Mexannik- komsomol- “xozotdel”-“profkom”  Siraqəddin Cabbarov-MEHDİYEVİN KADRININ BAŞI DƏRDDƏ…
18-11-2021, 09:43
398

Mexannik- komsomol- “xozotdel”-“profkom” Siraqəddin Cabbarov-MEHDİYEVİN KADRININ BAŞI DƏRDDƏ…

 O, Ramiz Mehdiyevin  “xeyir-duası” ilə  icra başçısı olub 

Saatlını qara günə qoyan Siraqəddin indi də Sabirabadı  sökür...

Cabbarov, başına DƏMİR YUMRUQ gələndə, səni “xaç atan”  Mehdiyev də xilas edə bilməyəcək..


Üslubumuza  uyğun olaraq  haqqında bəhs edəcəyimiz şəxsin öncə avtobioqrafiyasına, keçmişinə, həyat yoluna  nəzər salırıq. 
Bu dəfə də Siraqəddin Cabbarovun tərcümeyi-halına nəzər salaq. 
Bu adam 1959-cu ildə İmişlidə doğulub, 1981-ci ildə Politexnik İnstitutu  mexannik  ixtisası üzrə bitirb. 
Bakı Metaləritmə zavodunda  komsomol katibi, “profkom”un  sədri olub,  1989-cu ildən  2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında “Mənzil  bölüşdürməklə” məşğul olub, Təsərrüfat şöbəsinin- “xozotdel”in müdiri və başçının müavini olub. 
2008-ci ildən  2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb və 2019-cu ildən  Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır. 
Fikir verdinizmi, keçmiş “qamsomol”çu olan Siraqəddin həmişə pullu vəzifələrdə işləyib,  mənzil satıb,  həmkarların pulsuz putyovkalarını satıb, icra hakimiyyəti üçün aftafaların, mebellərin və s malların alınması, yəni  “xoztovar”  məsələsinə baxıb. 
Və  günün birində  Siraqəddin  Cabbarov  Ramiz Mehdiyevin  “xeyir-duası”  ilə  Saatlının icra başçısı olub. 
Bu adam hələ  Binəqədidə icra başçısının müavini olarkən, müxtəlif avtobus marşrutlarını əlinə keçirib, rayon ərazisində xeyli sayda ticarət obyekti, mülkləri var. Hətta  Binəqədidə  İlhamə adlı xanıma dəyəri 100 minlər olan villa tikdirib  ad günündə hədiyyə edib.
Bir xanıma 100 min dəyəri olan villa hədiyyə edən Sirqadəddin  Cabbarov  Qarabağ  qazisinin ailəsini qəbul etmək istəmir. 
İkinci  Qarabağ  Müharibəsində   şəhid olanların ailələri  icra başçısı  Siraqəddinin davranışlarından və üzərinə düşən qanuni vəzifələrini icra etməməsindən  dövlət qurumlarına  nə qədər şikayət yazırlar.  
Təsəvvür edirsiniz, bu adam aylarla gəlib-gedən sakinləri  qəbul etmir, narazı  vətəndaşlar Prezident Aparatına  qəbula gedirlər. 
Axı, nə üçün vətəndaş yüz kilometr yol  qət edib PA-a getməlidir ?
Bəs nə üçün Siraqəddin Cabbarov dövlətdən maaş alır?
Sakinlər yazır ki, aylarla bizi qəbul etməyən  icra başçısı Siraqəddin  Cabbarov sakinləri qəbul edəndə də təhqir edir,  hətta  qəbul zamanı 70 yaşlı rayon sakininin üzərinə cumaraq   ona  söyüş söyür,  təhqir edir. 
Təsəvvür edirsiniz,  200 min nəfərə yaxın əhalisi,  80-dən çox kəndi və rayon mərkəzi  olan  bir rayonun  talehini  Siraqəddin Cabbarov kimi təsadüfi bir adama tapşırıblar. 
Bu adam şəhid ailələrinə, qazilərə həqarətlə yanaşır. 
Hətta qazilər yazır ki, bu adam niyə bizə nifrət edir ?
Bunun səbəbi nədir ? 
Bəlkə bunun qohumlarını müharibədə öldürmüşük ? 
Siraqəddin Cabbarov Rusiyadaklı biznesini qoyub gəlib Qarabağda  döyüşən və hazırda əlil olan qazinin evinə  30 manatlıq ərzaq göndərib və deyib ki, imkanım buna çatır. 
Ay Siraqəddin, sənin Saatlıda qoyun sürülərin, Sabirabadda  camış fermaların, Binəqədidə  10-dan artıq avtobus marşrutların və daha nələrin var. 
 Sənin bir şəhid məzarını götürməyə imkanın yoxdurmu ? 
Xanım dostuna villa bağışlaya bilirsən, amma səni ermənilərin əlindən xilas edən  qaziyə kömək edə bilmirsən ? 
Siraqəddin Cabbarov, biz demirik, bunu  200 min sakini olan Sabirabad camaatı deyir:
Döşündəki,  “Vətənə xidmətə görə” ordenindən utan. 
Sən nə vaxt vətənə xidmət etmisən, cənab Cabbarov ?
Cammatdan utanmırsan, barı, o ordeni sənə verəndən abır-həya elə...
Rayondakı idarə müdirləri, sahibkarlar sənin əlindən beziblər. Hər ay sənə nə qədər aylıq verirlər. 
Siraqəddin Cabbarov, sənin başına DƏMİR YUMRUQ gələndə  səni “xaç atan”  Ramiz Mehdiyev də xilas edə bilməyəcək. Başa düşdünmü ?


Oxşar xəbərlər

İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
Siraqəddin Cabbarov camaatı hədələyir ki... - Ondan şikayət etməsinlər...
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Siraqəddin Cabbarov HƏBS OLUNA BİLƏR... - GƏLİŞMƏ
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
Döşündəki “Vətənə xidmət ordeni”ndən utan, Siraqəddin Cabbarov -Şəhid anasından utanmırsansa, o ordeni sənə verəndən utan, cənab başçı
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Ramiz Mehdiyevin Sabirabaddakı ƏMANƏTİ... - NARAZILIQ!
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Sabirabadın başçısı PAPAĞI GÜNƏ YANDIRIR - Sakinlər dərdlərini KİMƏ DESİNLƏR?
Yeni icra başçısı harda işləyib?
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Şəhid Ailələri Sabirabadda ETİRAZA HAZIRLAŞIR... - PULLARI YEYİBLƏR...
İcra başçısına yeni müavin təyin edildi
İcra başçısından yeni təyinat
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
İcra başçısının daha bir müavini vəzifəsindən azad edildi
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI
Daha bir qazimiz yüksək vəzifəyə TƏYİN OLUNDU
İcra başçısı oğlunun tikdirdiyi ticarət obyektinin istismarına icazə verdi - FOTOFAKT
Nəsimi Rayon İcra Hakimiyyətində yeni şöbə müdiri TƏYİN EDİLİB
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
İcra başçısının müavini koronavirusdan öldü
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI