Məhkəmə zalına  krassovkada, idman şalvarında gələn məhkəmə sədri  Gülsarə Kərimovna…-  Gülsarə Kərimovna, sən artıq bitdin, tükəndin, bizdən uzaq ol..
26-10-2021, 22:51
1 199

Məhkəmə zalına krassovkada, idman şalvarında gələn məhkəmə sədri Gülsarə Kərimovna…- Gülsarə Kərimovna, sən artıq bitdin, tükəndin, bizdən uzaq ol..

Xalqı öz dövlətindən incik salan, rüşvətxor məmurlardan, bəzi məhkəmə hakimlərindən  söhbət düşəndə dünya şöhrətli yazıçımız Cingiz Abdullayevin bu fikri yada düşür: “ Rüşvətxor məmur fahişədən də pisdir ”. 
Əslində bu çox yanlış və ziyanlı ifadədir. 
Axı, məmuru fahişə ilə necə müqayisə etmək olar ? 
Çünki fahişə özünə məxsus olanı, özününkünü, öz əmlakını kiməsə bağışlayır, kimləsə bölüşür, yaxud kiməsə satır. Məmur isə…
Onu da qeyd edək ki, məmur həmişə dövlətin adından danışır, qərar verir, qətnamə çixarır. Nədənsə bu fikirə heç kim münasibət bildirmədi, etiraz etmədi. Olsun, Cingiz müəllimin dediyi fikir çox müzakirə olunası bir məsələdir. Amma və lakin bu işdə Cingiz müəllimdən heç kim heç nə soruşmadı. Məmur yenə fikrimi təkrar edirəm qərar verir, qətnamə qəbul edir, sərəncam verir. Amma gəlin aşağidakı cümlələri diqqətlə oxuyaq. Başa düşürsünüzmü, məhkəmə hakimi, yaxud məhkəmə sədri  DÖVLƏT-in adından HÖKM çıxardır, QƏRAR verir, DÖVLƏTİ  biabır edir, DÖVLƏTİ nüfuzdan salır, DÖVLƏTİN adından rüşvət alır, bizi Avropa məhkəməsində cavabdeh qismində cərimələdir. Daha nələr edir. Ölmüş adamın adına qərar, kişini qadın kimi göstərir. Hamımıza bəllidir ki, Məhkəmə sədrinin əlində DÖVLƏTİN ona verdiyi daşdan keçən  və üzərində DÖVLƏTİN GERBİ olan MÖHR var.
Ay Cingiz Abdullayev sən bir düşünmüsən bu fikiri işlədəndə məhkəmə sədri ilə fahişəni müqayisə etmək olarmı ? Şəxsən biz deyirik yox.
Lətifəsi Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kerimovna İmanovadan uzaq olsun. Amma Gülsarə Kərimovna Azərbaycan Dövləti Adından hökm çıxardığı boşanma ilə bağlı, eləcə də digər qətnamələrə baxanda, adam nələr düşünür onu bir Allah bilir. 
Biz  Gülsarə Kerimovnaya suallar ünvanlayırıq, biz hökm çıxartmırıq. 
Soruşuruq ki, Türkmənistan vətəndaşı olmusunuz ? 
Olmusunuzsa, imtina etmisiniz ?
Etməmisinizsə, necə Azərbaycan vətəndaşı olmusunuz ? 
Axı, Azərbaycanda ikili vətəndaşlıq məsələsi yoxdur, bəs necə vətəndaş olmusunuz ? 
Azərbaycan vətəndaşı deyilsinizsə, necə ölkəmizdə məhkəmə sədrisiniz ? 
Görürsünüz, sualların heç biri şəxsi-özəl həyatla bağlı deyil. 
Dövlətimiz üçün vacib olan  məsələlərlə bağlıdır. 
Biz Gülsarə Kerimovnanın özəl həyatı ilə bağlı sual versək, daş daşın üstündə dayanmaz, axı..
Amma vermirik. 
Soruşmuruq ki, Gülsarə Kərimovna, məhkəmə iclasına niyə yüngül idman geyimində, krassovkada gəlirsən ? 
Biz soruşmuruq ki, Gülsarə xanım yaşının bu vaxtında sinəni açıq qoyub məhkəmə prosesini aparırsan ?
Düşünmürsən ki, zalda oturanları  qıcıqlandıra bilərsən, cuşa  gətirərsən, onları problemə salarsan.
Sənə demirik ki, küçədən  birbaşa məhkəməyə gəlmisən, amma unutmamalısan ki, sən üç hakimiyyətdən biri olan – məhkəmə hakimiyyətini təmsil edirsən…
Zalda oturanlar  sənin işvələrindən  utanıb üzlərini çevirir, sən isə  özünü modelyerlər kimi aparırsan…
Gülsarə Kərimovna, soruşmuruq ki, hansı iri məmurun sehrli çubuğuynan Türkmənistandan gəlib Azərbaycanda məhkəmə sədri olmusan ?
Biz deyirik ki, zəlzələdən, ya da vəlvələdən hazırda Azərbaycanda məhkəmə sədrisiniz…
Biz deyirik ki, dövlətimizin dilini öyrən, millətimizin milli dəyərlərinə uyğun otur-dur…
Siz isə məhkəmədə elə oturursunuz ki, qalxanda zaldakılar bihal olur…
Hələ yanınızda oturan baş məsləhətçiniz Vüsalənin ayağını  yuxarı qaldırıb o biri ayağının üstünə aşırması, arada gərnəşməsi, sizin qəbulunuza gələnləri çətin duruma salır…
Gülsarə Kərimovna, iclas zamanı fikriniz harada olursa, qaldırılan  vəsatətləri eşitmirsiniz, etirazlarımızı qulağınız eşitmir..
Gülsarə Kərimovna, biz sizin diqqətinizi məhkəmədəki məsələyə cəlb etmək istəyirik, siz isə “Səni sevəcəyəm, sən sevməsən də “ oxuyursunuz, keçmişdə dolaşırsınız…
Gülsarə xanım, olanlar keçmişdə qalıb ee, daha yaxın olmaq istəmirik, çiyninizdəki hakim mantosuna hörmətlə yanaşın, axı o hüquq sistemimizin rəmzidir…
Siz isə əl çəkmək istəmirsiniz, elə gözlərinizlə əvvəlki münasibətləri qorumaq istəyirsiniz.
Başa düşün, Gülsarə xanım, vaxtınız keçib, bizdən uzaq olun…
Qoy bizim işlərimizə Afrikadan, Hindistandan gəlib baxsınlar, təkcə  bizim işlərimizə siz baxmayın.. Bitirin bu uzaq söhbəti, keçmişlə əlləşməyin, xanım məhkəmə sədri…
Gundelik-Bakı olaraq konkret deyirik ki, bizdən uzaq olun. 
Biz  Məhkəmə-Hüquq Şurasından, Ədliyyə Nazirliyindən xahiş və tələb edirik ki, Gülsarə Kərimovnanı ədalət məhkəməsi kreslosundan çıxarıb ürəyiniz istəyən  yerdə oturdun. Ancaq məhkəmə kreslosundan uzaq olsun. Düşünürük ki, yaxın zamanlarda bizlər Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin önündə Gülsarə Kərimovnanın qanunsuz hərəkətlərinə etiraz olaraq aksiya keçirəcəyik.  
Bitdin, tükəndin artıq Gülsarə Kərimovna. 
P.S Bizim əleyhimizə kimlər ki, qanunsuz məhkəmə qərarları, qətnamləri  çıxarılmasında canfəşanlıq edir, tapşırıq verir, təzyiq edir, əlindən gələn hər şeyi edirsə, bax, biz də onların hər kəsinə, anasına, qızına, gəlininə, körpələrinə, hər kəsinə o məsələ deyirik…
P.S.S. Bəs deyirdiniz, hər şeyi Ağamirzə edir, indi bilindi ki, şəhidə olunan haqsızliğın kökündə sən dururmuşsan ay Vüsalə, hər şeyi sən edirmişsən, daha dəqiq desək, Gülsarə Kərimovna ilə birləşib böyük oyunlar qururmuşsunuz. Axırda gördünüz ki, biz siz deyən adamlardan deyilik. Axı mən sizə demişdim ki, vino mənlik deyil. Qırsaqqız olub yapışmısınız bizdən, əl çəkin. Nədənsə Gülsarə xanım keçmişi unuda bilmir. Dostumuz Ədalət demişkən: "Balaxanı-Suraxanı"


Oxşar xəbərlər

Gülsarə İmanovanın kimliyi bəlli oldu- Zəngilanın məhkəmə sədri Ramiz Mehdiyevin  həyat yoldaşı  Qalina Yuryevnanın sifarişlərini yerinə yetirir…
Zəngilan Məhkəməsində ÖZBAŞINALIQLAR- GÜLSARƏ, VÜSALƏ, AĞA VƏ AĞAMİRZƏNİN “işbirliyi”
“Sən “Ayebe”nin binasının bir hissəsini striptiz kluba...” – Çingiz Abdullayevə sərt ittiham
Çingiz Əsgərova yeni vəzifə verildi
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “KVARTET”i- Kontrabasda çalır Türkmənistan vətəndaşı Gülsarə xanım...
Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovna HƏBS OLUNA BİLƏR- ŞOK FAKTLAR
Zəngilan sakini: Mənim ailəmi rüşvət alaraq Məhkəmə sədri Gülsarə Kərimovna və Ağamirzə Məmmədov dağıtdı- ŞOK FAKTLAR
Prezidentdən Çingiz Hüseynzadə ilə bağlı sərəncam
“90-cı illərdə qızların 70 faizi fahişə olmaq istəyirdi” - Çingiz Abdullayev
Zəngilan məhkəməsinin xarici vətəndaş olan sədri Gülsarə Kərimovna ZƏNGİLAN camaatına RACON KƏSİR…- Ağamirzə ilə Vüsalənin SÖVDƏLƏŞMƏSİ…
Çingiz Aytmatovun həyat yoldaşı koronavirusdan vəfat etdi
Ali Məhkəmə “Lider TV”nin əleyhinə qərar verdi
Siyavuş Aslanın oğlu küçədə yaşayır - Video
"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
Çingiz Əhmədovun oğlu tənqidlərə cavab verdi: “Zəhər qusmağa yer axtarırsınız...“
Paşinyanı xəyanətkar adlandıran məmur istefa verdi
“Əhalinin maaşlarını mənimsəyən məmur, komitə sədri, nazirlər...”
Eldar Mahmudovun bankiri həbs oluna bilər - Çingiz Əsədullayevin ölkədən çıxışı yasaqlanıb
Bakıda ŞOK OLAY: Həkim müalicə üçün gələn qadına təcavüz etdi
Çin onlarla məmuru "Delta"ya nəzarətə görə cəzalandırdı
Köməkçisindən məhkəmə sədrinə ŞOK İTTİHAMLAR - "4 min manat maaş alır, axşama qədər yatır"
Çingiz Əhmədov oğlunun aktrisa ilə nişanlanmasından danışdı: “Arxalarında dayanmışam“
“Çingiz o evləri dağıtdı, bu gün 5 milyona satmaq olardı” - VİDEO
Deputat “Kapital Bank”ın kreditini qaytarmır?
“Səyavuş Aslanın oğlu blokda yatır, dəstək umur” - "...başqa nə isə edə bilmirik"
Ermənistanda məmur oğlu həbs olundu
ƏƏSMN -də Heybət İmanovun “audit bazarlığı” - İTTİHAM
“Qoy bir-birlərini məhv etsinlər” – Çingiz Abdullayev
Belçikadan Qarabağla bağlı QƏRƏZLİ QƏTNAMƏ