Ölkənin  siyasi-ideoloji  mərkəzi  və “buxaltr”  Alışanov 

Torpaq kralı, yoxsa  televiziya  sədri ? 

Arif Alışanovun  TƏKCƏ  sürücüsünün adına 42 hektar torpaq alınıb 

2006-2019-cu illərdə  Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə  rəhbərlik edən Arif Alışanov haqqında mediada gedən məlumatları oxuyanda  sözün həqiqi mənasında  adam dəhşətə gəlir. Mediada bu yazılara rast gəlinir-

100 milyonluq maxinasiyalar, ölüm sifraişi və daha nələr....
Bu adam kimdir: Qanqster, yoxsa televiziya rəhbəri ? 
Əsas mövzuya keçməzdən öncə görək bu Arif Alışanov kimdir, nəçidir, təhsili-filanı nədir ?
Deməli, Arif Alışanov  1960-cı ildə anadan olub, “Narxoz”u bitirib,  mühasibdir. 
Lap yaxşı. Adamdan soruşarlar ki, mühasib-buxqalter hara, AzTv hara ? 
Nəyisə buxqalteri qoyublar ölkənin siyasi-ideoloji mərkəzinə rəhbər. 
Deməli, Alışanov  AzTv sədri olduğu dönəmdə təkcə Şamaxı  rayonunda 355 hektar torpaq sahəsi alıb. 
Təsəvvür edirsiniz, təkcə Şamaxıda  355 hektar torpaq sahəsi. 
Bu adam Qubada, Qusarda, İsmayıllıda nə qədər torpağa  sahibdir ? 
Alışanov nə qədər imkansız ailələri aldadaraq torpaqlarını ucuz qiymətə əlindən alıb. 
Arif Alışanov  2014-cü ildə Kürdəmir rayonunun Karrar kəndindən 29 hektar  torpaq sahəsi alıb. 
Görəsən bu adam  televiziya sədridir, yoxsa torpaq kralıdır ? 
Təsəvvür  edirsiniz,  son 10 ildə AzTV-yə  100 milyonlarla dövlət vəsaiti ayrılıb. 
Alışanovdan soruşan lazımdır ki, milyonlar hara gedib?
Rayonlarda torpaq almağa ? 
Əlbəttə, bu vəsaitləri rahatca rahatca həzm-rabedən keçirmək  Arif  Alışanov üçün çox rahat olub. 
Məlumat üçün qeyd edək ki,  Alışanov adı daim qalmaqallarda hallanıb. Onun biznes fəaliyyəti barədə mətbuatda dəfələrlə geniş araşdırmalar dərc olunub. Xüsusən, AzTV-də tenderlərin necə keçirilməsi, dövlət satınalmalarında yol verilən külli miqdarda maxinasiyalar barədə detallı məlumatlar yazılıb. 
Təsəvvür edirsiniz, Aslışanov  təqaüdçü  qocaların torpaq payını  tutub əllərindən alıb. 
AzTV-nin keçmiş sədri ən çox Şamaxının 2 kəndindən - Qızmeydan və Nağaraxanadan torpaq sahələri alıb: “Qızmeydan kəndindən ümumilikdə 101, Nağaraxanadan isə alınan 198 hektar torpağın hamısı kənd təsərrüfatı təyinatlıdır.Torpaq sahələri Hacı Babayev - Alışanovun sürücüsü, Arzu Muradova - bacısı, Nilufər Cəfərova - bacısı qızı, Mehriban Alışanova - keçmiş həyat yoldaşı, Dəyanət Cəfərov - bacısı oğlu, Camal Nəbiyev AzTV-nin təsərrüfat şöbəsinə rəhbərlik etmiş şəxs, Fərid Aşurbəyov- keçmiş kürəkəni, Nigar Alışanov - qızı, Aynur Alışanov - qızı və Habil Alışanov - qardaşının adlarına sənədləşdirilib. Notarial sənədlərə görə, rayonda 42.08 ha torpaq sahəsi təkcə keçmiş AzTV sədrinin sürücüsünün adınadır.
Təəsvvür edirsiniz  sürücünün adına  42 hektar torpaq sahəsi....
Şamaxıda ən bahalı ərazilərin qiymətlərini hesablasaq  Alışanovlar  təkcə bir rayonda  30 MİLYON DƏYƏRİNDƏ torpaq sahəsi alıblar. 
Alışanov qazandığı milyonların hesabına  kral həyatı yaşayır, arvadın birini boşayıb o birini alır, “Don Juan”lıq edir. 
Sözün qısası, Alışanovun yaxasından tutub soruşan lazımdır ki, milyonlarla dollarlıq əmlakı, yüz hektarlarla torpaqları  hansı vəsaitlə almısan ? 
Soruşan varmı ? 
Bax əsas məsələ budur.