“Soliton” şirkəti Rasim və Mənsur Sadıqov qardaşlarına 100 minlərlə pul atıb- Şirkətin sahibi Müseyib Bağırov  zərəçəkənlərə deyir ki, qardaşımın qaynı Gəncəli İsmayılov mənə də pul atıb...
19-10-2021, 17:00
470

“Soliton” şirkəti Rasim və Mənsur Sadıqov qardaşlarına 100 minlərlə pul atıb- Şirkətin sahibi Müseyib Bağırov zərəçəkənlərə deyir ki, qardaşımın qaynı Gəncəli İsmayılov mənə də pul atıb...

Rəsmi sahibi Müseyib Bağırov olan “Soliton Group və Neptun” şirkətində baş verən qanunsuzluq  və digər neqativ hallar barədə ötən yazımızda məlumat vermişdik. 
Qısa xatırlatma üçün bildirək ki, müştərilər bu ticarət  şəbəkəsində qiymətlərin süni şişirdilməsindən, rəflərdə və kassada qiymətlərin fərqli olmasından həmişə şikayət edirlər. 
Axı, ölkə başçısı dəfələrlə  qeyd edib ki, ölkədə süni şişirdilmiş qiymətlərə yol verməyin. 
Bir sözlə, ötən yazımızda bu ticarət şəbəkəsində istehlakçının aldadılması və istehlakçı hüquqlarının pozulması hallarından yazmışdıq. 
Və sual vermişdik ki, bütün bunlar ortada ola-ola nə İqtisadiyyat nazirliyi, nə Qida Təhlükəsizlik Agentliyi, nə də Vergilər Xidməti  bu ticarət şəbəkəsi ilə  bağlı heç bir tədbir görmür. 
Onu da qeyd edək ki, bu ticarət şəbəkəsini Müseyib-Sahib-Rahib Bağırov qardaşları idarə edir. 
Ötən yazımızda  vaxtilə Naxçıvanda  üzərlik qabı satmaqla məşğul olan Gəncəli İsmayılovun şirkətdə çalışanlara qan uddurmasını da ötəri qeyd etdmişdik. 
İndiki yazını isə  şirkətdə baş  verən cinayət əməlləri ilə bağlı Rasim və Mənsur  Sadıqov qardaşlarının Gundelik-Bakıya  müraciəti əsasında hazırlayırıq. 
Rasim  Sadıqov müraciətində qeyd edir ki, mən  2009-cu ildə Karaca qab-qacaqlarını satmaq üçün Saliton (Neptun) şirkətinin əməkdaşı Gəncəli İsmayılovla görüş təyin etdik, görüş zamanı ölkəyə yeni gətirilən Karaca qablarının satışına razılıq verdi və şad olduğunu bildirdi  və bu qabların satışı üçün bizə Saliton şirkət rəhbərliyinin şərtlərini sadaladı: 
“Şərtlərdən  biri bu idi ki, mağazaların  təmiri yüksək səviyyədə olmalıdır  və mağazaların daxili dizaynı Soliton rəhbərliyinin tələbinə tam cavab verməlidir.  
Bizim mağazalar  orta təmirli olmasına baxmayaraq Soliton şirkətinin əməkdaşı tərəfindən bəyənilmədi. Mağazanın yeni dizaynı üçün ön şüşələrin dəyişdirilməsi, qiymətli alkopan örtüklə bəzədilməsi, mağazanın daxilinin  isə rəhbərliyin verdiyi dizayna uyğun mebel vitrinlərlə təchiz olunması bizdən tələb olunurdu. Hesablamalar zamanı bizə küllü miqdarda pul vəsaiti lazım olacağını gördük və etirazımızı bildirdik,  çünki Soliton şirkətinin ölkəmizə gətirdiyi Karaca brendinin, qoyduğumuz sərmayənin bizə nə qazandıracağı şübhə altında idi. Bu zaman şirkət əməkdaşı Gəncəli İsmayılov bizə bildirdi ki, mağazaya çəkilən bütün xərclər Soliton şirkəti tərəfindən ödəniləcək. O, bizi tam əmin etdi ki, biz şirkətin əməkdaşı Gəncəlinin şirkət  rəhbərliyin yaxın qohumu və güvəndiyi adam olduğu üçün onun dediklərinə inanaraq mağazalarımıza şəxsi büdcəmizdən 30,000 (otuz min) manat ayıraraq mağazaları tam Soliton şirkətinin istəyinə uyğun təmir etdik. İlkin olaraq 2009 -cu ilin avqust ayında Soliton şirkətinin əməkdaşlarının gətirdikləri məhsulları bizə təqdim edə-edə təhvil verdilər. İlk aylarda normal işləməyimizə baxmayaraq Soliton şirkətinin süni qiymət artımını görüb tez-tez etirazımızı bildirirdik, cavab olaraq G.İsmayılov əsassız bəhanələr gətirirdi. Bizə olunan haqsızlıqlara baxmayaraq şirkətə məxsus Karaca qablarının 5-ilə yaxın müddət ərzində satışı ilə məşğul olduq. Bu illər ərzində icarəyə götürdüyümüz mağazalara aylıq ödəniş olaraq 200,000 (iki yüz min )manatdan artıq icarə haqqı ödədik, Soliton şirkəti tərəfindən gələn qabları saxlamaq üçün ayrılan anbara isə 42,000 (qırx iki min) manatdan artıq xərcimiz çıxmışdır. Soliton şirkətinin 1 qəpik xərci belə çıxmadan (icarə haqqı ,anbar pulu, işçi pulu və kommunal  xərclər) bizim üzərimizdən rahat pul qazandığına əmin olub Soliton şirkətinə məxsus olan qabları təhvil vermək qərarına gəldik. Soliton şirkətinin anbardarı başda olmaqla işçi qrupuyla birlikdə şirkətə məxsus məhsulları yük avtomobilinə dolduraraq Hökməlidə yerləşən Solitona aid bazaya təhvil verdik. Aradan keçən 2 ildən sonra bizi Elvin Novruzov adlı tanımadığımız şəxs tərəfindən Sabunçu rayon məhkəməsinə çağırıldıq, bu zaman biz Soliton şirkətinin rəhbəri Müseyib Bağırovun qəbuluna gedərək məsələnin mahiyyətini öyrənmək istədik. Müseyib müəllimlə söhbət əsnasında məlum oldu ki, tanımadığımız Elvin Novruzov Gəncəli İsmayılovun oyununun bir parçası və qayınıdır. Müseyib müəllim bizə açıq və səmimi etiraf etdiki Gəncəli İsmayılov şirkətə məxsus küllü miqdarda pul vəsaitini mənimsəmiş və Çexiyaya  gedərək bahalı brend qabları ölkəyə gətirməsinə xərcləmiş,  bununla da öz şəxsi biznesini qurmuşdur. Müseyib müəllim açıq etiraf etdiki Gəncəli İsmayılov, qardaşı Sahib Bağırovun qayını olduğu üçün heç bir quruma şikayət etməmişdir”. 
İndi isə söz  hüquq-mühafizə orqanlarınındır.


Oxşar xəbərlər

Neptun marketlərdə olan QANUNSUZLUQLAR- “Neptun”un  sahibi olan Müseyib-Sahib-Rahib Bağırov qardaşları...
Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib
Veysəloğlunun  “Oba”sında qiymət  fırıldağı- Vitrindəki  qiymətlə kassada hesablanan məbləğ arasındakı fərq kimin cibinə gedir ?
"Sədərək" ticarət mərkəzi nə vaxt açılacaq? - AÇIQLAMA
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
"Holcim"in rəhbərliyi ilə bağlı ilginc iddialar... - "Gözün üstündə qaşın var" deyən yoxdur...
“Binə” və “Sədərək” ticarət mərkəzlərində yoxlamalar başladı
“Sədərək”dən açıqlama: “Yusif Qədiməliyevi kim işdən çıxara bilər?”
ABŞ Çin şirkətlərini bazardan çıxarmağa başladı
Nazir: "Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2,3 mlrd. dollara çatıb"
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
Nazirlikdən süni qiymət artıran sahibkarlara XƏBƏRDARLIQ
Nazirlik dərman satanlara xəbərdarlıq etdi
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Tezliklə Qazaxıstanın daha iki şəhərində Azərbaycan Ticarət Evi açılacaq
Prezident Macarıstanın xarici işlər və ticarət nazirini qəbul etdi
“Sədərək TM”-nin  sahibi Yusif Qədimbəyli üçün karantin-zad  yoxdur.. - Ata  “Sədərək”də, oğul Vüqar  Qədimbəyli Prezident Administrasiyasında
"Mandarin LTD” MMC-nin bir TƏFTİŞİ KƏMDİR... - Büdcədən gizlədilən pullar, qara mühasibatlıq və daha nələr...
"Mərkəzi Bank bu sahəni inkişaf etdirmək əvəzinə bina təzələyir" - İTTİHAM
“Mall”-lar iyunun 10-dan bu qaydalarla işləyəcək
Bu saziş Azərbaycanda türk mallarını UCUZLAŞDIRACAQ
"Sədərək" Ticarət Mərkəzi sökülür
İranın yük dolu 5 ticarət gəmisi yandı
Veysəloğludan bitib tükənməyən ŞİKAYƏTLƏR...- QİDA  agentliyi  Veysəloğluda  ciddi  yoxlama aparmalıdır...
“Sədərək” Ticarət Mərkəzindən qərar: “Yer pulu alınmayacaq”
Pakistan prezidenti Azərbaycan xalqını və hökumətini təbrik etdi
Alıcılar  “Neptun Market”i  Allaha həvalə edir- Vergi Xidməti marketdə baş verənləri görmür ?
Fransa Türkiyənin boykot çağırışına cavab verib - Parisdən GERİYƏ ADDIM
Pakistanda Azərbaycan Ticarət Evi açılacaq
"Sədərək"də komissiya yaradıldı: - Mağazaların işıqları söndürüldü