Amma, atalar demişkən, dəvə durdu dam yıxdı...


Türkmənistanda həbsxana həyatı yaşayan Gülsarə kimin “paraşüt”ünə minib Bakıya düşüb ? 


Suraxan rayon məhkəməsinin keçmiş hakimi, hazırda Zəngilan rayon məhkəməsinin  sədri olan Gülsarə Kərimovna qəbul etdiyi ədalətsiz məhkəmə qərarlarının, məhkəmə zalında özünü sanki bazardakı kimi aparmağının nəticəsi olaraq  onun həm hakim, həm də bir insan olaraq nüfuzunu sıfırdan da aşağı saldığını gözəl bildiyi üçün köməkçisi Ağa və məsləhətçisi Vüsalə ilə məsləhətləşib. 
Allah qoymasa, Ağa ilə Vüsalə məsləhət bilib ki, Zəfər günü  şəhid ailələrini ziyarət etsən camaat arasında hörmət qazanarsan, özünlə bağlı mənfi rəyi dəyişərsən və s və i...
Bəli, Gülsarə Kərimovnanın hakim adına yaraşmayan hərəkətlərindən, əməllərindən sonra Zəngilan camaatı, ümumiyyətlə, cəmiyyətimiz bu qadının əsl kimliyini, iç üzünü tanıyıb. Yəni bu qadın özü-özünü  ifşa edib. 
Ona görə də  Gülsarə Kərimovna öz imicinə, öz reputasiyasına müsbət nəsə əlavə etmək üçün Zəfər bayramından fürsət kimi istifadə etmək qərarına gəlib. 
Atalar deyir ki, dəvə durdu dam yıxdı. 
Bu qadın da Zəfər günü  Zəngilandan olan şəhid ailəsini guya  ziyarət etmək qərarına gəlir. Və həmin gün Şəhidlər xiyabanında  Zəngilandan olan, nüfuzlu  seyid ailəsinin qızı  Natavan xanıma yaxınlaşır. 
Məlumat üçün qeyd edək ki, Natavan xanımın övladı İsmayıl Qarabağ müharibəsində şəhid olub. Oğul itkisinə  baxmayaraq Natavan xanım həmişə özünü qürurlu aparır, hətta deyir ki, İsmayıl vətən uğrunda şəhid oldu, ikinci oğlum Timurçini də hərbçi kimi böyüdəcəm.  
Bəli, milli-mənəvi dəyərlərimizdən uzaq olan, hətta dövlət dilimizi düz-əməlli bilməyən  məhkəmə sədri Gülsarə Kərimovna Natavan xanıma yaxınlaşaraq təsəlli vermək, dərdini bölüşmək əvəzinə, deyib ki, NECƏSƏN?
Görəsən o boyda rayon məhkəməsinə rəhbərlik edən  Gülsarə Kərimovna başa düşmür ki, şəhid anası necə ola bilər ? 
Gülsarə Kərimovnanın kəntöy NECƏSƏN  sualına cavab olaraq Natavan xanım deyib ki: Sən kimsən, adın nədir? SƏN XƏSTƏSƏN ?  Vaksin vurdurmusan? Əgər vaksin vurdurmusansa, maskanı aşağı elə görüm sən kimsən ?  Gülsarə Kərimovna maskanı cıxarmadıqda, şəhid anası sənin salamın mənə lazım deyil.
Bəli, hörmətli şəhid anası Natavan xanım  Gülsarənin layiq olduğu cavabı verib. Amma  “xəstə” sözü Gülsarəyə layiq deyil, gərək soruşaydı ki, NAXOŞSAN ? 
Bəli, Gülsarə Kərimovna sözün geniş mənasında NAXOŞDUR. 
Bu adam  Tükmənistanda doğulub, orada oxuyub, bir müddət  hüquq məsləhətxanasında işləyib, notarius olub və…saxta sənədlərə görə, Türkmənistanda həbsxana həyatı yaşayıb. Və…2007-ci ildə kiminsə “paraşüt”ünə minib Bakıya gəlib. Gələn kimi də  Suraxanı məhkəməsinin hakimi, sonra isə Zəngilan məhkəməsinin sədri olub. Nəinki dövlət dilimizi, adi davranış qaydalarını bilməyən, şəhid anasına  yersiz sual verən bu adam nə qədər çalışsa da bulaşdığı  çamırı təmizləyə, öz mənfi imicini dəyişə bilməz… Gülsarə xanım həmin tədbirə sədirlik etdiyi məhkəmənin katibi Ağanın sürdüyü maşınla gəlib. Deməli Ağa Mahmudov həm Zəngilan Rayon Məhkəməsində iclas katibi, həm Gülsarə Kərimovnanın sürücüsü, həm Gülsarə Kərimovnanın evinə bazarlıq edəni, həm və s və ilaxır. Görəsən bu Ağa Mahmudov bu qədər işləri bacarır, hərbi xidmətdən niyə yayınır? Bütün bu kimi sualları cavablandırmaq üçün Türkmənistandan gələcək sorğuların və Naxçıvan Muxtar Respublikası hərbi komissarlığından gələcək cavabları yaxın günlərdə işıqlandıracağıq.

P.S Gülsarə Kərimovna və yaxınlığında olan şəxslər elə bilirdilər ki, Ramiz Mehdiyev dünyanı tutub gedəcək, amma yuxularını dəhşətli dərəcədə qarışdıran "boz kardinal" Gülsarə kimiləri çoxdan yadından cıxarıb və o halda deyil.