40-50 faiz  su itkisi, yoxsa  Zakir Quliyevin dövlətdən oğurladığı milyonlar ? 

Daha  “Su aydınlıq”  deyil, Zakirlikdir

Ekologiya, Vergilər  nazirlikləri  Zakir Quliyevin daş-qum-çınqıl karxanalarını görmür ?

Zakir Quliyev Kəmaləddin Heydərovun adından istifadə edərək rayonda böyük balıq vətəgəsi yaradıb..


Azərbaycanda yaxşı mənada belə bir ifadə var idi: Su aydınlıqdır...
Ancaq  Zakir Quliyev və qohumları  suyun başına elə bir oyun açıblar, suyu da korrupsiyaya bulaşdırıblar və ona görə də  artıq su aydınlıq deyil, Zakirlikdir, deyirlər..
Zakir Quliyev və onun korrupsioner dəstəsi utanıb-qızarmadan dövlət başçısına məruzə edirlər ki, ölkədə su itkisinin miqdarı 40-50 faiz arasındadır. 
Deməli,  loru dildə desək, dövlətin ayırdığı yüz milyonların hesabına başa gələn suyun 40-50 faizi itkiyə  gedir.
Onda ortaya sual çıxır: Bəs Zakir Quliyevin və onun hampasının-qohum-əqrəbasının oğurladığı milyonlar haradandır ?  
Bəs görəsən, adına Hesablama Palatası dediyimiz qurum niyə dövlətin ayırdığı milyonların hesabını  Zakir Quliyevdən tələb etmir ? 
Yəqin ki, söhbətin Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini, əslən Sabirabaddan olan Zakir Quliyevdən getdiyi diqqətli oxucularımıza məlum oldu. 
Zakir Quliyev təkcə  suyu korrupsiyaya bulaşdırsaydı vallah dərd yarı idi. 
Bu adam Azərbaycan təbiətini də istismar edir, hətta  fəhlələrin faciəsinə səbəb olur. 
Bəli, Zakir Quliyevin  Sabirabad daş-qum-çınqıl  karxanaları gecə-gündüz işləyir, bu adam təpələri sökür, dağların zirvələrini dağıdır, təbiəti məhv edir ki, milyonlar qazansın. 
Ekologiya  nazirliyi  isə  ağzına su alıb susur, demir ki, ay adam,  təbiəti belə istismar etmək olmaz. 
Fikir verdinizmi, Hesablama Palatası susur, Ekologiya nazirliyi dilini dinməz yerinə qoyub, Allah qoymasa Vergilər  nazirliyi də Zakirdən soruşmur ki, bu boyda daş-çınqıl-qum karxanalarından ayda nə qədər qazanırsan, dövlətə nə qədər  vergi ödəyirsən ? 
Yaxşı Hesablama Palatası kardır, Ekologiya nazirliyi kordur, Vergilər nazirliyi laldır, bəs prokurorluq orqanlarına nə olub ?
Zakir Quliyevin  karxanalarında  6 nəfər işçi yüksək təzyiqlə yerin təkindən qum-çınqıl çıxaran borunun önündə yaranan burulğana düşüb faciə yaşayıblar. 
Bu faciəli hadisəni bütün Sabirabad camaatı bilir, amma  rayon prokurorluğunun  guya məlumatı yoxdur...
Bəlkə, Zakir Quliyevin özünün və qardaşı Elçin Quliyevin  Fətullahçı  olmasından da dövlət orqanlarının xəbəri yoxdur ? 
Elçin Quliyev  Sabirabaddan  deputatlığa namizəd olanda  FETÖ-nün şəbəkəsi rayonda Elçinin xeyrinə təbliğat aparırdı, Elçini təbliğ edən  Ceyhun rayona Zakir Quliyevin  xidməti avtomobilində gəlib-gedirdi...
Zakir Quliyevdən soruşan olmadı ki, bu sənin rəhmətlik dədənin maşını deyil e, dövlətin olan xidməti avtomobildir. 
Zakir Quliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından istifadə edərək Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi yaradıb və hər yerdə deyir ki, bu vətəgə mənim deyil, Kamal müəllimindir. 
Görəsən,  cənab nazir niyə soruşmur ki, mənim adımı niyə  hallandırırsan ? 
Bir sözlə, Zakir Quliyevdən heç nə soruşan yoxdur. 
Amma bizim bir media olaraq  Zakir Quliyevə suallarımız var. 
Birincisi,  Zakir Quliyev,  Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri vəzifəsindən çıxıb  ASC-yə müavin gələndə  xalan oğlu Elman Nuriyevi həmin vəzifəyə təyin etdin. 
Bu fəzifə rəhmətlik dədəndən qalmışdı? 
ASC dövlət qurumudur e,  tayfanızın şəxsi kantoru-zadı  deyil. 
İkincisi,  qohumun  Elman Nuriyevə söz vermisən ki, səni rayona icra başçısı qoyacam. 
Zakir Quliyev, 40-50 faizi suyu oğurlamağın bəs eləmir, indi də Prezidentin səlahiyyətlərini mənimsəmək istəyirsən..?  Sən həddini bu qədərmi aşmısan ? 
Sabirabadakı  bütün  tayfanızı doldurmusan, başda Elman Nuriyev olmaqla  Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinə.  
Elman Nuriyev, Qoçu Nuriyev, Mahir Nuriyev, Saleh Nuriyev və hansısa Nuriyev. 
Ay adam, ASC dövlət qurumudur, yoxsa Nuriyevlərin karxanasıdır ? 
Qohumun  Şamil Qasımovu  artıq ikinci dəfədir ki, Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin etdirirsən. 
Dayın  Fazil Qasımov pambıq zavodunun müdiri, Qohumun Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi...
Hamısı Qasımov...
Allah rəhmət eləsin, atan  Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. 
Bir söz demirik. Amma sizlər nə vaxtdan dövlətə, dövlətçiliyə bağlı olmusunuz ? 
Zakir Quliyev, əslində ətraf kəndləri, rayonları Kür basmır e, sən və sənin tayfan basır. Kürün nə günahı var ? Kürətrafı  ərazilərə ayrılan  milyonlarla  dövlət vəsaitini basıb yeyirsiniz, Kür daşmalıdır dəə...
Cavad yolunun üstündə ki  ŞAMLIQ  şadlıq  sarayı, Çuxuryurddakı qoşa  villalar, Sabirabadda, Cavadda, Bakıda evlərin, obyektlərin, rayondakı fermaların, qoyun sürülərin, balıq vətəgələrin hansı pulla alınıb, Zakir Quliyev ? 
Yəqin ki, bu sualları sənə  istintaq orqanları verməli olacaqlar. 
Hazırlaş, Zakir  Quliyev…

P.S Zakir Quliyev, biz sənin yadına o zamanlar Pənah Hüseynovu harada gizlətdiyini salacağıq, deyirmişsənki həbsdə olublar.