Əli İnsanov-Fərman Ceyranov- Nizam Osmanov və Çingiz Əlləzov şəbəkəsi…-Nəcməddin Sadıqovun keçmiş gizir sürücüsü Qədir Nəsibov necə general oldu ?
19-10-2021, 14:04
2 416

Əli İnsanov-Fərman Ceyranov- Nizam Osmanov və Çingiz Əlləzov şəbəkəsi…-Nəcməddin Sadıqovun keçmiş gizir sürücüsü Qədir Nəsibov necə general oldu ?

Fərman Ceyranova məxsus  “Lancet”  klinikasını Nizam Osmanovun dostu Çingiz Əlləzov işlədir..
 


Ötən yazımızda  2014 - 2020-ci illərdə Azərbaycan  Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini- Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, 2021-ci ildən isə müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi  olan  general-leytenant  Nizam Osmanovun əsgər və zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətin ayırdığı vəsaiti mənimsəməsi, mənzil bölgüsünü ŞƏXSİ  BİZNESİNƏ  çevirməsindən bəhs etmişdik. 
Qısaca xatırlatma üçün onu bildirək ki, Nizam Osmanov özünün “mənzil şəbəkəsi”,  Mənzil-İstismar Hissələri - “JEK”  rəisləri  vasitəsilə mənzilləri  satır. 
Bu işdə  Nizam  Osmanovun  tapşırıqlarını yerinə yetirən isə  Nüsrəddin-Elmar cütlüyüdür. Və mənzil alverindən gələn gəlir-haqq-hesab  Nizam Osmanovun 3-cü mikrorayon yaxınlığındakı kafesində cənab generala çatdırılır. 
Məqalənin dərcindən sonra Gundelik-Bakıya  Nizam Osmanovun əməlləri ilə bağlı yeni məlumatlar daxil olub. 
Daxil  olan məlumatlardan bəlli olur ki, Nizam Osmanovun əməlləri  təkcə “mənzil biznesi” ilə bağlı deyilmiş. 
Yəni Nizam  Osmanovun  biznes dairəsi daha genişdir və bildirilir ki, bu işdə  onun əməlli-başlı “komandası” var. 
Birincisi, Nizam Osmanovdan soruşan lazımdır ki, dövlətdən konkret maaş aldığın halda  Bərdədə hospitalın yanındakı Qonaq evini  və hektarlarla münbit torpaq sahəsini, gölü  necə və hansı pulla özəlləşdirmisən ? 
Göldə yetişdirdiyin  qızıl balıqlar  hansı pulladır ? Generalın hərbçiyə, general adına yaraşmayan həyat tərzi, xobbiləri isə  çox utanc gətirən başqa bir yazının mövzusudur.
Hətta verilən məlumatda o da bildirilir ki, generalın həyat yoldaşı və oğlu Qonaq evinə gəlir və onu orada xoşagəlməz vəziyyətdə görürlər. Sonra general 1 ay qospitalda yataraq müalicə olunur.  Bu hadisə sabiq nazir Səfər Əbiyevin dönəmində olub.
Ümumiyyətlə, Nizam Osmanovun hərəkətləri heç bir milli-mənəvi dəyərlərə sığmır. 
Bu adam  sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqova xoş gəlsin deyə,  doğma dilimizdə, Azərbaycan dilində danışan  zabitləri ələ salır, lağ edirmiş. 
Nizam Osmanov  hətta Müdafiə Nazirliyi sistemində özü üçün əməlli-başlı  ailə-dost-tanış kantoru yaradıb. 
Xeyli vəzifələrə  öz qohumlarını, dostlarını qoyub. 
Onlardan biri də  Nizam  Osmanovun dostu, sinif yoldaşı 57 yaşlı  polkovnik Çingiz Əlləzovdur. 
Söhbət  Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin rəisi, tibb polkovniki  Çingiz Əlləzovdan gedir. 
Məlumat üçün onu da qeyd edək ki, Çingiz Əlləzovun adı dövlət əleyhinə çıxan və hazırda həbsdə olan cərrah Fərman Ceyranovla birgə hallanır. 
Yeri gəlmişkən, sabiq səhiyyə naziri Əli İnsanovun sevimlisi olan  Fərman Ceyranov qanunsuz orqan köçürməsinə görə, 2018-ci ildə Gürcüstanda həbs olunub. 
Fərman Ceyranov  Əli İnsanovun nazir olduğu dönəmdə Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.
Fərman Ceyranov öz müraciətində açıq bildirir ki,  məni siyasi sifarişlə həbs ediblər. 
Bu gün  Fərman Ceyranova məxsus  “Lancet”  klinikasını Nizam Osmanovun dostu Çingiz Əlləzov işlədir. 
İndi özünüz təsəvvür edin: Əli İnsanov- Fərman Ceyranov-Nizam Osmanov və Çingiz Əlləzov...
Hələ bu harasıdır...
Bu şəbəkənin başqa  bir üzvü isə  general-mayor Qədir Nəsibovdur. 
Söhbət  Nizam Osmanovun müavini, Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi general-mayor Qədir Nəsibovdan gedir. Bu adamın əlində hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması cəmləşib.
Bu adamın ləqəbi “Xınalı-laklı” Qədirdir. Bu adam Nəcməddin Sadıqovun keçmiş sürücüsü olub, rütbəsi gizir olub, sonradan general rütbəsinə yüksəlib. 
Bu adamın  Gəncədə  bahalı mənzilləri, “Şüşəli bazar”ın arxasındakı binada 4 otaqlı mənzili, Badamdarda 12 sot torpaq sahəsi və daha nələri ...
Qədir Nəsibov barəsində, onun həyat tərzi “MAXE” qızlarla  dostluğu barədə geniş yazı hazırladığımız üçün çox mətləblərə toxunmuruq. 
Bu şəbəkənin daha bir üzvü isə polkovnik Sarı Xəlilovdur. Nizam Osmanov  dostu və kəndçisi olan bu adamı təqaüddən geri çağıraraq  TTM-ə rəis qoyub. 
Sarı  Xəlilov həmişə  Nizamın  “sobutılmiki”  olub, indi isə  cənab nazirə tərif deyir. Hansı ki, Xəlilov-Əlləzov cütlüyü həmişə tədbirlərdə  gələcək müdafiə naziri Nizam Osmanovun sağlığına badə qaldırırdılar. 
Yeri gəlmişkən, Nizam  Osmanovun Rusiyada yaxşı dostları var və tez-tez görüşürlər. 
P.S Növbəti yazıda Nizam Osmanovun oğlunun Türkiyə Hərbi okulundan Gülhanəyə, oradan da Tibb Universitetinə necə  transfer olunması və Bakıdan Hollandiyaya köçməsi  və  3 mkr bazarının yanındakı  restoranda aparılan gizli görüşlərdən və Vəfa Şərifovanın nazirlikdəki xüsusi hörmətindən bəhs edəcəyik. Bizi izləyin.


Oxşar xəbərlər

General  Nizam  Osmanovun mənzil  biznesi…- MN-nin mənzil bölgüsündə baş verənlər Müzəffər Ordumuza yaraşan hal deyil…
Müdafiə Nazirliyində mənzil bölgüsü, yoxsa haqq-hesab ?-  Nizam Osmanovun  dəstəsinin mənzil biznesi
Kəlbəcərdə çörək sexinin açılışı oldu - FOTO
Zakir Həsənov generalı vəzifəsindən azad etdi
Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – SON DƏQİQƏ
Müdafiə Nazirliyinin üç generalı İŞDƏN ÇIXARILDI
Təltif edilməyən generallar - SİYAHI
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
Nazir Nəcməddin Sadıqovun general olan bacısı oğlunu İŞDƏN ÇIXARDI
Generallar nazirin vəfatı ilə bağlı başsağlığı verdilər
İsti havaya görə ordumuzun şəxsi heyətinin nizam qaydalarında dəyişiklik edildi
Kərim Vəliyev Silahlı Qüvvələrin Baş Qərargahına rəis təyin edildi - ÖZƏL
Nəcməddin Sadıkov VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
Kərim Vəliyev Hulusi Akarla görüşdü - YENİLƏNİB + FOTO
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Nəcməddin Sadıkovun vəzifəsini kim icra edir?
Nəcməddin Sadıkovun yerinə kim təyin olunacaq? – SÜRPRİZ NAMİZƏDLƏR
Göyçə gölü yaxınlığında xidmət aparan döyüşçülərimiz - Video
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Azərbaycan və Pakistan hərbçiləri əməliyyat planlaşdırmasını müzakirə etdi
Erməni general 60 nəfərin itkisinə görə ittiham olunur
Nəcməddin Sadıkovun yerinə Kərəm Mustafayev gətirilir?
Nəcməddin Sadıqovun keçmiş yavəri niyə işdən çıxarılıb?
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Generalın mülkləri: Həyat yoldaşının, qızının, oğlunun... (SİYAHI)
Daha 64 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarıldı
Bu generallara ev veriləcək - SİYAHI
Bu məhşur general Bakıda bir günündə 12 mənzil aldı – ev sahibləri isə…-ŞOK GƏLİŞMƏ
Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