Yəqin ki, yazının başlığına baxanda təəccüblənəcəksiniz.
Ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev hara, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA ) sədri Qoşqar Təhməzli hara ?
Təəccüblənməyin, diqqətlə oxuyun.
Bəli, hər iki vəzifəli şəxs cənab Prezidentin Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə bağlı tapşırıqlarına barmaqarası baxırlar.
Heç kimə sirr deyil ki, Sahil Babayevin və Qoşqar Təhməzlinin neqativ əməlləri barədə ölkə mətbuatında kifayət qədər yazılıb.
Ancaq inək məsələsi lap rüsvayçılıqdır.
Belə ki, Qarabağ müharibəsinin iştirakçısı olmuş Məmmədli Etibar Ədalət oğlu döyüşlərdə ciddi xəsarət alıb. Və müharibədən sonra məşğulluq üçün dövlət qurumlarına müraciət edib, hətta Dövlət Sosial Müdafiə Fonduna da müraciət edərək sosial yardım istəyib, amma yardım edən olmayıb. Qarabağ qazisi sonda Sahil Babayevin tabeçiliyində olan Məşğulluq Mərkəzinə üz tutub. Burada isə Etibar Məmmədliyə 3 inək təklif ediblər.
Bəli, 3 inəyi yoxlamaq üçün Sahil Babayevin və Qoşqar Təhməzlinin əməkdaşları bir araya gələrək inəkləri müayinə edib və sağlam olduğu barədə rəy veriblər.
Və bəh-bəhlə 3 inəyi Qarabağ qazisinə verərək yola salıblar. Bu da olub Qarabağ veteranlarına qayğı.
Qarabağ qazisi inəklərə evdə nə qədər qulluq eləsə də əmələ gəlməyib. Və bəlli olub ki, inəklər xəstə imiş.
Sahil Babayevlə Qoşqar Təhməzli dövlətin 4 min manat pulunu silərək guya qaziyə məşğulluq sahəsi yaradıblar.
Qazi səhər-axşam inəklərə baxmalı, özü və ailəsi üçün dolanışıq əldə etməlidir.
İndi Qarabağ qazisi Etibar Məmmədli sosial şəbəkə vasitəsilə Sahil Babayevə və Qoşqar Təhməzliyə müraciət edir ki, gəlin xəstə inəklərinizi təhvil alın.
Amma onu eşidən yoxdur.
Qazi deyir ki, inəklərin xəstə olması ilə bağlı həkim rəyi də var, mən xəstə inəklərə baxa bilmirəm. Amma hər iki “nazir”in sanki qulaqları eşitmir.
Hətta yalandan sənəd də düzəldiblər ki, guya inəklər sağ-salamat olub.
Burada özünüməşğulluq proqramına əsasən E. Məmmədliyə dəyəri 4 min manat olan üç baş heyvan verilib, akta qol çəkdirilib. Amma hər üç inəyin xəstə olduğu üzə çıxıb. Qazi bildirir ki, bunu təsdiqləyən həkim rəyi var.
İndi Məşğulluq Mərkəzi xəstə heyvanları geri almaqdan imtina edir.
Etibar Məmmədli deyir ki, 3 xəstə inəyin əvəzinə mənə 1 sağlam inək verərdiniz.
Qazi deyir ki, məmurlar belə oyunlarla məşğuldurlar, Prezidenti aldadırlar, mən bu xəstə heyvanları nə etməliyəm?
P.S. Biz də Sahil Babayevə deyirik ki, xəstə inəkləri tapşır köməkçin Günelə, birdə Nərimanov və Xətaidə TSEK müdiri işləmiş qohumun Mətanətə. Qoy xəstə inəklərə baxmağı öyrənsinlər. Çünki Sahil Babayev yaxın zamanlarda vəzifədən gedəndən sonra işsiz qalmasınlar.
Sahil Babayev, Qoşqar Təhməzli və 3 xəstə inək nağılı- Sahil Babayev və Qoşqar Təhməzli Qarabağ qazisinə 3 xəstə inək sırıyıb
01
oktyabr
11:06

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sahil Babayevin Nazirliyi qaziyə üç xəstə inək verdi və… — VİDEO
Qoşqar Təhməzlinin QİDA-sı öz işinin öhdəsindən gələ bilmir- Belə davam eləsə, qara yara, brüselyoz kimi xəstəliklər yayılacaq...
Qarabağ Qazisinə 3 xəstə inək verdilər və... - NARAZILIQ!
Sahil Babayev 190 manatın verilməsindən DANIŞDI
Xanım Qazi aksiya keçirdi, Prezidentə müraciət etdi: “Sahil Babayev Qaziləri dövlətdən narazı salır” – ÖZƏL VİDEO
Sahil Babayevin işçilərindən Qazaxda ÖZBAŞINALIQ - GİLEY
Sahil Babayevdən yeni TƏYİNAT
Sahil Babayev sabiq nazirin kadrına vəzifə verdi - FOTO
Sahil Babayev qazi və şəhid ailələrinə saxta xidməti boynuna alıb - Prezidentdən 15 yanvara kimi vaxt istəyib
Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM
Qarabağ əlilinin bacısı səhiyyə naziri Oqtay Şirəliyevlə görüşdü
"Sahil Babayev bizim ailəyə zülm edir..." - BU İNSAFDANDIRMI?
Sahil Babayevin vətəndaşlara verdiyi “qotur inək”…- Yetim-yesirin ahı səni tutacaq, Sahil Babayev
Gələn il pensiyalar artacaq - RƏSMİ AÇIQLAMA
Nazirlik, yoxsa Sahil Babayevin “qohum-əqrəba” kantoru ?- Nazirin həyat yoldaşına məxsus şirkət ölkəyə nə idxal edir ?
Agentlik sədri özünə müşavir TƏYİN ETDİ
Azad olunan ərazilərdə çoxsaylı iş yerləri açılacaq
Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
Nazir Sahil Babayev keçmiş məhkumlara ayrılan pulu niyə gecikdirir?-Bəlkə, sələmə verir ?
"Sahil Babayev, mən sənə nə etmişəm?.." - Əsgər atasının ETİRAZI
"Sahil Babayev, qəhrəmansanmı ki, bir əlilin sonuna çıxasan?" - Nazirə ağır sözlər
SAHİL BABAYEV DƏ HƏBSƏ GÖNDƏRİLİR ?- Sahil Babayev deyir ki, bu qanunsuzluq Səlim Müslümovun vaxtında olub...
Sahil Babayev haqda ŞOK İDDİA: NƏYƏ HAZIRLAŞIR? - Sorosun layihəsi imiş?
Sahil Babayev pulunu tələb edən sahibkarı NECƏ ZƏRƏRSİZLƏŞDİRDİ?.. - İTTİHAM, NARAZILIQ...
SAHİL BABAYEVİN XALQIN BAŞINA AÇDIĞI OYUNLAR ... Əmək və əhalinin sosial müdafiəsi nazirliyi hansı qanunlarla idarə olunur bilinmir?
Sahil Babayevdən şəhid ailələrinə 15 manatlıq həqarət: mərci, konserv, sabun… – Foto
"Sahil Babayev, əsgər atası parkda yatır..." - ACINACAQLI MƏNZƏRƏ...
Nazirliyin vəzifəli şəxsi koronavirusdan vəfat etdi
ALLAHINIZ OLSUN: Sahil Babayev bu vətəndaşın da yardımını kəsib... - "Ailəmlə birlikdə özümü yandırmaq istəyirəm"
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- 85 yaşlı qadın 152 metr hündürlükdən belə tullandı - VİDEO
- ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
- Rusiya Xarkova S-300 atdı
- Bakıda gənc qız şəkilləri ilə şantaj edildi
- Azərbaycan səmasında naməlum obyekt peyda oldu - VİDEO
- “Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...“
- İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO
- Portuqaliyada İslam mərkəzinə hücum - Ölən və yaralananlar var
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü