az qala  ermənilərin rayonlarımızı, kəndlərimizi saldığı vəziyyətə qoyub.  
Tikinti poliqonuna  tez-tez gecələr noutbukla  Ülvi Quliyevin oğlu Orxan Quluzadə gəlir. Və o gələndə hamı onun qarşısında  “smirna”   dayanır. 
Onu  da qeyd edək ki, Uni klinikasının direktoru Əli Həsənov ( ona doktor Əli deyirlər ), hətta deputat Adil Əliyev də Ülvi və Orxan Quluzadə ilə, yəni  “Dönüş-1” MMC ilə şərikdir. Yeri gəlmişkən, Adil Əliyevin “Zirvə” tikinti şirkətində də payı var. 
Vətəndaşlar  narazılıq edəndə, etirazını bildirəndə isə, Ülvi Quliyevin “vışibalası ” olan  Rüstəm  Rüstəmov ( Kinq Boks federasiyasında çalışır ) sakinlərə hücum edir.    
Ata-bala  Quliyevlər isə  əraziyə gələndə sakinlər  005  nömrəsindən bilirlər ki, onların əzrayılı-qənimi gəlir. 
Cənab deputat Ülvi Quliyev tikinti ərazisindəki sakinlərdən bəzilərinin pullarını verib. Məsələn, Prezident  Administrasiyasında işləyən Ramiz Muxtarova hər kv.m  üçün 3000 manat  verib. Sakinlərdən Ceyhuna 40 kv.m üçün  145 min  verib, Şəfaət, Elçin və digər sakinlərin də evlərini “xaraba qoymaq”  üçün pullar ödəyib. 
Görəsən, dərman satmaqla  Ülvi Quliyev bu yüz minləri, milyonları necə qazanıb ? 
Yeri gəlmişkən, şirkətin rəsmi sənədlərində tikilən binalar 12 mərtəbə göstərilsə də, cənab deputat 1 mərtəbəni də özü əlavə edib, 13 mərtəbəli bina tikir. 
Lap yazıçı Anarın “ 5 mərtəbəli evin 6-cı mərtəbəsi”  romanı yada düşür. 
Ülvi Quliyev hazırda başqa bir binanın da təməli qoyulub.   
Deyirlər, hər cür müqayisə qüsurludur. Amma Ülvi Quliyevlə Xaçmazın keçmiş deputatı, hazırda həbsxanada olan Eldəniz Səlimovun müqayisəsi qüsurlu olmaz. 
Yəqin ki, Quliyevi də Səlimovun aqibəti gözləyir. 
Bir də sakinlər üçün bir məsələ maraqlıdır. Milli Məclisdə dəfələrlə müxtəlif səbəblərdən İntizam komissiyasında bəzi deputatların məsələsinə baxılıb. Yəqin ki, MM-in spikeri xanım Sahibə Qafarova deputat Ülvi Quliyevin məsələsinin komissiyada müzakirəsinə kömək edəcək. Ki, sakinlər dövlətdən narazı qalmasınlar. 
Bir də maraqlıdır ki,  görəsən  Səbailin icra başçısı bu barədə nə düşünür? 
Deyilənə görə, icra başçı da Ülvi Quliyevdən çəkinir.
Bir sözlə Ülvi Quliyev özünü “Burda mənəm, Bağdadda kor xəlifə” kimi aparır. 
Yazıda adları gedən hər bir şəxsin cavab haqqını tanıyırıq.


Oxşar xəbərlər

4 qat  deputat  Ülvi Quliyevin “DÖNÜŞ”-ü - DAHA BİR DEPUTAT HƏBS OLUNA BİLƏR…
DEPUTAT Ülvi Quliyevin apteklərində niyə yoxlama başlamır ?…  Ülvi Quliyev niyə məhz  Diaspora komitəsinin sədri olmaq istəyir ?
DEPUTAT ÜLVİ QULİYEVİN ŞİRKƏTİ ÖLKƏ QANUNLARIN SAYMIR ?- DAHA BİR DEPUTAT MANDATI ALINARAQ HƏBS OLUNA BİLƏR…
Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
Rejissor, rəssam, biznesmen, alim, dizayner, Ədalət Şükürov- Və bircə oxumağı bacarmayan, səsi olmayan müğənni Ədalət Şükürov
Yanvar Müslümov oğlunun həbs olunması xəbərini təkzib etdi: Vallah yalan söhbətdir
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
Ağdaşda fəhlə dəzgaha düşərək öldü
"Deputat Eldar Quliyev tez-tez əxlaqsızlıq yuvalarına gedir" — Partiya sədrindən ŞOK İDDİA
Qarabağ Qazisi kimi vəzifəyə gətirilsə də... - İndi əsl OLİQARXDIR...
“Baş verənlər olduqa üzücüdür“ - YAP-çı deputat
Pir bizimdirsə, kəramətlərinə də bələd olmalı deyildikmi? - Cəmaləddin Quliyev
Azərbaycanlı akademik vəfat etdi - FOTO
Oğlu müharibəyə getməyən deputat Ülvi Quliyev  NİTQ  söyləyir…-Vətən üçün kimlər ölümə getdi…
Ülvi Quliyevin oğlu Vətən müharibəsinə niyə getmədi ?- Deputat oğlunun  Avropadakı  topdağıtmaz biznesi
Azərbaycan Ağsaqqallar Şurasının sədri: “Hüseynbala Mirələmovun yerinə utanıb xəcalət çəkirəm”
Azərbaycanda iki məhşur müğənni koronavirusa yoluxdu - Foto
Emin Əmrullayev TƏHSİLİMİZİ hara aparır ?- Nazir Emin Əmrullayev təhsil haqları barədə niyə  danışmır ?
Tanınmış azərbaycanlı müğənni koronavirusa yoluxdu (FOTO)
Ülvi Quliyevi bitirəcək iddia: deputatın siyasi mühacirətlə əlaqəsi, oğlunun müharibə macəraları – VİDEO
Ramiz Mehdiyev yeni direktor təyin etdi
“Paşinyan sürətlə gücünü itirir, onu öldürəcəklər...” - Rusiyalı politoloq
ƏTRAFLARI CİNAYƏTKAR, NAZİRLƏRSƏ “TƏMİZ”?! - Növbə Eldar Mahmudova və digərlərinə də çatacaqmı?
İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - Oliqarx deputatın oliqarx oğlu
Səlim Müslümovun səhhəti necədir? - Atasından açıqlama
Milli Qəhrəman İlqar Mirzəyevin oğlu məsul vəzifəyə təyin olundu
Mikayıl Cabbarovdan yeni təyinat
“ASAN Xidmətdə COVID-19 pasportu tələb olunmur” - Ülvi Mehdiyev
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
Ramiz Mehdiyev indi də yanındakı adamları “vurdurdu” - şok məqaləyə sözardı