Xətainin icra başçısı Razim Məmmədov gedir, Rafiq Quliyev gəlir, amma…-  “Ağ Şəhər”in sakinlərinin qara günləri bitmir...
26-10-2021, 13:17
1 607

Xətainin icra başçısı Razim Məmmədov gedir, Rafiq Quliyev gəlir, amma…- “Ağ Şəhər”in sakinlərinin qara günləri bitmir...

Xətai rayonu, Turşsu küçəsində yaşayan sakinlərin evləri dağıdılır  

 


Nə qədər yazmaq olar, nə qədər demək olar ki, şəxsi mülkiyyət  toxunulmazdır. Ev sahibinin razılığı və məhkəmə qərarı olmadan heç kim, heç bir qurumun nümayəndəsi evə daxil ola bilməz, ev sahibini  zorla  evdən çıxarda bilməz, onun əmlakına qəsd edə bilməz, onu təhdid edə bilməz. 
Təsəvvür edirsiniz, heç bir qurumun nəinki  evi sökməsi, hətta evə icazəsiz daxil olması mümkün deyil.  
Görəsən dünyanın  100 illərdir qəbul etdiyi  bu adi həqiqəti  Razim Məmmədov və onun xələfi   Rafiq Quliyev kimi icra başçıları niyə qəbul etmir ?
Söhbət Xətai RİH-nin keçmiş icra başçısı Razim Məmmədovdan və rayonun yeni icra başçısı Rafiq Quliyevdən gedir.  
Təsəvvür edirsiniz  cənab Prezident İlham Əliyevin  28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikaslnda  ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün  Kompleks tədbirlər planı”na əsasən  Bakı Ağ Şəhər ekoloji şəhərsalma  layihəsi həyata keçirilir. 
Açıq  demək lazımdır ki, Prezidentin bu təşəbbüsü  böyük bir şəhər salmaq səviyyəsində layihədir. Adam sənədlərlə, görüləcək işlərin miqyası və ən əsası millətimiz üçün faydalı olacağını düşünəndə fərəh hissi keçirir. 
Təsəvvür edirsiniz  Ağ Şəhər  dünya miqyasında ən böyük və ən müasir tələblərə  cavab verən şəhərsalma layihələrindən biridir. 
Geniş küçələr və parklar salınır, ticarət və ofis mərkəzləri, mehmanxanalar, məktəblər, fərdi və çoxmənzilli evlər yaşayış evləri tikilir. 
Ən maraqlısı odur ki, 100 il ərzində  neft tullantıları ilə çirklənmiş  12 metr qalınlığında çirkli qat təmizlənməli, beton plitələr döşənməli, üstünə təmiz torpaq  qatı salınmalı və...
İndi layihənin miqyasını təsəvvür edin də. 
Amma min təəssüf ki, bu miqyasda layihə kimlərə tapşırılıb ? 
Yuxarıda qeyd etdiyimiz  kimi Razimlərə, Rafiqlərə...
Layihə ilə bağlı  qısa bir rəsmi məlumatı qeyd edək.  
Bakı ŞİH başçısının 262 saylı, 11.06. 2007-ci il tarixli sərəncamından irəli gələn Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi  “ADES” Azərbaycan İnkişaf Şirkətinə həvalə edilir. 
Bu plana əsasən bu ərazidə yaşayan  sakinlər ilk mərhələdə müvəqqəti köçürülür, sonra ərazidəki neftlə çirklənmiş  12 metr  dərinliyində torpaq qatı daşınmalı, beton səth döşənərək üzərinə yeni torpaq sahəsi tökülməli və son mərhələdə burada müasir yaşayış binaları tikilməli, yeni mənzillər sakinlərin istifadəsinə verilməli idi.   
Lakin “ADES” şirkəti işin öhdəsindən gəlmədiyi üçün Bakı ŞİH başçısının 225 saylı, 10.06.2013-cü il tarixli sərəncamı ilə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi  Xətai RİH-nin başçısı Razim Məmmədova həvalə edilir.  O gündən sakinlərin qara günləri  başlayır. 
Axı, Razim Məmmədov kimdir ki, Prezidentin birbaşa şəxsi təşəbbüsü ilə irəli sürülən böyük bir layihənin icrası ona tapşırılır ? 
Razim Məmmədovun əməlləri ucbatından nə qədər vətəndaş  narazı qaldı ? 
Bunu heç düşünürsünüzmü ? 
Allah qoymasa, Razim Məmmədovun yaratdığı komissiya  “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsaslanaraq  yaşayış sahələrinin və köməkçi tikililərin hər kv.m-ə qiymət qoyur. Qiymətlər real  bazar qiymətlərindən xeyli aşağı olduğu üçün  sakinlər razılaşmır. 
Razim Məmmədov kimi məmurlar isə  yapışıblar ki, dövlət ehtiyacı-filan...
Ay adam, dövlət sənə deyib ki, vətəndaşın  evinə, mülkünə  dəfələrlə  ucuz qiymət qoy, mülkiyyət sahibi razılaşmayanda, vur-dağıt ? 
Məgər dövlət ehtiyacı, dövlət sifarişi deyiləndə bunlar başa düşülür ? 
Siz məmurlar dövləti niyə  vətəndaşların qarşısında üzüqara edirsiniz ? 
Axı, dövlət sizə belə tapşırıq verməyib. 
Hələ bu harasıdır ? 
Maliyyə naziri  Samir Şərifovun  “kantor”u vətəndaşların şikayətinə belə  cavab verib:
“Mülkiyyətinizdə olan daşınmaz əmlakın alınmasına “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”  AR Qanunun müddəaları şamil edilmir”. 
Birincisi, niyə şamil edilmir, cənab  Samir Şərifov ?
İkincisi, şamil edilməyəndə  camaatın evini başına uçurdurlar, cənab maliyyə naziri ? 
Üçüncüsü, sizin bu məntiqsiz  cavab məktubunuza əsaslanaraq  Razim Məmmədov və hazırda isə Rafiq Quliyev xeyli sayda vətəndaşın evini uçurdub. 
Razim Məmmədov vəzifəsindən azad ediləndə sakinlər düşünürdü ki, yeni icra başçısı  Rafiq Quliyev onların dərdinə çarə edəcək. Amma tam əksinə oldu. 
Hüququ pozulan vətəndaşlar Ağ Şəhərə açılışa gələn Prezidentlə görüşməyə çalışsalar da bu mümkün olmayıb. 
Vətəndaşlar qeyd edir ki, hətta  bizim müraciətimizi  AzTv, ARB, Real TV, Xəzər TV, ATV, İctimai TV işıqlandırmır. Görəsən niyə ? 
Dövlətin maliyyəsi ilə  fəaliyyət göstərən telekanallar da  Razim Məmmədova, Rafiq Quliyevə “işləyir”? 
Hüququ pozulan sakinlərin Xətai RİH başçısının müavini  Etibar Əhmədovun, 66 saylı MİS-in rəisi Füzuli Ələsgərovun əməllərindən beziblər. Hər iki məmur  01.02. 2021-ci il tarixdə  Zahid Həsən oğlu Nağıyevin mənzilinə  daxil olaraq zorla oradakı sakinləri və  ev əşyalarını bayıra çıxardaraq evi, yardımçı tikilini və hasarı dağıtmışlar. 
Zahid  Nağıyev kimi hüququ pozulan, evi dağıdılan vətəndaşların sayı xeylidir. 
Sakinlərdən biri Əhmədov Elçin Tağı oğlu  06.03.2021-ci il tarixdə təsadüfən Nizami parkında abadlıq işləri ilə maraqlanan Bakı ŞİH-nin başçısı Eldar Əzizovla və ADES şirkətinin direktoru Ruslan Sadıxovla görüşüb başına gələnləri ərz edib. Və Eldar Əzizov yerindəcə  Rafiq Quliyevə zəng edərək tapşırıq versə də, NƏTİCƏ olmayıb. 
İcra başçısı Rafiq Quliyev hətta 1-ci Qarabağ qazisi Həbiyev Əhli Həbibulla oğlunun da evini zorla sökdürməyə cəhd edib.
Xətai sakinlərinin bu problemləri hətta Milli Məclisin tribunasından səsləndirilib. Amma faydası olmayıb. 
Hüquqları pozulan  sakinlər cənab Prezidentə müraciət edərək məsələni nəzarətə götürməsini xahiş edirlər. 
Gundelik-Bakı olaraq müraciətləri redaksiyamıza  daxil olan  Xətai sakinlərinin siyahısını da dərc edirik: 
Cəbrayılov Tahir
Qasımov Kərim
Paşayev Vahid
Əhmədova Dilarə
Babayev Nizami 
Məmmədov İlyas 
Əliyev Fərhad
Tahirov Ulubəy
Əhmədov Elçin
Nağıyev  Zahid
Həbiyev  Əhli 
Quliyev Şakir


Oxşar xəbərlər

Razim Məmmədovun  “davamçısı” Rafiq Quliyev - Cənab başçı, həbs olunan 7  başçını göz önünə gətir
Xətainin icra başçısı Rafiq Quliyev yaşıllıqları məhv edib özünə obyektlər tikdirir...-  Bu işdə ona ən çox dəstək verən “Şəhərsalmakomitəsi”nin “Ərazi Mərkəzi”nin sədri Ramin Abdullayevdir...
Razim  Məmmədovun  MARİANNA-sı…-RAMİZ MEHDİYEVİN ''KRIŞALIQ'' ETDİYİ KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR.....
Xətainin keçmiş  başçısı Razim Məmmədov PA-da 5 rayonun kuratorudur ?- HƏBSXANADAKI başçılar səni deyirlər...
Xətai icra başçısının mərkəzdə otlayan qoyunları-VİDEO
Xətainin sabiq  başçısı Razim Məmmədovun “Mariana”sı…-  “Mariana Trench” restoranı və oteli karantin qaydalarını ciddi şəkildə pozur
Rafiq Quliyev Prezidentin gördüyü işləri ÖZ ADINA ÇIXIR? - İLGİNC FAKT
Sahibkar  Xətainin icra başçısı  Rafiq  Quliyevdən  360 min  manatını istəyir…- Başçı həbs olunur ?
İcra başçısı Xətaidə yaşıllığı SATIŞA ÇIXARIB... - ÖZBAŞINALIQ!
Qarabağ qazisinə vəzifə verildi
Xətainin başçısı məktəbin girişini satıb – Jurnalistdən ittiham
Sabiq başçı Razim Məmmədovun KİRLƏNMİŞ KARYERASI- General Razim Məmmədovu HƏBSDƏN necə xilas etdi..?
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Alimpaşa Məmmədov məhkəməyə gətirildi
"Əgər təmiz işləmək istəmirsinizsə..." - Prezidentdən icra başçılarına XƏBƏRDARLIQ
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Xətai RİH başçısından prezidentə şikayət edildi – 360 minlik qalmaqal
Yeni icra başçısından ilk təyinat
Yeni icra başçıları İlham Əliyevə söz verdilər
Xətai RİH təzminatı ödəmədi: İş adamı Prezidentdən kömək istədi
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
İki icra başçısı gedir... - ADLAR
İcra başçısından yeni təyinat
Biləsuvarda başçının həbsi heç nəyi dəyişməyib... - Köhnə hamam, köhnə tas...
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI
Tərtərlilər icra başçısını kənddən belə qovdular — BİABIRÇI VİDEO
Qarabağ Qazisi kimi vəzifəyə gətirilsə də... - İndi əsl OLİQARXDIR...
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Qubada icra başçısı sakinləri niyə qəbul etmir? - GİLEY
Prezidentdən həbs edilən məmurlarla bağlı AÇIQLAMA: "Heç kim canını qurtara bilməz"