Mingəçevirin icra başçısı İlham İsmayılov Kürün ətrafını “Sədərək Yusif”ə neçəyə satıb ?- ŞOK FAKTLAR
29-10-2021, 14:37
3 560

Mingəçevirin icra başçısı İlham İsmayılov Kürün ətrafını “Sədərək Yusif”ə neçəyə satıb ?- ŞOK FAKTLAR

İcra başçısı ancaq  öz “kirvələrinə”  vəzifə verir…

İlham İsmayılov  təkcə uşaq bağçalarından nə qədər pul mənimsəyib ? 


Mingəçevirin icra başçısı İlham İsmayılov 3 ildir , yəni 2018-ci ildən ölkənin böyük şəhərlərindən birinə rəhbərlik edir. 
Ondan əvvəl isə düz 10 il, yəni  2008-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini olub. Daha əvvəl isə İqtisadi inkişaf nazirliyinin Aran Regional şəbəsinin müdiri olub, lap əvvəl, yəni sovet dövründə isə Mingəçevir şəhər Komsomol Komitəsinin birinci katibi olub. 
Bu adamın 2 ixtisası var, biri mühəndis, o biri isə sosial-siyasi fənlər müəllimi. 
İndi özünüz  fikirləşin ki, müəllim İqtisadi inkişaf nazirliyinin Aran Regional şəbəsinə necə rəhbərlik edə bilərdi ?
Axı, bu adamın iqtisadi təhsili yoxdur. 
Nə isə, zəlzələdən, ya da vəlvələdən bu adam 3 ildir Mingəçevirin icra başçısı təyin olunub. 
Cənab icra başçısının ilk işi, cəmiyyətdə rezonans doğuran ilk əməli şəhidin xatirəsinə  inşa edilmiş bulağı sökdürüb yerində  market tikdirmək olub. 
Təsəvvür edin ki, icra başçısı üçün market şəhidin xatirəsindən daha dəyərlidir. 
İcra başçısı İlham İsmayılovun  vətən qarşısında ikinci “xidməti”  isə  daha ağır oldu. 
Belə ki, Aprel döyüşlərində  iştirak edən Qarabağ qazisi Mingəçevir şəhərində özünü yandıraraq intihar etdi. 
İntihar edən qazinin bacısı baş verən faciəyə görə, birbaşa icra başçısını ittiham edərək bildirir ki, İlham İsmayılov imkan vermir ki, bu məsələ obyektiv araşdırılsın. Qazinin bacısı hətta onu da vurğulayır ki, icra başçısının həyat yoldaşı zəng edərək məni hədələyir ki, bu işdən əl çək. 
Təsəvvür edirsiniz, intihar edən qazinin bacısı dəfələrlə Mingəçevirin deputatı Aydın Mirzəzadəyə müraciət etsə də heç bir köməklik olmur. İntihar edən qazinin tək övladı indi  atasız qalıb. 
Cənab icra başçısının Qarabağ şəhidinə və qazisinə münasibətini gördünüz. 
İndi isə icra başçısının korrupsiya əməllərindən söz açaq. 
İcra başçısı yaxınlarına məxsus şirkətlər vasitəsilə dövlətin ayırdığı milyonlarla  vəsaiti saxta tenderlər yolu ilə mənimsəyir. 
Bircə fakta nəzər salaq?
Şəhərdəki  tenderlərin çoxunu, icra başçısının qohumuna məxsus  “İaşəçi” MMC udur. 
Təkcə uşaq bağçalarına dəftərxana və təsərrüfat mallarının, yumşaq inventarların və s alınması üçün icra hakimiyyəti  bu  şirkətə 164 543.64 manat pul ayırıb. 
Görəsən İlham İsmayılov 164 min manata hansı dəftəri, karandaşı alacaq ? 
İcra hakimiyyəti  bu şirkətə ərzaq məhsullarının alınması üçün  563 min manat pul ayırıb. Görəsən hansı ərzaqdan söhbət gedir ? 
Bu saxta tender siyahısını N qədər uzatmaq olar. Amma nə mənası..
İcra başçısı İlham İsmayılov  vəzifəyə təyin olunanda demişdi: 
“Yaxın vaxtlarda Mingəçevirdə 7-8 min nəfər işlə təmin olunacaq”. 
Birincisi, ixtisasca müəllim olan İlham İsmayılov başa düşürmü ki, 7-8 min iş yeri nə deməkdir? 
Bir lətifədə deyilir ee....Alış, nəyinən ?? 
İndi İlham İsmayılovdan  soruşan lazımdır ki, nooldu sənin 7-8 min iş yerin, Alışş..? 
Sən  1 şəhid ailəsinə, qazi övladına kömək edə bilmirsən, amma  7-8 min iş yerindən danışırsan...
Sənin işin ancaq saxra tenderlər və uşaq bağçalarını talamaq ola bilər...
Bəli, uşaq bağçalarını. 
İcra başçısı İlham İsmayılov şəhərdəki uşaq bağçalarının əsaslı təmiri adı altında yüz minləri mənimsəyib. Hansısa şirkət  uşaq bağçasının binasını yalandan əhəngləyib,” kraska”layıb gedir və külli miqdarda dövlət vəsaiti silinir. 
Yaxud  uşaq bağçalarının dezinfeksiya edilməsi...
İcra hakimiyyəti  uşaq bağçalarında  dezinfeksiya işlərinin görülməsi üçün  dəyəri on minlər olan 2 tender keçirib və pullar silinib. Amma şəhər sakinləri deyir ki, Dezinfeksiya idarəsi heç bir iş görməyib. 
Bəlkə, icra başçısı İlham İsmaylovla  Sədərək Yusifun “bazarlığından” danışaq. 
Bəli, icra başçısı İlham İsmayılov  Kür çayının içərisini böyük məbləğə  iş adamı  “Sədərək Yusif”ə satıb. 
İlham  İsmayılov  əsas vəzifələrə öz “kirvə”lərini təyin edir. 
İcra başçısının ən sevimli “kirvəsi” şəhərin Baş memarı  Etibar Abdullayevdir. İcra başçısının torpaq və obyekt yerlərinin  satışı üzrə “sağ əli”  Etibar Abdullayevdir. 
İcra başçısının digər kirvəsi isə Mingəçevir Seçki Dairəsinin sədri  Oqtay Məmmədovdur. İcra başçısı onu  xidmətlərinə görə mükafatlandırıb və onun oğlunu özünə müavin götürüb. 
Bir sözlə, Mingəçevirin icra başçısı İlham İsmayılov kor atını minib köndələn çapır, onun üçün qanun-qayda deyilən şey yoxdur.

P.S Dostlarımızın nəzərinə çatdıraq ki, biz bu məqalələri dərc etməklə bildiyimizi cənab prezidentə çatdırmaq məqsədi daşıyırıq. Dövlətimizin dövlətçiliyimizin naminə, nəyinsə xatirinə yox. Xahiş edirik bu cür yazılara görə üz vurmayın.

Oxşar xəbərlər

Mingəçevirin icra başçısı peyvənd olundu
İcra başçısının müavini koronavirusdan öldü
Yeni icra başçısı harda işləyib?
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
İcra başçısı 1-ci müavin və müavin təyin etdi
Naftalan şəhər İcra Hakimiyyətində dəyişiklik
İlham Əliyev onu icra başçısı TƏYİN ETDİ
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
İcra başçısı onu özünə birinci müavin təyin etdi
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
Bu rayonun icra başçısı müavinini işdən çıxardı
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
İlham Əliyevin bu gün təyin etdiyi icra başçıları kimdir? - DOSYE
Mingəçevirdə tender maxinasiyaları - İlham İsmayılov dövlət büdcəsini belə dağıdır
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
İcra başçısı onu özünə müavin təyin etdi - FOTO
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Sabiq icra başçısının vəziyyəti ağırlaşdı
Nərimanovun icra başçısına yeni birinci müavin təyin olunub
İcra başçısının həbs müddəti artırılır
İcra başçısına yeni müavin təyin edildi
İcra başçısı onu özünə müavin təyin etdi
İcra başçısından birinci müavin təyinatı
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
Yevlaxda İcra başçısının müavinləri sahibkardan rüşvət aldı – İDDİA – VİDEO
İcra başçısı müavinini vəzifədən azad etdi