Ekologiya naziri Muxtar Babayev hara baxır ?
Məlumdur ki, Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının təsis etdiyi “Rəmzi-S” MMC-yə məxsus olan “Sobsan” boya fabriki Qafqaz regionunun ən böyük boya və boya xammal fabrikidir. Bu fabrikin 500 nəfərdən artıq işçisi var. Və milyonlar qazanır.
Necə deyərlər halal xoşları olsun. Amma…
Əmması odur ki, dövlət sənə münbit şərait yaradıb və sən milyonlar qazanırsan. Və dövlətə də milyonlarla ziyan vurursan.
Bəli, dəfələrlə yazmışıq ki, “Sobsan” boya fabriki sözün həqiqi mənasında ətraf mühitə qarşı ekoloji terror törədir. Hətta qardaşların bu əməllərini erməni işğalçılarının ölkəmizin təbiətinə vurduğu ziyanla müqayisə etmişik.
Bəs görəsən Səbzəliyev qardaşlarının bu əməllərini ekologiya naziri Muxtar Babayev görmür ?
Məlumat üçün bildirək ki, Sobsan boyaların tərkibində olan çox sayda kimyəvi maddələr insan orqanizminə, eləcə də ətraf mühitə məhvedici təsir göstərir.
Fabrikin Müşfiq qəsəbəsindəki ərazisində boya istehsalı zamanı yaranan zərərli tullantılar ətrafdakı su hövzələrinə axıdılır. Digər tərəfdən avadanlıq və qurğular vaxtında dəyişdirilməlidir, ətraf mühitin qorunmasına maliyyə vəsaiti ayrılmalıdır ki, ekoloji problem yaranmasın.
Qardaşlar isə qazandıqları milyonları basıb yeyir və ətraf mühiti düşünmürlər və ekoloji terror baş verir.
Söhbət fabrikin Bakıətrafı qəsəbələrdəki “əməllərindən” düşmüşkən, bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır.
Bir neçə ay əvvəl, daha dəqiq desək, bu ilin aprel ayında Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində ölüm hadisəsi baş vermişdi. Daha doğrusu, “Sobsan” boya fabrikində qanuni fəhlə işləyən şəxsin üsərinə torpaq uçmuş və fəhlə hadisə yerində ölmüşdür. Hətta bu ölüm hadisəsi ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandı. Sonu nə oldu ?
Guya ölən şəxs həmin ərazidə metal qırıntıları, mis yığırmış.
Bir soruşan olmadı ki, nə metal, nə mis-filan ? Ölən şəxs fabrikin işçisi olub və işbaşında ölüb.
Bəli, Səbzəliyev qardaşları deputat dostlarının köməyi ilə hər şeyi batıra bilirlər.
Ümumiyyətlə, bu fabriklə bağlı şikayətlərin sayı-hesabı yoxdur.
Vaxtilə fabrikin Binəqədidə yerləşən sahəsində güclü yanğın zamanı onlarla sakin zərər çəkmişdi. Fabrikin sahibi olan qardaşlar vətəndaşlara dəyən zərəri ödədimi ? Əlbəttə, yox. Zərərçəkən sakinlər haralara yazmadılar, şikayət etmədilər ? Amma nəticə olmadı.
Axı, yanğının səbəbi təbii fəlakət-zad deyildi ee, fabrikin sexində baş verən hadisə idi.
Yəni ətrafdakı yanan evlər Səbzəliyev qardaşlarının əməllərindən ziyan çəkmişdi.
Bəs onda Səbzəliyev qardaşları niyə vətəndaşlara dəyən zərəri ödəmədi ?
“Sobsan”nın əməlləri bununla bitmir.
Səbzəliyev qardaşları Şamaxıda onlarla vətəndaşı aldadaraq onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib, hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da ələ keçiriblər.
Vətəndaşların şikayət etmədiyi dövlət qurumu qalmayıb, ancaq nəticə yoxdur.
Səbzəliyev qardaşları kimə arxayındır ki, vətəndaşlara hədə-qorxu gəlirlər.
Bütün bunlar azmış kimi Səbzəliyev qardaşları alıcıları çəkidə və qiymətdə aldadır. Bəli, çəkidə aldadır.
Üstünə 10 kq yazılan bir vedrə boyanın təmiz çəkisi 6 kiloqramdır. Fabrik boyanın qabının ölçülərini yuxarıdan və aşağıdan dəyişərək, alıcıları aldadır.
“Sobsan” boya”nın sexlərində, laboratoriyalarında elə “qatqılar” olur ki, bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır.
“Sobsan” boya fabrikinin sahibləri olan Səbzəliyev qardaşları o qədər varlanıblar ki, artıq mühüm vəzifələrə qohum-əqrəbalarını yerləşdirirlər, deputat seçkilərində kimlərsə “sponsorluq” edirlər, yəni “siyasi işlərə də burun soxurlar”.
Məsələn, sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə qohum olan qardaşlar öz əmisi qızları Gülnaz Dadaşovanı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdiriblər.
Bir sözlə, Səbzəliyev qardaşlarının iştahaları və…cəmiyyətimizə vurduğu ziyanlar bitib-tükənmək bilmir.
Bəs, müvafiq dövlət qurumları hara baxır ?
