Neptun marketlərdə olan QANUNSUZLUQLAR- “Neptun”un  sahibi olan Müseyib-Sahib-Rahib Bağırov qardaşları...
6-10-2021, 17:45
684

Neptun marketlərdə olan QANUNSUZLUQLAR- “Neptun”un sahibi olan Müseyib-Sahib-Rahib Bağırov qardaşları...

Qardaşların qohumu olan Gəncəli İsmayılovun ofisdəki macəraları…

 “Neptun” marketlər şəbəkəsi Azərbaycanda  yaradılan ilk ticarət şəbəkələrindən biridir. Təəssüf ki, fəaliyyət göstərdiyi  ilk günlərdən bu ticarət şəbəkəsində  problemlər yaşanır. 
Uzunçuluğa  varmadan qeyd edək ki, alıcılar bu ticarət  şəbəkəsində qiymətlərin sürüşdürülməsindən, rəflərdə və kassada qiymətlərin fərqli olmasından həmişə şikayət edirlər. 
Bəhanə də bu olur ki, guya  marketə daxil olan azyaşlılar qiymət kağızlarını götürürlər. Vallah bundan gülməli bəhanə ola bilməz. 
Bəs “Neptun”un sahibləri qiymətlərin süni şişirdilməsinə nə deyirlər ?
Bəlkə bunu da azyazşlı uşaqlar edir ?
Müştərilərə qarşı hörmətsizlik, satıcıların üzlərindən sanki zəhrimar yağması, vəzifələrini normal yerinə yetirməməsi, alıcı sual verdikdə mızıldanaraq cavab vermələrinin səbəbi görəsən nədir ? 
Marketdə paketləri alıcının üsərinə atırlar ki, özünüz yığın, yaxud çekləri ləngidərək verirlər və s. 
 Yaxşı, bütün bunları  subyektiv hal kimi başa düşdük. Marketin  mağazalarında qiymətlərin süni şişirdilməsi adi hal alıb. 
Axı, ölkə başçısı dəfələrlə  qeyd edib ki, ölkədə süni şişirdilmiş qiymətlər var. Bu reallıqdır. 
Dəfələrlə Neptun-da apırılan monitorinqlər sübut edib ki, həqiqətən də kassa ilə rəfdəki qiymətlər fərqlidir. 
Neptun-un sahibləri açıqlama verir ki, qiymətləri dəyişmək yadımızdan çıxır. 
Əgər həqiqətən  belədirsə, bircə dəfə də qiymətləri aşağı edin də…yəni qiymət kassadakı qiymətdən yuxarı olsun də, yəni kassada qiymət aşağı olsun. 
Bir sözlə, Neptun marketlər şəbəkəsində istehlakçının aldadılması və istehlakçı hüquqlarının pozulması adi hal alıb. 
 Bütün bunlar azmış kimi, Neptun-da satılan ərzaq məhsullarının üzərində milçəklərin qaynaşması da müşahidə olunur. 
Hələ Neptun-da satılan bulkalardan mıx-mismar çıxması barədə də dəfələrlə mətbuatda yazılıb. 
Biz hələ bu ticarət şəbəkəsinin adının iş adamı Rza Zərrabla birgə hallandırılmasına da toxunmaq istəmirik. 
Bütün bunlar ortada ola-ola nə İqtisadiyyat nazirliyi, nə Qida Təhlükəsilik Agentliyi, nə də Vergilər Xidməti “Neptun”la bağlı heç bir tədbir görmür. 
Görünür, “Neptun” marketlər şəbəkəsinin sahibi olan Müseyib-Sahib- Rahib Bağırov qardaşlarının dayaqları möhkəmdir. 
Məlumat üçün qeyd edək ki, “Soliton Group və Neptun” şirkətinin rəsmi sahibi Müseyib Bağırovdur. 
Görəsən Bağırov qardaşları kasıb təbəqəni niyə bu qədər incidirlər ? Axı, onların özləri də kasıb təbəqədən çıxıblar. 
Obyektivlik naminə qeyd edək ki, əvvəllər Naxçıvan camaatı arasında bu qardaşların əməlli-başlı hörməti var idi. Ancaq qardaşların yaxın qohumu olan Gəncəli İsmayılovun əməlləri Bağırov qardaşlarının da üzərinə kölgə salır. 
Gəncəli İsmayılov ətrafında şalışan adamlara sözün həqiqi mənasında qan uddurur. Hansı ki, yaxın dostlarının bizə dediyinə görə, Gəncəli özü də imkansız ailədən olub və vaxtilə Naxçıvanda  üzərlik qabı satmaqla məşğul olub. 
Növbəti yazıda Sadıqov Rasim Ramazan oğlu adlı şəxsin 101 min manat  “yüklənməsindən”, şirkətin vergi borclarından, Gəncəli İsmayılovun güclü şahmatçı olmasından, satıcı katibə ilə macəralarından, qaynanasının ofisdəki həngamələrindən və digər hallardan bəhs edəcəyik. 
Bizi izləyin.


Oxşar xəbərlər

Alıcılar  “Neptun Market”i  Allaha həvalə edir- Vergi Xidməti marketdə baş verənləri görmür ?
Neptun" marketdə moruq 55.50 AZN-ə satılır - ŞOK QİYMƏT - FOTO
Veysəloğlunun  “Oba”sında qiymət  fırıldağı- Vitrindəki  qiymətlə kassada hesablanan məbləğ arasındakı fərq kimin cibinə gedir ?
Tikinti materialları bahalaşır: Səbəb nədir? - VİDEO
"Araz" supermarketlər şəbəkəsində qiymət fırıldağı... - FOTOFAKT
Veysəloğludan bitib tükənməyən ŞİKAYƏTLƏR...- QİDA  agentliyi  Veysəloğluda  ciddi  yoxlama aparmalıdır...
Dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır - Rəsmi
Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib
Nazirlikdən süni qiymət artıran sahibkarlara XƏBƏRDARLIQ
"Mandarin LTD” MMC-nin bir TƏFTİŞİ KƏMDİR... - Büdcədən gizlədilən pullar, qara mühasibatlıq və daha nələr...
Nazirlik dərman satanlara xəbərdarlıq etdi
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
“Azərsun” ölkədə süni bahalaşma dalğası yaradıb – Ekspert/Foto
“Binə” və “Sədərək”də nə baş verir? – İşləməyənələrdən də icarə haqqı tələb olunduğu deyilir
Bayram günləri taksilərin qiyməti artdı?
"Araz" supermarketin QİYMƏT FIRILDAĞI: - "Sözügedən məbləğ kampaniya dövrünü əhatə edirdi"
Ev almaq istəyənlərin nəzərinə! - VİDEO
Maşın bazarı 1 illik aradan sonra açıldı: Yeni qiymətlər- Video
Ermənistanda ərzaq malları bahalaşdı
Dövlət xidmətindən süni qiymət artımı ilə bağlı məsələyə REAKSİYA
“Sədərək” Ticarət Mərkəzindən qərar: “Yer pulu alınmayacaq”
Bakıda evlər bahalaşıb - SƏBƏBLƏR
Toy qərarından sonra qızıl bazarı - QİYMƏTLƏR (VİDEO)
"Azərsun”, “Veysəloğlu” kimi monopolist şirkətlər qiymətləri hər gün artırırlar - Bəs bu duruma hökümət niyə səssiz qalır?..
"Sədərək" ticarət mərkəzi nə vaxt açılacaq? - AÇIQLAMA
Azərbaycanda karantindən istifadə edən işbazlar - VİDEO
"Araz" marketlər şəbəkəsində də İŞÇİ HAQQI POZULUR - GİLEY
Beyləqanda 89 000 min manat pul oğurlandığı iddia edilən “Mandarin LTD” MMC vergidən yayınmaqda ittiham olunur – İLGİNC
Təhsil ekspertindən şok açıqlama: “Attestat qiymətləri şişirdilir“
Sumqayıtın “KARVAN” marketində COVİD-19 təhlükəsi VİDEO