Mingəçevirin icra başçısının ərköyün oğlu yenə avtoqəza törədib – SAKİNLƏRƏ NARAZILIQ YARADAN BAŞÇI OĞULLARI...
15-11-2021, 13:33
505

Mingəçevirin icra başçısının ərköyün oğlu yenə avtoqəza törədib – SAKİNLƏRƏ NARAZILIQ YARADAN BAŞÇI OĞULLARI...

Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun kiçik oğlu Orxan İsmayılovun avtomobil qəzası törətməsinə dair xəbər dolaşır.

Mingəçevirdən verilən məlumata görə, hadisə bir neçə gün əvvəl şəhidlərin ildönümündə Mingəçevirin özündə baş verib. Bildirilir ki, icra başçısının oğlu Orxan İsmayılov özünə ad günü keçirdiyi gün axşam saatlarında idarə etdiyi “JEEP” markalı avtomaşınla qəza törədib. Belə ki, icra başçısının oğlu öz maşını ilə “Mersedes” markalı, “AZ 10-RN-441” dövlət nömrə nişanlı maşını qabaq hissəsindən vuraraq səkiyə atıb, nəticədə Mersedesin sürücüsü vətəndaş Ruslan Əliyevin hadisənin təsirindən qolu sınıb.

Saytımıza verilən məlumatda bildirilir ki, qəzanın ardından Orxan atası İlham İsmayılova xəbər verib və icra başçısının göstərişilə ərköyün oğlunun maşını hadisə yerindən aparılıb. Qəzada xəsarət alan Ruslana isə yeni maşın alacaqları vədilə 7 min beş yüz manat pul verildiyi, Ruslanın da həmin pulla Gəncədə müalicələrə cəlb edildiyi iddia edilir. Məlumata görə, Ruslanın sınıq xəsarətinin müalicəsinə tanınmış travmotoloq-cərrah Məzahir həkim cəlb edilib. İcra başçısının istəyilə hadisənin ictimaiyyətdən gizlədildiyi və yerli polis araşdırmasından yayındırıldığı, yumşaldıldığı da bildirilir.

Xatırladaq ki, Mingəçevirin icra başçısının oğlunun avtoxuliqanlığı haqda hələ ötən ilin iyununda da informasiya yayılmışdı. Orxan İsmayılov 2020-ci ilin yayında idarə etdiyi Land Cruiser markalı 45 — 710 dövlət nömrə nişanlı avtomobillə Mingəçevir icra hakimiyyəti tərəfdən hərəkətdə olarkən teatr binası istiqamətində dönüb giriş qadağasını pozmuşdu. Eləcə də bir ailənin haqlı narazılığını da qəbul etməyərək həmin şəxslərlə insident yaşamışdı.

Qəzadan çəkildiyi bildirilən fotoları da təqdim edirik…






Oxşar xəbərlər

İcra başçısının sabiq müavininin oğlu YOL QƏZASINA DÜŞDÜ
İcra başçısının müavini koronavirusdan öldü
Yük maşını qəza törətdi - Yaralılar var
İcra başçısına yeni müavin təyin edildi
Mingəçevirin icra başçısı peyvənd olundu
Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov maşınla adam vurdu, hadisə yerindən qaçdı- SON DƏQİQƏ
Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
İcra başçısının oğlu polisdən çıxarıldı - Cinayət işi açıldı
İmişlidə yük maşınları toqquşdu: Ölən var
Bakıda baş verən dəhşətli və müəmmalı qəzadan görüntülər- Video
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Mingəçevirdə ağır yol qəzası olub, yaralılar var
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
Bakı-Sumqayıt yolunda qəza - Ölən var
İcra başçısı onu özünə birinci müavin təyin etdi
Prezident icra başçısını işdən çıxardı
İcra başçısı məhkəməyə verildi
Bakıda polis maşını qəzaya düşdü
Başçı müavininin maşın kolleksiyası: özü danışdı - FOTOLAR
İcra başçısı özünə yeni köməkçi təyin etdi
İcra başçısının həbs müddəti artırılır
Neftçalanın gənc başçısı haqda İLGİNC İDDİALAR... - ARAŞDIRMA
Ucarda "Opel" yandı
Goranboy sakini atasını avtomobillə vurub öldürən sürücüyə və onun atasına maşınla xəsarət yetirdi
Azərbaycanda QƏZA: Ata öldü, oğlu xəstəxanaya yerləşdirildi
Qazax İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var
Gəncədə DƏHŞƏTLİ QƏZA: Yük maşını iki yerə bölündü, iki nəfər… – FOTO
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA