Elman Rüstəmovun bibisi oğlu və şəriki Talıb Quliyevin qara əməlləri- Talıb Quliyevin 15-20 min dollarlıq eşq  macəraları...
19-10-2021, 17:15
696

Elman Rüstəmovun bibisi oğlu və şəriki Talıb Quliyevin qara əməlləri- Talıb Quliyevin 15-20 min dollarlıq eşq macəraları...

Talıb Quliyev “Azərsu”da udduğu  tenderlərdən milyonlar qazanıb...



Mərkəzi Bankın  sədri Elman Rüstəmovun adı  mediada  daha çox bibisi  oğlu  Talıb Quliyevlə birgə hallanıb. 
Diqqətli oxucuların yaxşı yadında olar ki, bir müddət əvvəl  Planet şadlıq sarayının ətrafda yaşayan sakinlər üçün problem yaratması ciddi müzakirə mövzusu olmuşdur. Ondan az müddət sonra isə  Nizami rayonu ərazisində “Karvan-K” İstehsalat Kommersiya Şirkəti tərəfindən yaşıllıqların məhv edilməsi gündəmə gəlmişdi. 
Həmin vaxt  bəlli  oldu ki, “ Karvan-K” şirkəti  “Planet” şadlıq sarayının mülkiyyətçisidir  və şadlıq sarayı baş bankirə məxsusdur. Hətta deyilənə görə, PLANET-in baş hərfləri  Elman Rüstəmovun  yaxınlarının  ismi-şərifidir.   
Yaşıllıqların qırılması  məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldı. Amma...
Amması odur ki, araşdırma nəticəsində iş icraçısı və fəhlələr məsuliyyətə cəlb olunsa da əsas günahkar kənarda qaldı. 
Söhbət hadisə yerində iştirak edən, hətta Ekologiya Nazirliyinin əməkdaşlarına qarşı zor tətbiq edən Talıb Quliyevdən gedir. 
Təsəvvür edirsiniz, nazirliyin əməkdaşlarına hədə-qorxu gələn, “Mən tapşırmışam ağacları qırıblar”  deyən Talıb Quliyev  barəsində heç bir qurum tədbir görə bilmədi. 
Bəli, Baş bankirin  bibisi oğlu olan Talıb Quliyev həm də Elman Rüstəmovun biznesini idarə edir. Əslində Planet şadlıq sarayı da, “Karvan-K” şirkəti də Elman Rüstəmova məxsusdur. 
Talıb Quliyev təkcə restoran biznesi ilə məşğul olmur. O, həm də neçə illərdir ki, Azərsu-nun ən bahalı tenderlərini udur. Sözün həqiqi mənasında udur. 
Belə ki, Talıb Quliyevin  Biləsuvarda, Lənkəranda, Ağcabədidə çəkdiyi kanalizasiya xətlərinin heç biri normal fəaliyyət göstərmir. Çünki bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan  avadanlıqlar  hesabdan “silinib”. Bütün kanalizasiya xətləri bərbad durumdadır. 
Əlbəttə, Talıb kimdir ki, bu boyda tenderləri uda bilsin. Bu  şəraiti yaradan  Talıbın dayısı oğlu Elman Rüstəmovdur. Konkret olaraq Elman Rüstəmov dövlət qurumlarına təzyiq  edərək  tender müsabiqəsini  bibisi oğlunun  xeyrinə həll edir. Əlbəttə, havayı yox. Qazanılan milyonlar qohumlar arasında bölünür. 
Təsadüfi deyil ki,  Talıb Quliyev qazandığı milyonlar hesabına Nizami rayonu ərazisindəki 2 mərtəbəli evləri satın alaraq göydələnlər tikdirir. Hətta binalardan biri yolun ortasında, Planetin yanında  tikilib. 
Talıb Quliyevin əməlləri bununla bitmir. 
Bir müddət əvvəl Talıb Quliyev Sabunçunun icra başçısı ilə razılaşaraq  Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini  hasara alıb, hətta özünə villa da tikdirib. 
Talıb da başqa oliqarxlar kimi  bahalı avtomobil kolleksiyasına sahibdir. Onun da övladları  Almaniyada oxuyur, həyat yoldaşı da orada yaşayır. 
Talıb Quliyevin əməlli-başlı “don-juan”lığı da var. Cavan qızlara 15-20 min dollar xərcləyir. 
Talıbın  ağstafalı ana-bala ilə macəraları isə  heç bir əndazəyə sığmır. Bir rus filmində ata oğluna deyir ki, “ya toje babnik, a tı...sv-ya”. 
Yəqin ki, Talıb başa düşməsə də cənab baş bankir başa düşəcək ki, söhbət nədən gedir. 
Növbəti yazıda  Talıb Quliyevin  SOKAR-dakı əməlləri, Azərsu-nun sabiq sədri Qorxmaz Hüseynovu necə “zibilə salması” və digər işlərindən  bəhs edəcəyik. 
Bizi izləyin.


[media=https://youtu.be/dMSNCV4dhIk]

Oxşar xəbərlər

Elman Rüstəmovun şirkəti “Azərsu”nu məhkəməyə verdi
Azərsu-da dəhşətli faktlar
Elman Rüstəmovun qızı Londondakı şirkətinin maliyyə hesabatını vaxtında təqdim etmədi – Fotofakt
İşdən çıxarılan Əhməd Əhmədzadə Elman Rüstəmovun qudasıdır
Məmur uşaqlarının şirkəti BÖHRANLA ÜZ-ÜZƏ... - İLGİNC
1991-ci ildə Moskvadan  Bakıya nə göndərirdin, Elman Rüstəmov ?-  Biznesmenlər baş  bankirə nə üçün mənzil hədiyyə edirlər ?
Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır
Deputatdan Elman Rüstəmova ağır ittihamlar: “Mərkəzi Bankın fəaliyyəti araşdırılsın”
Mərkəzi Ordu İdman Klubunda “hərbi səfərbərlik biznesi” - Hərbi prokurorluq nə üçün sabiq rəis Rəşad Quliyevin əməllərini yoxlamır ?
Mərkəzi Bank Elman Rüstəmovun şəxsi pulqabıdır?
“Araz” şadlıq sarayının rəhbəri CƏZALANDIRILDI
Salyanda pandemiya qaydalarını pozan beş şadlıq sarayı aşkarlandı
Sabirabadda Elman Nuriyevin milyonluq Şadlıq Sarayı - Qarabağda savaş başlayandan o da obyektinin inşasına başlayıb
Talıb Taleni təyyarəyə buraxmadılar
“Biz torpaqlarımızı ala-ala irəlilədikcə, düşmən təşvişə düşürdü” - Video
Elman Rüstəmovun qızı ilə Əhmədzadənin oğluna məxsus Londondakı şirkətin 12,5 milyonluq borcu… - FOTOFAKT
Şadlıq sarayının icarədarı ikinci dəfə qaydaları pozdu: Cinayət işi açıldı - FOTO
Ziraatbankda nələr baş verir ?-Bankın sabiq direktoru AVNİ DƏMİRÇİ ölkədən qaçmaq istəyirmiş..
“Qozbel İman”ın  biznes imperiyası...- İman Quliyevin şirkətləri vergidən nə qədər yayınır ?
Neftçala mərkəzi xəstəxanasının direktoru HƏBS EDİLDİ
Daha 3 şadlıq evinin sahibi cərimələndi
Bakıda karantini pozan şadlıq evi və kafe sahibləri həbs edildi
Banklar çökür - Elman Rüstəmovun isə sərvəti isə artır
Elman Rüstəmovun BANK MONOPOLİYASI... - Digər banklar çöksə də...
Mingəçevirdə şadlıq sarayının sahibinə cinayət işi açıldı - VİDEO
Əhmədzadənin Sabirabaddakı oliqarxı - Elman Nuriyev bölgənin kralıdır
Vahid  Ələkbərovun “Yelo Bank”ında nələr  baş verir?- Baş bankir  Elman Rüstəmovun ''yarıtmaz''  siyasəti nəticəsində banklar sıradan çıxır
Daha 2 şadlıq sarayında karantin qaydaları pozuldu
Elman Rüstəmovdan devalvasiya açıqlaması
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb