“Meliorasiya və Su Təsərrüfatı” ASC-də “Cavad mafiyası”- “Mafiya”nın başında ASC-nin sədr müavini Zakir Quliyev və Elman Nuriyev durur
29-09-2021, 16:28
1 380

“Meliorasiya və Su Təsərrüfatı” ASC-də “Cavad mafiyası”- “Mafiya”nın başında ASC-nin sədr müavini Zakir Quliyev və Elman Nuriyev durur

Zakir Quliyevin qohumu, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev icra başçısı olmaq istəyir…



Məlumat üçün qeyd edək ki,  1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
O, 2006-cı ildə isə  Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunanda  yaxın qohumu-xalası oğlu Elman Nuriyevi  öz yerinə, yəni  Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib.
Bu idarədə KORRUPSİYANIN MİQYASINI  aydın təsəvvür etmək üçün onu da qeyd edək ki, bu idarəyə respublikamızın Gürcüstanla sərhədlərindən başlayaraq Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kür çayı boyunca bəndlərinin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi aiddir. 
Bu məqsədlə  hər il dövlət büdcəsindən külli miqdarda vəsaitlər ayrılır. Bu  vəsaitlərin böyük əksəriyyəti idarədə təyinatı üzrə xərclənmir.Yəni, müəyyən işlər üçün ayrılan dövlət vəsaitləri bilərəkdən şişirdilir, israfçılığa yol verilir ki, nəticədə də Elman Nuriyev rayonun, hətta  respublikanın ən varlı  adamlarından birinə çevrilib. 
Elman Nuriyev hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan milyonlarla  vəsaitləri təyinatı üzrə xərcləsəydi...Kür  ətrafında  bu boyda daşqınların, sellərin,  fəlakətin miqyası bu dərəcədə olmazdı. 
Təsəvvür edirsiniz, Elman Nuriyev  bəndlərə vurulan torpaqları elə bəndin yanından götürür, bu isə su bəndlərinin davamlılığını azaldır və daşqınlar baş verir. Amma...
Amması odur ki, Elman Nuriyev bəndə vurulan torpaqların guya  daha uzaq məsafədən

gətirlməsini  sənədləşdirərək külli miqdarda dövlət vəsaitini mənimsəyir. 
Daşqından sonra isə Allah qoymasa, Elman Nuriyev dövlətdən əlavə vəsait alır. İndi gördünüzmü, bir bəndə görə, dövlətdən neçə dəfə pul alınır və silinir. 
Onu da qeyd edək ki, Elman Nuriyev  vəzifəyə təyin olunan  kimi öz qohum-əqrəbasını Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib. Yəni, bu idarədə çalışanların tam əksəriyyəti rayonun Cavad kəndindəndir. 
Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyyat hissələrini əksər hallarda qardaşı Saleh Nuriyevə  məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdılaşdırılır. Bundan əlavə idarəyə verilən ehtiyyat hissələri, yanacaq  və  sürtgü yağları, “solyarka”  satılaraq Elmanın cibinə gedir. 
Elman Nuriyev Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən keçirilən tenderləri ancaq öz yaxınlarına hədiyyə edir və öz “otkat”ını alır. 
Təsəvvür  edin ki, daş-betonla sahilbərkitmə işləri üçün təkcə bir şirkətə  10 milyondan artıq  pul keçirilib. 
Bu hələ bir şirkətdir. 
Elman Nuriyev idarəyə  məxsus texnikanı, avadanlıqları istədiyi şirkətə pulla satır. 
Elman Nuriyev  daha bir cinayət əməlinə imza atır. Belə ki, idarənin işçilərinə sənədlərdə 800 manat maaş yazılsa da 400 manat verilir. Yəni hər bir işçinin maaşından 400 manat Elman Nuriyevin cibinə gedir. Bu işləri isə Elmanla şərik olan mühasib Natiq həyata keçirir. Bu Natiq o qədər varlanıb, harınlayıb ki, oğlu başqalarının maşınlarını  yandırır, adamlara hədə-qorxu gəlir. 
Elman Nuriyevin başqa bir pul yığanı isə 1970-ci il təvəllüdlü mexannik Əşrəfdir. Onun atası uzun müddət idarədə “zapravşik”  işləyib. Əşrəf də çox işçilərə deyir ki, otur evdə, ayın axırı gəlib 700 manata qol çəkib 300 manatını alarsan. Təsəvvür edirsiniz,  600 işçidən hər ay 400 manat mənimsəyən Elman bir ayda 600 x 400 = 240000 manat pulu mənimsəyir. Bu təkcə əmək haqqından gələn puldur.  
Amma bu boyda cinayətləri törədən Elman hər  yerdə deyir ki, mən kiməm ki, bu işlərin sahibi Zakir Quliyevdir.  
Bir sözlə,  Zakir Quliyevə  arxalanan  Cavadlılar heç icra başçılarını da saymır. 
Onu da qeyd edək ki, Zakir Quliyev öz yeznəsi Əflan İsmayılovu da  Sabirabad Suvarma Sistemləri idarəsinin müdiri təyin etmişdi. O, indi rəhmətə gedib və onu Şafiq müəllim əvəz edir. Məlumata görə, həmin idarəni və Sabirabad Mexaniki Suvarma Sistemləri İdarəsini ( müdir Mirəlif  Əzizov)  birlrəşdirib Elman Nuriyevin tabeçiliyinə verəcəklər. Bu barədə Zakir Quliyev şəxsən qohumu Elmana söz verib. 
Bəli, Elman Nuriyevi bölgədə kral kimi tanıyırlar. Elman Nuriyevin oğlu cibində 100-lük “paçka”ları çıxardaraq camaata  özünü nümayiş etdirir. 
Hansı ki, Elman Nuriyev ASC-yə işə düzələndə bir  sarı, "siniq-salxaq"  011 Jiqulidə gəlib-gedirdi. Bu gün Elmanın ailəsinin  bahalı avtomovil kolleksiyası ( avtomobillərin nömrəsi 422 ), marketləri, Sabirabadda “stroy material”  mağazaları var. 
Hələ bu harasıdır ?
Kral Elman Nuriyev Cavad yolunun üstündə özünə ŞAMLIQ şadlıq  sarayı tikdirib. Özü də bu restoran-şadlıq sarayını 44 günlük müharibə dövründə, şəhidlərimizin qanı axan  zamanda  tikdirib. 
Zakir Quliyevlə xalası oğlu Elmanın Çuxuryurddakı qoşa  villaları isə milyonlara başa gəlib. 
Bir sözlə, Zakirin və Elmanın Sabirabadda, Cavadda, Bakıda evlərinin, obyektlərinin sayı bilinmir. 
Zakir Quliyevin rayondakı fermaları, qoyun sürüləri, balıq vətəgələri  isə başqa bir yazının mövzusudur.


Oxşar xəbərlər

Yeni sədr Zakir Quliyevi istefaya göndərir - İDDİA
FETO-çu  Zakir Quliyevin həbsi qaçılmazdır- Su və Meliorasiyanın sədr müavini Zakir Quliyev milyonları mənimsəyib.
“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi - Kimlər hara təyin olundu?
Əhmədzadəyə qarşı gizli ittifaq: - Zakir Quliyevin faciə karxanasından FETO əlaqələrinədək
Goranboy İcra Hakimiyyətində yeni TƏYİNATLAR
“Meliorasiya və Su” ASC-də yeni sədr köhnə korrupsioner komanda ilə necə işləyir ?- Zakir Quliyev ASC-də sabotajla məşğuldur
Əhmədzadənin “Sevinc”i yarımçıq qaldı - “Meliorasiya”nın tenderi ləğv olundu
Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı
İdarə rəisi vəfat etdi
Mədəniyyət nazirindən yeni TƏYİNATLAR
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
Kəndləri Kür  çayı basmır,  Əhmədzadə ilə Elman Nuriyevin adamları basır..
Zakir Həsənov generala yeni VƏZİFƏ VERDİ - FOTO
Mirqafar Seyidovun vəzifəsini o icra edəcək
Azərbaycanda yüksək vəzifəyə təyinat oldu
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni TƏYİNAT
Baş prokurordan yeni TƏYİNATLAR
Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
Anar Eyvazov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin olundu
Mirqafar Seyidov işdən çıxarıldı
Sabirabadda Elman Nuriyevin milyonluq Şadlıq Sarayı - Qarabağda savaş başlayandan o da obyektinin inşasına başlayıb
Nazir bu polis idarəsinin 30-dan çox yüksək rütbəli zabitini İŞDƏN ÇIXARDI
Vilayət Eyvazov "Bandotdel"ə yeni şöbə rəisi təyin etdi
XİN-in Konsulluq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat - Foto
Əhmədzadənin işçisi Zakir Quliyevin AİLƏ BİZNESİ... - İDDİA
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni TƏYİNAT
Əhməd Əhmədzadənin həbsi gözlənilir-Yüz milyonları mənimsəyən Əhmədzadə, Zakir Quliyev, Cahan Məmmədov qanun qarşısında cavab verəcəklər
Məşhur polis rəisinin oğlu yüksək vəzifəyə təyin edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib