İcra başçısı Rafil Hüseynov qanunsuz  işdən çıxardığı daha bir bağça müdirəsi “Gündəlik Bakı”ya danışdı…- ŞOK FAKTLAR
16-11-2021, 22:43
455

İcra başçısı Rafil Hüseynov qanunsuz işdən çıxardığı daha bir bağça müdirəsi “Gündəlik Bakı”ya danışdı…- ŞOK FAKTLAR

Gündəlik-Bakı sonadək  Ağcabədidə hüququ pozulanların hüququnu müdafiə edəcək…

Oğluna tərbiyə verə bilməyən icra başçısı 20-30 il stajı olan  müəllimlərə TƏLİM-TƏRBİYƏ dərsi keçmək istəyir…

Prezidentin dəmir  yumruğu bu dəfə əhalini dövlətdən narazı salanların başına enəcək, Rafil Hüseynov 



 Rafil  Hüseynovun Bərdədə RİH başçısının  müavini, sonra Masallıda RİH-nin  başçısı işləyərkən törətdiyi əməllər barədə ölkə mediasında kifayət qədər materiallar dərc olunub. 
Təkcə bir faktı qeyd edək ki, Rafil Hüseynovun Masallıda köhnə qəbristanlığı  traktora verib yerində özünə obyekt  tikdirməsi  yerli  camaat arasında ciddi narazılıq yaratmışdı.  Camaat düşünürdü ki, işğal olunmuş ərazilərdə  qəbirləri  dağıdan  erməni  vandallarla  belələrinin nə fərqi var ?
Bütün bunlara görə, Rafil  Hüseynov Masallının icra başçısı vəzifəsindən azad olunanda Masallı camaatı 3 gün, 3 gecə toy-bayram eləmişdi. 
Rafil  Hüseynovun Ağcabədidə  fermerlərin, iş adamlarının, idarə müdirlərinin başına açdığı zülmlər barədə, şəhid ailəsini döyməsi, polislə hədələməsi barədə də mətbuatda kifayət qədər yazılıb. 
Ancaq Rafil Hüseynovun heç kimin ağlına gəlməyən yeni biznesi, imtahan biznesi barədə ilk dəfə ölkə mediasında Gundəlik-Bakı həyəcan təbili  çaldı və dövlət qurumlarını xəbərdar elədi. 
Təsəvvür edirsiniz, bu adam hər cürə oyundan, maxinasiyalardan çıxandan sonra girişib Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin səlahiyyətlərini mənimsəməyə. 
Yəni icra başçısı bütün əndazələri aşaraq, rayonda fəaliyyət göstərən uşaq bağçalarının müdirlərini, əməkdaşlarını “TEST imtahanı”ndan keçirir, suallar tərtib edir, sorğu-sual edir  və ... sonda onlara deyir ki, ərizənizi  yazın işdən çıxın, yoxsa sizi əmrlə işdən qovacam. 
Görəsən, bu adam özünü harada hesab edir ? 
Sən kimsən ki, əmr verib bağça müdirlərini işdən qovasan ? 
Bu mövzuda  Gündəlik-Bakıda dərc olunan  silsilə yazılardan, şikayət ərizələrindən, AUDİO-müsahibələrdən sonra  icra başçısı Rafil Hüseynovun canına üçütmə düşdü. Və bu məsələ dövlət qurumlarının diqqətini cəlb etdi. 
Allah qoymasa, Rafil Hüseynovun məqsədi var imiş ki, HƏTTA məktəb direktorlarını, müəllimləri də öz “TEST”indən keçirsin. 
İcra başçısı, az qala müəllimlərə TƏLİM-TƏRBİYƏ dərsi keçmək istəyirmiş. 
Bu adama başa salan yoxdur ki, sən tərbiyə verməyi bacarsaydın öz oğluna tərbiyə verərdin. Sən kimsən ki, 20-30 il iş stajı olan  təlim-tərbiyə işçilərinə mənəviyyat dərsi keçmək istəyirsən ?
Sənin özünün hər bir şeyin olsaydı, qəbristanlığı niyə dağıdırdın ?
Niyə böyük bir rayonun sakinlərini dövlətdən narazı salırdın ? 
Bəlkə də çoxları inanmaz, amma  Rafil Hüseynov  rayon ərazisindəki onlarla məktəbin və uşaq bağçalarının kollektivini imtahan etmək, testdən keçirmək üçün 55 saylı rəsmi sərəncam imzalayıb, məktəb və məktəbə qədər təhsil ocaqlarının yüzlərlə  işçisini testdən keçirmək üçün 360  sualdan ibarət  imtahan-test  sistemi tətbiq edib. Və tələb edir ki, bu suallara cavab verməyənlər könüllü olaraq işdən çıxmaqla bağlı ərizə yazsınlar. Əks təqdirdə onları məcburi qaydada işdən azad edəcəyəm. 
Əslində Rafil Hüseynovun 55 saylı sərəncamı ciddi istintaq və məhkəmə predmetidir. Görəsən Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarını o qədərmi saymır, özündən sərəncam imzalayır. Görəsən o göstəriş və tapşırıqları kimdən alır.
Şikayətçi   Ağcabədi  sakini Günel Yusif qızı Mehdiyeva  səsli müraciətində bildirirdi ki, o, rayonun Hacıbədəlli kəndində yaşayır, 15 ildir  Səməd Vurğun adına uşaq bağçasında işləyir, ailə başçısı olmayan qadındır, 208 manat maaş alır  və s. 
İcra başçısı Rafil Hüseynov  Günel  Mehdiyevani qanunsuz işdən çıxardaraq, onsuz da BAŞSIZ olan ailəni bir daha BAŞSIZ qoyur. 
Bu adamın  qanunları tapdalamağını başa düşdük. Bu adamda zərrəcə insaf, mürvət də yoxdurmu..? 
Şikayətçilər deyir ki, Rafil Hüseynov 2019-cu ildə Ağcabədiyə icra başçısı təyin olunandan sonra bizim  qara günlərimiz başladı. 
Digər  şikayətçi   haqlı olaraq soruşur ki, axı biz niyə işdən çıxmalıyıq, hansı səbəbə görə, işimizi itirməliyik, işdən çıxsam, mən nə ilə dolanmalı, hansı pulla yaşamalıyam ? 
Belə şikayətçilərdən biri də rayonun  Hüsülü kəndindəki körpələr evi-uşaq bağçasının sabiq müdirəsi  Əliyeva  Gövhər  Dərgah qızıdır. 
Öz AUDİO müraciətində Gövhər Əliyeva qeyd edir ki, icra başçısı mənə deyir ki, ali təhsilin olmadığı üçün ərizəni yaz könüllü işdən çıx, yoxsa səni prokuraturaya verəcəm…  
Sabiq başğa müdirəsi  deyir ki, mənim 31 illik iş təcrübəm mənim ali təhsilimdir, mən 2 azyaşlı övladıma baxıram, bəs o uşaqlar  necə yaşamalıdır, acından ölməlidirlər ? 
Məlumat üçün  qeyd edək ki, Gövhər Əliyeva  bir müddət əvvəl Gündəlik-Bakıya  müsahibə verərək, icra başçısının qanunsuz əməllərindən bəhs etmişdir. Gövhər Əliyeva eyni məzmunlu şikayət teleqramını 2 fevral 2021-ci il tarixdə ölkə başçısına ünvanlamışdır. 
Amma  10 aydır ki, onun səsinə səs verən yox idi. 
Ancaq  Gündəlik-Bakıda dərc olunan silsilə yazılardan sonra Rafil  Hüseynov hərəkətə keçib. 
Gövhər Əliyeva ailəsi və öz adından Gündəlik-Bakıya minnətdarlığını bildirərək, qeyd edir ki, Rafil Hüseynov  deyir ki, vətəndaşları qəbul etmək və onlara cavab vermək bizim vəzifə borcumuzdur. 
Görəsən, 10 aydır  bu vəzifə borcunu Rafil Hüseynov niyə başa düşmürdü ? 
10 ay vətəndaşı bu qədər incitməyə, ona əsəb və stress yaşatmağa  dəyərdimi ?  
Gövhər Əliyeva icra başçısından soruşur ki, Vüqar Ağayev adına Şənlik uşaq bağçasının  müdiri orta məktəb bitirib, niyə onu işdən çıxarmadınız, şirinliyiniz çatdı ona görəmi ? Belə hallar onlarladır.
Gövgər Əliyevanın dediklərindən bəlli olur ki, hətta ali təhsillilər də Rafil Hüseynovun testindən keçməyib, amma işlərində qalıblar. 
Gövhər Əliyeva, sonda Rafil Hüseyova deyir ki, sənin Allahın yoxdur, sən 2 körpənin ac qalmasına necə yol verdin ? 
P.S. Gundəlik-Bakı olaraq bildiririk ki, Rafil Hüseynovun  güc göstərdiyi, əzələ nümayiş etdirdiyi qadınların hüquqlarını  sonadək müdafiə edəcəyik.
Qoy Rafil Hüseynov bilsin ki,  dövlət  başçısının DƏMİR YUMRUĞU  bu dəfə əhalini dövlətdən narazı salanların başına  enəcək.



Oxşar xəbərlər

Ağcabədinin icra başçısı Rafil Hüseynov Qarabağ şəhidinin statusunu ləğv  etdirmək istəyir-  Şəhidin həyat yoldaşı  dövlət qurumlarından kömək istəyir
Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR
Ağcabədinin icra başçısı Rafil Hüseynovun həbsi qaçılmazdır…- Gündəlik Bakı icra başçısının qanunsuz sərəncamını dayandırdı…
Qadın  sahibkarı  10 min manata görə döydürən icra başçısı…  - Rafil  Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
Rafil Hüseynov, sənin oğlundan yazmaq şər-böhtandır ?-   Həbs olunan Alimpaşa səni gözləyir  Rafil Hüseynov
Vətəndaşı evindən çılpaq çıxaran polisin maraqlı HOBBİSİ
Vilayət Eyvazov icra başçısının oğlunu işdən QOVDU
Ağcabədinin icra başçısı Rafil Hüseynovun həbsi an məsələsidir...- ŞOK FAKTLAR
Geriyə baxma, qoca- Kresloda QOCALAN İCRA BAŞÇISI RAFİL HÜSEYNOV HƏBSXANANIN KANDARINDA…
Masallının qohum icra başçıları...- Rafil Hüseynov və Şahin Məmmədovun “işbirliyi”.
Vəsf  zamanı  deyil, Rafil Hüseynov- İcra başçısı özünə “sevgi məktubları”  yazdırır...
Ağcabədi rayonunda rəzalət- İcra başçısı uşaq bağçasında işləyən qadınlar arasında  “test”  imtahanı keçirir…
İcra başçısı Ağcabədidə bağçalara “divan tutur” – 200 nəfər işsiz qalıb/siyahı…
Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
Əziz Əzizovla  Rafil Hüseynovun ''İŞBİRLİYİ''- Quda olan icra başçıları həbs oluna bilər..
Rafil  Hüseynovun 30 illik talançılığı- İcra başçısının “bağça biznesi “
İcra başçısı Qarabağ qazisinə 150 manata küçə süpürməyi təklif edir..- HƏBS növbəsi Rafil Hüseynovdadır...
Ağcabədinin icra başçısı Rafil Hüseynov bağçada işləyən qadınları testdən keçirib- Nəticədə 200-ə yaxın qadın işini itirib...
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
“Qatil polisin”  icra başçısı olan  atası Rafil Hüseynov  reketlik edir ?-VİDEOFAKTLAR
Korrektor  Rafil Hüseynov necə icra başçısı oldu?- Avtoş, adam öldürən oğul   necə  “ofser”- polis zabiti oldu ?
Ağcabədinin icra başçısı Rafil Hüseynov şəhid abidələrini də  saxta  tenderə çıxarıb...- Lələtəpə MMC  saxta tenderin qalibi olub...
İcra başçısı Rafil  Hüseynovun  ŞƏRƏF  davası… -  Şəhidin dul arvadı sənin qızından, gəlinindən əskik deyil !
Ağcabədidə tenderləri KİMLƏR UDUR? - İLGİNC FAKTLAR
Masallıda icra başçısı Şahin Məmmədovun İMPERİYASI…- Şahin Məmmədov da həbs oluna bilər…
"Rafil Hüseynov bizi şantaj edir..." - Mehdiyevin kadrından Prezidentə şikayət...
Rafil Hüseynovla bağlı PREZİDENTƏ MÜRACİƏT OLUNDU - İLGİNC İDDİALAR...
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR