Saxta içkilərdən ölüm hallarının olduğu “Baku City” restoranını kim işlədir ?- AQTA,VERGİLƏR NAZİRLİYİ NƏZARƏT EDİRMİ ?
25-10-2021, 12:34
1 128

Saxta içkilərdən ölüm hallarının olduğu “Baku City” restoranını kim işlədir ?- AQTA,VERGİLƏR NAZİRLİYİ NƏZARƏT EDİRMİ ?

Qoşqar Təhməzli  təminat verirsinizmi,  zəhərlənmə daha olmayacaq ?  


Bakının məşhur restoranlarından biri də “Baku City”  əyləncə mərkəzidir. 
Bu restoranın adı həmişə qalmaqallarda, hətta ağır cinayət hadisələrində hallanıb. 
Bir vaxtlar  restoranın adı karantin qaydalarını pozmaqda, müğənni Nadir Qafarzadənin bir dəstə gözəlçə ilə restoranda karantin vaxtı “tamaşa”  göstərməsində hallanıb. 
Sonra  restoranın adı  daha ağır olayda, cinayət işində hallandı. 
Hamıya məlumdur ki, bu restoranda müştərilərə satılan saxta viski və araqlar   4 nəfərin ölümünə, 6 nəfərin isə zəhərlənməsinə səbəb olub. Hətta ölənlərdən biri polis zabiti idi. 
Bu  hadisə ilə bağlı  12 nəfər məsuliyyətə cəlb edildi, restoranının sahibi Füzuli Alıyev və  onu saxta içkilərlə təmin edən Xəyal Cəfərov  həbs  edildi. 
Ekspertlərin dediyinə görə, restoranda  verilən içkilərin tərkibində  metil spirtinin faizi 76,6 faiz olub. Halbuki bu faiz 1  faizdən də çox aşağı, maksimum 0,05 faiz olmalıdır.
Görəsən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, qurumun  sədri Qoşqar Təhməzli  hara baxırdı ? 
Mütləq ölüm hadisəsi baş verməliydi ki, tədbir görsünlər ?
Mütləq  kütləvi zəhərlənmə olmalıydı ? 
Əgər  Nadir Qafarzadə bu ölkənin qanun-qaydalarını poza bilirsə, bu restoranda daha dəhşətli hadisələri gözləmək olar. 
Həm də söhbət yol kənarındakı ucuz kafedən-zaddan getmir, şəhərdəki  bahalı restorandan gedir. 
Restoranın sahibi “Kamal”  ləqəbli Füzuli Alıyev həbs olundu, bununla ölənlər geri qayıdacaqmı ?
Mediada yazılanlardan bəlli olur ki, “Kamal” içəridədə “dinc”  durmur. Və restoran fəaliyyətini davam etdirir. 
Baxmayaraq ki, baş vermiş ölüm hadisəsinə görə,cəza çəkmə müəssisəsindədir. Amma “Kamal” hər gün saatlarla cəza çəkmə müəssisəsindən telefonla zəng edərək öz işi ilə yəni "Baku City" restoranı ilə bağlı və hansı müğənniləri dəvət edəcəkləri ilə əlaqədar olaraq tapşırıqlarını verir.
Görəsən, xeyli sayda insanın ölümünə səbəb olan “Kamal” kimə  arxalanır ? 
Hətta onun barəsində mediada yazanlara hədə-qorxu da gəlir. 
Görəsən kim qarantiya verə bilər ki, olay yenidən təkrarlanmayacaq.
Kim təminat  verə bilər ki, “Baku City”  restoranında  daha saxta içkilır verilmir. 
Söz sizindir, cənab AQTA sədri Qoşqar Təhməzli. 
Təminat verirsinizmi ?



Oxşar xəbərlər

Arif Qasımova məxsus restoranın inzibatçısı HƏBS EDİLDİ
Gəncədə restoranda yanğın oldu
Nadir karantin qaydalarını belə pozdu - Video
Bakıda kriminal aləmə yaxın şəxslər həbs edilib - Foto
"Maricel" restoranının sahibinə cinayət işi açıldı
Bu restoranda yeməkləri robotlar hazırlayır
Bakıda restoranda 60 nəfər saxlanıldı
“Kənd ocağı”nda toy: 65 nəfər cərimələndi - VİDEO
"Lotu Quli"nin yaxın qohumu Bakıda həbs edildi
Restoranda toy keçirmək istəyənlər cərimələndi - FOTO
Bakıda restoranın icarədarı və 28 müştərisi saxlanıldı
Türkiyəli müğənni karantində Bakıda məşhur restoranda açılış etdi - Video
Karantin dövründə  “Qızıl bağ”  restoranında şıdırğı toy gedir-  Sərvər Hüseynovun restoranı niyə cərimələnmir ?
Gecə saatlarında işləyən restoranın sahibi həbs edildi
Bakıda restoranda yanğın
Cərimələnən məşhur restoran bu müğənniləri də Bakıya gətirir
Bakıda restoranda YANĞIN
Bakıda restoranda toy etmək istəyənlər Polis Bölməsinə gətirildi
“Çənlibel“də qanunsuz toy - Restoran sahibi cərimələndi
"Zirvə" restoranının sahibi CƏRİMƏLƏNDİ
Ermənistanda 180 hərbçi, 12 komandir həbs edildi
Bakıda ad günü keçirib video paylaşanlar CƏZALANDIRILDI
Şaxta baba 118 nəfəri koronavirusa yoluxdurdu
Həbs edilən restoran sahibi ilə bağlı açıqlama
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
Pakistanda partlayış: Ölən və yaralananlar var
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlandı
Bakıda restoranın kassası qarət edildi
3 nəfərin ölümünə səbəb olan sürücü HƏBS EDİLDİ - FOTOLAR (VİDEO)
Şuşada "QOÇ ƏT" restoranının filialı açılacaq