Fars dilini əla bilən kənd təsərrüfatı naziri KƏNDLİNİN dilini bilmir...
İnam Kərimov nazirliyi ASAN XİDMƏT-in filialına çevirib
Neft və qazı bir kənara qoysaq, Azərbaycan tarixən aqrar ölkədir. Neft və qazın da bir gün tükənəcəyi heç kimə sirr deyil. Ona görə də cənab Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini dəfələrlə, dönə-dönə vurğulayır, bu sahəyə kifayət qədər dövlət vəsaiti, subsidiyalar ayırır. Amma...
Amması odur ki, keçmiş kənd təsərrüfatı naziri, ixtisasca mühasib-buxqalter olan Heydər Əsədov onsuz da aqrar sahəni bərbad günə qoymuşdu. Heydər Əsədov nazir olanadək 1 saat da olsun aqrar sahədə çalışmamışdı.
Onun xələfi olan İnam Kərimov isə deyəsən Heydər Əsədovdan bərbad durumda təhvil aldığı aqrar sahənin axırına çıxacaq.
Bəli, İnam Kərimov əvvəl gimnaziyada fars dilini öyrənib, sonra beynəlxalq hüquq-filan, daha sonra ASAN XİDMƏT-zad...
Bir soruşan yoxdur ki, kənd təsərrüfatı naziri olmaq üçün fars dilini bilmək lazım deyil, kəndlinin, torpağın, lap inəyin, dananın, qoyunun, quzunun dilini bilməlisən...
İki gündən bir rayonlara “qastrola” gedib qoyun-quzu ilə, inəklə şəkil çəkdirməklə aqrar sahə inkişaf edə bilməz, cənab nazir.
Axı, bu sahə yazı-pozu ilə məşğul olan ASAN xidmət deyil e..
Ölkə başçısı ənənəvi sahələrin, baramaçılığın, pambıqçılığın inkişaf etdirilməsi üçün təşəbbüs göstərib.
Nazir İnam Kərimov isə Çindən 1.5 milyon tut tingi gətirməklə işini bitmiş hesab edir.
O tinglərin alınmasına neçə milyon pul verilmişdi, cənab İnam Kərimov ?
O tinglərin neçə mini quruyub, xəbərin varmı ?
Cənab nazir özünə söz verib ki, Kənd Təsərrüfatı Nazirliyini ASAN XİDMƏT-in filialına çevirəcək.
Təsəvvür edirsiniz, İnam Kərimov vaxtilə ASAN XİDMƏT-də işləyən, regionşünas dostu Seymur Mövlayevi Baytarlığa, Aqrar Xidmətə rəis təyin edir.
Ay adam, sən başa düşmürsən ki, regionşünas hara, baytarlıq hara ?
Heyvan xəstələnəndə regionşünas dostunuz heyvana necə baxacaq ?
Belə faktlar yüzlərlədir.
Konkret desək İnam Kərimov kənd təsərrüfatı sahəsindəki KADR KORPUSUNU məhv edir.
İnam Kərimovun nazir təyin olunduğu 3 ildən çoxdur.
Bu 3 ildə nə iş gördün, cənab nazir ?
Ancaq tenderləri öz yaxın dostıarına verməklə nələr qazandın ?
Bəs aqrar sahə nə qazandı ? Heç nə.
Sapoq geyib rayonlara getməklə məsələ həll olunmur, yığışdır bu tipli reklamlarını.
Fermerlərə, sahibkarlara baha qiymətə verdiyiniz heyvanların çoxu xəstədir.
Dövlətin fermerlərə ayırdığı subsidiyanın az hissəsini nağd verib, qalan hissəsini gübrə ilə əvəz edirsən.
Gübrəni ölkəyə gətirən dostlarınla əlbir olub, milyonları mənimsəyirsən. Elə bilirsən bütün bunları xalq bilmir ?
Milyonlarla ölçülən subsidiyalar hara xərclənir ?
3 ildir nazirsiniz. Bircə dəfə hesabat verin görək, indi subsidiyalar hara xərclənir ?
Müqəddəs Ramazan ayında qurbanlıq adı altında qoyunlar gətirirsiniz, bunları şəffaf şəkildə etmək olmazmı ?
Nə bilək qurbanlıq adı altında nələr törətmirsiniz ?
Baramaçılıqdan danışırsan, cənab nazir. Heç olmasa, baramanın sortlarını bilirsənmi ?
Cənab nazir ! Ulu Öndər deyirdi ki, bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər.
Sən isə 1 ay əvvəl Masallıda meşələri məhv edib, qiymətli ağacları kəsib yerində bostan salırsan.
Sənə kim ixtiyar verib ki, ağacları qırıb meşələri şumladırsan ?
Sənin bu hərəkətinə görə, az qala Cənub zonası ayağa qalxmışdı. Əhalini niyə dövlətdən narazı salırsan ? Zəngilana apardığın adamların içərisində sən bilirsənki kimlər olub? Sən bilirsənki bu siyahı tam araşdırılandan sonra sənə sağ ol deməyəcəklər. Bu başqa bir yazının mövzusudur.
Meşələri əkdirib çay plantasiyası salmaq sənin ağlına haradan gəlib, cənab fars dili müəllimi ?
BETA çay şirkəti ilə necə sövdələşmisən ?
Bəlkə, bunları Əli İnsanovun təlimatları ilə edirsən ?
Kimin ƏLİ kimin cibindən çıxır, yaxşı bilirik, cənab İnam Kərimov.
Dövlət İmtahan Mərkəzindən keçmədən dostlarını, həyat yoldaşının rəfiqələrini nazirlikdə dövlət qulluqçusu kimi işə götürürsən.
Cənab nazir, bu ixtyarı sənə kim verib ?
Cənab nazirin əlaqələrinin bir ucu isə hətta həbsxanaya qədər gedib çıxır.
Bu barədə növbəti yazıda.
Kənd təsərrüfatı sənin üçün ASAN XİDMƏT deyil, İnam Kərimov…- İnam Kərimov nazirliyi ASAN XİDMƏT-in filialına çevirib
03
noyabr
14:11

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Nazir İnam Kərimova daha İNAM qalmayıb...
Aqrar sahəyə ayrılan milyonları İrşad Əliyev, İsmət Abbasov və Heydər Əsədov mənimsəyib- İnam Kərimov bilmir ki, qarnı balalı damazlıq inəkləri kəsim sexlərinə göndərirlər...
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
İnam Kərimov Göyçayda videokonfrans keçirdi
3 ili tamam olan nazir İnam Kərimov bu müddətdə aqrar sahədə heç bir ciddi addım ata bilmədi- İnam Kərimovun ailəsinə Əli İnsanovun maddi-mənəvi dəstəyi çox olub...
KTN-də Heydər Əsədov ab-havası... - İTTİHAM
İnam Kərimov ANCAQ NARAZILIQ YARADIR... - İTTİHAM
İnam Kərimovun MÜBHƏM "ESTET" SEVGİSİ... - Milyonlar belə yeyilir...
İnam Kərimov Fermerlər Şurasını topladı
Ticarətçi Heydər Əsədov hara, Dəniz Akademiyası hara ?- Keçmiş nazir niyə həbs olunmur ?
Cənab İnam Kərimov, sən nazir qoyansan ?- Çindən alınan 1.5 milyon tut tinginin sonu nə oldu ?
Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı
Nazir İnam Kərimovun “qurbanlıq biznesi”- Müqəddəs Qurban bayramında 6 qəpiyindən keçməyən NAZİR
“Kənddən şəhərə” qış yarmarkası bu ünvanlarda fəaliyyətə başlayıb
İnam müəllim də elə əvvəlkilər kimi YEYİR... - Bu fakt hər şeyi ortaya qoyur...
Zəngilanın Ağalı kəndlərində 200 ev tikiləcək
Əli Əsədov türkiyəli naziri qəbul etdi
KTN bu gün başdan-başa korrupsiyalaşıb... - İnam Kərimov büdcə pullarını DAĞIDIR
Sarbonna təhsilli İnam Kərimovun nazirliyində korrupsiyada “məhsuldarlıq” - Yarımadıq...
Azərbaycan-Belarus sənədləri imzalandı
İnam Kərimov etimadı doğrulda bilmədi... - FAKT BUDUR...
İnam Kərimov necə BAHALAŞMA YARADIR... - AÇIQLAMA
Ölmüş at, eşşək əti, leş koronavirusdan daha təhlükəlidir..- Nazir İnam Kərimovun rüsvayçı kadr siyasətində Mövlayev Seymurun “müstəsna rolu”…
Nazir və səfir Bakıda yarmarkada - FOTO
“ASAN xidmət” və "ASAN Kommunal" noyabrın 9-u işləməyəcək
Azərbaycanlı iş adamı Ukraynada itkin düşdü
Aparıcıya vəzifə verildi
İlham Əliyevdən aqrar sahə ilə bağlı FƏRMAN
"ASAN xidmət" 3 gün işləməyəcək
İnam Kərimovun Ziya Məmmədovun kadrı ilə bağlı PLANI... - İLGİNC FAKT
- Ölən dostunun 70 minlik toy üzüyünü oğurladı
- Dünyanın ən yaşlı kişi üçəmləri: Uzunömürlülüyün səbəbi - FOTO
- Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB
- Prezident bu qurumun nizamnamə fondunu 240 milyon artırdı - FƏRMAN
- Binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub
- Məşhur aktyor 5 ayda 22 kilo ARIQLADI: SƏBƏB
- Zəlzələ panikası: Əhali niyə bu qədər təlaş keçirdi?
- Uşaqlarını ağladıb analarını ölümcül döydü
- Bu qidalar bişirildikdən dərhal sonra yeyilməlidir - Əks halda...
- Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il cəza istənildi - Yenilənir
- Ukraynanın daha bir təyyarəsi vuruldu
- Türkiyədə evdən 45 ton zibil çıxdı - FOTO
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi