Zəngilan sakini: Mənim ailəmi rüşvət alaraq Məhkəmə sədri Gülsarə Kərimovna və Ağamirzə Məmmədov dağıtdı- ŞOK FAKTLAR
20-10-2021, 16:02
1 032

Zəngilan sakini: Mənim ailəmi rüşvət alaraq Məhkəmə sədri Gülsarə Kərimovna və Ağamirzə Məmmədov dağıtdı- ŞOK FAKTLAR

Ağamirzə Məmmədov məndən 1 quzu rüşvət alaraq söz verdi ki, məhkəmədə sənə kömək edəcəm...


Gülsarə Kərimovna heç icra başçısını da saya salmır...




Dəfələrlə Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna, məhkəmənin baş məsləhətçisi Vüsalə Atakişiyeva, məhkəmə sədrinin köməkçisi Ağa Mahmudov, Zəngilan RİH-nin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədov  barəsində yazaraq ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ali Məhkəmənin və  Ədliyyə Nazirliyinin rəhbərliyinə baş verən qanunsuzluqlarla bağlı müraciət etmişik. 
Qısaca məlumat üçün qeyd edək ki, Zəngilan rayon məhkəməsinin sədri  Gülsarə Kərimovna uzun müddət Türkmənistan Respublikasının vətəndaşı olub. Yəni əcnəbi ölkənin vətəndaşının Azərbaycanda məhkəmə sədri olması  qanunlarımıza ziddir. 
Digər tərəfdən Gülsarə Kərimovna dövlət dilimizi bilmədiyi üçün  ciddi problemlər yaranır.
Məhkəmənin məsləhətçisi  Vüsalə Atakişiyeva və Zəngilan RİH-nin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədov isə  özlərinə sərf edən qətnamələri hazırlayıb məhkəmə sədrinə imzalatdırır və  “bazarlıqlar”ını edirlər. 
Bu işdə məhkəmə sədrinin köməkçisi  Ağa Mahmudov da əlindən gələni edir. 
Bu şəbəkənin əsas  bizneslərindən biri də  Zəngilan sakini olan ailələrin boşanma məsələsidir.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi  ailələri kağız üzərində-formal boşadıb məcburi köçkünlər üçün nəzərdə tutulan mənzilləri alırlar, dövləti külli miqdarda ziyana salırlar, özləri isə qazanırlar. 
Yəni bu şəbəkə üçün ailələrin  boşanması adi hal alıb. Bunlar üçün heç bir müqəddəs dəyər yoxdur. 
Hətta bu şəbəkə o qədər  boşanma məsələsinə maraq göstərir ki, bəzən ailələrin HƏQİQİ MƏNADA dağılması bunlar üçün heç bir əhəmiyyət kəsb eləmir. 
Belə ailələrdən birinin sahibi, Zəngilan sakini Oqtay Məhərrəmov  Gundelik-Bakıya müraciət edərək aşağıdakıları bildirib:
“Ailəmlə aramızda müəyyən narazılıq var idi. Amma mən öz ailəmdən boşanmaq istəmirdim. 
Bir gün gözləmədiyim halda  Zəngilan RİH-nin hüquq şöbəsinin müdiri  Ağamirzə Məmmədov mənə zəng edərək görüşmək istədiyini bildirdi. Mən görüşün məqsədini soruşanda dedi ki, boşanma məsələsində sənə kömək etmək istəyirəm. Biz 20 yanvar metrosunun yaxınlığında, Onkologiya Xəstəxanasına yaxın  kafelərin birində əyləşib söhbət elədik. Ağamirzə mənə dedi ki, biz uzaq qohumuq sənə kömək edəcəm. Mən soruşdum ki, sən mənə necə kömək edə bilərsən axı...
O mənə bildirdi ki, məhkəmənin sədri Gülsarə, işçisi Vüsalə mənə yaxın adamdır. Onlarla danışıb məsələni həll edəcəm. Mən soruşdum ki, mənim elə imkanlarım yoxdur, sənə borcum nə olacaq..:
Ağamirzə mənə cavab verdi ki, bu işlərlə 12 nəfər məşğul olur, sən onlara pul çatdıra bilməzsən, ona görə də mənə bir quzu alarsan, məsələ həll olunar. Sonra Ağamirzə bildirdi ki, işdən çıxmışam, acam bir şey təşkil elə. Mənim cibimdə 25 manat pul var idi. Yemək sifariş etdim. Bu "qarınqulu" yedi, üstündən də 1 dənə litrlik araq içdik, 97 manat etdi. Ağamirzə cibindən 1 manat da çıxarmadı. Məcbur qalıb dostumdan 72 manat borc aldım. Ağamirzənin zəhərinin pulunu ödədim. Bilmirəm, Zəngilan Rayonunun İcra Başçısının bundan xəbəri var?

Oqtay Məhərrəmov  sonra müxbirimizə bilıdirib ki, biz Ağamirzə ilə iş vaxtı oturub yedik, hətta araq içdik, söhbət əsnasında Ağamirzə PA-da işləyən dostlarının adını çəkirdi. Zəngilan Rayon Hüquq Şöbəsinin müdiri Ağamirzə Məmmədov biraz "dəmləşəndən" sonra dedi ki, PA-da mühüm vəzifə daşıyan Süleyman İsmayılov mənim yaxın adamımdır, nə desəm onu edəcək. Elə bu hörmətli adamın adını eşidən kimi dedim bir dənə də araq gəlsin. Dostumdan pul alıb, yeyib-içməyin pulunu verəndən sonra Ağamirzənin məndən quzu istəməsi məsələsini həll etmək üçün bazardakı dostuma zəng edib 200 manat borc istədim. Dostum pulu gətirənə qədər böyük bir quzu kəsdirib hazırlatdırdım, sonra Ağamirzə müəllim oğluna zəng etdi və oğlu OPEL maşınla gəldi quzunu verdim apardılar. Burunlarından gəlsin, işimi düzəltmədilər. Məni ailəmlə ayırıb, uşaqlarımın üzünə həsrət qoydular. Ağamirzəni də uşaqlarının üzünə həsrət qalsın. Necəki qaldı. Dediyim kimi quzunu aldılar yedilər ancaq məhkəmədə məsələ həll olunmadı. 
Belə ki, mən məhkəmə sədri Gülsarə Kərimovnadan çox xahiş etdim ki, bizim ailəmizə vaxt  verin, bəlkə barışdıq, uşaqlarımız var. Gülsarə Kərimovna isə “ Kəs səsini..” deyərək mənə imkan vermədi. 
Mən təkrar olaraq  ondan xahiş etdim ki, mənə vaxt verin hörmətli icra başçısı ilə görüşüm problemlərimi deyim. 
Gülsarə Kərimovna isə  “İcra başçısı kimdir...məsələni mən həll edirəm” deyərək  "ağzımdan vurdu". Bu adam insanlarla davranmağı bacarmır, bu adam üçün bizim milli  dəyərlər heç nədir.  
Və məhkəmənin qərarı ilə heç yerdə işləməyən mənə 340 manat aliment və üstəlik 100 manat xəstəlik pulu kəsildi. 
Bax, beləcə həm ailəm dağıldı, həm də Ağamirzənin yalanları bəlli oldu. 
Şikayətçi sonra bildirdi ki, Ağamirzə üçün ancaq qarnını otarmaq var, ondan-bundan alıb yeyir-içir, onun üçün qanun-zad yoxdur. 
Şikayətçinin dediklərindən bəlli olur ki, bu şəxsin öz ailəsi ilə  barışmaq imkanları var imiş, ancaq təəssüf ki, Ağamirzə kimi "dəllallar" buna imkan verməyib. Yəni Ağamirzənin qarnı  bir ailənin dağılmasına səbəb olub. 
Şikayətçi sonda Zəngilan RİH-nin başçısından xahiş edir ki, Ağamirzə kimi "qarınqulu" kadrları işdən uzaqlaşdırsın. 
Şikayətçi həm də Ali Məhkəmənin sədrinə, Məhkəmə-Hüquq Şurasının rəhbərliyinə müraciət edərək  Gülsarə Kərimovna kimi sədrin məhkəmə-hüquq sistemindən uzaqlaşdırılmasını tələb edir. Və qeyd edir ki, Gülsarə Kərimovna, Ağamirzə Məmmədov kimi məmurlar  sakinləri dövlətdən narazı salır. Növbəti yazımızda Xədicə xanımın anasının diri kimi göstərilməsi, pandemiya dövründə yüzlərlə ailələrin boşanma qətnamələri, Vüsalə Atakişiyevanın Zəngilan Rayon Məhkəməsindəki qanunsuz işlərini ört-basdır etmək məqsədlilə işdən uzaqlaşmaq istəməsi barədə geniş yazı dərc edəcəyik. Bizi izləyin.


Oxşar xəbərlər

Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “KVARTET”i- Kontrabasda çalır Türkmənistan vətəndaşı Gülsarə xanım...
Zəngilan Məhkəməsində ÖZBAŞINALIQLAR- GÜLSARƏ, VÜSALƏ, AĞA VƏ AĞAMİRZƏNİN “işbirliyi”
Gülsarə İmanovanın kimliyi bəlli oldu- Zəngilanın məhkəmə sədri Ramiz Mehdiyevin  həyat yoldaşı  Qalina Yuryevnanın sifarişlərini yerinə yetirir…
Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovna HƏBS OLUNA BİLƏR- ŞOK FAKTLAR
Şirvan Apellyasiya Məhkəməsinin sədri həbs oluna bilər ?
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Şəki rayon məhkəməsində  “cərimə rüşvəti“ - Məhkəmənin sədri  Ceyhun Əhmədov hara baxır ?
Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
Azərbaycanda hakim vəfat etdi - FOTO
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Füzuli  Pənahov Ali Məhkəmənin sədri olmaq istəyir...- TÖHMƏT-in mübarək,  Füzuli Pənahov-VİDEO
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
Rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında
Zəngilan Rayon Polis Şöbəsi Zəngilan şəhərinə köçürülüb
Nazir məhkəmə sədrinə TÖHMƏT VERDİ
Zəngilan şəhəri işğaldan azad edildi
Ağır xəstəlikdən əziyyət çəkən Ağakərimin görüntüləri yayıldı - VİDEO
Çingiz Əsgərova yeni vəzifə verildi
Köməkçisindən məhkəmə sədrinə ŞOK İTTİHAMLAR - "4 min manat maaş alır, axşama qədər yatır"
İlqar Məmmədova 234 min kompensasiya ödənildi
"Cənnət MTK"-nın 2 milyonluq İŞTAHASI... - QALMAQAL
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
“Rəhbərimiz hakimin əmisi oğludur deyə şirkətə girə bilmirik” - NARAZILIQ!
Daşkəsəndə həbs olunan vəzifəli şəxslərdən XƏBƏR VAR
Rüşvətə görə həbs edilən TSEK sədrinə HÖKM OXUNDU
Rəşad Nəbiyevdən yeni TƏYİNATLAR
Azərbaycanda sabiq bələdiyyə sədri HƏBS EDİLDİ
Hikmət Hacıyev Zəngilan və Cəbrayıla səfərdən yazdı
Azərbaycanda partiya sədri məhkəmədə qandallandı