Məhkəmə sədri Gülsarə Kərimovna 37-ci ilin “TROYKA”sı kimi hökm çıxardır…
Orta əsr hakimləri-qazılar ailəyə xeyir-dua verərdi, bu “Troyka” isə ailələri dağıdır…
1 molla, 3 manat pul və 1 kəllə qənd hara, Ağamirzənin quzunu yeyərək ailəni dağıtması hara..?
Tarixdən bilirik ki, ötən əsrin 30-cu illərində, konkret desək 37-ci ildə “TROYKA” deyilən bir məhkəmə var imiş.
Sorğu-sualsız, dəlil-sübutsuz, qarşı tərəfi dinləmədən QƏRAR verirmiş. Bəlkə də bəşər tarixində oxşar olay olmayıb.
Hətta orta əsr məhkəmələrində ( QAZI-lar ) belə ədalətsizlik etməyib.
Məşhur filmdə deyilən kimi: Gedək, gedək, QAZIYA deyək qoy kəbini kəssin…
Yəni hakimin-qazının işi yeni qurulan ailəyə xeyir-dua vermək idi.
Ancaq Gülsarə Kərimovna İmanovanın sədr olduğu Zəngilan rayon məhkəməsi AİLƏ dağıtmaqla məşğuldur. Özü də sorğu-sual olmadan, qarşı tərəfləri dinləmədən.
Gülsarə Kərimovna başa düşmür ki, dünyanın hər yerində, o cümlədən ölkəmiz Azərbaycanda məhkəmədən öncə tərəflərə BARIŞ STOLU təklif olunur. Əgər tərəflər barışırsa, problem çözülür və Gülsarə kimi hakimlərə ehtiyac qalmır.
Gülsarə Kərimovna isə ailəsi ilə barışmaq istəyən ailənin başçısını susdurur, ağzını açmağa qoymur…yəni ailəni qorumaqla yox, ailəni dağıtmaqla məşğul olur.
Yazının girişində “TROYKA” məhkəmələri əbəs yerə misal gətirmədik.
Bəli, Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna, onun məsləhətçisi Vüsalə Atakişiyeva, Zəngilan RİH-nin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədov özlərini vətəndaşlara qarşı əsl “TROYKA” kimi aparırlar. Hətta səhra məhkəmələri də belə qərar vermir. Bu prosesdə məhkəmə sədrinin köməkçisi Ağa Mahmudov da az rol oynamır.
Əslində bu cür hakim və köməkçiləri Azərbaycanı dünyada gözdən salırlar. Belə hakimlərin ucbatından dəfələrlə Avropa məhkəməsindən ölkəmizin ziyanına qərarlar gəlib.
Görəsən, Gülsarə Kərimovna başa düşmür ki, biz dövlət olaraq Avropa Şurasına daxil olanda müəyyən öhdəliklər götürmüşük. Öhdəliklərdən biri də ədalətli məhkəmə sistemidir.
Bəlkə də Gülsarənin doğulduğu, tərbiyə və hüquq diplomu aldığı vətənində -Türkmənistanda belə deyil. Ancaq Azərbaycan rəhbərliyi həmişə ədalətli məhkəmə sisteminin önəmini qeyd edib.
Əbəs deyildir ki, cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında demişdir ki, bura Ədalət Sarayı olmalıdır.
Başa düşdünüzmü, Gülsarə Kərimovna, Vüsalə Atakişiyeva, Ağamirzə Məmmədov..?
Bəli, bir daha yadınıza salmaq istəyirik ki, 1 molla, 3 manat pul, 1 kəllə qəndə görə, yeni qurulan ailəyə xeyir-dua verilirdi. Siz isə pulu da almısınız, 1 quzunu da yemisiniz…üstəlik ailəni də dağıdırsınız. Belə hal dünyanın heç bir məhkəməsində görünməyib.
Axı, qarşı tərəf sizdən nə istəyir ?
Deyir vaxt verin ailəmlə barışım, uşaqlarım atasız qalmasın, ailəm dağılmasın…
Siz nə edirsiniz ? Ailə başçısının ağzından vurursunuz, onun hüquqlarını pozursunuz, uşaqları ailə başçısız qoyursunuz. Hələ üstəlik kişinin quzusunu da yeyirsiniz. Burnunuzdan gəlsin, belə insanlıq olar ?
Qarşı tərəf deyir ki, icra başçısı ilə görüşüm, dərdimi deyim, məsləhət alım…
Gülsarə Kərimovna isə haray-qışqırıq salır, icra başçısı kimdir, hökmü mən verirəm deyir..
Bu adam nəinki ölkə qanunlarını, heç Prezidentin rayona təyin etdiyi səlahiyyətli şəxsi də saya salmır.
Görəsən məhkəmə sədri kimə arxayındır, kimə güvənir..?
Dəfələrlə yazmışıq ki, əcnəbi ölkənin vətəndaşı olan Gülsarənin Azərbaycan Respublikasında məhkəmə sədri olması araşdırılsın.
Deyirlər ki, Gülsarə İmanova sabiq PA rəhbəri Ramiz Mehdiyevin xanımının rəfiqəsidir. Gözümüz aydın, noolsun rəfiqəsidir. Ramiz Mehdiyev Gülsarəyə deyib ki, get ailələri dağıt..?
Əslində Gülsarə Kərimovna, Vüsalə Atakişiyeva, Ağamirzə Məmmədov üçün ailə dağıtmaq özü bir biznesdir.
Bəli, ailə dağıtmaq biznesi…
Əgər Zəngilan rayonundan olan məcburi köçkün ailələrinin kağız üzərində, “formal” boşanması araşdırılsa, xoruzun quyruğu, daha doğrusu, cinayətin izi aydın görünəcək.
Bu boşanmaların dövlətə vurduğu ziyan bəlli olacaq.
Bunu müvafiq orqanlar ciddi araşdırmalıdır.
Dəfələrlə Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna, məhkəmənin baş məsləhətçisi Vüsalə Atakişiyeva, məhkəmə sədrinin köməkçisi Ağa Mahmudov, Zəngilan RİH-nin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədov barəsində yazaraq ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ali Məhkəmənin və Ədliyyə Nazirliyinin rəhbərliyinə baş verən qanunsuzluqlarla bağlı müraciət etmişik.
Amma ortada nəticə yoxdur.
Buna baxmayaraq biz də Gundelik-Bakı olaraq yorulub-bezən, bu məsələdən geri çəkilən deyilik.
Dövlət dilimizi bilməyən bir adam necə ölkəmizdə məhkəmə sədri ola bilər ?
Bura qədər yazdıqlarımız bizim redaksiyanın mövqeyi idi.
“Troyka”nın dağıtdığı ailələrdən birinin sahibi, Zəngilan sakini Oqtay Məhərrəmovun öz dilindən Gundelik-Bakıya-ya dediklərini isə buyurun oxuyun və VİDEO-da öz dilindən eşidin:
“Ailəmlə aramızda müəyyən narazılıq var idi. Amma mən öz ailəmdən boşanmaq istəmirdim.
Bir gün gözləmədiyim halda Zəngilan RİH-nin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədov mənə zəng edərək görüşmək istədiyini bildirdi. Mən görüşün məqsədini soruşanda dedi ki, boşanma məsələsində sənə kömək etmək istəyirəm. Biz 20 yanvar metrosunun yaxınlığında, Onkologiya Xəstəxanasına yaxın kafelərin birində əyləşib söhbət elədik. Ağamirzə mənə dedi ki, biz uzaq qohumuq sənə kömək edəcəm. Mən soruşdum ki, sən mənə necə kömək edə bilərsən axı...
O mənə bildirdi ki, məhkəmənin sədri Gülsarə, işçisi Vüsalə mənə yaxın adamdır. Onlarla danışıb məsələni həll edəcəm. Mən soruşdum ki, mənim elə imkanlarım yoxdur, sənə borcum nə olacaq..:
Ağamirzə mənə cavab verdi ki, bu işlərlə 12 nəfər məşğul olur, sən onlara pul çatdıra bilməzsən, ona görə də mənə bir quzu alarsan, məsələ həll olunar. Sonra Ağamirzə bildirdi ki, işdən çıxmışam, acam bir şey təşkil elə. Mənim cibimdə 25 manat pul var idi. Yemək sifariş etdim. Bu "qarınqulu" yedi, üstündən də 1 dənə litrlik araq içdik, 97 manat etdi. Ağamirzə cibindən 1 manat da çıxarmadı. Məcbur qalıb dostumdan 72 manat borc aldım. Ağamirzənin zəhərinin pulunu ödədim. Bilmirəm, Zəngilan Rayonunun İcra Başçısının bundan xəbəri var?
Oqtay Məhərrəmov sonra müxbirimizə bilıdirib ki, biz Ağamirzə ilə iş vaxtı oturub yedik, hətta araq içdik, söhbət əsnasında Ağamirzə PA-da işləyən dostlarının adını çəkirdi. Zəngilan Rayon Hüquq Şöbəsinin müdiri Ağamirzə Məmmədov biraz "dəmləşəndən" sonra dedi ki, PA-da mühüm vəzifə daşıyan Süleyman İsmayılov mənim yaxın adamımdır, nə desəm onu edəcək. Elə bu hörmətli adamın adını eşidən kimi dedim bir dənə də araq gəlsin. Dostumdan pul alıb, yeyib-içməyin pulunu verəndən sonra Ağamirzənin məndən quzu istəməsi məsələsini həll etmək üçün bazardakı dostuma zəng edib 200 manat borc istədim. Dostum pulu gətirənə qədər böyük bir quzu kəsdirib hazırlatdırdım, sonra Ağamirzə müəllim oğluna zəng etdi və oğlu OPEL maşınla gəldi quzunu verdim apardılar. Burunlarından gəlsin, işimi düzəltmədilər. Məni ailəmlə ayırıb, uşaqlarımın üzünə həsrət qoydular. Ağamirzəni də uşaqlarının üzünə həsrət qalsın. Necəki qaldı. Dediyim kimi quzunu aldılar yedilər ancaq məhkəmədə məsələ həll olunmadı.
Belə ki, mən məhkəmə sədri Gülsarə Kərimovnadan çox xahiş etdim ki, bizim ailəmizə vaxt verin, bəlkə barışdıq, uşaqlarımız var. Gülsarə Kərimovna isə “ Kəs səsini..” deyərək mənə imkan vermədi.
Mən təkrar olaraq ondan xahiş etdim ki, mənə vaxt verin hörmətli icra başçısı ilə görüşüm problemlərimi deyim.
Gülsarə Kərimovna isə “İcra başçısı kimdir...məsələni mən həll edirəm” deyərək "ağzımdan vurdu". Bu adam insanlarla davranmağı bacarmır, bu adam üçün bizim milli dəyərlər heç nədir.
Və məhkəmənin qərarı ilə heç yerdə işləməyən mənə 340 manat aliment və üstəlik 100 manat xəstəlik pulu kəsildi.
Bax, beləcə həm ailəm dağıldı, həm də Ağamirzənin yalanları bəlli oldu.
Şikayətçi sonra bildirdi ki, Ağamirzə üçün ancaq qarnını otarmaq var, ondan-bundan alıb yeyir-içir, onun üçün qanun-zad yoxdur.
Şikayətçinin dediklərindən bəlli olur ki, bu şəxsin öz ailəsi ilə barışmaq imkanları var imiş, ancaq təəssüf ki, Ağamirzə kimi "dəllallar" buna imkan verməyib. Yəni Ağamirzənin qarnı bir ailənin dağılmasına səbəb olub.
Şikayətçi sonda Zəngilan RİH-nin başçısından xahiş edir ki, Ağamirzə kimi "qarınqulu" kadrları işdən uzaqlaşdırsın.
Şikayətçi həm də Ali Məhkəmənin sədrinə, Məhkəmə-Hüquq Şurasının rəhbərliyinə müraciət edərək Gülsarə Kərimovna kimi sədrin məhkəmə-hüquq sistemindən uzaqlaşdırılmasını tələb edir. Və qeyd edir ki, Gülsarə Kərimovna, Ağamirzə Məmmədov kimi məmurlar sakinləri dövlətdən narazı salır. Növbəti yazımızda Xədicə xanımın qayınanasının diri kimi göstərilməsi, pandemiya dövründə yüzlərlə ailələrin boşanma qətnamələri, Vüsalə Atakişiyevanın Zəngilan Rayon Məhkəməsindəki qanunsuz işlərini ört-basdır etmək məqsədlilə işdən uzaqlaşmaq istəməsi barədə geniş yazı dərc edəcəyik. Bizi izləyin.
Zəngilan məhkəməsinin xarici vətəndaş olan sədri Gülsarə Kərimovna ZƏNGİLAN camaatına RACON KƏSİR…- Ağamirzə ilə Vüsalənin SÖVDƏLƏŞMƏSİ…
25
oktyabr
13:42

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gülsarə İmanovanın kimliyi bəlli oldu- Zəngilanın məhkəmə sədri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanın sifarişlərini yerinə yetirir…
Zəngilan sakini: Mənim ailəmi rüşvət alaraq Məhkəmə sədri Gülsarə Kərimovna və Ağamirzə Məmmədov dağıtdı- ŞOK FAKTLAR
Zəngilan Məhkəməsində ÖZBAŞINALIQLAR- GÜLSARƏ, VÜSALƏ, AĞA VƏ AĞAMİRZƏNİN “işbirliyi”
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “KVARTET”i- Kontrabasda çalır Türkmənistan vətəndaşı Gülsarə xanım...
Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovna HƏBS OLUNA BİLƏR- ŞOK FAKTLAR
Şəki rayon məhkəməsində “cərimə rüşvəti“ - Məhkəmənin sədri Ceyhun Əhmədov hara baxır ?
Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
Zəngilan Rayon Polis Şöbəsi Zəngilan şəhərinə köçürülüb
Zəngilan şəhəri işğaldan azad edildi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Gəncədən "Azəriqaz"a İSMARIC VAR... - "Gəncə şəhəri qırılır soyuqdan"
Köməkçisindən məhkəmə sədrinə ŞOK İTTİHAMLAR - "4 min manat maaş alır, axşama qədər yatır"
Füzuli Pənahov Ali Məhkəmənin sədri olmaq istəyir...- TÖHMƏT-in mübarək, Füzuli Pənahov-VİDEO
İlham Əliyev və xanımı Zəngilanda
Bu gün Zəngilanın işğalından 27 il ötmür
Diplomatların Zəngilan və Cəbrayıla səfəri başladı - FOTO
Zəngilan aeroportunun maketi yayıldı – FOTO
Məhkəmə sədri sərxoş halda polisə müqavimət göstərib? - DİN-dən açıqlama
Hikmət Hacıyev Zəngilan və Cəbrayıla səfərdən yazdı
Zəngilan rayonundan yeni VİDEOGÖRÜNTÜLƏR
Məhkəmə sədrinə AĞIR İTKİ
Məhkəmələr məhkəmə hakimiyyətini heçə çıxarıblar - NARAZILIQ!
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
Zəngilan Rəqəmsal Elektrik Yarımstansiyasının təməli qoyuldu
İlham Əliyev və xanımı Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Azərbaycanda hakim vəfat etdi - FOTO
”Azadlıq Residence" MMC VƏTƏNDAŞA QARŞI... - “Ədalətin bərpası üçün mənə kömək edin...”
Tanınmış iş adamına qarşı daha 2 MƏHKƏMƏ İDDİASI
Sabiq məhkəmə sədrini öldürən iş adamına hökm oxundu
“Zəngilan” yarımstansiyasının açılışı oldu
- Makronun reytinqi 30 faizdən aşağı düşdü
- 2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var - Putin
- İtaliya səfirliyi Azərbaycanı təbrik ETDİ
- Həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU
- Ermənistan və Rusiya XİN rəhbərləri martın 20-də Moskvada danışıqlar aparacaq
- Fransada etirazçılar partiya prezidentinin ofisini dağıtdılar
- Qazaxıstanın 15 vilayətində seçkilər başa çatdı
- Zaqatalada 38 yaşlı kişi intihar etdi
- “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq” - Ərdoğan
- Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır
- Ərdoğan qaz qovşağının açılış vaxtının dəyişdirildiyini açıqladı
- Pakistanda əhaliyə toplaşma qadağası qoyuldu
- “Karqa-Qarqa Şəmil” millətimizə və dövlətimizə necə TOY TUTUB..? - “Karqo Şəmil” ona borcu olanları necə və harada “nakazat” edir..?
- Azərbaycan nefti ucuzlaşdı
- İtaliyada dünyanın ən uzun asma körpüsü tikiləcək
- Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb
- Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava
- Türkiyədəki zəlzələdə sağ qalanlara bunu edənlər cəzalanacaq
- Bir il ərzində üç mindən çox rusiyalı Gürcüstan vətəndaşlığı alıb
- Daha bir sosial platforma Trampa qoyulan qadağanı götürdü
- Yuxu ömür uzunluğuna necə təsir edir?
- Demet yayılan xəbərlərə üsyan etdi
- “Karlo heyrətamiz insandır” - Robert Levandovski
- “365 gün”ün ulduzu zəlzələ qurbanlarına baş çəkdi