Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna məhkəmə prosesini əsl komediya tamaşasına çevirib.
Bu adamın Türkmənistanda doğulması, orada vəkil işləməsi, notariusda çalışması, hətta saxta sənədlərə görə, Türkmənistanda həbsxana həyatı yaşaması və günün birində Azərbaycan vətəndaşı olmaya-olmaya Suraxanı məhkəməsində hakim olması, sonra Zəngilan məhkəməsinin sədri olması, ailələri kağız üzərində boşadıb dövlətə külli miqdarda ziyan vurması, “boşanmaları” özü üçün biznesə çevirməsi, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina xanımın “podruqası” olması və s barədə kifayət qədər mediada yazılıb.
Bu adamın vətəndaşlığı barədə susması özü də müəmmalıdır. Adam konkret mövqeyini bildirmək istəmir. Niyə ?
Əgər Azərbaycan vətəndaşıdırsa, buyursun, sənədlərini ortaya qoysun və məsələ bitsin. Və hansı əsasla Azərbaycan vətəndaşı olmasına aydınlıq gətirsin.
Bütün bunları bir kənara qoyaraq bu yazıda Gülsarə Kərimovnanın məhkəmə prosesini lağlağıya çevirməsindən, komediya personajına döndərməsindən, özünü qeyri-ciddi aparmasından bəhs edəcəyik.
Bəli, məhkəmə prosesində cavabdeh tərəf məntiqli vəsatət qaldırır. Və qeyd edir ki, 2016-cı ildən, yəni Gülsarə Kərimovna Suraxanı məhkəməsinin hakimi işləyən vaxtdan onunla aramızda ziddiyyət var, özəl münasibətlərimiz olub, ona görə də dərinə getmirəm, hər şeyi açıq demək olmur, indi vətəndaş və hakim münasibətlərimiz var Gülsarə xanım məni qarabaqara izləyir və s…ona görə də məhkəmə sədrinin mənimlə bağlı məsələyə baxmasını düzgün hesab etmirəm və məhkəmə işi başqa məhkəməyə verilsin. Mənim məsələmə lap Afrikada baxsınlar, amma Gülsarə xanım baxmasın..
Doğrudan da qaldırılan vəsatətdə məntiq var.
Görək cavabdeh tərəfin irəli sürdüyü arqumentlərə məhkəmə sədri nə cavab verir:
Sən savadsız hüquqşünassan…
Ay Gülsarə Kərimovna, qarşı tərəfin savadlı, yaxud savadsız hüquqşünas olmasının vəsatətə nə dəxli var?
Qarşı tərəf sənə deyir ki, aramızdakı yaranmış ziddiyyətlərə görə, sən mənim məsələmə baxa bilməzsən ?
Sən isə ayağını dirəmisən ki, hüquq belə getdi-filan, ortaya fakt qoy…
Deyirsən, qarşı tərəf ortaya fakt qoysun ?
Axı, o faktı sən Vüsalənin gözü qarşısında görmüsən. Onu sənə dəfələrlə oxuyub. Bunu istəyirsən ?
Gülsarə Kərimovna qarşı tərəf sənə deyir ki, BİR FƏRD OLARAQ sənin bu məsələyə bir başa aidiyyatın var.
Qarşı tərəfin sözünü kəsərək deyirsən ki, FƏRD ÖZÜNSƏN, MƏNƏ SÖYÜŞ SÖYMƏ…
Gülsarə Kərimovna, birincisi, sən dilimizi bilmədiyin üçün FƏRD sözünü söyüş kimi başa düşürsən, amma əslində FƏRD sözü təhqir-filan deyil…
İkincisi, səndən fərqli olaraq savadsız adlandırdığın qarşı tərəf təmiz azərbaycan dilində iki ali təhsil alıb, həm də hüquq təhsili. Sən isə hansı dildə oxumusan bilən yoxdur. Həm də sən latın qrafikasında yazıb-oxuya bilmədiyin üçün hər şeyi kəllə-mayallaq başa düşürsən, qəbul etdiyin qətnamələr də savadsızdır…
Yeri gəlmişkən, Məhkəmə-Hüquq Şurasının sədri, cənab Ədliyyə Naziri Fikrət Məmmədovdan soruşuruq ki, dövlət dilimizi bilməyən, üstəlik özünü məhkəmədə sanki komediya artisti kimi aparan bu adamı necə məhkəmə sədri təyin etmisiniz ?
