TƏBİB-im gəl, edək çarə...-  Salyan Mərkəzi Xəsətəxanasının baş həkimi Ramin Qasımov xəstəxananı bazara döndərib...
2-11-2021, 12:24
737

TƏBİB-im gəl, edək çarə...- Salyan Mərkəzi Xəsətəxanasının baş həkimi Ramin Qasımov xəstəxananı bazara döndərib...

Ölkə səhiyyəsi  nə gündədir  hamıya məlumdur. 
İkicə faktı qeyd etmək yetər ki, səhiyyəmizin  bərbad durumu aydın olsun. 
Birincisi,  həkimin xəsətənin sağ ayağı əvəzinə sol ayağını  kəsməsi dünyada görünməyən bir rüsvayçılıqdır. 
İkincisi, 2-3 ay əvvəl Biləsuvar Mərkəzi Xəstəxanasında həkimin xəstənin kor bağırsağı  əvəzinə nazik bağırsağını kəsməsinin yəqin ki, dünyada analoqu yoxdur. 
Bütün bunlar ortada ola-ola  təzə qurumlar yaradırıq. 
Onlardan biri də TƏBİB-dir ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ). 
TƏBİB  deyən kimi adamın yadına klassik şairlərimizdən birinin misrası düşür...
TƏBİB-im gəl, edək çarə...
İndi görək, adına TƏBİB  dediyimiz qurum  nəyəsə yarayırmı ?
Məlumdur ki, 2 ay öncə  TƏBİB-in sədri  Ramin Bayramlı guya öz ərizəsi ilə tutduğu vəzifədən istefa verdi. 
Bir soruşan olmadı ki, bu adam necə təyin olunmuşdu, niyə işləyə bilmədi, niyə istefa verdi..?
Və tələm-tələsik onun yerinə Vüqar Qurbanovu təyin etdilər.  
Düzdür  Ramin Bayramlı vəzifəsindən getsə də  onun kadrları hələ də qalmaqda davam edir. 
Onu da qeyd edək ki, Ramin Bayramlı TƏBİB-ə sədr təyin olunanda bəlkə də gündə 3-4 əmr verirdi, müxtəlif rayon xəstəxanalarının baş həkimini dəyişir, direktor təyin edir, sanki əlinə düşmüş fürsətdən istifadə edib dost-tanışı vəzifələrə doldururdu...
Onlardan biri də Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi  Qasımov  Ramin Əjdər oğludur. 
Məlumatlı mənbənin dediyinə görə, görüşlərin birində Ramin Bayramlı adaşı Ramin Qasımova deyib ki, adaş, yaxın zamanda səhiyyə naziri olacam, get Salyanda  5-6 ay  vaxtını keçir, qalanı mənlikdir...
Bəli, bu gənc kadrların əsas işi vaxt öldürmək və daha böyük vəzifələrə  can atmaqdır..
Beləcə, Ramin Bayramlı vəzifəsindən getsə də onun kadrı Ramin Qasımov hələ də Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi vaxtını öldürür. 
Əslində  Salyan Rayon Mərkəzi Xəstəxanasında vəziyyət kritik həddə çatıb. 
Bu xəstəxana ilə bağlı sosial şəbəkələrdə yazılanlardan bəlli olur ki, xəstəxanada vəziyyət çox iyrəncdir, antisanitariya baş alıb gedir, həkimlər dilənçi kimi xəstələrin əlinə baxır. Hətta xəstəxanada liftlər pulladır. Bəli, yuxarı qalxıb, aşağı enmək istəyən hər kəs  liftdə oturan şəxsə 30 qəpik lift pulu verməlidir. 
İndi özünüz təsəvvür edin vəziyyəti. 
Xəstəxananın həyətində xəstələrə  süd, qatıq  satmaq istəyənlər var. Başa düşmək olmur ki, bura xəstəxanadır, yoxsa bazar ? 
Ümumiyyətlə, Salyan Mərkəzi Xəstəxanasında əlillik dərəcəsinin verilməsi ilə bağlı  rüşvət halları son həddə çatıb. Kimin pulu varsa, verib özünə əlillik dərəcəsi alır. 
Hətta  bununla bağlı, yəni həkimlərin qanunsuz əməlləri ilə  bağlı  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi  Salyan Mərkəzi Xəstəxanasının əməkdaşları barəsində cinayət işi də açıb. 
Məsələ, təkcə əlillik dərəcəsi ilə bitmir. 
Salyan Mərkəzi xəstəxanasında satınalmalar, tenderlərlə bağlı  ciddi qanun pozuntuları və mənimsəmələr var. 
Təkcə tibbi avadanlıqların alınmasına 50 min manata yaxın pul köçürülüb. 
Bütün bunlar onu göstərir ki, Ramin gedir, o biri Ramin gəlir, amma vəziyyət dəyişmir. 
Deməli, səhiyyə sahəsində ciddi islahatlara ehtiyac var.


Oxşar xəbərlər

TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ
TƏBİB-in sədr əvəzi kollektivə təqdim edildi
Ramin Bayramlının səlahiyyətləri departament rəhbərinə verildi  - Rəsmi
Hesablama Palatası Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb
TƏBİB-in şöbə müdiri vəzifədən getdi - YENİ TƏYİNAT
Azərbaycanda vaksin ilk öncə onlara VURULACAQ
Ramin Bayramlıdan yeni təyinat
TƏBİB vətəndaşlara müraciət etdi
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO
TƏBİB-də yeni təyinat
Ramin Bayramlı istefa verdi
Ramin Bayramlıya vurulan koronavirus peyvəndi deyil - TƏBİB-dən AÇIQLAMA
Bəzi şəxslərə koronavirus vaksini vurulmayacaq - TƏBİB
Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO
Sədr Ramin Bayramlı və müşavirinin istefa ərizəsini TƏSDİQLƏDİ
Ramin Bayramlı yenidən VƏZİFƏYƏ GƏTİRİLİR? - İDDİA
Xəstəxanada koronavirusdan ölən şəxslərin meyitləri dəyişik düşüb?
Hesablama Palatası TƏBİB-də yoxlamalara başladı
Hamilələrə və körpələrə vaksin vurulacaq? - TƏBİB-dən açıqlama
Rəvanə Əliyeva müdir vəzifəsinə təyin edildi - TƏBİB
TƏBİB-dən karantin rejiminin sərləşdirilməsi ilə bağlı AÇIQLAMA
20-yə yaxın tibb işçisi niyə vəzifədən azad edildi? - Rəsmi açıqlama
“Sinovac” vaksini laboratoriyalarımızda yoxlanılacaq - TƏBİB
Ramin Bayramlıdan etiraf: “Bəzi həkimlər özlərindən müalicə yazırlar”
ÜST TƏBİB-ə 3 mobil klinika təhvil verdi
Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI
Ramin Bayramlı və Zaur Əliyev COVID-19 peyvəndinin ikinci dozasını vurdurdu
Xanım həkim Ramin Bayramlını məhkəməyə verdi - FOTO
Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA