Sabiq Nazir,PA İşlər İdarəsinin müdiri Ramin Quluzadənin DÖVLƏTDƏN MƏNİMSƏDİYİ MİLYONLAR- 10 milyonluq malikanə,avtomobillər, futbol meydançası və...
28-10-2021, 20:40
2 163

Sabiq Nazir,PA İşlər İdarəsinin müdiri Ramin Quluzadənin DÖVLƏTDƏN MƏNİMSƏDİYİ MİLYONLAR- 10 milyonluq malikanə,avtomobillər, futbol meydançası və...

Ziya Məmmədov + Əli Abbasov = Ramin Quluzadə 

3 ildə  3 dəfə rabitə naziri dəyişdi, amma internetin sürəti dəyişmədi...

Ramin Quluzadənin 10 milyonluq  malikanəsi, futbol meydançası...

Biri var idi, biri yox idi, bu məmləkətdə bərk gedən iki nazir var idi: ləqəbi “ Baron” olan  keçmiş teplovoz sürən Nəqliyyat naziri Ziya Məmmədov və Rabitə naziri Əli Abbasov. 
Hər ikisi rüsvaycasına vəzifəsindən qovulandan sonra “super nazir”  ləqəbli Ramin Quluzadə  ortaya çıxdı. 
Və  müəyyən fasilədən sonra hər iki nazirlik birləşdirildi və  Ramin Quluzadə  “super nazirliyin” rəhbəri oldu. 
Görək,  Ramin Quluzadə özü kimdir ?
Qısa məlumat üçün bildirək ki, Ramin Quluzadə Bakıda anadan olub, Əli Abbasovun vaxtilə rektor olduğu Narxoz-u bitirib, bu sahədə heç bir təcrübəsi olmadığı halda az müddət  Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini olub. 
2016–2017-ci illərdə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib. 2017-ci il fevralın 13-dən Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub, yəni iki nazirliyinin rəhbəri olub.  
Və  2021-ci ilin yanvarın 26-da nazir vəzifəsindən azad edilib və həmin  gün Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur.
Bu adamın işi ora-bura  kağız-kuğuz daşımaq olub, yəni nə rabitə, nə də nəqliyyat sahəsində 1-cə gün də çalışmayıb. 
Bu adam nazir təyin olunan kimi özünə müşavirlər təyin etməklə, köməkçi qoymaqla, vəzifəli şəxsləri çıxarıb başqalarını qoymaqla məşğul olub. 
Daha sonra   özünə  yüksək komfortlu, hamamlı, cakkuzili xidməti kabinet düzəltdi. 
Amma bu adamın adı mediada daha çox kabinetini yenidən dizayn etməklə və ən çox kabinetində “juçok”  axtarmaqla qalıb. 
Ramin Quluzadə  hansı əməllərinə görəsə, xidməti kabinetində “juçok”  olacağından qorxurdu.
Niyə və nəyə görə ? 
Bunu  zaman göstərdi. 
Və qısa vaxtdan sonra  Ramin Quluzadənin rəhbəri olduğu qurumun adı mediada “saçyoldu”  nazirliyi kimi hallanmağa başladı. 
Bu barədə mediada kifayət qədər yazıldığı və etik cəhətdən uyğun olmadığı üçün çox dərinə getmirik. 
Amma  Ramin Quluzadənin həyat yoldaşının nazirliyə hücum çəkməsi və kimi karidorda sürüməsi bütün cəmiyyətə bəllidir. Hətta iki mühafizəçinin 2 qadını zorla aralaması  barədə də xəbərlər yayılıb. 
Nazirin əsas problemi qadın problemləri imiş. Ölkənin nəqliyyat, rabitə problemlərini həll edib yüksək texnologiyaları tətbiq etməli olan nazir qurumdakı sevgilisi ilə həyat yoldaşı arasındakı problemlərlə məşğul olurmuş. 
Ona görə də, çox vaxt əsəbi olur, qəbuluna gələn, dərdini söyləmək istəyən işçiləri acılayırmış. 
Ramin Quluzadə gənc nəsl kadrlardan olmasına, islahatçı nazir sayılmasına baxmayaraq böyük biznesə və mülklərə sahibdir. 
Əslində  dövlət məmuru bizneslə məşğul ola bilməz. 
Ramin Quluzadə, Goradildəki dəyəri 10 milyon olan villanı, mülkü hansı pulla tikmisən ? 
10 milyonluq villanın az qala 1 milyon dəyərində hasarları var. Və hasarların hündürlüyü 10-15 metrdir. İçəridə  futbol meydançası, tennis kortu və s. 
Sən diş pastası "Colgate" satmaqla 10 milyonu necə qazana bilərdin ? 
Sən dövlət məmuru ola-ola  ESKORT şirkətini necə təsis etmisən ? 
Buyur, cənab Ramin Quluzadə, mövqeyini bildir, biz də işıqlandıraq.
Sadəcə, milyonların haradan gəldiyini, mənbəyini açıqlasan, dövlətimizə və qanunlarımıza hörmət etmiş olarsan.


