Rayon sakinləri  Neftçala  Suvarma Sistemləri  İdarəsinin rəisi Elçin Əsədovdan  nələr yazır ?
20-10-2021, 17:43
565

Rayon sakinləri Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovdan nələr yazır ?


Elçin Əsədovun  Xol zonasında “aylıq” pullarını yığan Əlifağa kimdir ? 

Elçin Əsədovun dövlətdən oğurladığı  pullar Neftçala rayonunun büdcəsindən dəfələrlə çoxdur...  

Cəmi  3 ay əvvəl Prezident İlham Əliyev cənabları su problemləri ilə bağlı XÜSUSİ  MÜŞAVİRƏ keçirərək demişdir ki, su itkilərimiz dözülməzdir: 
“ Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var”. 
Prezidentin dediyi kimi su itkiləri dözülməzdir. Amma təəssüf ki, cənab Prezidentin bu xəbərdarlığı Elçin Əsədov kimi məmurlara zərrə qədər təsir etmir. 
Söhbət “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin  Neftçala  Suvarma Sistemləri  İdarəsinin rəisi Elçin Ataş oğlu Əsədovdan gedir. 
Axı, heç kimə sirr deyil ki, 40-50 faiz  su havaya buxarlana, qəfil yox ola bilməz. Əgər, bu 40-50 faiz su yoxa çıxıbsa, Elçin kimi məmurlar  necə milyonçuya çevrilə bilərdi ? 
Prezident onu da qeyd edir ki, dövlət bu sahəyə kifayət qədər vəsait  qoyub. 
Bəs bu vəsaiti hara dağıtmısınız, cənab Elçin Əsədov ? 
Bizim Elçin Əsədovla bağlı yazılarımızdan sonra Neftçala sakinləri bizə yazır ki, Xol zonasında 1 həftədir su yoxdur. Sakinlər yazır ki, hətta Elçin Əsədov suvarma kanallarında olan və suyun səviyyəsini tənzimləyən qapıları satıb. 
Cənab Əsədov, satdığın avadanlıqlar dədənin-babanın mülki deyil e, Prezidentin dediyi kimi dövlət vəsaiti ilə alınıb. 
Elə bilirsən, idarənin balansında olan  texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb  yüz minlər qazanmağından xalqın xəbəri yoxdur ? 
Elə bilirsən, idarənin keçirdiyi tenderləri “sataraq”  tenderlərdən külli miqdarda “otkat” almağından cəmiyyətin xəbəri yoxdur ?
Dövlətin ayırdığı külli  miqdarda vəsaiti təyinatı üzrə deyil, özünə  xərcləməyindən müvafiq orqanların xəbəri yoxdur ? 
Bütün bunların hamısını bir gün istintaqda  üzünə oxuyacaqlar. 
Elçin Əsədov, Neftçalaya gəlib-gedən icra başçılarının  “rüşvət dəftərində”  həmişə 1-ci yerdə sənin adın qeyd olunub. 
Nə tez unutdun, həbsdə olan icra başçısı İsmayıl Vəliyevlə bağlı sorğu-sualı ? 
Hər yerdə deyirsən ki, “ bir meşok” vermişəm ee…
Elçin Əsədov, kimə vermisən, nə vermisən ? 
Bir gün bu “bir meşok”  söhbətini səndən soruşacaqlar. 
Hər yerdə deyirsən ki, Gundelik-Bakı məndən yazır, lap BMT yazsa da vecimə deyil… Əgər vecinə deyilsə Nəşriyyatda olan jurnalist dostlarını nə üçün bizə minnətə göndərirsən? Biz etika naminə onların adlarını çəkmirik. Amma Hüquq Mühafizə Orqanları "ara jurnalistlərilə" məşğul olsalar daha məqsədə uyğun olar. 

