“Modern Hospital”da ölənlərin sayı niyə artır ?- Hospitalın real gəliri və ödədiyi vergi nə qədərdir ?
8-10-2021, 14:16
1 054

“Modern Hospital”da ölənlərin sayı niyə artır ?- Hospitalın real gəliri və ödədiyi vergi nə qədərdir ?

Xoşumuza  gəlsə də, gəlməsə də  özəl tibbi müəssisələr ölkəmizim reallığıdır. 
Bu gün ölkəmizdə  500-dən  artıq  özəl tibbi müəssisə fəaliyyət göstərir. 
Belə müəssisələrdən biri də 2008-ci ildə  Bakıda fəaliyyətə başlayan  Modern Hospitaldır. 
Klinikanın  “gəl-gəl”  deyən reklamlarında qeyd edilir ki, klinikada ən müasir tibbi avadanlıqlardan istifadə edilir, ən müasir müalicə metodları tətbiq edilir, ən təcrübəli və bacarıqlı həkimlər, professorlar vətəndaşlara  tibbi xidmət göstərir. 
Vallah, adam Modern Hospitalın belə “gəl-gəl” deyən reklamlarını  görəndə xəstələnmək istəyir. Amma  reklamlarla  real vəziyyət bir-biri ilə heç  5 faiz də üst-üstə düşmür. Bax, ən böyük dərd budur. 
Bir mahnı var ee...Gəl, məni gör, dərdimdən öl...
Modern Hospitalın reklamı lap həmin mahnıya döndü. 
Modern-in reklamını görüb ora gedənlərin dirisi xəstəxanadan çıxa bilsə, Allahına şükür  etsin. 
Bunlar həkim deyil, sanki insan qəssablarıdır. 
İnanmırsınızsa, buyurun faktlara nəzər salaq. 
Reklamında Almaniyadan, Türkiyədən, Yaponiyadan, ABŞ-dan, İtaliyadan  basıb-bağlayan Modern Hospitalda  adicə ayağı amputasiay edə bilmirlər. Qiymətlər isə ceyran belində. 
Modern Hospital öz reklamlarında qeyd edir ki, guya müharibə əlillərinə, şəhid ailələrinə və məcburi köçkünlərə güzəştlər tətbiq olunur. 
Hansı güzəştdən söhbət gedə bilər ? 
Allah xatirinə, sizin güzəştiniz lazım deyil, xəstələri öldürməyin, onların cibinə girməyin, yetər.  
Bəli, Modern Hospitalda  ictimaiyyətə məlum olan və olmayan  ölüm halları kifayət qədərdir. Bu ölüm halları həkimlərin  səhvləri ucbatından baş verməsinə baxmayaraq heç kim cəzalanmır. 
Təsəvvür edirsiniz, 32 yaşlı cavan, sağlam adam arıqlamaq üçün  Modern Hospitala müraciət edir. Müayinələrdən sonra həkim bildirir ki, heç bir problem yoxdur  və  mədənin kiçildilməsi əməliyyatı keçirilir. 
Və arıqlamaq üçün xəstəxanaya gələn cavan, sağlam oğlan əməliyyatdan sonra ölür. 
Buna deyirlər ki, qaş düzəldən yerdə....
Bəli, Modern Hospitalda həkimin səhvi ucbatından belə dünyasını dəyişənlər bir deyil, iki deyil. 
Başqa bir pasiyent də ayağını müalicə etdirmək üçün Modern Hospitala müraciət  edir və pulunu ödəyir. Ancaq müalicə səhv getdiyi üçün  xəstənin ayağını amputasiya etməyə məcbur olurlar. Və nəticədə xəstə həyatla vidalaşmalı olur. 
Bu faktların sayını artıra bilərik, yəni qurbanların sayı çoxdur. 
Ən dəhşətlisi odur ki, xəstə öləndən sonra yaxınları xahiş edir ki, borca götürüb ödədikləri 2 min manat  geri qaytarılsın.
Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə verməyiblər. Hospitalın direktoru Ravil Tağıyev isə  xəstənin yaxınlarına  cavab da vermək istəməyib. 
Hamilə qadının başına gələnlər və başqa faktlar qurbanların siyahısına  daxildir.
Görəsən, bu hospitala edilən ödənişlərin real miqdarı nə qədərdir ? 
Kağız üzərində yox ha...
Hospitalda çalışan bəzi texniki işçilərin əmək haqlarının rəsmi qaydada (kartla) ödənilməməsinin səbəbləri  nədir ?
Hospital nə qədər vergi ödəyir ? 
Hospitalda  həyata keçirilən abortların sayı nə qədərdir?
Qoy, bu suallara hospitalın rəhbərliyi cavab versin. 
Hələ suallarımız çox olacaq.


Oxşar xəbərlər

“MedEra Hospital”da ağzımı elə tikdilər ki, dodaqlarım açıq qalır  yumulmur ...-ŞİKAYƏT
Bu klinikalar İcbari tibbi sığorta ilə bağlı xidmət göstərir - SİYAHI
Tibbi Sığorta Agentliyindən qəribə ŞİKAYƏT
Bakıda peşəkar həkimlərin bir araya gəldiyi beynəlxalq hospital fəaliyyətə başladı - FOTO
TƏBİB-in şöbə müdiri vəzifədən getdi - YENİ TƏYİNAT
Rusiya Qarabağda daha bir hərbi hospital yaradır
Növbədənkənar vaksin vurdurmaq olar? - TƏBİB-dən açıqlama
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
İcbari tibbi sığortaya daxil olan analizlər özəl xəstəxanalarda verilə bilərmi? - AÇIQLAMA
Azərbaycanda peyvəndlənənlər arasında allergiya olanlar var
Təcili tibbi yardıma müraciət edənlərin sayı 82 faiz artıb
Mənbəyi bilinməyən “REAL TİBB MƏRKƏZİ”- Səhiyyə Nazirliyi hara baxır?
Ombudsman yaralı hərbçilərə baş çəkib
Bayden Trampın qoyduğu bu qadağanı ləğv etdi
Ayda 90 min qazanan cərrahlar, varlı pasientlər, dərman alveri-Gömrük Hospitalına giriş kasıblara yasaqdır?
“Ömür” klinikasında  nələr baş verir ?- Niyə susursunuz, xanım  Tansu Məmmədzadə ?
Azərbaycanda vaksin ilk öncə onlara VURULACAQ
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ
“Hazırda Kəlbəcərdə hərbi hospitalın qurulması hazırlıqları gedir”
Bu tarixdən SMS icazə ləğv edilə, metro açıla bilər
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Vasif Talıbov yaralı hərbçilərə baş çəkdi - FOTO
Bu xidmətlər özəl klinikalarda ödənişsiz olacaq
Orta məktəblərdə ƏYANİ dərslərin sayı ARTIRILIR - Nazirlikdən AÇIQLAMA
“Premium Clinic”in premium qiyməti xəstələri bezdirib
Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiyaya başlanıldı
Karantin sərtliyi geri qaytarılmalıdır - Diqqət, TƏHLÜKƏ!
Aprelin 1-dən bütün respublika üzrə tətbiq olunacaq
Bu klinikalar vaksin yoxlanışı üçün 30 manat istəyir