Rektor Cəfər Cəfərov və Riyad Rüstəmli şəhid əsgərimizin bacısından 600 manat təhsil haqqını tələb edir- Rektorla köməkçisi Riyad Rüstəmlinin “ İMTAHAN BİZNESİ “
26-10-2021, 13:23
1 365

Rektor Cəfər Cəfərov və Riyad Rüstəmli şəhid əsgərimizin bacısından 600 manat təhsil haqqını tələb edir- Rektorla köməkçisi Riyad Rüstəmlinin “ İMTAHAN BİZNESİ “

Amma Əli Həsənovun  tapşırığı ilə pandemiya dövründə qəzetlərə  40 min manat pul ayırır…

ADPU-nun əməkdaşları  dərsə gəlmədiyi halda, o qəzetləri kim oxuyub, ay Cəfər ?

 
Sözün düzü, mediada  Azərbaycan Dövlət Pedoqoji Universitetin ( ADPU ) rektoru Cəfər Cəfərov barədə hər cürə neqativ, tənqidi yazıya rast gəlmişdik. Amma…
Amma Cəfər Cəfərovun şəhid əsgərimizn IV kurs tələbəsi olan bacısından məcburən illik təhsil haqqını tələb etməsi bizi sarsıtdı. 
Axı, ölkə başçısı da dəfələrlə qeyd edib ki, şəhidlərin ailə üzvləri  bizə əmanətdir, cənab Cəfər Cəfərov. 
Həm də 2-ci Qarabağ müharibəsində şəhid olan əsgərimiz kasıb ailənin üzvü olub, ailənin yeganə çörək gətirəni olub. Ailə kirayədə  yaşayır. Tələbə qızın atası xəstədir, əmək qabiliyyəti yoxdur. 
Görəsən,  rektor Cəfər Cəfərov bütün bunları başa düşmür? 
Görəsən, Cəfər Cəfərova  tələbə yoldaşı, Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığı pullar azlıq edir ? 
Məlumat üçün qeyd edək ki, Cəfər Cəfərovla Əli Həsənov tələbə yoldaşıdır. Ən biabırçı hal odur ki, Cəfər Cəfərov pul qarşılığında Əli Həsənov üçün elmi məqalələr yazır. Hətta Əli Həsənovun elmi işlərini də Cəfər Cəfərovun yazdığını  deyirlər.  
Məlumdur ki, Cəfər Cəfərov xeyli müddət Turizm Universitetinin rektoru olub. Onun rektor təyin olunmasında Əli Həsənovun xidməti danılmazdır. Adama deyərlər tarix müəllimi hara, turizm hara ? 
Sonra da Cəfər Cəfərov Allah qoymasa ADPU-ya rektor təyin olundu. Əli Həsənov PA-dan çıxarılanda onun köməkçiləri, əməkdaşları da  vəzifələrindən qovuldular. Amma bir neçə gün sonra Cəfər Cəfərov həmin şəxsləri Əlinin göstərişi ilə ADPU-ya işə götürdü.
PA-dan qovurlar, ADPU-da vəzifəyə götürülürlər. 
İndi gördünüzmü Əlinin və Cəfərin əməllərini. 
Onsuz da Cəfər Cəfərovun əməllərindən ADPU-nun kollektivi boğaza yığılıb, onun barəsində nə qədər şikayətlər olar. 
Cəfər Cəfərovun  avtobioqrafiyasında qeyd olunub ki, bir vaxtlar  yoxsulluğun azaldılması üzrə milli kordinator olub. 
Ona görə də  Cəfər Cəfərov  ADPU-ya rektor təyin olunan kimi yoxsulluğun daşını atmaq və bir neçə ildə milyonçuya çevrilmək barədə düşündü. 
Və rektor təyin olunan kimi nə qədər savadsız  qohum-əqrəbası vardısa, hamısını doldurdu ADPU-ya. 
Daha doğrusu, əvvəlcə ADPU-da çalışan savadlı, təcrübəli kadrları uzaqlaşdırdı. 
Təsəvvür edirsiniz, ADPU-nun tanınmış professoru fizika fakültəsinin dekanı vəzifəsindən azad edilir  və yerinə bir gün də dərs deməyən laborant Arzu Daşdəmirov təyin olunur. 
Arzu Daşdəmirov kim olsa yaxşıdır ? 
Cəfər Cəfərovun arvadının əmisi oğlu. 
Cəfər Cəfərov sonra bibisinin nəvəsi Çinar Qaybalıyevi təsərrüfat üzrə məsul vəzifəyə qoyur. 
Allah qoymasa o biri bibisinin nəvəsi  25 yaşlı  Ümid Mehdiyevi  maliyyə işləri üzrə prorektor təyin edir. 
Bəli 25 yaşlı prorektor o qədər barıtı çox eləyir, külli miqdarda yeyintiyə yol verir ki, aləm qarışır bir-birinə. 
Və Cəfər Cəfərov onun yerini dəyişir və özünə müşavir təyin edir. 
Cəfər Cəfərov Ədliyyə nazirlriyindən qovulan  Aydın Kərimovu ADPU-ya  hüquqşünas  qoyur. 
ADPU-nin müəllimləri deyir ki, Cəfər Cəfərov peşəkar yalançıdır.
Eyy Cəfər Cəfərov, bundan artıq insana nə söz deyərlər ?
Hələ bu harasıdır ? 
Məlumdur ki, koronavirus pandemiyası səbəbindən təhsil müəssisələri fəalliyyət göstərməyib, müəllimlər dərsə getməyib. Amma…
Amma Cəfər Cəfərov  “AZƏRMƏTBUATYAYIM ASC”-yə  mətbuata  abunə xidməti üçün  40 min manata yaxın pul ödəyib. 
Görəsən o qəzet və jurnalları kimlər oxuyub, ay Cəfər ? 
Axı, ADPU-da adam olmayıb. 
Bəli, Cəfər Cəfərov  o pulları  dostu Əlinin tapşırığı ilə köçürüb. 
Ay Cəfər, o pullar sənin dədənin deyil e, tələbələrin təhsil haqqıdır. Bir şəhid bacısının 600 manat təhsil haqqını tələb edirsən, amma  40 min  manatı çölə atırsan. 
Cəfər Cəfərovun imtahanları biznesə çevirməsi və bu işdə köməkçisi  Riyad Rüstəmlini qabağa verməsi isə başqa bir yazının mövzusudur. 
Bizi izləyin.


Oxşar xəbərlər

Pedaqoji Universitetdən şəhid ailəsinə HÖRMƏTSİZLİK: - "Şəhidin bacısından qeyri-qanuni illik ödəniş tələb olunur"
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Əli Həsənovun tələbə yoldaşı Cəfər Cəfərov ADPU-nu dağıdır-  Rektor arvadının  savadsız qohumlarını dekan təyin edir
Cəfər Cəfərovun Prezidentə «ŞÜBHƏLİ SƏDAQƏTİ» -
Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA
Pedoqoji Universitet Əli Həsənovun şirkəti ilə müqavilə bağladı
Nə rektor, nə də nazir əsgərimizə kömək etmirlər... - Prezidentə müraciət olundu
“Rabitəbank”ın xəzinədarına cinayət işi açıldı - RƏSMİ
MTRŞ-nin üzvü koronavirusdan vəfat etdi
ADAU-nun rektoru İbrahim Cəfərov necə professor, rektor oldu?
Şəhid hərbçimiz Samuxda dəfn olundu - FOTO
Pedaqoji Universitetdə nə baş verir? - rektor Cəfər Cəfərov və Səttar Mehbalıyevin NƏZƏRİNƏ
BDU-nun professoru vəfat etdi
Azərbaycanda universitetin mətbuat katibi işdən çıxdı
Aqrar Universitetinin rektoru  DSK sədri olanda katibəsi nə üçün intihar etdi ?  - Məmur-müəllimlərin  maaşını kim alır, cənab rektor İbrahim Cəfərov ?
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Şəhid statusu verilmiş mülki şəxslərin ailə üzvləri təhsil haqqı ödəməyəcək
Bakıda Dağlılar məhəlləsindən “çay axır” - Video
Əməkdar mədəniyyət işçisi VƏFAT ETDİ
Vətəndaşları "sayğac əməliyyatı" ilə bezdirən “Azəriqaz”ın sədr müavininin BİZNES ŞƏBƏKƏSİ - İLGİNC FAKTLAR
“Rabitəbank”ın əməkdaşı HƏBS EDİLDİ
İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
SDU dövlətin qanunlarını tanımır?.. - ATU-da da eyni mənzərədir...
Aktyor Rəşid Səməndər intihar edib
Gəncədə sevgilisini öldürüb zibilliyə atan tələbədən XƏBƏR VAR
Başınız nəyə qarışıb, Gülçöhrə Məmmədova ?-  Memarlıq və İnşaat Universitetində ''rüşvət'' çiçəklənir ?
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
Kasıb rektorun milyonluq villaları, bahalı maşınları,dəbdəbəli həyatı haqda..
Sosial şəbəkə qəhrəmanı olan rektor
Əli Həsənovun dayısı oğlunun VARİDATI - "Jek" müdirliyindən başlanan yol