Zəngilan Məhkəməsində ÖZBAŞINALIQLAR- GÜLSARƏ, VÜSALƏ, AĞA VƏ AĞAMİRZƏNİN “işbirliyi”
6-10-2021, 14:10
1 143

Zəngilan Məhkəməsində ÖZBAŞINALIQLAR- GÜLSARƏ, VÜSALƏ, AĞA VƏ AĞAMİRZƏNİN “işbirliyi”

“Gündəlik-Bakı”nın Gülsarə, Ağa, Vüsalə, yaxud Ağamirzə problemi yoxdur…


Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna İmanova  ilə bağlı araşdırmalarımız davam etdikcə problemin kökü daha dərin qatlara  gedib çıxır. 
Bir daha təkrar edirik ki, konkret olaraq Gülsarə Kərimovnanın personası bizim mübarizə predmetimiz deyil. 
Bizim məqsədimiz Azərbaycan dövlətinin qanunlarına və dövlətimizin rəmzi olan Prezidentimizin göstərişlərinə qarşı çıxanların KİM-liyindən asılı olmayaraq yerini göstərməkdir. 
Ona görə də bir daha təkrar edirik ki, bizim Gülsarə, Vüsalə, Ağa, yaxud Ağamirzə problemimiz yoxdur.  
Bizim üçün önəmli olan Azərbaycan dövlətinin maraqlarıdır. 
Birinci ondan başlayaq ki, müstəqil Türkmənistan dövlətinin vətəndaşı olan Gülsarə Kərimovna 2013-cü ildə birdən birə  Türkmənistandan gəlib Azərbaycanda  Suraxanı məhkəməsinin hakimi olub. 
Bu bəlkə də dünyanın 8-ci, 9-cu möcüzəsidir. 
Bir neçə ildən sonra isə  Gülsarə Kərimovna Zəngilan məhkəməsinin sədri olub. 
Xarici ölkənin vətəndaşına   Zəngilan sakinlərinin talehi ilə bağlı hökm çıxartmaq səlahiyyətini görəsən kim verib?
Əcnəbi ölkənin vətəndaşı olan və  dövlət dilimizi bilməyən bu qadın  necə olub ki, məhkəmə sədri vəzifəsinə qədər yüksələ bilib ? 
Başa düşürsünüzmü, bu adam öz  adından deyil e, Azərbaycan dövlətinin adından qətnamə çıxarır, qərar qəbul edir. Problemin kökündə bu dayanır, digər məsələlər sadəcə detallardır. 
Bəli, dövlət dilini bilməyən bu xanım-məhkəmə sədri məhkəmə prosesi gedən qarşı tərəflərin özlərini, nümayəndələrini, vəkillərini məhkəmədən qabaq öz kabinetində qəbul edir, məşvərət edir və başqa söhbətlər edir. Cənab ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri, hörmətli Fikrət Məmmədovun bizim dediklərimizə şübhəsi varsa, buyurub məhkəməninn binasında quraşdırılmış kameralara baxış keçirə bilər. 
Digər tərəfdən, görəsən məhkəmə sədri Gülsarə İmanova niyə və nə üçün ehtiyac olmadan hər dəfə məhkəmə prosesində iki icra məmurunu məhkəmə zalında otuzdurur. 
Ən maraqlısı odur ki, münasibəti yaxın olan şəxslərin dediyinə görə, özündən çox razı olan Gülsarə Kərimovna deyir ki,  heç nədən çəkinmirəm, uzaq başı məhkəmədən çıxartsalar, gedib oturacam, ağsaqqalın yanında və işimi davam etdirəcəyəm. 
Görəsən, Gülsarə Kərimovna ağsaqqal deyəndə kimi nəzərdə tutur ?
Axı, bəlli olan odur ki, ölkəmizin bir lideri, bir rəhbəri, bir Ağsaqqalı var, o da Prezidentimiz İlham Əliyev cənablarıdır. 
Ümumiyyətlə, Zəngilan məhkəməsinin xanım sədri Gülsarə Kərimovnanın  ağsaqqal, gənc, milli dəyərlər məsələsində düşüncələri bizim milli mentalitetdən çox uzaqdır. 
Kimə ağsaqqal deyib güvəndiyini, kimə gənc deyib sarıldığını onun öz boynuna qoyaq. Amma...
Amması odur ki, məhkəmə sədri köməkçisi Ağanı niyə bu qədər əzizləyir, bəlli deyil. Ağanın da nənəsi yaşda qadına belə münasibəti başa düşülən deyil. (başqa şey başa düşməyin red.)
Ancaq əlahəzrət  faktın dediyinə görə, Mahmudov Ağa Alqulu oğlu Gülsarə Kərimovnanın Suraxanı məhkəməsində sabiq  sədri olmuş İlham Mahmudovun ( o, Ramiz Mehdiyevin bacısının kürəkəni Fikrət  Mahmudovun)  qardaşı oğludur. Yəni köhnə xətir-hörmət. 
Məlumat üçün qeyd edək ki, İlham Mahmudov hazırda Ağır Cinayətlər Məhkməsində  hakimdir. 
Ağanın digər əmisi  Fikrət Mahmudov isə Nərimanov rayonunun prokuroru  olub. Xatırlatma üçün qeyd edək ki, Fikrət Mahmudov vaxtilə Ağır Cinayətlər Məhkəməsinin hakimi  olan Həsən Əliyevin dələduzluq əməlləri ilə bağlı cinayət işində adı keçirdi. Və Ramiz Mehdiyevin sehrli çubuğu ilə xilas ola bildi. 
Ağadan sonra Gülsarə Kərimovnanın ikinci dayağı Vüsalə Sabir qızı Atakişiyeva  və Zəngilan RİH-inin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədovdur.  
Gülsarə Kərimovna Azərbaycan dilini bilmədiyi üçün Vüsalənin və Ağamirzənin  hazırladığı savadsız qərar və qətnamələrə imza atmaqla işini bitmiş hesab edir. Vüsalə və Ağamirzə isə özlərinin  şəxsi maraqlarına uyğun qərarları Gülsarə Kərimovnaya  imzalatdırırlar. Ümumiyyətlə, Vüsalənin iş prinsipi belə qurulub. O , lazım olan şəxsləri evinə dəvət edir və orada problem həllini tapır. 
Vüsalənin hazırladığı qətnamələrin səviyyəsi  isə orta məktəb şagirdinin hüquqi biliklərindən də aşağıdır. Bu adam başa düşmür ki, bu bilik səviyyəsi ilə onun vəkil və hakim olmaq arzusu ömürlük gözündə qalacaq. 
Zəngilan RİH-nin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədova gəldikdə isə, bu şəxs içkiyə aludədir, hətta Salyan rayonunda Zəngilan rayonunun sabiq prokuroru Elçin müəllimlə səyyar görüş keçirən zaman “lül-qənbər” vəziyyətdə  Salyan RİH-nin məsul şəxslərindən birinin xidməti otağında səs-küy saldıqlarına görə, Salyanın icra başçısı öz həmkarı, yəni Zəngilan RİH-nin başçısına zəng edərək bildirib ki, bu nə vəzifəli şəxslərdir ki, göndərmisiniz rayona, bunlar içkilidir və s.
Zəngilan RİH-nin başçısı isə xahiş edib ki, özümüz tədbir görərik.
Ağamirzə Məmmədova bir məsələni xatırladaq ki, Vüsalə Atakişiyevlə birgə törətdiyiniz cinayətlərin üstü artıq açılmaq üzrədir. Özünüzü möhkəm saxlayın, kəmərinizi bərkidin.
Son olaraq bizə zəng edib tumanını başına keçirdən, redaksiyamızı partlatmaqla hədələyən Vüsalə Atakişiyeva və Ağamirzə Məmmədova deyirik ki, hədər yerə çığır-bağır salmayın. Bu məsələ ilə artıq hüquq-mühafizə orqanları ciddi məşğul olurlar.  
Növbəti sayımızda  “Qaynatanın vəhabi adlandırdığı gəlin və qulağı deşik kişi bərbəri”  başlıqlı yazı dərc edəcəyik. 
Bizi izləyin.
P.S. Bizimlə dialoqda Ağamirzə və Vüsalə dəlləyin yarımçıq qalan əməliyyatını başa çatdırcaqlarını bildiriblər. Bunun nə olduğunu nə qədər düşünsək də başa düşə bilmədik. Yəqin ki, Vüsalə xanım bu dəllək əməliyyatının nə olduğu daha yaxşı bilir və açıqlaya bilər. 
Ağamirzə və Vüsalə cütlüyü, sizə və sizin sülalənizə bildirmək istəyirik ki, bizi  23 ildə  sizin kimi provakator və şantajistlərdən dövlətimiz  qoruyub. 
Vüsalə Atakişiyevanın hərəkətlərindən Ədliyyə nazirinə və Vəkillər Kollegiyasının sədrinə, Ağamirzə Məmmədovun barəsində Zəngilan RİH-nin başçısına müraciət edərək bildiririk ki, belə şəxslrin vəzifədə olması biz Zəngilanlılar üçün başucalığı deyil.


Oxşar xəbərlər

Gülsarə İmanovanın kimliyi bəlli oldu- Zəngilanın məhkəmə sədri Ramiz Mehdiyevin  həyat yoldaşı  Qalina Yuryevnanın sifarişlərini yerinə yetirir…
Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovna HƏBS OLUNA BİLƏR- ŞOK FAKTLAR
Dövlət başçısından Ermənistana XƏBƏRDARLIQ
Azərbaycanda daha bir hakim koronavirusa yoluxdu - FOTO
Məhkəmə hakimi vəfat edib - FOTO
Baş həkimin oyunbazlığı... - GİLEY
Azərbaycanda məşhur aparıcı koronavirusa yoluxdu
Ərdoğan Avropanı hədələdi: Bir daha işğal desəniz…
"İnternational Medical Center" savaşda olan snayperimizin yoldaşından doğuşa görə 1500 manat aldı - Daha bir səhiyyə biabırçılığı
“Yeni Klinika”nın daha üç əməkdaşı məhkəmə zalında həbs edildi
"Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu" - Ali Baş Komandan
"Yeni Klinika"nın həbsdə olan sabiq direktoru və digərlərinin məhkəməsində ittiham aktı elan olunub
İlham Əliyevdən alman jurnalistə dərs: "Bu, milli qürur məsələsidir"
Dilqəmlə Şahbazın psixikası pozulub? - Psixoloqdan açıqlama
"Bizim erməni xalqı ilə işimiz yoxdur" - Prezident
Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
Prezidentin açıq və gizli Şuşa mesajları: “Xankəndinə də belə gələcəm”
6 xarici ölkədən 23 şəxs də azadlığa çıxır
KONTAKT HOME-DƏ QANUNSUZLUQLAR- Deputat Elnur Allahverdiyev qərəzdən, qarayaxmadan danışır, hansı qərəzdən söhbət gedə bilər, cənab deputat ?
Sumqayıtda kollec direktoru Mətanət  Pirquliyeva ilə institut direktoru Raya Nəcəfovanın problemi…-Hüquq alimi İsa Nəcəfov qohumlarının problemini həll edə biləcəkmi ?
Prezident Daşqın Səfərovu yüksək vəzifəyə təyin etdi
Qaraqoyunlu Bədəlin oğlu, Rövnəq Abdullayevin yeznəsi ELVİN BƏDƏLOV-un milyonları-DOSYEDƏ ''FETO'' İZİ......
Uşaqpulunun verilməsinə başlanır? - Deputat açıqladı
"Artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir” - Dövlət başçısı
Şirvan Apellyasiya Məhkəməsinin sədri həbs oluna bilər ?
"Şuşanın azad edilməsi Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi" - Ali Baş Komandan
“Biz öz ləyaqətimizi müdafiə edirik” - Prezident
"Xankəndinə cəllad Stepan Şaumyanın adını verdilər" - İlham Əliyev
İlham Əliyev Qarabağda yaşayan ermənilərdən DANIŞDI
"Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da elə Vətəndir" - Türkiyə səfiri