BƏY-liyini və AĞA-lığını itirmiş  Əsgərov…- Yaxın günlərdə  Ağabəy Əsəgrovun həbsi gözlənilir
1-10-2021, 11:30
569

BƏY-liyini və AĞA-lığını itirmiş Əsgərov…- Yaxın günlərdə Ağabəy Əsəgrovun həbsi gözlənilir

Əli Həsənovun  Azərbaycan Nəşriyyatını  xarabaya çevirən şəriki Ağa-sız və Bəy-siz Əsgərov 

Bir gün birindən soruşurlar ki, AD-ın nədir. 
Cavab verir ki, AD-ım yoxdur. 
Bir də soruşurlar ki, necə yəni AD-ım yoxdur, bəs, atan-anan, nənən-baban sənə AD qoymayıb ? 
Cavab belə olur: AD-ım BƏY-KİŞİ idi, bəyliyimi də əlimdən aldılar, kişiliyimi də, yerdə heç nə qalmadı. 
Bu məsəli nə üçün yada saldıq ?
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  Ağabəy Əsgərov  “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edildi.
Adı  AĞA-BƏY olan adam Bəy-liyini də itirdi, Ağa-lığını da, üstəlik vəzifəsini də.
Bəli, uzun illərdir ki, bu adamın yaramaz əməlləri ilə bağlı ölkə mətbuatı  dayanmadan yazırdı. Ancaq heç bir tədbir görülmürdü. Nəhayət  haqq öz yerini tapdı. 
Azərbaycan nəşriyyatı Ulu Öndərin ağır zəhmətilə tikilmişdi və az qala MƏBƏD kimi bir  məkan idi. Burada ölkənin ən nüfuzlu qəzetləri, jurnalları çap olunurdu. Yəni bu məkan ziyalı insanların məkanı idi. 
Təəssüf ki, Ağabəy Əsgərov nəşriyyata baş direktor təyin olunandan sonra bu MƏBƏD  üfunət iyi verən bir yerə çevrildi. 
Ağabəy Əsgərov öz dostu, şəriki olan, sabiq köməkçi olan Əli Həsənovla birləşib  bu müqəddəs məkanı batırdılar, çirkaba buladılar. 
Sözün həqiqi mənasında nəşriyyata daxil olanda ilk olaraq üfunət iyi adamların beynini parçalayırdı. Nəşriyyatın sınıq-salxaq liftləri insanlar üçün əsl təhlükə mənbəyi idi. 
Görəsən Prezident Adminstrasiyasının İşlər İdarəsinin balansında olan, hər il külli miqdarda dövlət vəsaiti köçürülən bu boyda Azərbaycan Nəşriyyatını Həsənov-Əsgərov cütlüyü niyə bu günə qoymuşdu ?   
Birinci növbədə  bu iki şəxsin tamahının, pula hərisliyinin ucbatından. 
Bəli, binadakı otaqlar  nəşriyyata aid olmayan şəxslərə baha qiymətə icarəyə verilmişdi. Amma hər ay toplanan külli miqdarda  icarə haqqının kimlərin cibinə getməsindən heç kimin xəbəri yox idi, heç kimə hesabat verilmirdi. Bunu ancaq Həsənov-Əsgərov cütlüyü bilirdi. 
Əsgərov 15 ildən artıq baş direktor olduğu müddətdə nəşriyyatın ərazisini dədəsinin mülkü kimi satmaqla məşğul oldu, bu işdə Ağabəy Əsgərovla həbs olunacaq Etibar adlı müavini də var.   
Nəşriyyatda nələr yox idi ? 
İş adamlarına məxsus  dondurma, tort, çörək sexləri və daha nələr. 
Təsəvvür edirsiniz, Əli Həsənovun nəşriyyatda  yerləşən  obyektləri üçün  ayrıca  giriş-çıxış açılmışdı. Yəni həmin giriş-çıxışdan kimsə istifadə edə bilməzdi. 
Nəşriyyatın birbaşa balansında  olan xeyli ərazi Əli Həsənov və  Ağabəy Əsgərov tərəfindən özəlləşdirilmişdi. 
Hamıya bəllidir ki, nəşriyyatda uzun illərdi ki, kağız satılır. Bəs bu satışdan gələn pullar kimin hesabına mədaxil olunurdu ? 
Yaxşı, dövlətin ayırdığı  pullar hara xərclənirdi ? 
Bura dövlət qurumudur. Bəs onda Ağabəy Əsgərov  satdığı kağızın pullarını, icarə pullarını niyə nağd  alıb cibinə qoyurdu ? 
Nəşriyyata məxsus avtomaşınları kimlərə və neçəyə arendaya vermişdin, Əsgərov ? 
Bütün bu və digər suallar yaxın zamanda istintaq prosesində sənə veriləcək, Əsgərov ?
Hazır ol, həbsinə az qalıb, AĞA-lığını və BƏY-liyini itirmiş Əsgərov. 
Vüqar Səfərli sənin yolunu səbrsizliklə gözləyir.

P.S Xəzərdə yayımlanan "Ay Zaur" verilişlərinin nəşriyyatda çəkilişlərini kimin tapşırığı ilə yerinə yetirirdiniz? 

Oxşar xəbərlər

Prezident Ağabəy Əsgərovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
Səni də eyni aqibət  gözləyir, Ağabəy Əsgərov-AZƏRBAYCAN NƏŞRİYYATINDA ƏLİ HƏSƏNOV İZİ.....
''Gundelik-baku.com''-un yazısına Ağabəy Əsgərov cavab verdi- Ağabəy Əsgərov həbs oluna bilər
Əli Həsənovla  Ağabəy Əsgərov  “Azərbaycan”  nəşriyyatının  yerində  “novostroyka”  tikmək istəyir(di) -Ortaqların qanqohumluğu
Putin Ağabəy Əsgərova medal verdi
Prezidentin İşlər müdirinin diqqətinə: Bu məkan sovet xarabalığını xatırladır
“Kommunist”  nəşriyyatını kimlər  işğal edib?-  “Zastavada doğulan”lar və  Qaragilə  Əli Həsənov...
Vüqar Səfərlinin məhkəməsi davam edir- Müşviq Ələsgərlinin və Ağabəy Əsgərovun həbsi gözlənilir...
Ağabəy Əsgərov redaktorlara ultimatum verib- “İcarə haqqlarını gəlin ödəyin”
Əli Həsənovun binası Nəşriyyatın balansına veriləcək
Ağabəy Əsgərov göydən "Azərnəşr"in başına düşən yekə bir "ostroid"dir
Əli Həsənovun işğal etdiyi “Azərbaycan” nəşriyyatındakı son durum - Fotosessiya
Vüqar Səfərlidən sonra həbs növbəsi Ağabəy Əsgərovundur...- Nəşriyyatda yoxlamalar başladı...
Nazir polis rəisini vəzifəsindən azad etdi
Dilqəm Əsgərov 6 il sonra evində - FOTO
“Əmin oldum ki, atam Dilqəm Əsgərov tezliklə azad ediləcək” - MÜTLƏQ!
Nazir Nəcməddin Sadıqovun general olan bacısı oğlunu İŞDƏN ÇIXARDI
Mübariz Əsgərov MTRŞ-yə üzv TƏYİN EDİLDİ
Qazilər Yasamal İH-də vəzifəyə təyin edildi
Dilqəmlə Şahbaz Azərbaycana QAYTARILIR
Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək (VİDEO)
Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbazın Şuşadan çıxarıldığını TƏSDİQLƏDİ
Ramin Quluzadənin “boz kardinal” sevgisi - ARAŞDIRMA
Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Oğlu hər şeyi DANIŞDI
Dilqəm və Şahbazın girovluqdan azad olunmasının detalları açıqlandı
Dilqəmlə Şahbaz təhlükəsizliyilə bağlı danışıqlar gedir
Şəhid Ağabəyin anası: “Deyirdi, gələn kimi evlənəcəm” - VİDEO
"Mən Şuşa türməsində ordumuzun gəlişini eşitdim" - Dilqəm Əsgərov
Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı - VİDEO
Tanınmış jurnalist infarkt keçirdi