Əsədov, deyəsən  içəridəki “gözüçıxmış  qardaşlarının aqibəti”  sənə dərs olmayıb..
Dövlətin vəsaiti hesabına əldə olunan  su ehtiyatlarını fermerlərə, sahibkarlara satıb qazandıqların sənə azlıq edir ? 
İdarəyə məxsus  köhnə avadanlıqları, nasosları “kraska”layaraq təzə adı ilə sənədləşdirir və milyonları mənimsəyirsən. 
Fermerlərlə bağladığın rəsmi müqavilələri bir kənara tullayıb, dövlət rüsumundan 5 dəfə artıq  pul tələb edirsən. Fermerlər deyir ki, Elçin Əsədovun özünün  rüsum  cədvəli var. 
Rayon sakinləri səninlə bağlı  dərc etdiyimiz  məqalələri səbrsizliklə izləyir  və  altına yazır ki, Elçin Əsədov idarəyə  ayrılan tonlarla yanacağı, sürtkü  yağlarını  kənar adamlara sataraq milyonlar qazanır. 
Bunu biz yazmırıq ee, Neftçala sakinləri yazır. 
Bunu da zülm etdiyin fermerlər  sosial şəbəkədə yazır ki, Elçin Əsədov Neftçala Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarıb mənimsəyir. 
Elçin Əsədov ! Orda-burda sənin barəndə yazmağımızdan gileylənirsən. Biz sənin barəndə Neftçala sakinlərinin dediklərini dərc edirik, yəni cəmiyyətin səsini müvafiq orqanlara çatdırırıq. 
Neftçala rayonunda  fəaliyyət göstərən  nohurların, balıq yetişdirilən göllərinin suyunu  istədyin vaxt  dayandırıb, pulları yığırsan. Bu balıq göllərinin  sahiblərinin sənə verdiyi pulları hesablayan olsa, Neftçala rayonunun cəmi büdcəsindən dəfələrlə çox olar.  
Elçin Əsədov, Neftçala  rayon sakinlərinin bizə yazdığına görə, Xolqaraqaşlı  və Xolqarabucaq zonasında su kanallarını çoxdan lil basıb. 
 Bəs, su kanallarının təmizlənməsinə dövlətin ayırdığı yüz minlər hara gedib, cənab Əsədov ? 
Əlbəttə, həmin pullara Bakıda  təzə mənzillər alırsan, Neftçalada villa tikdirirsən, ayda bir  xarici avtomobilini dəyişirsən. 
Elçin Əsədov, Neftçala sakinlərinin bizə yazdığı Əlifağa kimdir ?
Sakinlərin yazdığına görə, Xolqarabucaq və Xolqaraqaşlı ərazisində  sənin “aylıq” pullarını bu şəxs yığır. 
Bu barədə növbəti yazıda.


Oxşar xəbərlər

Neftçalada icra başçılarının “rüşvət dəftəri”ndə 1-ci yerdə Elçin Əsədovun adı olub- SUVARMA İDARƏSİNİN RƏİSİNDƏ MİLYONLAR HARADANDIR ?
Neftçala Suvarma İdarəsinin rəisi pul, xahiş keçməyəndə, məhkəmə ilə hədələyir..- Sənin yerin bayır deyil, Bayıldır, Elçin Əsədov
Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
Saatlı Suvarma Sistemləri İdarəsində nə baş verir? – ŞİKAYƏT (VİDEO)
Suvarma pullarını yeyən daha bir AKULA... - Büdcə pullarının izi ilə...
İdarə rəisi vəfat etdi
“Harop”larla iki saat ərzində ermənilərin 14 tankını məhv etdik” - Elçin Quliyev
Bir gündə 1.5 milyon manat: Pulla “suvarılan” şoran torpaqlar...
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
Ürəyindən yaralanan qazimiz Bakıya gətirilib
Prezident deyir ki, su itkiləri 40-50 faizə çatır…- Su itmir, milyonlarla vəsait Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyasına xərclənir…
Bərdənin icra başçısının “qara kassa”sı Sərdar Əhmədov- BAŞÇI VİDADİ İSAYEVLƏ SƏRDAR ƏHMƏDOVUN “İŞBİRLİYİ”…
FETO-çu  Zakir Quliyevin həbsi qaçılmazdır- Su və Meliorasiyanın sədr müavini Zakir Quliyev milyonları mənimsəyib.
Sabiq deputata qarşı dələduzluq: Armatur biznesinə başlayıbmış
Suyun qiyməti niyə artırıldı? - “Azərsu”dan AÇIQLAMA
5 yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən igid - VİDEO
Vətən Müharibəsinin qəhrəmanı Elçin: Mənim anam vətənimdir...
Bir gündə eyni idarədən 4 tender alan "Tender kralı"nın şirkətini kim himayə edir?
“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?
Vasif Talıbovdan yeni təyinat
Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA
Qax rayon Suvarma Sistemləri İdarəsində ƏHMƏDZADƏ AB-HAVASI... - FAKT
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
Şəhidin yeni doğulan qızının adını Şuşa qoydular
Bakı Nəqliyyat Agentliyində KÜRSÜ QOVĞASI... - "Vüsal Kərimlinin yerinə müavini Elçin Mustafayev təyin ediləcək..."
Elçin Hüseynov 32 kq arıqlayıb belə oldu - Foto
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT (FOTO)
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender