Azərbaycanda pozuculuq işləri aparan şəxslərin kimliyi bəlli oldu- Əli İnsanovun, Telman Orucovun və Yusif Hümbətovun qohumluq əlaqəsi olan Robert Köçəryana kömək məqsədilə anası Asmik Köçəryanın şəxsi anketinin oğurlanması
14-10-2021, 15:56
2 277

Azərbaycanda pozuculuq işləri aparan şəxslərin kimliyi bəlli oldu- Əli İnsanovun, Telman Orucovun və Yusif Hümbətovun qohumluq əlaqəsi olan Robert Köçəryana kömək məqsədilə anası Asmik Köçəryanın şəxsi anketinin oğurlanması


Əslində ciddi araşdırmaların mövzusu olan bu yazımızda sabiq vəzifəli şəxslərin çirkin əməllərindən, gizli oyunbazlıqlarından bəhs edəcəyik.  
Əvvəla başlayaq Cabbarov Fəxrəddin Hümbət oğlundan. Fəxrəddin Cabbarov 2000-ci ildə Daşkəsən rayonuna İcra hakimiyyətinin başçısı təyin olunub və 2006-cı ildə bu vəzifədən azad edilib. Milli Məclisin sabiq deputatı Yusif Hümbətovun yaxın qohumu olan Fəxrəddin Cabbarovun anası erməni olub. Fəxrəddin Cabbarovun arvadı da Aida Zaxaryan ermənidir. Fəxrəddin Cabbarovun qayınatası Vladimir Asaturoviç Avakyan vaxtilə Daşkəsəndə “Kolxozstroy”un, sonra isə Təsərrüfatlararası Tikinti İdarəsinin müdiri işləyərkən erməni mafiyasını maliyyələşdirib. Yusif Hümbətov Prezident Aparatında Ərazi idarəetmə şöbəsinin müdiri olarkən yaxın qohumu Fəxrəddin Cabbarova köməklik edərək onun Daşkəsən rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsinə nail olmuşdur.  
Vladimir Avakyan Ermənistanın sabiq prezidenti Robert Sedraki Köçəryanın anası Asmik Sokratovna Köçəryanın yaxın qohumudur. Onu da qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Daşkəsəndən olan anası Asmik Köçəryanın da qızlıq familiyası “Zaxaryan”dır. 
Yusif Hümbətovun da, Fəxrəddin Cabbarovun da ailəsi Amasiyadan Daşkəsənə köçüblər. Fəxrəddin Cabbarov icra başçısı işləyəndə qayınatası Vladimir Avakyan tez-tez Bakıya gələrək Yusif Hümbətovun yanında Əli İnsanovla mütəmadi görüşlər keçirmişdir.  
Yazımızın başlıca mövzusundan biri də Ermənistanın sabiq prezidenti Robert Köçəryanın uzun müddət Daşkəsəndə ayrı-ayrı rəhbər vəzifələrdə işləmiş anası Asmik Köçəryanın arxiv-anket sənədlərinin Daşkəsəndən oğurlanaraq aparılmasıdır. Araşdırmalar zamanı deyilənlərdən məlum olmuşdur ki, Robert Köçəryanın anası Asmik Köçəryanla bağlı bütün arxiv-anket sənədlərini və tərcümeyi-halını Daşkəsəndən şəxsən sabiq səhiyyə naziri Əli İnsanovun, keçmiş Azərbaycan Ali Soveti sədrinin I müavini Telman Orucovun və Yusif Hümbətovun tapşırığı ilə 2003-cü ildə Robert Köçəryanın prezident seçkiləri ərəfəsində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Fəxrəddin Cabbarovun əli ilə oğurlanmış və Robert Köçəryanın tərcümeyi-halı onun prezident seçilməsinə köməklik məqsədilə saxtalaşdırılaraq atasının azərbaycanlı 1953-54-cü illərdə Daşkəsəndə Xalq Maarif Şöbəsinin müdiri işləmiş Məmmədov Məcid Həsən oğlu olması gizlədilmişdir. Əgər yoxlanılarsa, yəqin ki, Asmikin şəxsi anket sənədlərinin Əli İnsanovla Yusif Hümbətovun göstərişi ilə oğurlanması hadisəsi öz təsdiqini tapar.
Hətta bu baş verənlərin canlı şahidləri olan Asmikin və Fəxrəddinin yaxın qohumları arasında bu gün də Daşkəsəndə və Göygöldə yüksək vəzifələrdə işləyib çalışanlar vardır. Həmin şəxslər hazırda Daşkəsəndə, Göygöldə, hətta Gəncə şəhərində siyasi pozucu fəaliyyətlərlə məşğul olurlar.
İndi isə keçək Əli İnsanov, Telman Orucov, Yusif Hümbətov, Fəxrəddin Cabbarov və başqalarının Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Funda” klinikasında olan sərgüzəştlərinə. Əli İnsanov səhiyyə naziri olanda lisenziya verərək Yusif Hümbətovla şərikli “Funda” klinikasını yaratmışdır. Həmin “tibb mərkəzi” əvvəl masaj salonu, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərmiş, sonradan böyük klinikaya çevrilmişdir. Hətta bir vaxtlar keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasov “Funda”nın fəaliyyətinə qadağa qoymuşdur. 
Yusif Hümbətov həmin obyektin yerləşdiyi Montində (indiki N. Nərimanov rayonu) Samir Xasıyev adına mədəniyyət və istirahət parkındakı torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri  Arif Qaraşovdan məcburi formada almışdır. Əgər soruşularsa, həmin mübahisəli torpaq məsələsi barədə Arif Qaraşov müfəssəl məlumat verə bilər. 

Vaxtilə masaj salonu, əxlaqsızlıq yuvası, sonra klinika kimi fəaliyyət göstərən “Funda” indi isə siyasi dələduzların görüş yerinə çevrilib. Əli İnsanov, Telman Orucov, Yusif Hümbətov, Fəxrəddin Cabbarov “Funda”da tez-tez görüşlər keçirib siyasi planlar qurur, müzakirələr edir, pozuculuq əməlləri ilə məşğul olurlar. Guya ki, onlar orada müalicə alırlar. (Fundanın təmiri gözdən pərdə asmaq üçündür) Əslində isə görüşlər zamanı aidiyyəti şəxslərə tapşırıqlar verilir ki, çalışıb bu gün azərbaycanlılar arasında münasibətləri parçalasınlar, azərbaycanlıları bir-biri ilə qarşı-qarşıya qoyub vuruşdursunlar. 
Bu təfriqəçilərin görüş yeri həm də keçmiş maliyyə nazirliyinin binasıdır. Həmin binanın da sahibi Yusif Hümbətovdur. Yusif Hümbətov keçmiş maliyyə naziri mərhum Baxşəli Baxşəliyevin oturduğu binanı zəbt edib şəxsi mülkiyyətinə keçirmişdir. Əli İnsanov başda olmaqla həmin siyasi dairə burada da toplaşaraq təxribatçı planlar hazırlayırlar. 
Məlumat üçün onu da qeyd edək ki, Yusif Hümbətov vaxtilə uzun müddət Telman Orucovun köməkçisi və bir nömrəli makleri olub. Hazırda isə Yusif Hümbətov bütün qara işləri, əməlləri Əli İnsanovun tapşırığı ilə həyata keçirir. “Funda” az qala Əli İnsanovun partiyasının “ştab”ına çevrilib.
Telmanın, Yusifin, Fəxrəddinin qohumları, dostları Əli İnsanovun Haqq və Ədalət Partiyasında birləşərək partiyanın dayaqlarını Qərb və Qarabağ bölgəsində gücləndirirlər. Əldə etdiyimiz dəqiq məlumatlardan Qərb və Qarabağ bölgəsinin regionçuluq, milli və etnik qarşıdurma yaratmaq məqsədilə hədəf seçildiyini yaxşı bilirik. Onu da deyə bilərik ki, Partiyanın təşkilatlanması ilə bağlı bütün maliyyə işlərinə Telman Orucovla Yusif Hümbətov sponsorluq edirlər. 
Bir faktı da deyək. Belə ki, Telman Orucov Yasamalda “Xeyir-Şər” deyilən yerdə Əli İnsanovu fəal müdafiə edən şəxslərə “10-luq qızıl” bağışlayıb. Hətta toplantıda deyilib ki, bu adi “10-luq qızıl” deyil, Çar Rusiyası dövründən qalan “imperial”dır. (Bu məqamda Akif Muradverdiyevdən aeroportda müsadirə olunan “qızıl çervon”lar yada düşür.) Həmin “imperial”ların rəmzi mənası var, onlar belə deyirlər: çevrilişə şərait yaradıb hakimiyyətə gəlmək bizim üzərimizdədir. Məlumatlı mənbənin dediyinə görə, Telman Orucovun payladığı saysız-hesabsız, ondakı külli miqdarda olan bu “10-luq” imperiallar hələ çox suları bulandıraraq, onun siyasi rəhbəri Əli İnsanovla Robert Köçəryanların separatçı erməni dəyirmanlarına su tökəcəkdir.  
Mövzuya növbəti yazılarımızda genişliyi ilə qayıdacağıq.

"Gündəlik-Bakının araşdırma qrupu"

Oxşar xəbərlər

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular
Fəxrəddin Manafova ağır itki üz verdi
Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi
Fəxrəddin Manafov xəstəxanaya aparıldı
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
“Azərbaycanın yanında olmaq bizim üçün şərəfdir” - Fəxrəddin Altun
Mən hal –hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olaraq öz iş otağımdayam
Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”-dən reaksiya: "Mənim adımdan "keçmiş olsun" deyərsiniz"
Siraqəddin Cabbarov HƏBS OLUNA BİLƏR... - GƏLİŞMƏ
“Azərsutikinti”nin sədri “Dərnəgül”də milyonluq obyekt tikdirir – FOTO
Sabiq icra başçısının kimlərdən rüşvət aldığı MƏLUM OLDU
Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
Fəxrəddin Abbasov həbsxanada intihar etdi
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI
Döşündəki “Vətənə xidmət ordeni”ndən utan, Siraqəddin Cabbarov -Şəhid anasından utanmırsansa, o ordeni sənə verəndən utan, cənab başçı
Dövlət Reyestri Xidmətinin Şəmkir idarəsi sahibkara süni əngəllər yaradır - NARAZILIQ!
Nazir Şirzad Abdullayevi vəzifəsindən azad etdi
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR
Raquf Orucovun anasının məzarı tapıldı - FOTO
Azərbaycanda 67 yaşlı kişini inək vurdu, xəstəxanada öldü
Paşinyan Köçəryanın tərəfdarını həbs etdirdi
Fəxrəddin Altun Dövlət Departamentinə sərt cavab verdi
Köçəryan Moskvada: Gizli plan işə düşdü
Fəxrəddin Altun: “Türkiyəmiz güclüdür, dövlətimiz dimdik ayaqdadır”
Deputatın polis qardaşı oğlu Ağcabədidə qanuna meydan oxuyur – VİDEO
Kamran Əliyevə yeni köməkçi təyin olundu - FOTO
Həbsdə olan icra başçısını kim əvəz edir?
Mikayıl Cabbarov direktor və müavin təyin etdi
Şəmkirin başçısı həbs olunsa da... - YENƏ KÖHNƏLƏR MEYDAN SULAYIR...
Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs həbs edildi