Oxşar xəbərlər

Ramin Quluzadə VƏZİFƏSİNDƏN AZAD EDİLDİ -SƏRƏNCAM
Ramin Quluzadə yeni vəzifəyə TƏYİN EDİLDİ - Belə deyirlər...
Nazir Ramin Quluzadənin qaynını işdən çıxardı
Ramin Quluzadə rəisi vəzifəsindən AZAD ETDİ
Sabiq nazir Ramin Quluzadənin Goradildə 10 milyonluq villası- Bu milyonlar səndə haradandır, Quluzadə ?
Ramin Quluzadənin “boz kardinal” sevgisi - ARAŞDIRMA
Ramin Quluzadə şirkətinin adını dəyişdirdi - FOTO
Rabitə və nəqliyyat işini bilməyən Rabitə və Nəqliyyat naziri Ramin Quluzadə  Rabitə nazirliyi, yoxsa saçyoldu kantoru ?
Nazir iki yüksək vəzifəli işdən çıxardı
Ramin Quluzadənin həyat yoldaşı sevgilisini nazirlikdə 'sürüdü' - TƏFƏRRÜAT
Azərbaycanlı ABŞ-da Nümayəndələr Palatasına seçkilərdə namizəd oldu - VİDEO
Ramin Bayramlı yenidən VƏZİFƏYƏ GƏTİRİLİR? - İDDİA
Ramin Bayramlı istefa verdi
Güləşçimiz mötəbər turnirdə qızıl medal qazandı
Rabitə Nazirliyi, yoxsa gənc qızları işə düzəltmə bürosu ?
Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi
Rəşad Nəbiyevdən yeni TƏYİNATLAR
Təzə  “Nəqliyyat və Rabitə”  naziri  “Həsən ağanın qohumu”dur - Nazir  Rəşad Nəbiyev  Dövlət Dəniz Agentliyindən nə istəyir ?
Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI
Ramin Bayramlının müşaviri də İSTEFA VERDİ - FOTO
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO
Elmir Vəlizadə vəzifəsindən azad edildi
Əliyevdən azad olunan torpaqlarla bağlı mühüm sərəncam – Qərargah yaradıldı
Nazir müavini çalışdığı qurumda qardaşına yüksək vəzifə verib
Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu
Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - RƏSMİ AÇIQLAMA
Xanım həkim Ramin Bayramlını məhkəməyə verdi - FOTO
Ramin Bayramlıya vurulan koronavirus peyvəndi deyil - TƏBİB-dən AÇIQLAMA
Nazirlərin “sarsılmaz” “QUDALIQ MODELİ” - “Araşdırmaq lazımdır, bəlkə...”
Ramin Hacılı aclığı dayandırıb - Vəziyyəti hələ də kritikdir