“Sobsan” boya fabrikində işbaşında ölüm hadisəsi…- Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının ekoloji “terror”u
10
noyabr
07:30

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki…- “Sobsan”nın şəriklərindən biri də sabiq səhiyyə naziri Oqtay Şirəliyevin qudasıdır...
“Sobsan” boya alıcıları aldadır- Bir vedrə 10 kq boya realda 6 kq olur
“Sobsan Boya” və Səhiyyə naziri Oqtay Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ
“SOBSAN” boyanın 12 milyona ehtiyacı yoxdur…- Bəs nə üçün fabrik yanğın zamanı zərəçəkənin kompensasiyasını vermir ?
"Yalandan bəhanələr gətirir..." - GİLEY
Ermənistan Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir
''Sobsan'dakı yanğın mənə 100 minlik ziyan vurdu' - NARAZILIQ!
Nazir bütün müşavirlərini vəzifədən azad edibmiş
ETSN Qarabağ Dirçəliş Fondu ilə memorandum imzaladı
Abşeronda fəhlə torpaq uçqununun altında qaldı
Nazirlik düşmənin ekoloji terroru ilə bağlı hərəkətə keçdi
"İşğal olunmuş ərazilərdə ağır ekoloji cinayətlərə son qoyulmalıdır"
Zülfüqarlı qardaşlarının vergidən 10 milyonlarla manat gizlətdikləri üzə çıxdı, cinayət işi açıldı - Qardaşlar ölkədən qaçmaq istəyirlər
“Bakı metropoliteni” qanunu kobud şəkildə pozdu: - Şübhəli şirkətlə yeni anlaşma
Kəlbəcərdəki ekoloji terrorla bağlı beynəlxalq qurumlara müraciət edilib
Nazirlik işğaldan azad edilmiş ərazilərdə kütləvi ekoloji terroru təsbit etdi - Fotolar
Sabirabaddakı “Görüş” restoranin sahibi “Karyer Rasim”ə DUR deyən tapılacaqmı ?- Ekologiya nazirliyi niyə ağzına su alıb susur ?
Mingəçevir İES-in inşaasında iştirak edən iş adamları pullarını ala bilmir - ŞİKAYƏT/VİDEO
Adəm və Hatəm qardaşlarının Bakıdakı əxlaqsızlıq yuvaları …- Hüquq-mühafizə orqanları bu qardaşların əməllərinə niyə göz yumur ?
Muxtar Babayev onu sədr təyin etdi - FOTO
"Araz" marketlər şəbəkəsində də İŞÇİ HAQQI POZULUR - GİLEY
İsmayıllıda dövlətin hesabına VARLANANLAR... KİMLƏRDİR?
Mingəçevir İES-in inşaasında iştirak edən iş adamları pullarını ala bilmir – Şikayət, Video
Ekologiya naziri Muxtar Babayev işbazlara qarşı tək mübarizə aparır…- Ağgöl qoruğu əldən gedir, cənab nazir
Adəm və Hatəm qardaşlarının Bakıdakı əxlaqsızlıq yuvaları həm də “kompramat” mənbəyidir- RƏZALƏT
Mingəçevirdə ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək? - ÖZBAŞINALIQ!
Kasıb, imkansız ailələrin “müdafiə naziri” Sahil Babayev- Qarabağ qazisinə 4 min manata 3 xəstə inək verib …
Çanaqqala restoranı DÖVLƏTİN QANUNLARINI POZUR- Elxan və Tahir Qasımov qardaşlarının qandonduran cinayət əməlləri…
Ekologiya naziri Muxtar Babayev bu məsələlərə nə üçün susur?
Baba Rzayev MİLYONLARI BELƏ QAZANIRMIŞ... - İLGİNC FAKTLAR
- Ötən il Azərbaycanda 75 partlayış olub
- "Nəvəm atasının ölümünü bilmir" - Nazpəri Dostəliyeva
- ABŞ-da polis hər il yüzlərlə insan öldürür – Son 8 ilin dəhşətli statistikası
- Mina qurbanlarının sayı açıqlandı
- Olimpiya çempionu Azərbaycan vətəndaşlığından da çıxdı
- Zaqatalada 17 yaşlı gənc dəm qazından zəhərlənərək ÖLDÜ
- Azərbaycanda yeni cərimələr müəyyənləşdi
- Minlərlə ev dənizə düşəcək - Qorxunc hesabat
- Repçinin hamilə xanımı şaurmadan ZƏHƏRLƏNDİ - FOTO
- Kardiologiya İnstitutunda BİABIRÇILIQ – Ürək müayinəsi üçün aparat YOXDUR
- Bakıda marketdə saxta spirtli içkilər aşkarlandı
- Van Dammın azərbaycanlı gəlini ABŞ-a köçdü
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- “Səməd Səmədov məndən 10 min istədi“ - Mənzurə
- Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
- Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub
- Namiq Qaraçuxurlu səfirliyimizə hücumdan danışdı: “Allah onların bəlasını versin”
- Vətəndaşlardan 12 ov tüfəngi götürüldü
- Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib
- Azərbaycan nefti ucuzlaşdı
- Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”
- Rusiya və Türkiyə qaz qovşağı ilə bağlı müzakirələrə başlayıb
- Herrinin konsertdə şalvarı cırıldı
- Anasının öldüyü gün qızı dünyaya gəlib