Azərbaycanda “LEŞ MAFİYASI” və  “Ovqat” kolbasaları..- Ölkəmizdə it ətindən də kolbasa hazırlayanlar var ?
7-10-2021, 17:20
3 220

Azərbaycanda “LEŞ MAFİYASI” və “Ovqat” kolbasaları..- Ölkəmizdə it ətindən də kolbasa hazırlayanlar var ?

Kolbasadan söhbət  düşəndə ən çox yadıma 2 məsələ düşür.
Birincisini, kolbasa sexində işləyən  tanışım danışıb. Onun dediyinə görə, axşam işdən çıxanda qazanlar təmizlənmədən qalır sexlərdə. Və sabah işə gələndə görürük ki, siçovullar daraşıb ət qalıqları olan qazanlara.
Əlavə nəsə yazmağı belə rəva bilmirik. 
İkinci yadıma düşən isə  ölkədə LEŞ TOFİQ kimi tanınan adamdır. 
Bu adam on illərlə  Azərbaycan vətəndaşlarına ölmüş at, eşşək ətindən, xəstə heyvan cəmdəklərindən kolbasa, dönər yedirtdi. Onu həbs etsələr də qısa müddətdən sonra azadlığa buraxdılar. 
Sözümüzün canı odur ki, ətdən hazırlanan və ətdən neçə dəfə ucuz olan kolbasanın tərkibi hamıya bəlli olsa da, bu barədə tədbir görən yoxdur. 
Bəli, kolbasa və sosiska məhsulları cəmiyyətimiz üçün ciddi təhlükədir. Xərçəng xəstəliyinin və digər xəstəliklərin mənbəyi də budur. Amma “LEŞ MAFİYASI”  öz əməllərindən əl çəkmir və milyonlar qazanır. 
Bu  ciddi təhlükənin qarşısını almaq üçün ölkə rəhbərliyi səviyyəsində addımlar atıldı, hətta bu məqsədlə dövlət qurumu – Azərbaycan Qida Təhlükəsizliyi  Agentliyi ( AQTA ) yaradıldı. Amma etiraf edək ki, bu qurum da gözləntiləri doğrulda bilmədi. 
Haqqında bəhs edəcəyimiz “Ovqat”  kolbasaları barəsində də  saytlarda, sosial şəbəkələrdə kifayət qədər yazılıb.   
Axı, yuxarıda əbəs yerə qeyd etmədik ki, kolbasa və sosiskalar guya ətdən hazırlanır, amma ətin qiymətindən ən azı 2-3 dəfə ucuz olur. Çünki həmin kolbasalara o qədər karton, donuz piyi qatırlar. Bir də kolbasaların hazırlandığı ət bazarda gördüyümüz bahalı ət deyil, ölmüş xəstə heyvan ətidir. Allah qoymasa, üstünə də HALAL sözünü yazırlar. 
Bu kolbasaların hazırlandığı  sexlər isə  kustar üsulla fəaliyyət göstərir, müasir texnologiyalardan uzaqdırlar. 
“Ovqat” kolbasaları da digər məhsullar kimi heç bir normativlərə cavab vermir, üstündə yalandan qoyun əti, mal əti yazırlar. Məhsulun üzərində istifadə edilən xammalın sertifikatı yoxdur.
Görəsən kolbasa istehsalçıları niyə məhsulun üstünə yazmır ki, Hindistandan gətirilən ucuz camış ətindən hazırlanıb ? 
Hətta Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  deyir ki, ölkədə it ətindən hazırlanan kolbasalar da satılır. 
“Ovqat” şirkətinin rəhbəri Anar Rzayev isə istehsal etdiyi kolbasa məhsulları haqqında yazılanları inkar edir. 
Anar müəllimə deyən lazımdır ki, buyur ictimai nəzarət təşkil elə, qoy vətəndaşlar nə istehsal etdiyinizi öz gözləri ilə görsünlər. 
Anar Rzayevdən soruşmaq lazımdır ki,  “Ovqat” şirkətinin istehsalı olan  kolbasasının içindən milçək çıxması, nə tez yadından çıxıb ? 
Sonda üzümüzü tuturuq, AQTA-ya, İqtisadiyyat Nazirliyinə. 
Cənablar ! Siz millətə yedirilən leş ətindən, ölmüş heyvan cəmdəklərindən xəbərsizsiniz ? 
Ölkə başçısı  sizlərə bu boyda etimad göstərib, səlahiyyət verib, dövlət qurumlarına rəhbər təyin edib. 
Sizlər isə  bu səlahiyyətlərdən  “Leş Tofiq”ləri  qorumaq və öz cibinizi doldurmaq üçün istifadə edirsiniz.


Oxşar xəbərlər

Abşeronda kolbasa və sosiska sexinin fəaliyyəti dayandırıldı
Kolbasa sexinə aparılan itlərin kəsilməsinin qarşısı alındı
Yararsız kolbasa və sosiska məhsulları aşkar edildi
AZZA içində donuz əti olan məhsulları qanunu pozaraq satır – FOTOFAKT
“Ovçular” kolbasası niyə boykot edilib? - Marketlərdə satış ölüb, çünki…
“Leş Tofiq”  canını həbsdən necə qurtardı ?
Əli Həsənov "AzərKitab"ı necə məhv etdi? - "Kitab mağazalarını ət dükanına çevirdi"
Asif Əskərovun 2 oğlu savaşda olan anaya gödərdiyi 18 manatlıq pay- "Xala xətrin qalmasın.." silsiləsindən
"SAB" məhkəməyə verildi
“Best beef” kolbasasından görün nə çıxdı-FOTO
“Gürcüstanda insanlar acından ölə bilər” - Saakaşvilidən rəsmi Tbilisiyə XƏBƏRDARLIQ
“Büyük Fırat”  restoranlar  şəbəkəsi, yoxsa radikal dindarların oylağı ?-  “Büyük Fırat”  müştəriləri aldadır ?
“West Telecom”un “ucuz”  telefonları, kolbasa sexləri, quru təmizləmələri və Mezzo restoranı -Süleymanlı Qardaşlarının “Mezzo Baku” restoranının kabinetlərində nələr baş verir ?
Şəhid övladının sənin 50 qəpiyinə ehtiyacı yoxdur…
Azərbaycanda bahalaşmanın səbəbi AÇIQLANDI
Prezidenti aldadan BƏDƏL BƏDƏLOV niyə həbs edilmir?-``FETO``ya yardım edən Bədəlovu  həbsdən kim qoruyur?
Metal qəbuletmə məntəqələri oğurluq məmulatlar qəbul edir- Yeniyetmələr arasında kabel kəsənlər, kondisioner oğurlayanlar var
“Bakıda xoşbəxt ola bilmədim, Laçına qayıdacam...“ - Fədayə
Əssəlam Allahın adlarından biridir - Bu adda “Əssəlam” kolbasası buraxan Xalid -Emin-Cavid Süleymanlı qardaşları alıcıları zəhərləyir
Hərbi Polisdə kimlər əsgər kimi qulluq edir ?-  Qiymətlər hansı intervalda dəyişir ?
Bədəl Bədəlovun  “pokazuxa”sı ...- ''SOCAR''ın vitse-prezidenti İLHAM ƏLİYEVİ ALDADIB?
"Sahil Babayevin işçiləri bizi aldadıb" - Sabirabad sakini NARAZILIQ EDİR
BSU  Rusiyanın agentura  şəbəkəsidir ?-74 yaşlı NURLANA ƏLİYEVANIN REKTOR OLDUĞU  UNİVERSİTET HAQQINDA İLGİNC İDDİALAR
At tövləsinə bənzəyən Sabirabad məktəbləri...-  Ali məktəbə qəbula görə, Sabirabad ölkədə sonuncu yerlərdədir
“Nəcməddin Sadıqov az qala çevrilib dövlət sirrinə…” – Aqil Abbas
“SAB” kolbasası aldı, içindən görün nə çıxdı - FOTO
“Oba” market malların istehsal tarixlərini dəyişirmiş – AQTA rəsmən açıqladı
Növbə sabiq nazir  Səfər  Əbiyevə  çatır-Əsgər payından qazanılan milyonlar.....
Aqrar sahəyə ayrılan milyonları İrşad Əliyev, İsmət Abbasov və Heydər Əsədov mənimsəyib-  İnam Kərimov bilmir ki, qarnı balalı  damazlıq inəkləri kəsim sexlərinə göndərirlər...
Siyavuş Novruzov da Tofiq Yaqublunun azad edilməsini istəyir