Rafiq Aslanov, aldığın 3 ali təhsil diplomunun birində SU sözü yoxdur- “Azərsu”nun prezidenti olmaq istəyirsən,yoldaş ASLANOV?
28-09-2021, 15:34
563

Rafiq Aslanov, aldığın 3 ali təhsil diplomunun birində SU sözü yoxdur- “Azərsu”nun prezidenti olmaq istəyirsən,yoldaş ASLANOV?

Bəs, sən necə neçə illərdir  “Meliorasiya və su”nun rəhbərisən...?

İndi də, Allah qoymasa, “Azərsu”nun prezidenti olmaq istəyirsən... 


Cəmiyyətimizdə sözün həqiqi mənasında  ORTA  XƏTTİ tutmaq nəinki  çox çətin, hətta müşkül məsələdir. 
Ümumiyyətlə, cəmiyyətdə orta xətt, orta təbəqə, qızıl orta deyilən anlayışlar var. Bu olmayanda çox çətin olur. 
Bəli, cəmiyyətin bir qütbündə Şuşa uğrunda dişi-dırnağı-canı-qanı ilə vuruşan, şəhid olan insanlarımız var. 
O biri qütbündə isə...
Biz demirik ki, hamı qoçaq, igid olmalı, hamı vuruşmalı, hamı şəhid və ya qazi olmalıdır. Əlbəttə, yox. Bu mümkün olası hal deyil. Millət belədir ki, onun igidi də, qoçağı da, qaçağı da, qorxağı da olur. Bunu təbii qəbul etmək lazımdır. Amma...
Amması odur ki, yaxşı igid ola bilmirsən, vuruşa bilmirsən, heç olmasa, bir gurulda də. 
Yoxsa, oğullar şəhid olanda, evlərə tabutlar gələndə, sən özünə ad günü keçir, toy-büsat qur, nə bilim, sözün geniş mənasında bazar aç...
Bəli, ötən ilin ən ağır günlərində, cavan, imkansız ailələrdə böyümüş oğullar  vətən uğrunda şəhid olanda sən öz FƏRARİ OĞLUNA Londonda  dəyəri 1 milyon olan mənzillər al, ay  Rafiq Aslanov.
Sən bu mənzilləri, 5 ay, 1 il sonra da ala bilərdin və onda səni bu qədər qınamazdıq. Axı, övladı şəhid olan anaların gözləri  qan yaş axıdanda sən Londonda öz  fərari oğlunu 1 milyonluq mənzillə necə sevindirirdin ? 
Axı, həmin günlər anaların sinəsinə oğul dağı çəkilirdi. 
Bax, ona görə yazının girişində yazdıq ki, biz də orta xətt müşkül məsələdir. 
Bəli, Rafiq Aslanov, bəlkə də rüşvətə, korrupsiyaya görə, səni  bağışlamaq olardı. Amma buna görə, səni nə xalq, nə də Allah bağışlamayacaq. 
Hələ onu da qeyd edək ki, Allah qoymasa, özün də ermənilərin 30 il işğal etdiyi  Füzuli rayonundansan. 
Həmin oğullar sənin rayonunu, sənin kəndini azad etmək üçün vuruşurdu, şəhid olurdu. 
İndi  özün de, FƏRARİ oğlunun qoluna girib o rayona, o kəndə necə gedəcəksən ? 
Nə isə, bu məsləni  buraxaq  Rafiq Aslanovun vicdanının öhdəsinə. Əgər, varsa...
Yaxşı, Rafiq Aslanov, sən 3 ali məktəb bitirmisən. Əvvəlcə,  1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu,  illər sonra Azərbaycan Dövlət İqtisad Universitetini və daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını.
Birincisi, 3-cü ali təhsil almağın şərti var. Niyə ona əməl etməmisən ? 
Bu ölkənin qayda-qanunları sənə aid deyil ? 
İkincisi, 3-cü ali təhsili almısan, başa düşdük. 
Axı, sənin 3 ali təhsil diplomunun birində SU sözü yoxdur. 
Bəli, Rafiq Aslanov, diplomlarında SU sözü olmaya-olmaya, 30 ildən çoxdur “Meliorasiya və su” ASC-ni talayıb dağıdırsan ? 
Şübhəsi olan varsa, diqqət etsin. 
AXC hakimiyyəti dövründə ozamankı spiker İsa Qəmbərin tələbi ilə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsində idarə rəisi oldun. Hər ikiniz Füzulidən olduğunuz üçün sənə dayaq oldu. Və əvəzində sən də bu günədək  cəbhəçilərə dəstək olmusan. 
Bunu da harasa yazmaq olar. Bəs, xalqdan oğurladığın milyonları hara yazaq ? 
Millət torpaq uğrunda savaşanda Londonda oğluna milyonlarla dəyəri  olan 2-ci  mülk aldın. 
Yüzlərlə  sahibkarın, fermerin süni balıq göllərinə  su verib  milyonlar qazanırsan. Və sonra da Prezidenti aldadırsan ki,  guya  suyun 40-50 faizi itkiyə gedir.
Yəni  “su itkisi”  adı ilə milyonlarla  dövlət vəsaitini mənimsəyirsən.
Sudan qazandığın milyonlar ilə  oğlun  Afiq Aslanova  dəyəri  10 milyonlar olan  avtomobil kolleksiyası yaratmısan.  
Rafiq Aslanov, Londona qədər uzanan biznes şəbəkəsini hansı  pulla  yaratmısan ? 
Təkcə onu qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi  olan bacın oğlu  1 kranı 1 milyon dollara satıb, səninlə bölüşdürüb. 
Bacın oğlu öz kabinetinə 40 min manata mebel alııb. 
Rafiq  Aslanov, sənin özünə məxsus  paytaxtda-Nəsib Bəy Yusifbəyli küçəsi 100 ünvanda-yüksəkmərtəbəli yeni binanın  dəyəri  bir neçə milyondur. 
Qubanın Qəçrəş kəndindəki  böyük istirahət mərkəzinin dəyəri isə ölçüyə gəlməzdir. 
Bəlkə, Türkiyədəki  biznesindən, otellərindən danışaq.  
Bir sözlə, “Meliorasiya və su”nu  dağıdıb, indi də “Azərsu”nu dağıtmağa hazırlaşırsan. 
Allah heç sənə qüvvət verməsin. 
Bəli, Rafiq Aslanov “Azərsu” SC-nin rəhbəri olmaq uğrunda  amansız savaşa girişib. O, bu yolda hər şeyə hazırdır. Hətta dostlarını ayağı altına almağa da. 
Bəli, Rafiq Aslanov  “Azərsu”  sədrliyinə digər real namizədləri sıradan çıxartmaq üçün  Ərəbzəngi kimi döyüşə hazırdır. 
Yaxın zamanda  hər şey bəlli olacaq.

P.S Araşdırmamız nəticəsində bəlli olur ki, Aslanov Rafiq Sabir oğlu 27 fevral 1962-ci ildə Füzuli
rayonunda anadan olmuşdur. Növbəti yazılarımızda Aslanova Təranə Alxas qızı 13 mart 1962-ci il, Aslanov İlkin Rafiq oğlu 14 sentyabr 1987-ci il, Aslanov Afiq Rafiq oğlu 25 sentyabr 1988-ci il və başqa qohumların adına nə qədər mülklərin olduğu haqqında yazı dərc edəcəyik. Bizi izləyin.

Oxşar xəbərlər

“Azərsu”nun SƏDRİ postu uğrunda Rafiq Aslanov və Zakir Quliyevin MÜBARİZƏSİ
Şuşa uğrunda şəhid olan müəllim - FOTO
“Başsız” qalan “Azərsu”  uğrunda amansız mübarizə gedir- Rafiq Aslanov, Zakir Quliyev, İlham Quliyev və icra başçısı  “Azərsu”nu ələ keçirmək istəyir..
BŞDYP  ''rüşvət''  yuvasıdır ?-  Rəşid Piriyev, Vaqif  Əsədov, Nahid  Bağırovların  ''rüşvət'' şəbəkəsi var ?
Şuşa uğrunda döyüşərək şəhid olan müəllim - FOTO
Qubadlı uğrunda şəhid olan müəllim
Şuşa uğrunda döyüşlərdə şəhid olan tarix müəllimi - FOTO
Vətən Müharibəsində şəhid olan daha bir müəllim - FOTO
Nazirliyə AĞIR İTTİHAM - "Direktorlar üçün pedaqoji ali təhsil tələbini pozur”
“Mən də hamı kimi maaşla dolanıram“ - Xalq artisti
İradə Gülməmmədova “külfəti” ilə Şuşada oteldə istirahət edir...-  Qaziyə “Mənə görə döyüşməmisən” deyən İradə hansı üzlə Şuşaya gedib ?
Döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atdı - VİDEO
Co Baydendən Novruz PAYLAŞIMI
Novruz Aslanov şəhidimizin məzarını ziyarət etdi - FOTO
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
“Meliorasiya” ASC-nin sədr müavini Rafiq Aslanovun 10 milyonluq gəmisi niyə batdı ?- ASLANOV HƏBS OLUNA BİLƏR…
Şəhid xanımından Prezidentə MÜRACİƏT: - “Bizimlə maraqlanmırlar”
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
Şəhid Xudayarın anası danışdı-Özüm döydürmüşəm, DTX-ya gedirəm
“Bütün günü ağlayırıq, gözümüzün yaşı qurumayıb, toy vaxtıdır?!“ - Əməkdar artist
Sərt karantin gəlir: Başqa yol qalmayıb
Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir
DİM kollecə qəbul olmaq istəyənlərə müraciət edib
“Şəhid, qazi ailələrinin qazı, işığı, suyu havayı olmalıdır” - Deputatdan TƏKLİF
Bu il ümumiyyətlə toy olmayacaq? – Şadlıq saraylarında son vəziyyət
Ölümünü əvvəlcədən duyaraq atasına vəsiyyət edən şəhid
Mətanət İsgəndərli çətin günlərindən danışdı: “Qorxumdan oğlumu evə qoymurdum, ürəyim partlayırdı, deyirdim ki, necə dözəcəm?”
Bu il ümumiyyətlə toy olmayacaq? - Şadlıq saraylarında son vəziyyət - ARAŞDIRMA
Suqovuşan uğrunda şəhid olan müəllim - FOTO
Direktor olmaq istəyənlər imtahanlarda biabırçı nəticə göstərdilər