Məhkəmə sədri hər dəqiqə qarşı tərəfə “Sən kimə güvənirsən ee, kimə arxayınsan ee..” deyərək özünü gülünc vəziyyətə qoyur.
Qarşı tərəf məhkəmə Gülsarə Kərimovnaya deyir ki, mən vətəndaşı olduğum Azərbaycan dövlətinə və onun qanunlarına, Prezidentimizə, ALLAHIMIZA güvənirəm, bəs sən nəyə güvənirsən, Gülsarə Kərimovna ?
Gecə-gündüz “ağsaqqalım” dediyin Ramiz Mehdiyevə?
Bütün sərhədləri keçərək qarşı tərəfə deyirsən ki, sənin Allahın yoxdur…
Glüsarə Kərimovna, etik normaları nəzərə alaraq məhkəmə zalında demədiklərimizi indi sənə, sənin nəsil şəcərənə qaytarırıq.
Bizim Allahımız da, Peyğəmbərimiz də, Müqəddəs Quran kitabımız da var.
Səndə isə bunlar yoxdur, səninki “ağsaqqaldır”, bir də “bilmirəm nə”…
Gülsarə Kərimovna qarşı tərəfə deyir ki, səni həbs etdirərəm…
Deyəsən Gülsarə Kərimovna təzə “Yusif və Züyeyxa” dastanı yaşamaq istəyir.
Qarşı tərəf bəyan edir ki, məndən sənə Yusif olmaz, Gülsarə Kərimovna.
Həbs məsələsinə gələndə isə, Türkmənistanda həbs həyatı yaşayan sən olmusan. Bizdə isə belə bir atalar məsəli var “qarı qız və eşşək” məsələsini soruş sənə başa salsınlar… Yəni bizi həbslə qorxuzmaq mümkün deyil.
Sonda Gülsarə Kərimovnanın nəzərinə çatdırırıq ki, hüquqlarını tapdaladığın Zəngilan sakinləri Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirməyə hazırlaşırlar.
Deyəsən, yenidən həbsxanada yatmalı olacaqsan…
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “Yusif Züleyxa” məsələsi…-Məhkəmə sədri dövlətin qanunlarını deyil, Ramiz Mehdiyevin göstərişlərini əsas tutur…
12
noyabr
23:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gülsarə İmanovanın kimliyi bəlli oldu- Zəngilanın məhkəmə sədri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanın sifarişlərini yerinə yetirir…
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovna Zəfər günü “imic”ini dəyişmək istəyib...- Şəhid anasına “Necəsən ?” deyən Gülsarə Kərimovna naxoşdur...
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “KVARTET”i- Kontrabasda çalır Türkmənistan vətəndaşı Gülsarə xanım...
Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovna HƏBS OLUNA BİLƏR- ŞOK FAKTLAR
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovna “diri adamı öldürür”- Gülsarə-Ağa-Vüsalə üçlüyünün saxta məhkəmə ssenarisi…
Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə İmanovanın SİRR PƏRDƏSİNƏ bürünmüş AVTOBİOQRAFİYASI…
Zəngilan Məhkəməsində ÖZBAŞINALIQLAR- GÜLSARƏ, VÜSALƏ, AĞA VƏ AĞAMİRZƏNİN “işbirliyi”
Zəngilan sakini: Mənim ailəmi rüşvət alaraq Məhkəmə sədri Gülsarə Kərimovna və Ağamirzə Məmmədov dağıtdı- ŞOK FAKTLAR
Zəngilan rayon Məhkəməsinin sədrini bəlkə Sabirin şeiri tərpədə, dilə gətirə...- Pay atonnan, ölübəə...
Zəngilan məhkəməsinin xarici vətəndaş olan sədri Gülsarə Kərimovna ZƏNGİLAN camaatına RACON KƏSİR…- Ağamirzə ilə Vüsalənin SÖVDƏLƏŞMƏSİ…
Ramiz Mehdiyevin həyat yoldaşına qarşı məhkəmə prosesi başladı
Məhkəmə zalına krassovkada, idman şalvarında gələn məhkəmə sədri Gülsarə Kərimovna…- Gülsarə Kərimovna, sən artıq bitdin, tükəndin, bizdən uzaq ol..
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
"Ramiz Mehdiyev təcili həbs edilsin!" - PARTİYA SƏDRİ
Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
Nazir məhkəmə sədrinə TÖHMƏT VERDİ
Füzuli Pənahov Ali Məhkəmənin sədri olmaq istəyir...- TÖHMƏT-in mübarək, Füzuli Pənahov-VİDEO
Azərbaycanda hakim vəfat etdi - FOTO
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
"Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir" — Partiya sədrindən ÇAĞIRIŞ
Ramiz Mehdiyevin həyat yoldaşı bu gün hakim qarşısına çıxır - SƏBƏB
ŞOK GƏLİŞMƏ! Ramiz Mehdiyevin həyat yoldaşı MƏHKƏMƏYƏ VERİLDİ-Yarım MİLYON BORCU VAR
"Əli Həsənov son 5-6 ildə Prezident olmaq istəyirdi" - İŞ APARIRMIŞ...
Ramiz Mehdiyevin həyat yoldaşını məhkəməyə verdilər: - Şərab biznesi ortaya çıxdı
Ramiz Mehdiyevin kürəkəni YAP-dakı vəzifəsini itirə bilər
Toy mərasimi keçirilən restoran hansı məmura məxsus olub?
Məhkəmə jurnalisti ev dustaqlığına buraxmadı
Şəki rayon məhkəməsində “cərimə rüşvəti“ - Məhkəmənin sədri Ceyhun Əhmədov hara baxır ?
YAP bu rayon sədrlərini vəzifədən uzaqlaşdıracaq - Siyahı
- "Ukrayna Donbası azad edə bilməyəcək" - keçmiş NATO generalı
- Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri MƏLUM OLDU
- "Rus oliqarxları Ukraynaya dəstək olmalıdırlar" - Kanada
- Bu ölkədə fahişəlik rəsmi peşəyə çevrildi
- Pensiya alan bu şəxslərin NƏZƏRİNƏ
- Sanksiyalar Rusiyanın neft-qaz gəlirlərini azaltmayıb
- İspaniyada meymunçiçəyinə yoluxanların sayı 98 nəfərə çatıb
- Nərminin ailəsi mediadan niyə qaçır? - Atası danışdı: “Deyirlər ki, guya...”
- Axtarışda olan 64 nəfər saxlanıldı
- Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı
- Türkiyə vətəndaşı əfv edilərək azadlığa çıxdı
- Oğuzda 82 yaşlı qadın yanaraq öldü
- "3 aylıq müharibədə Rusiya Sovet İttifaqı qədər çox əsgər itirdi"
- Əcnəbilərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Türkiyədə ağır qəza - ölən və yaralananlar var
- Ermənistan Prezidenti Azərbaycanla sülh barədə danışdı
- Polşa Prezidenti Ukraynaya səfər edib
- Bəhram Bağırzadə qalmaqallı videosuna görə kimsəsiz şəxsdən üzr istədi – VİDEO
- Bu gün 23 minə yaxın abituriyent qəbul imtahanı verəcək
- Elman Nəsirov: "Rəsmi Vaşinqton Prezident İlham Əliyevin mahir diplomat olduğunun fərqindədir"
- Rusiya Donetskə hücum etdi: Ölənlər var
- Rusiyanın ABŞ-ı dəhşətə gətirən HƏRBİ ÖLÜM BAZASI: Bu kabus şəhər Amerikadan cəmi 200 kilometr aralıdadır
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar